Məhkəmə qərarları › İş №2-1(106)-225/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-225/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-225/2022 07.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(120)-840/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 04 iyul 2022-ci il tarixli, 2- 1(120)-840/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N992-ci il tarixdə İmişli rayon hərbi kommissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 9/2- 42N3 nömrəli arxiv arayışında qeyd olunduğu kimi, o, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N7 nömrəli əmrilə 74N nömrəli hərbi hissənin zenit batareyasının əsgəri kimi cəbhə xəttinə ezam edilmişdir. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 20 nömrəli əmrilə baş mexanik - sürücü kimi sıravi olaraq Qarabağ döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 53 nömrəli əmrilə hərbi xəstəxanaya göndərilərək qazan təminatından çıxarılmışdır. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 84 nömrəli əmrilə hərbi xəstəxanadan gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. İmişli rayon hərbi komissarlığının çağırışçısı kimi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 64 nömrəli əmrində N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş bir qrup şəxsi heyətin qida təminatına qoyulması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli, N4N nömrəli əmrinə əsasən 2-ci MAT-ın əsgəri olaraq silahlı qüvvələr sıralarından ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 207 nömrəli əmrilə şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İmişli rayon hərbi komissarlığına göndərilmişdir. Bundan əlavə, hərbi biletinin 7-ci səhifəsində qeyd olunduğu kimi, o, xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Laçın, Xocəvənd, Ağdam, Füzuli və Kəlbəcər rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibədə iştirak etdiyi üçün xx.xx.N997-ci il tarixdə X2 tərəfindən ona N3529 nömrəli veteranlıq vəsiqəsi də verilmişdir. Ərizəyə əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arayışa, Laçın, Xocəvənd, Ağdam, Füzuli və Kəlbəcər rayonları uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən hərbi biletində olan qeydlərə və ən əsası döyüşlərdə iştirak etdiyi üçün X2 tərəfindən verilmiş vəsiqəyə əsasən tərəfindən 25 ilə yaxındır ki, ardıcıl olaraq cavabdeh inzibati orqana müraciətlər etməsinə baxmayaraq ona veteran adının və vəsiqəsinin verilməsindən qanunsuz olaraq imtina edilir. Cavabdeh inzibati orqan xx.xx.202N-ci il tarixli və xx.xx.202N-ci il tarixli imtina cavablarında onun xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidməti barədə məlumatların olmamasını əsas götürərək ona veteran adının və vəsiqəsinin verilməsinin mümkünsüz olduğunu göstərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli arxiv arayışından da göründüyü kimi, o, hərbi hissəni özbaşına tərk etməmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan ona əsassız və qanunsuz imtina cavabı vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə İmişli rayonu, Cəfərli kəndində doğulmuş, İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.N992-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, X6 xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidmətdə olmuş, həmçinin Laçın, Xocavənd, Ağdam, Füzuli, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir (xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək). İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə ünvanlanmış xx.xx.202N-ci il tarixli, 9/2-42N3 nömrəli məktubun təsdiq edilmiş surətində qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N nömrəli əmrində (əsas: § N, səh. 20, sıra 472, əmrdə atasının adı yazılmamışdır) sıravi Fərman Quliyevin hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N7 nömrəli əmrilə (əsas: § 3, səh. 29, sıra 4) 74N nömrəli hərbi hissənin zenit batareyasının əsgəri X6 cəbhə xəttinə ezam edilmişdir. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 20 nömrəli əmrilə (əsas: § 4, səh. N3, sıra 5) baş mexanik - sürücü, sıravi XN döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 53 nömrəli əmrilə (əsas: § N, səh. 34, sıra 3) sıravi X6 hərbi xəstəxanaya göndərilərək qazan təminatından çıxarılmışdır. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 84 nömrəli əmrilə (əsas: § 2, səh. 3) sıravi X6 hərbi xəstəxanadan gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. İmişli rayon hərbi komissarlığının çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi X6 xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, N nömrəli əmrilə (əsas: § 3, səh.N85, sıra 3N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 64 nömrəli əmrində (əsas: § 3) N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş bir qrup şəxsi heyətin qida təminatına qoyulması barədə məlumat vardır. Əmrə adlı siyahı əlavə olunmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 70 nömrəli əmrində İddiaçı adı aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli, N4N nömrəli əmrinə əsasən 2-ci MAT-ın əsgəri, X6 Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 207 nömrəli əmrilə (əsas: § 8, səh. N2, sıra 37, əmrdə təvəllüdü N972-ci il yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İmişli rayon hərbi komissarlığına göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.202N-ci il tarixli, N/Q-N7462 nömrəli məktubda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və İddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli, 9/2-42N3 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissədə xidmət zamanı xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidməti barədə məlumat olmadığına görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.202N-ci il tarixli, 4/3-N5N2 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və 790 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İşdə olan İmişli rayon Polis şöbəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.N974-cü il tarixdə İmişli rayonu, Cəfərli kəndində doğulmuş, İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X6 barəsində hər hansı məhkumluğu və İmişli rayon Polis şöbəsində təqsirləndirici material yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-NNN8 nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N nömrəli əmrində (əsas: § N, səh. 20, sıra 472, əmrdə atasının adı yazılmamışdır) sıravi X4 hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N7 nömrəli əmrilə (əsas: § 3, səh. 29, sıra 4) 74N nömrəli hərbi hissənin zenit batareyasının əsgəri X6 cəbhə xəttinə ezam edilmişdir. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 20 nömrəli əmrilə (əsas: § 4, səh. N3, sıra 5) baş mexanik - sürücü, sıravi XN döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 53 nömrəli əmrilə (əsas: § N, səh. 34, sıra 3) sıravi X6 hərbi xəstəxanaya göndərilərək qazan təminatından çıxarılmışdır. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 84 nömrəli əmrilə (əsas: § 2, səh. 3) sıravi X6 hərbi xəstəxanadan gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. İmişli rayon hərbi komissarlığının çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi X6 xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, N nömrəli əmrilə (əsas: § 3, səh. N85, sıra 3N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 64 nömrəli əmrində (əsas: § 3) N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş bir qrup şəxsi heyətin qıda təminatına qoyulması barədə məlumat vardır. Əmrə adlı siyahı əlavə olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli, N4N nömrəli əmrinə əsasən 2-ci MAT-ın əsgəri, N972-cı il təvəllüdlü X6 Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 207 nömrəli əmrilə (əsas: § 8, səh. N2, sıra 37, əmrdə təvəllüdü N972-ci il yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İmişli rayon hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N () nömrəli hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək və N nömrəli hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 208 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N996-cı il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli, N4N nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Həmin məktuba əlavə edilmiş 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 20 nömrəli (§ 4) əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, baş mexanik - sürücü, sıravi XN döyüş əməliyyatları bölgəsinə yol düşmüş hesab edilmişdir. Həmin məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, N nömrəli (§ 3) əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, təşkilati ştat dəyişikliyi ilə əlaqədar olaraq N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi X6 gələcək hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmiş, şəxsi heyətin siyahısından silinmiş, bütün növ təminatlardan çıxarılmışdır. Həmin məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 207 nömrəli (§ 8) əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, hərbi qulluqçu, sıravi X6 Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli, N4N nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunmuş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, qeydiyyat üçün müvafiq hərbi komissarlığa göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə N2). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 7N). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun N0.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun N9-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.N-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.N-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İşin faktiki hallarından görünür ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin N () nömrəli hərbi hissədə xidmət zamanı xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidməti barədə məlumatın olmadığı əsas gətirilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin imtinasında və iddiaya qarşı verilən etirazın dəlillərində xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək İddiaçı hərbi xidməti barədə məlumatın aşkar olunmadığı qeyd olunsa da, İddiaçı məxsus H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Laçın, Xocavənd, Ağdam, Füzuli rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş əmr və məktublardan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N7 nömrəli əmrilə cəbhə xəttinə ezam edilmişdir və 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N993cü il tarixli, 20 nömrəli əmrilə Qarabağ döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Göründüyü kimi, inzibati orqan kimi, cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2ci və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən iddiaçının müraciətinə formal cavab vermişdir. Belə ki, iddiaçıya məxsus hərbi biletdə iddiaçının hərbi hissəyə girişi-çıxışı, həmçinin N992-N996-cı illərdə Laçın, Xocavənd, Ağdam, Füzuli, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirakı barədə hərbi hissənin möhürü ilə təsdiq edilmiş qeyd göstərilmişdir. İddiaçıya məxsus hərbi biletdə iddiaçının N992-N996-cı illərdə Laçın, Xocavənd, Ağdam, Füzuli, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirakı barədə hərbi hissənin möhürü ilə təsdiq edilmiş qeyd göstərilsə də, həmin qeyd hərbi hissənin vəzifəli şəxsi tərəfindən imzalanaraq təsdiq edilməmiş, cavabdeh inzibati orqan da qeyd edilən dövlərdə hərbi hissənin səlahiyyətli vəzifəli şəxslərini inzibati icraata cəlb etməmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin arxiv arayışında da iddiaçının döyüş bölgəsində xidməti barədə məlumatlar göstərilmişdir. Lakin cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan iddiaçının N () nömrəli hərbi hissədə xidmət zamanı xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidməti barədə məlumatın olmadığını əsas gətirərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçının xx.xx.N994cü il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidmətinin olub-olmamasını müəyyən etmək üçün xüsusi araşdırma aparılması tələb olunur. Cavabdeh inzibati orqan N () nömrəli hərbi hissəni, xüsusi səlahiyyətli ixtisaslaşmış mütəxəssisləri, işin faktiki halları ilə bağlı dəqiq məlumatlar vermək imkanına malik şahidləri işə cəlb edərək digər əlaqəli mötəbər sübutlarla xüsusi araşdırma apararaq qərar qəbul etməli idi. Lakin cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan iddiaçıya imtina cavabı vermişdir. Belə olan halda da, iş üzrə lazımi faktiki hallar tam aydın müəyyən olunmadığından hazırkı mərhələdə iddiaçının iddia tələbinin təmin edilib-edilməməsi barədə məhkəmə qərarının qəbul edilməsi mümkün deyildir. Hazırda birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətini cavabdeh deyil, iddiaçı vermiş olsa da, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının şəxsiyyətini təsdiq edən sənəddə onun soyadı “Quluyev”-dir, lakin iddiaçıya məxsus hərbi biletdə, arxiv arayışında və müvafiq əmrlərdə soyad olaraq “Quliyev” qeyd edilmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(120)-840/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar