Məhkəmə qərarları › İş №2-1(106)-228/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-228/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-228/2024 03.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X13 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Bəhmənov Habil Xanoğlan oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakı ilə, İddiaçı Əbülfəz oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüquqi yarandığı xx.xx.2005-ci il tarixdən, 57 yaşından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına əsasən pensiya təyin edilməsinin və xx.xx.2021ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvəldən olan dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)- 224/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərara aldı. İşin halları: İddiaçı Əbülfəz oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə MərkəziFilialına qarşı “iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüquqi yarandığı xx.xx.2005-ci il tarixdən, 57 yaşından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına əsasən pensiya təyin edilməsinin və xx.xx.2021-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvəldən olandövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11400/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə MərkəziFilialına ərizə ilə müraciət edərək, ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən«xx.xx.1997-ci il tarixli, 321-İQD №-li Qanun»un İ hissəsinin 1-ci bəndi ilə edilmiş deyişikliyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cu maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırıldığından, mən xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajını və 12 il 06 ay xüsusi iş stajımı topladığımdan, hesab edirəm ki, mənə xx.xx.2005-ci il tarixdən, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqıya əsasən pensiya təyin edilməlidir. Lakin cavabdeh iddiaçının ərizəsinə xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubla cavab verərək ona xx.xx.2005-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cıilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqıya əsasən pensiya təyin edildiyini,amma hal-hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən yenidən hesablanma qaydası nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən imtina edilmişdir. Bu səbəbdən də sosial təminat hüququ pozulduğundan məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüquqi yarandığı xx.xx.2005-ci il tarixdən, 57 yaşından xx.xx.2017-ci il tarixəkimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına əsasən pensiya təyin edilməsinin və xx.xx.2021-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvəldən olan dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsini məhkəməyə təqdim etmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 11 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona xx.xx.2005-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illəri əhatə edən əməkhaqqı arayışları əsasında xx.xx.2006-cı il tarixdən yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. İddiaçı müraciətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********5 nömrəli imtina məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulduğundan onun tələbinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona xx.xx.2005-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illəri əhatə edən əməkhaqqı arayışları əsasında xx.xx.2006-cı il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 2011-ci il 21 noyabr tarixdə qəbul edilmiş 2017-ci il 11 dekabr tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları” ilə Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyalarının yenidən hesablanması qaydası müəyyən edilmiş və nəzərdə tutulmuşdur ki, bu zaman 2006-cı il yanvarın 1-dək pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə, 2006-cı il 01 yanvar tarixdən sonra isə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanır. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış vəsonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyasının əmək fəaliyyətinə xitam verildiyi tarixdən sonra pensiyaçının seçimi ilə istənilən dövrün orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması qaydası qanunda nəzərdə tutulmamışdır. Belə ki, İddiaçı 01 avqust 2005-ci il tarixdə Fondun keçmiş Şirvan şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılarkən onun 14 il 07 ay 10 gün güzəştli iş stajı və 38il 09 ay ümumi iş stajı nəzərə alınmışdır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini müəyyən edir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illəri əhatə edən əməkhaqqı əsasında xx.xx.2006-cı il tarixdən yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri və AR İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2- 1(120)-720/2022 nömrəli inzibati iş üzrə İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi"nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-224/2023 nömrəli qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-224/2023 nömrəli qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı müraciətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********5 nömrəli imtina məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulduğundan onun tələbinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, İddiaçı 01 avqust 2005-ci il tarixdə Fondun keçmiş Şirvan şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13- cü maddəsinin “b” bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 01,08.2005-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılarkən onun 14 il 07 ay 10 gün güzəştli iş stajı və 38 il 09 ay ümumi iş stajı nəzərə alınmışdır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illəri əhatə edən əməkhaqqı əsasında xx.xx.2006-cı il tarixdən yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-1(120)- 224/2022 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, is verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda gevd olunan islərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi is verindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq isə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmada iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Cavabdeh apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-224/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, Apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə və X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-224/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsədə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq iddiaçının iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, iş materiallarında olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyaya əsasən: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: 3.1-ci bəndinə müvafiq olaraq sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 3.1.2-ci bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta (haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-224/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüquqi yarandığı xx.xx.2005-ci il tarixdən, 57 yaşından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına əsasən pensiya təyin edilməsinin və xx.xx.2021-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvəldən olan dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2006-cı il tarixədək yarandığından ona təyin edilmiş əmək pensiyası xx.xx.2017ci il tarixəkimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına uyğun hesablanmalıdır. Çünki, iddiaçı dəyişikliyin edildiyi 01 yanvar 2006-cı il tarixədək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks, halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki, tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdırıldığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddələrinə istinad edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd edilən hüquq normalarına görə xx.xx.1948-ci il təvəllüdlü İddiaçı Əbülfəz oğluna tələbinə uyğun yəni, 57 yaşı tamam olduğu xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixinədək 25 il ümumi iş stajı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısı üzrə 12 il 06 ay güzəştli iş stajı olmalıdır. İşdə olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əbülfəz oğlu xx.xx.1948-ci il tarixdə Sabirabad rayonunun Xiləmirzəli kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1964-cü il tarixli nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı Əbülfəz oğlu xx.xx.1964- cü il tarixdən xx.xx.2010-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1967-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletinin təsdiqedilmiş surətindən görünür ki, İddiaçı Əbülfəz oğlu xx.xx.1967-xx.xx.1969-cu illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Əbilxan Əbülfəz oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, 1 avqust 2005-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əməkpensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİQD nömrəli Qanunu iləqüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmişzərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyanın ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququvardır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, 1 avqust 2005-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əməkpensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu iləqüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajının 38 il 9 ay, güzəştli iş stajının isə 14 il 7 ay 10 gün olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, SOCAR**********80020123X00090 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1991-ci il tarixdən (Əmr № 224-k, xx.xx.1991-ci il), xx.xx.2004-cü il tarixinədək (Əmr № 312, xx.xx.2004-cü il), Əli- X9 İdarəsində 5-ci dərəcəli vışqaquraşdırıcı peşəsində işləmişdir. “Azneft“ İstehsalatBirliyinin xx.xx.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən X4 İdarəsi qazma sexi kimi X6 İşləri İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə X10” tresti yaradılmış, X8 İşləri İdarəsi və X12 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi trestin tabeliyinə verilmişdir. “X10” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X8 işləri İdarəsi qazma sexi kimi xx.xx.2012-ci il tarixdən X12 idarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR /13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X10“ trestinin X12 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X10“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021 -ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, Qaradağ-Kalmaz”, ’’Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” istehsalat bölümü kimi, fəaliyyət göstərir. İddiaçı 2001-2002-2003-cü illərin aylar üzrə əmək haqqı aşağıdakı qaydada AZM ilə hesablanmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-52128/23 nömrəli məktubundan görünür ki, İddiaçı 1 avqust 2005-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindənəmək haqqı əsasında hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cümaddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əbilxan X5 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajının 38 il 9 ay, güzəştli iş stajının isə 14 il 7 ay 10 gün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materillarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1948-ci il təvəllüdlüdür, iddiaçı ona xx.xx.2005-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının düzgün təyin edilmədiyini və ona pensiyanın əmək haqqıya əsasən təyin edilməli olduğunu xahiş etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş pensiyanın əmək haqqıya əsasən təyin edildiyini və hal-hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyanın əmək haqqıya əsasən təyin edilməsi və yenidən hesablanma qaydalarının mövcud olmaması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyanın əmək haqqıya əsasən təyin edilməsindən və yenidən hesablanmaqlayaranmış fərqin ödənilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası mübahisənin mahiyyəti üzrə yəni, iddiaçının tələbinin və cavabdehin imtinasının faktiki və hüquqi əsasları, o cümlədən gəlinən nəticə ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edilir. Belə ki, iddiaçı xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajını və 12 il 06 ay xüsusi iş stajı topladığını əsas gətirərək, hesab edir ki, ona xx.xx.2005-ci il tarixdən, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqıya əsasən pensiya təyin edilməli və hesablanmalıdır. Cavabdeh isə iddiaçının həmin tələbə dair müraciətindən imtina edərkən iki halı, yəni iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiyanın əmək haqqıya əsasən təyin edildiyini və hal-hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilikdə güzəştlişərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyanın əmək haqqıya əsasən təyin edilməklə yenidən hesablanma qaydalarının mövcud olmadığını əsas götürmüşdür. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunan zaman iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericliyə əsasən əmək haqqıya əsasən təyin olunmasına əsas verən şərtlərə cavabdeh tərəfindən riayət edilibedilmədiyi aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun müddəalarına istinad edir. Belə ki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006cı il tarixə kimi 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı olan şəxslərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyasıhüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarından müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajlarının və həmçinin həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinin və həmin Qanununun 17-ci maddəsinin 5-ci abzasının olmasını şərtləndirir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən təyin edilməsi üçün xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuşbu Qanunun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı il tarixə kimi yaşının olmasını və zəruri iş stajlarıının toplanmasını əsas götürür. İddiaçıya pensiyanın hansı yaşdan təyin edilməsi məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. Qanunda qeyd olunan normasında “əvvəllər qüvvədə olmuş qanunvericilklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. İddiaçının pensiya hüququnun yarandığı xx.xx.2005-ci il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olmuş redaksiyasına əsasən: -13-cü maddənin b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışanişçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli, 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddə) nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılmaqla xx.xx.2006-cı il tarixə kimi hüququ yaranmış kişilər – 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdirlər. 17-ci maddənin 5-ci abzasına əsasən həmin Qanunun 13-cü maddəsi üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən təyin edilməsi üçün dörd şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2006-cı il tarixə kimi yaşın olması; 2) xx.xx.2006cı il tarixə kimi 25 il ümumi iş stajının olması; 3) bu müddətin 12 il 06 ayının güzəştli iş stajı olması; 4) iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsi. Məhkəmə kollegiyası ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, yuxarıda qeyd edilən dörd şərtin mövcudluğu işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin iddiaçıya həmin şərtlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, ona pensiyanın əmək haqqıya əsasən təyin edilib - edilmədiyi işin zəruri halları olduğundan və cavabdeh tərəfindən mübahisələndirildiyindən, ona görə də məhkəmə hesab edir ki, həmin hallar işdə olan sübutlarla və mütəxəssis rəyi əsasında araşdırılmaqla hüquqi qiymət verilməlidir. İddiaçının xx.xx.2006-cı il tarixə kimi ümumi və güzəştli iş stajı illəri ona xx.xx.2005-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman nəzərə alınmalı olan sosial sığorta stajı məsələsi iddiaçının əmək haqqıya əsasən pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olmuş qanunvericiliyə görə həll edilməlidir. Çünki, bu zaman həll edilməli olan məsələ həmin müddətdə yaşın, ümumi və güzəştli stajın olub-olmadığı və ən əsası müvafiq siyahıda vəzifənin olub-olmadığı məsələdir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən təyin edilməsi üçün dörd şərtin olub-olmadığı məsələdir. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti qeyd edilən şərtlərin olub-olmaması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman hal-hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçının hüququ yarandığı taqrixdə qüvvədə olan qanunvericiliyin normaları nəzərə alınmalı və həmin normalar əsasında müəyyən edilməklə qiymət verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minmişdir. Bu dəyişiklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamaların aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, xx.xx.2006-cı il tarixə kimi hesablanma qaydası xx.xx.2017-ci il tarixə kimi qüvvədəolmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına, lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə kimi isə hesablanma qaydası xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən aparılmaqla tətbiq etməyə başlanılmışdır. Hazırkı mübahisənin halları baxımından aydınlaşdırılmalı məsələ 01 yanvar 2006cı il tarixədək qüvvədə olmuş qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan, lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə pensiya hesablanmasının hansı qaydada aparılması ilə bağlıdır. İşin halları baxımından iddiaçının dəyişikliklərin edildiyi 01 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etdiyi mübahisə doğurmur. Məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2006-cı il tarixədək yarandığından ona təyin edilmiş əmək pensiyası xx.xx.2017-ci il tarixəkimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına uyğun hesablanmalıdır. Çünki, iddiaçı dəyişikliyin edildiyi 01 yanvar 2006-cı il tarixədək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks, halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki, tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdırıldığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunda pensiyanın yenidən hesablanmasının başqa qaydası nəzərdə tutulmuşdur. Cavabdehin hesab etdiyi qayda – pensiyanın əmək haqqına uyğun hesablanması qaydası hazırkı qanunvericilkdə nəzərdətutulmasa da, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyənedilmiş tələblərə müvafiq sürətdə təyin edilməsi nəzərdə tutulmuşdur. Burada pensiyanın hesablanma qaydası nəzərdə tutulmasa da, qüvvədə olan qanunvericilik iddiaçının xeyrinə olan hissədə əvvəlki qanunvericliyin tətbiqini mümkün edir. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən dəvət edilmiş mütəxəssisin məhkəmə də verdiyi izahatlardan da görünür ki, iddiaçının hüququ yarandığı tarixdə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi müəyyən edilsə də, lakin iddiaçıya həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin normaları əsasında, yəni əmək haqqıya əsasən pensiya hesablanmaqla təyin edilməli idi. Bütün bunlara baxmayaraq iddiaçıya hüququ yarandığı tarixdə qüvvədə olmuş qanunvericiliyin normaları əsasında pensiya təyin edilməmiş və beləliklə də iddiaçının sosial təminat hüququ pozulmuşdur. Birinci instansiyası məhkəməsi tərəfindən dəfələrlə cavabdehə sorğular verilmiş və ondan xx.xx.2005-ci il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyasının hansı qaydada hesablanması barədə ətraflı məlumatın və həmin məlumatları özündə əks etdirən sənədlərin (pensiyanın uçot vərəqəsi, cədvəli, düsturu və s.) təqdim edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh inzibati oqan bu barədə sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan iddiaçıya məxsus pensiya işindən isə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına uyğun hesablandığını müəyyən etmək olmur. Yəni, həmin pensiya işində olan sənədlərdən pensiyanın hansı qaydada hesablandığını və hesablanarkən hansı dövrlərin, o cümlədən 2004-2005-ci illərin əmək haqlarının nəzərə alındığını müəyyən etmək mümkün deyil. Hətta, işdə olan sənədlərdən görünür ki, cavabdeh inzibati orqan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsaslanaraq həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən etdiyini bildirmişdir. Məhz bu əsaslardan çıxış edərək cavabdeh inzibati orqan güzəştli şərtlərlə yaşa görə iddiaçıya ödənilən əmək pensiyanın ərizəsində göstərilən əsaslarla, yəni 2004-2005-ci illəri əhatə edən əmək haqqı əsasında yenidən hesablanaraq ödənilməsindən imtina etmişdir. Belə olan halda iddiaçıya hüququ yarandığı tarixdə qüvvədə olmuş qanunvericiliyin normaları əsasında, yəni həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehin dəlilləri əsaslı olmamışdır. Bu barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşə əlavə edilmiş iddiaçının əmək kitabçasının notariusdan təsdiq edilmiş sürətindən də görünür ki, iddiaçı xx.xx.1964-xx.xx.2010-cu il tarixə kimi işləməklə 46 il ümumi əmək stajı olmaqla, həmin əmək stajının xx.xx.1985-xx.xx.2010-cu il tarixə kimi “Azneft İB”-nin “X1 Kontoru”-da vəzifəsində işləmişdir. İşlədiyi sahə ağır iş stajı olduğuna görə iddiaçıya xx.xx.2005-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona pensiya təyin edilən zaman xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzası nəzərə alınmamışdır. Hazırkı iddia tələbi üzrə iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olmuş qanunvericliyin normalarının məzmunundan da göründüyü kimi, qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq çıxarılmalıdır. Bundan başqa, sonrakı hesablanma qaydası iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxsalərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İşə əlavə edilmiş 2004-2005-ci illər üzrə əmək haqqı barədə arayışdan da görünür ki, iddiaçının 2004-2005-ci ilin may ayına kimi ümumi əmək haqqısı həmin dövrün məzənnəsinə əsasən 15627966 (on beş milyon altı yüz iyirmi yeddi min doxsan altı manat, 60 qəpik)-(indiki məbləğlə 3132 AZN) manatdan çox olmuşdur. İddiaçı həmçinin iddia ərizəsində müraciət etdiyi vaxtdan 3 il əvvələdək olan dövrlərin yaranmış fərqinin ödənilməsini xahiş edir. Həmin hissəyə məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial MüdafiəFondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-224/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar