Məhkəmə qərarları › İş №2-1(106)-228/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-228/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-228/2025 21.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X7 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-N(N20)-2882/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 03 dekabr 2024-cü il tarixli, 2- N(N20)-2882/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh imtina və etiraz ərizələrində bildirmişdir ki, N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Lakin iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi, döyüş əməliyyatlarında iştirakı zamanı N saylı hərbi hissənin tərkibində olduğu və xx.xx.N993-cü il tarixdə həmin hərbi hissədən N nömrəli hərbi hissəyə geri qayıdaraq qazan təminatına salındığı, və qanuni əsaslarla təxris edildiyi öz təsdiqini tapır. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir. Həmçinin məhkəmə vurğulayır ki, arxivdə hərbi hissənin sənədlərin saxlanılmaması iddiaçının təqsiri nəticəsində yaranan bir hal deyildir və onun ziyanına təfsir oluna bilməz. Həmçinin analoji hal kimi iddiaçının döyüş yoldaşı olmuş, onunla birlikdə N saylı hərbi hissədə vuruşmuş və məhkəmə prosesində şahid kimi iştirak etmiş X4 da eyni əsaslar üzrə imtina verilmiş və Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-979/2020 saylı 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı X2 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir. Qərar cavabdeh inzibati orqan tərəfindən icra edilmiş, iddiaçı barədə əlverişli inzibati akt qəbul edilərək ona müharibə veteranı adı verilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N992-ci ildən N993-cü ilə kimi Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu fakt onun hərbi biletində qeyd olunmuş və hərbi hissənin komandanlığı tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Bundan əlavə ona verilmiş N saylı hərbi hissənin komandanlığı tərəfindən N3 sentyabr N993-cü il tarixli, NN7 saylı arayışla da onun Ağdam şəhəri uğrunda gedən döyüşlərdə iştirak etməsi təsdiq olunur. N996-cı il tarixdə o, Milli Ordu sıralarından tərxis olunmuşdur. Lakin buna baxmayaraq uzun illərdir ki, müxtəlif dövlət orqanlarına müraciət etmiş olsa da bu faktı sübut edə bilməmişdir. Dəfələrlə bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş olsa da ona “Müharibə veteranı adı və vəsiqəsi” verilməsindən imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(N20)-358/2023 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qərara alınmışdır. Lakin Müdafiə Nazirliyi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda ona yenidən “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsindən imtina edilmişdir. XNN Məhkəməsində aparılan əvvəlki araşdırma zamanı tərəfindən məhkəməyə təqdim edilmiş və dindirilmiş şahidlər - X5 və X9 eyni məzmunlu ifadələrində bildirmişlər ki, İddiaçı ilə birlikdə onlar N992-N996-cı illərdə Astara rayonu Şahağacı kəndində yerləşən N nömrəli hərbi hissədə xidmət etmiş, Ağdamda döyüş əməliyyatlarına ezam əmri ilə getdiklərini, dəfələrlə ezam olunduqlarını, ezamın N0-N5 gün çəkdiyini, ezam əmrlərinin bəzilərini Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəyə müraciət edərək aldığını, müharibə veteranı vəsiqələrini aldıqlarını bildirmişdirlər. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında verilmiş xx.xx.2023-cü tarixli, NN/35 nömrəli məktuba əlavə olunmuş sənədlərdən görünür ki, şahid XN tərəfindən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(N20)-979/2020 nömrəli qərarına komissiyanın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və müharibə veteranı adı verilməsi müəyyən edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının adına açılmış kartadan görünür ki, o xx.xx.N992-ci ildən xx.xx.N995-ci ilədək sıravi əsgər rütbəsində dizel elektrikçi vəzifəsində N saylı hərbi hissədə, xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilədək sürücü-elektrik vəzifəsində N saylı hərbi hissədə xidmət etmişdir. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin N8-ci bəndində döyüş əməliyyatlarında iştirakı ilə bağlı edilmiş qeydlər arxiv arayışında öz təsdiqini tapmamışdır. İddiaçının əvvəlki müraciətləri zamanı tərtib edilmiş xx.xx.20N9-cu il tarixli 9/2-NN62N nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumatlar aşkarlanmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən iddiaçının müraciəti əsasında müvafiq sənədlər toplanaraq baxılmış və onun döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkarlanmamışdır. Beləliklə, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xidmət etdiyi N və N nömrəli hərbi hissələr döyüşlərdə iştirak edən hərbi hissələr siyahısında deyil və iddiaçının döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində imtina aktı və iddiaya qarşı etirazda göstərilən dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və idddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2/2-7966 nömrəli məktubda qeyd edilmişdir ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə N və N nömrəli hərbi hissələrin tərkibində xidmət müddətində (xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək) hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrlərində döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar olunmadığına və 987, N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. -Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(N20)-358/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati mübahisə üzrə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir. -İddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin 7-ci səhifəsində onun xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Ağdam şəhəri ərazisində gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. -Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, N036 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 3 №-li əmrində (əsas: §-5, səh-NN, sıra-34, əmrdə vəzifəsi yazılmamışdır) MDB-nin hərbi hissəsindən xidmətlərini davam etdirmək üçün gəlmiş, xx.xx.N992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmış hərbi qulluqçuların siyahısında, Maddi təminat bölüyünə təyin olunmuş, sıravi İddiaçı adı qeyd olunmuşdur. xx.xx.N992-ci il tarixdən Astara RHK-dan Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə çağırılmış, N973-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 34 №-li əmrilə (əsas: səh-72, §-N, sıra-N0) şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N34 №-li əmrilə (əsas: səh-38, §-2, sıra-8) sıravi İddiaçı N №-li hərbi hissədə rabitə manqasında mexanik vəzifəsinə təyin edilmişdir. Xidmətini davam edirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 3N0 №-li əmrilə (əsas: səh-N04, §-NN, sıra-N) maddi təminat bölüyündə qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 33 №-li əmrilə (əsas: §-7, sıra-8) sıravi İddiaçı maddi təminat bölüyünün N-ci Avtomobil tağımında sürücü-elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 83 №-li əmrilə (əsas: səh-2NN, §-8, sıra-7) sıravi İddiaçı sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. Maddi təminat bölüyündə sürücü-elektrik vəzifəsində xidmət edən, sıravi İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, N8-ci maddənin “D” bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N49 №-li əmrilə (əsas: səh-N3, §-8) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin avqust-dekabr N992-ci il, yanvar- dekabr N993-cü il və yanvardekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N992- N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, NN4N nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 34 №-li əmrilə (əsas: səh-72, §-N, sıra-N0) şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N34 №-li əmrilə (əsas: səh-268, §-2, sıra-8) sıravi İddiaçı N №-li hərbi hissədə rabitə manqasında mexanik vəzifəsinə təyin edilmişdir. Xidmətini davam edirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 3N0 №-li əmrilə (əsas: səh-N04, §-NN, sıra-N) maddi təminat bölüyündə qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 33 №-li əmrilə (əsas: §-7, sıra-8) sıravi İddiaçı maddi təminat bölüyünün N-ci Avtomobil tağımında sürücü-elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 83 №-li əmrilə (əsas: səh-2NN, §-8, sıra-7) sıravi İddiaçı sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. Maddi təminat bölüyündə sürücü-elektrik vəzifəsində xidmət edən, sıravi İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, N8-ci maddənin “D” bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N49 №-li əmrilə (əsas: səh-N3, §-8) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr N992-ci il, yanvar- dekabr N993cü il və yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin avqust-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il yanvar-dekabr N994-cü il, iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3N09 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Birinci instaniya məhkəməsi gəldiyi qənaəti iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əsaslandırsa da, həmin hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması halına qiymət verməmişdir. Həmin hərbi hissənin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması isə bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının döyüşlərdə iştirakı onun döyüşən hərbi hissəyə ezam edilməsi yolu ilə baş verə bilərdi. Lakin iş materiallarında onun ezam edilməsi barədə hər-hansı sübut yoxdur. İddiaçıya məxsus hərbi biletdə olan qeyd isə yuxarıda qeyd olunan əsasnaməyə görə nizami hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən mötəbər hesab edilə bilməz. Bu yanaşma həm də ondan qaynaqlanır ki, bir halda ki, N saylı hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmamışdır, bu halda hərbi biletdə həmin hərbi hissə tərəfindən aparılmış iddiaçının döyüşlərdə iştirakı barədə qeydlər həqiqəti əks etdirə bilməz. Məhkəmə kollegiyasının icraatında olan X6 analoji tələbi ilə bağlı iş üzrə Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda bir daha bildirilmişdir ki, 987, N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti həmçinin analoji hal kimi iddiaçı ilə birlikdə N saylı hərbi hissədə xidmət etmiş və şahid qismində idafə vermiş X4 da eyni əsaslar üzrə imtina verilməsi və sonradan məhkəmə qərarına əsasən müvafiq status verilməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası tərəfindən həmin məhkəmə işi əldə edilərək, öyrənilmiş və müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin arxivində X2 N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə N nömrəli hərbi hissədən xx.xx.N993-cü il tarixdə döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam döyüş bölgəsinə ezam edilməsi barədə məlumatlar (işə əlavə edilmişdir) mövcuddur. Göründüyü kimi X2 barəsində aparılmış inzibati icraatla hazırki iş üzrə faktiki hallar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N2-ci maddəsində təsbit edilmiş prinsiplərinin tətbiqi baxımından oxşar deyil və bu baxımdan inzibati orqan tərəfindən sözügedən Qanunun tələbləri pozulmamışdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-N(N20)-2882/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar