Məhkəmə qərarları › İş №2-1(106)-227/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-227/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-227/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(120)-688/2023 saylı qərаrından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən yaşa görə (hərbi qulluqçu kimi) pensiya təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan imtina edərək 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddəti eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddəti mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)-688/2023 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 28 iyun 2022-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilir ki,” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 27 may 2022-ci il tarixində daxil olmuş müraciətinizə aiddiyyəti üzrə baxılmışdır. Bildiririk ki, AR Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əssən sizə “ hərbi xidmət dövrü ilə əlaqədar “2-ci dərəcə əliliyə görə təminat xərcliyinizin 55 faizi miqdarında əmək pensiyası təmin edilməklə 31 iyul 2021- ci il tarixinədək ödənilmişdir. Pensiya ödənişi 1 avqust 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəriniz 17 il 7 ay 5gün , güzəştli xidmət iliniz 4 il 9 ay 6 gün qeyd edilmişdir. 29 aprel 1992-ci il tarixindən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli nömrəli Azərbaycan Respublikası qanunu ilə edilmiş dəyişikliyə əsasən “20” il sözləri “20 təqvim ili “ sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 9.5.1 –ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq sizin 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddətiniz mövcud olmadığından sizə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil” O, xx.xx.1970-ci ildə anadan olmuşam.xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər hərbi xidmətdə çalışmışam.xx.xx.1992- xx.xx.1992-ci il tarixlərdə Bakı şəhər BPİ-nin polis PPX Alayının 2-ci bölüyünün polis əməkdaşı kimi,xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Bakı şəhər BPİ-nin DYPŞ-nin avtomobillərin müayinə stansiyasının xüsusiləşdiriİmiş ekoloji nəzarət bölüyünün yol-patrul inspektoru,xx.xx.1993cü ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in DYPİ-nin müayinə nəzdində avtomobillərin stansiyasının xüsusiləşdiriİmiş ekoloji nəzarət rotasının yol polisi müfəttişi,xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in sərəncamənda, xx.xx.2002-xx.xx.2003-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Zığ limanında XPB-nin PPX manqasının polis əməkdaşı, xx.xx.2003-cü il- xx.xx.2004-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Xaçmaz xüsusi polis məntəqəsinin polis nəfəri,xx.xx.2004cü ildən xx.xx.2004-cü ilə qədər Bakı şəhəri Səbail RPİ- nin əlahiddə polis bölüyünün polis nəfəri,xx.xx.2004-cü i 1-xx.xx.2006-cı il müddətində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yol polisi tağımımn yol polis inspektoru və xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilə kimi Bakı şəhəri Səbail RPİ- nin əlahiddə polis bölüyünün polis nəfəri kimi vəzifələrində çalışmışdır. Bakı şəhər Səbail RPİ-nin 30 aprel 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135 maddəsinin 6 bəndinə əsasən səhhətinə görə 30 aprel 2008-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən azad edilmişdir. 30 aprel 2008-ci il tarixə qədər xidmət müddətim təqvimi hesablama ilə 17 il.07 ay,05gün, imtiyazlı hesablama ilə isə 22 il 04 ay, 11 gün təşkil etməsi haqqında arayışı ərizəsinə əlavə etmişdir. Qüvvədə olan normativ-hüquqi aktlara görə isə hərbi qulluqçuların pensiya hüququ əldə etməsi üçün xidmət illəri 20 təqvim ili və daha çox olmalıdır. Azərbaycan Respublikasında pensiya islahatlarının ilkin mərhələsində 29 aprel 1992-ci il tarixində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun, 23 sentyabr 1992-ci il tarixində isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) qəbul edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemi müəyyən edilirdi. Həmin Qanunun 2-ci maddəsində pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiyanın onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilməsi və ödənilməsi nəzərdə tutulmuşdu. Qeyd olunan qanunvericilik aktlarında vətəndaşlara təyin edilən pensiyaların əmək və sosial pensiya növləri, o cümlədən əmək pensiyaları daxilində yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə və xidmət illərinə görə pensiya növləri müəyyən edilmişdi. Göstərilən qanunvericilik aktlarında nəzərdə tutulan xidmət illərinə görə pensiyanın mahiyyəti müəyyən əmək (fəaliyyət) sahələrinin spesifik xüsusiyyətləri ilə izah olunurdu. Bu, şəxsin uzun müddət gərgin və məsuliyyətli işi yerinə yetirdikdə, həmin fəaliyyəti müəyyən müddətdən sonra psixoloji və emosional ağırlığına görə davam etdirə bilməməsi ilə əlaqələndirilmişdi. Xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Məhz bu baxımdan xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi üçün fərdin müəyyən yaş həddinə çatması faktı hüquqi əhəmiyyət kəsb etmirdi. Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdı. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət vəya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə iş stajına daxil edilirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə isə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən aılıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına (bundan sonra - Nazirlər Kabinetinin 1992ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrlərixidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu (bundan sonra - 2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il 13 sentyabr tarixindən qüvvəyə minmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir:"hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;". Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cii il tarixli plenum qərarı ilə Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-1İQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilinəsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. 2008-ci ildən 2021-ci ilin ilin iyul ayınadək əlilliyə görə pensiya almışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 05 oktyabr 2023-cü il tarixli **********6 nömrəli etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2-1 (120)- 2061/2022 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1,2-ci və 47-ci maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçı R.M.Aqayevə verilmiş cavab məktubunda hərbi qulluqçu kimi is stajının 20 təqvim il müddətindən az olduğundan ona hərbi qulluqçu kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2007-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728- İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinizin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə 31 iyul 2021-ci il tarixədək ödənilmişdir (sonuncu pensiya ödənişi 489,09 manat). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı təyin edilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyinin etibarlılıq müddəti 31 iyul 2021-ci il tarixədək olduğu üçün pensiya ödənişi 1 avqust 2021-ci il tarixdən dayandırılmışdır.Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir.İddiaçı 30 aprel 2008-ci il tarixdə xidmətdən azad edilmiş, onun 1 sentyabr 2004-cü il tarixədək 20 il xidmət müddəti eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddəti mövcud olmamışdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi «əziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.Göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaçı R.M.Aqavevin hərbi xidmətdən suraxılanadək 20 təqvim ili hərbi xidmətdə olmadığından ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyqun hesab edilmir. 2-1(120)-2061/2022 nömrəli iş üzrə İddiaçı cğlunun Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(120)-688/2023 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(120)-688/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. X9 Məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasın təmin edən həcmdə araşdırma aparılmamışdır. Məhkəmə qərarının əsaslandırıcı hissəsində “iddia mahiyyəti etibarı ilə uğursuzdur, yəni əsaslı deyildir” nəticəsinə gəlmişdir. İşin halları ilə bağlı qeyd edir ki, o, xx.xx.1970-ci ildə anadan olmuş, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər hərbi xidmətdə çalışmışdır. xx.xx.1992xx.xx.1992-ci il tarixlərində Bakı şəhər BPİ-nin polis PPX Alayının 2-ci bölüyünün polis əməkdaşı kimi,xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Bakı şəhər BPİ-nin DYPŞ-nin avtomobillərə müayinə stansiyasının xüsusiləşdirilmiş ekoloji nəzarət bölüyünün yol-patrul inspektoru, xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in DYPİ-nin müayinə nəzdində avtomobillərin stansiyasının xüsusiləşdirilmiş ekoloji nəzarət rotasının yol polisi müfəttişi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər AR DİN-iı sərəncamında, xx.xx.2002xx.xx.2003-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Zığ limanında XPB-nin PPX manqasının polis əməkdaşı, xx.xx.2003-cü il-xx.xx.2004-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Xaçmaz xüsusi polis məntəqəsinin polis nəfəri, xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilə qədər Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyünün polis nəfəri, xx.xx.2004-cü il-xx.xx.2006-cı il müddətində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yol polisi tağımının yol polis inspektoru və xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilə kimi Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyünün polis nəfəri kimi vəzifələrində çalışmışdır. Bakı şəhər Səbail RPİ-nin 30 aprel 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə 30 aprel 2008-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən azad edilmişdir. 2008-ci ildən 2021-ci ilin ilin iyul ayınadək əlilliyə görə pensiya almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona təyin edilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyinin etibarlılıq müddəti 31 iyul 2021-ci tarixədək olduğu üçün pensiya ödənişi 1 avqust 2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxil işlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə 31 iyul 2021-ci il tarixinədək ödənilmişdir (sonuncu pensiya ödənişi 489,09 manat). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyi etibarlılıq müddəti 31 iyul 2021-ci il tarixinədək olduğu üçün pensiya ödənişi 1 avqust 2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir. 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan "Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi DİN özü imtyazlı iş stajının olması faktını təsdiq edir. Həmin Qanunun sözügedən maddəsinə görə 1 sentyabr 2004-cü il tarixli, 728-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddəti eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddəti mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Kadrlar idarəsinin məhkəməyə ünvanladğı xx.xx.2023-ci il tarixli, 3-1321/2-1628/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə əlaqədar Daxili işlər Nazirliyinə ünvanlanmış sorğunuza baxılmışdır. Bildirir ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir. Azərbaycan Respublikas Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.20008-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il 09 ay 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı xidmət müddətinin hesablanmasına əsas olmuş arxiv şəxsi işinin xidmətkeçmə siyahısının surəti göndərilmişdir. Buna görə məhkəmənin “iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladğı xx.xx.2023-cü il tarixli, 3-43-54/2-1134/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş 11,10.2023-cü il tarixli ÇM/176 nömrə sənədinə əsasən bildirilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.(Əsas:qeydiyyat kartası). İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə Xidmətin Sabirabad rayon şöbəsində heç-bir məlumat yoxdur” əsasının heç bir hüquqi əhəmiyyəti yoxdur. İşin faktiki hallarından görünür ki, İddiaçı iddia ərizəsində göstərdikləri işin faktiki halları ilə öz təsdiqini tapır. İddiaçı barəsində təqvimi hesablama ilə 17 il, 07 ay, 05 gün; imtiyazlı hesablama ilə 22 il, 04 ay, 11 gün xidmət müddəti hesablanmışdır. Fövqəladə vəziyyətdə xidməti AR NK-nin xx.xx.1992-ci il tarixli, 631 saylı qərarına əsasən xx.xx.1992-xx.xx.1997-ci il xidmət müddətinin bir ayı iki ay kimi hesablanmışdır. xx.xx.1992-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. 29 aprel 1992-ci il tarixindən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728- İİQD nömrəli Azərbaycan Respublikası qanunu ilə edilmiş dəyişikliyə əsasən “20” il sözləri “20 təqvim ili “ sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədə olan normativ-hüquqi aktlara görə isə hərbi qulluqçuların pensiya hüququ əldə etməsi üçün xidmət illəri 20 təqvim ili və daha çox olmalıdır. Azərbaycan Respublikasında pensiya islahatlarının ilkin mərhələsində 29 aprel 1992-ci il tarixində “Hərbi qulluqçuların pensiya təminat haqqında” Qanun, 23 sentyabr 1992-ci il tarixində isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundar sonra - “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) qəbul edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemi müəyyən edilirdi. Həmin Qanunun 2-ci maddəsində pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiyanın onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilməsi və ödənilməsi nəzərdə tutulmuşdu. Qeyd olunan qanunvericilik aktlarında vətəndaşlara təyin edilən pensiyaların əmək və sosial pensiya növləri, o cümlədən əmək pensiyaları daxilində yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə və xidmət illərinə görə pensiya növləri müəyyən edilmişdi. Göstərilən qanunvericilik aktlarında nəzərdə tutulan xidmət illərinə görə pensiyanın mahiyyəti müəyyən əmək (fəaliyyət) sahələrinin spesifik xüsusiyyətləri ilə izah olunurdu. Bu, şəxsin uzun müddət gərgin və məsuliyyətli işi yerinə yetirdikdə, həmin fəaliyyəti müəyyən müddətdən sonra psixoloji və emosional ağırlığına görə davam etdirə bilməməsi ilə əlaqələndirilmişdi. Xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Məhz bu baxımdan xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi üçün fərdin müəyyən yaş həddinə çatması faktı hüquqi əhəmiyyət kəsb etmirdi. Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-c maddəsində öz əksini tapmışdı. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət vəya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə iş stajına daxil edilirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə isə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına (bundan sonra - Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu (bundan sonra - 2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmi Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il 13 sentyabr tarixindən qüvvəyə minmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsini birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölcüdə;". Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyü: şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 27 mart 2014-cü il tarixli plenum qərarı ilə hərbi qulluqçuların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQ1 nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikas Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli plenum qərarı ilə hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrə Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 688/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(120)-688/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2023cü il tarixli, 2-1(120)-688/2023 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən yaşa görə (hərbi qulluqçu kimi) pensiya təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qəbul etdiyi qərarın ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında, o cümlədən iddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər hərbi xidmətdə çalışmışdır. xx.xx.1992-xx.xx.1992-ci il tarixlərində Bakı şəhər BPİ-nin polis PPX Alayının 2-ci bölüyünün polis əməkdaşı kimi,xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Bakı şəhər BPİ-nin DYPŞ-nin avtomobillərə müayinə stansiyasının xüsusiləşdirilmiş ekoloji nəzarət bölüyünün yol-patrul inspektoru, xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in DYPİ-nin müayinə nəzdində avtomobillərin stansiyasının xüsusiləşdirilmiş ekoloji nəzarət rotasının yol polisi müfəttişi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər AR DİN-iı sərəncamında, xx.xx.2002-xx.xx.2003-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Zığ limanında XPB-nin PPX manqasının polis əməkdaşı, xx.xx.2003-cü ilxx.xx.2004-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Xaçmaz xüsusi polis məntəqəsinin polis nəfəri, xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilə qədər Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyünün polis nəfəri, xx.xx.2004-cü il-xx.xx.2006-cı il müddətində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yol polisi tağımının yol polis inspektoru və xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilə kimi Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyünün polis nəfəri kimi vəzifələrində çalışmışdır. Bakı şəhər Səbail RPİ-nin 30 aprel 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə 30 aprel 2008-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən azad edilmişdir. 2008-ci ildən 2021-ci ilin ilin iyul ayınadək əlilliyə görə pensiya almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona təyin edilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyinin etibarlılıq müddəti 31 iyul 2021-ci tarixədək olduğu üçün pensiya ödənişi 1 avqust 2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir. Cavabdeh orqan imtina edərək 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddəti eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddəti mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 9.5.1 –ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının hazırki iddianı qaldırmaqda məqsədi razılaşmadığı ona güzəştli pensiya təyin edilməsi üçün hərbi xidmətdən buraxılanadək tələb olunun 20 xidmət ilinin olmasına baxmayaraq cavabdehin onun xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddətinin mövcud olmadığını göstərməsidir. Beləliklə də iddia ərizəsinin məzmunundan, iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında iştirak edən iddiaçının izahatından müəyyən edilir ki, hazırda iddiaçı cavabdehin imtinası ilə, yəni onun xidmətdən buraxıldığı günə 20 xidmət ilinin olmaması fikri ilə razılaşmır və hesab edir ki, onun xidmət illəri güzəştli hesablama ilə 20 ildən artıq təşkil edir. İddiaçı onun xidmət illərinin 20 təqvim ilindən artıq olmasını iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunduğunu bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının: 1-ci bəndinə əsasən Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. 3-cü bəndinə əsasən Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. 5-ci bəndinə əsasən məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir Şərh olunan hüquq normalarının tələbindən görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası Qanunla tələb olunan xidmət müddətinə dair həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş məlumat vərəqi əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında iddiaçının 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddətinin, eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddətinin mövcud olmadığını və bu əsasla ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmişdir. Verilən sualllara cavab olaraq izahatında bildirmişdir ki, iddiaçının sonuncu xidmət etdiyi qurum tərəfindən məlumat vərəqi 2008-ci ildə iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün göndərilmişdir və həmin məlumat vərəqəsində iddiaçının 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddətinin olması müəyyən olunmur. İddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü iddiaçının marağına uyğun məzmunda, yəni 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddətinin olmasına dair məlumat vərəqi təqdim olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında bildirmişdir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarının tərkibində xidmət eydiyi müddəti bir ayı üç ay hesabı ilə nəzərə alındıqda onun kifayət edən xidmət illəri olacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-1321/2-1628/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə əlaqədar Daxili İşlər Nazirliyinə ünvanlanmış sorğunuza baxılmışdır.Bildiririk ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2008-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında" Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı xidmət müddətinin hesablanmasına əsas olmuş arxiv şəxsi işinin xidmətkeçmə siyahısının surəti göndərilmişdir. Göründüyü kimi iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü 1 sentyabr 2004-cü il tarixinədək iddiaçının 20 il xidmət müddətinin olması barədə onun sonuncu xidmət keçdiyi orqan tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat vərəqi göndərilməmişdir. Hansı ki, məhz məlumat vərəqi göndərildikdən sonra həmin məlumat vərəqi əsasında yaşa görə pensiya təyin oluna bilərdi. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, iddiaçıya hüquqi marağına uyğun tələb olunan məzmunda yəni, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü xidmət müddətinə dair sonuncu xidmət keçdiyi orqana qarşı məlumat vərəqəsinin göndərilməsi barədə iddia qaldıra biləcəyi ilə bağlı hüquqi təklif etməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını tam və hərətərəfli araşdırmadan cavabdehin imtinasını əsas götürərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Halbuki, pensiya təyin edilməsi üçün kifayət edən xidmət illərinə dair səlahiyyətli qurum tərəfindən məlumat vərəqi hazırki iş üzrə cavabdeh quruma təqdim olunmadan onun imtinasının qanuniliyinə baxılması düzgün deyildir. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Bu baxımdan hazırkı iş üzrə isə iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yardım edilərək iddia tələbinin dəyişdirilməsi mahiyyət etibarı ilə mümkün deyildir. Həmçinin, iddianın növünün münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnəcəkdir ki, həmin iddianın ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi məsələlərinə baxılması, o cümlədən cavabdehin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən apellyasiya icraatında deyil, birinci insatnsiya məhkəməsində yol veriləndir. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddianın predmetinin və cavabdehin dairəsinin dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçıya yanlış iddia predmetinin münasibləri ilə əvəz olunmasında yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif ediməli, iddia tələbi üzrə iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və işə mahiyyəti üzrə baxılakən cavabdeh tərəfindən hüquq normalarının tətbiqinə riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(120)-688/2023 saylı qərаrı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar