Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-234/2024 09.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlu, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-1738/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “X10 Emalı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X10 Emalı” Açıq Səhmdar Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, xx.xx.2022-ci il tarixli **********664900 saylı qərarın ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 23 noyabr 2023-cü il tarixli, 2- 1(120)-1738/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli, 649s nömrəli sərəncamına əsasən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bu Sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57630486,38 (əlli yeddi milyon altı yüz otuz min dörd yüz səksən altı manat otuz səkkiz qəpik) manat məbləğində ümidsiz debitor borcları silinmişdir. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı sorğu cavabına əsasən iddiaçı "X10 Emalı” Açıq Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədinin aşkar edilmədiyi və borcu təsdiq edən hər hansı bir sənəd olmadığından ümidsiz hesab edilərək silindiyi müəyyən edilir. Həmçinin ümidsiz borclar - iddia müddəti keçmiş, və icrası mümkün olmadığına görə mülkü qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclara deyilir. Şübhəli və ümidsiz debitor borcların müəyyən edilməsi üçün müəssisədə olan debitor boclar illik inventarizasiya olunmalıdır. Debitor borcların inventarizasiyası AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş" Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları"na əsasən aparılır. Ümidsiz borcların mühasibat kitablarında necə qeyd olunmasına uyğun gələn normativ-hüquqi sənəd Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il tarixli Q-17 saylı qərarıdır. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən debitor borcları komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir. İnventarizasiya komissiyası sənədli yoxlama üsulu ilə iddia müddəti keçmiş ümidsiz və şübhəli debitor borclarının siyahısını müəyyən etməlidir. Ayrıca VM-nin 106.1.8 maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir hüquqi şəxslərin mənfəət vergisindən azaddır. Belə olan halda əsası olmayan borcun silinməsi Vergi Məcəlləsinin maddələrində müəyyən edilmiş vergituma obyekti kimi çıxış edə bilməz. Qərardan cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X10 Emalı” Açıq Səhimdar Cəmiyyəti Azərbaycan Respublikasının 208-lQ saylı xx.xx.1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş X1 Cəmiyyətə Çevrilməsi Qaydaları haqqında Əsasnəməyə uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı sərəncamı ilə X10 Emalı zavodunun səhmdar cəmiyyətə çevrilməsi nəticəsində yaradılmışdır. 06 mart 2002-ci il tarixdə AR Ədliyyə Nazirliyi tərəfindən qedə alınmış, 03 fevral 2009-cu il tarixdə AR Vergilər Nazirliyinin 5 saylı X13 İdarəsi tərəfindən **********441600 nömrəsi ilə təkrarən qeydiyyatdan keçmişdir. 2006-cı ildə müəsisə müsabiqə yolu ilə özəlləşdirməyə açıq elan edilmiş və 2007-ci ildə özəlləşdirilmişdir. Özəlləşdirilmə zamanı müəssəsinin emissiya prospektində kreditor borclar siyahısında Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin adı olmamışdır. Əksinə xx.xx.2000-ci il tarixə həmin müəsisənin X10 Emalı ASC-yə **********0 manat (57419,66 azn) borcu olmuşdur. 2006-cı ildə tərəfimizdən yük daşımaları üçün vaqon ayrılması barədə ADY QSC-yə müraciət edildikdə, onların cavabdehə guya xx.xx.2001-ci il tarixə 2.511.739.831.00 manat (502347,97 AZN) borcun olduğu bildirilmişdir. Borcun yaranması araşdırılarkən 2000-ci ilin mart ayından oktyabra kimi Bakı yük stansiyasından Sumqayıt və Hacı Zeynalabdin stansiyalarına 1786 vaqon 502347,97 AZN məbləğində bizim hesaba yük daşınması ortaya çıxmış, ancaq cavabdehin maliyyə xidməti ilə birgə araşdirma aparılan zaman həmən məbləğdə yükün daşınmasını əsaslandıran və iddiaçının borclu olduğunu sübut edəcək heç bir rəsmi sənəd aşkar olunmamışdır. Eləcədə borclu olduqlarını təsdiqləyən qarşılıqlı üzləşmə aktı ortaya çıxmamışdır. Dəfələrlə həmin borcun əsassız olduğunu bildirərək silinməsini xahiş etsələr də buna nail ola bilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, "Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli 649s nömrəli sərəncamına əlavədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə ümidsiz debitor borclarının siyahısında "X10 Emalı” ASC-nin "Stansiya və yükdaşıma” xidmət növü üzrə 502347,97 manat məbləğində borcunun silindiyi qeyd edilmişdir. xx.xx.2021 -ci il tarixdə "X10 Emalı” ASC-nin 502347,97 manat məbləğində kreditor borcunun silindiyi üçün silinmiş borc məbləği Azərbaycan mənbəyindən gəliri hesab olunmuşdur. "X10 Emalı” ASC tərəfindən təqdim olunmuş mənfəət vergi bəyannaməsinin "İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğin qeyd edilməli olduğu halda xx.xx.2022-ci il tarixdə "X10 Emalı” ASC tərəfindən təqdim edilmiş 2021-ci il üçün mənfəət vergi bəyannaməsinin "İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğ qeyd edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vergiyə cəlb edilən dövriyyənin 2021-ci il üzrə 502347,97 manat, vergi məbləğinin isə 100469.59 (502347,97x20%) manat azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********730200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixli **********691700 nömrəli məktubunda hesablanmış əlavə vergi məbləğinin azaldılmasını və "Azərbaycan Dəmir Yollan” QSC-nə kreditor borcunun olmadığını bildirilməsinə baxmayaraq qarşı tərəflə tərtib edilmiş üzləşmə aktı və ya borcun olmaması haqqında məktubun təqdim edə bilməməsi səbəbindən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə kameral qaydada 389979.88 manat ziyan nəzərə alınmaqla ((502347,97-389979,88)*20%) 22473.6 manat əlavə hesablama aparılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti ümumən etiraz dəlilləri ilə eynilik təşkil etmiş, şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsində inzibati araşdırma davam etdiyi müddətdə 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən yazılı vəsatət verilmiş, iddia müddətinin buraxılması həmin vəsatətlə əsalandırılmış sübut qismində vergi ödəyicisi ilə vergi orqanı arasında yazışmalar təqdim edilmişdir. Lakin məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair vəsatəti gözardı etmiş, lazımi araşdırma aparmadan, şifahi formada vəsatətin rədd edilməsinə dair heç bir əsaslandırma vermədən şifahi formada qərarını elan etmişdir. Əlavə olaraq, buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh tərəfindən ərizə məhkəməyə təqdim edilməmiş, buraxılmış prosessual müddətin bərpa edilməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi müddətin buraxılmasına səbəb olmuş hallar və həmin halların müddətin buraxılması üçün üzrlü hal hesab edilməsi inzibati araşdırmadanın bütün iştirakçıları üçün sirr olaraq qalmışdır. Müddətə əməl edilməsinə mane olan hallar Şirvan İnzibati Məhkəməsində aparılan inzibati araşdırma müddətində keçirilmiş hazırlıq iclaslarında müzakirə edilməmiş, buna hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında müzakirə edilməyən hal isə məhkəmənin yekun qərarında öz əksini taparaq 5 saylı Ərazi Vergilər İdarəsinin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Şirvan İnzibati Məhkəməsi iddianın mümkünlüyü məsələsini gözardı edərək buraxılmış prosessual müddəti bərpa etmişdir və bu hal ümumilikdə işin araşdırılması və yekun qərarın verilməsinə bütünlükdə təsir etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********664900 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. İş materiallarında olan: -"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, Cəmiyyətin mühasibat hesablarında "X10 Emalı” ASC-nin debitor qalığı şəklində borcu mövcud olmuşdur. Lakin "X10 Emalı” ASC-nin 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi aşkar edilməmişdir. Qeyd olunan borcu təsdiq edən sənəd olmadığından ümidsiz hesab olunaraq Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli, 649s nömrəli sərəncamı ilə silinmişdir. -Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli, 649s nömrəli sərəncamının məzmunundan görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bu Sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57630486,38 (əlli yeddi milyon altı yüz otuz min dörd yüz səksən altı manat otuz səkkiz qəpik) manat məbləğində ümidsiz debitor borclarının silinməsi qərara alınmışdır. -5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********859600 nömrəli məktubunda qeyd edilmişdir ki, "Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: 990000772l) 1989-20l4-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021 -ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli 649s nömrəli Sərəncamına əlavədə "Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə ümdsiz debitor borclarının siyahısında "X10 Emalı” ASC-nin "Stansiya və yükdaşıma” xidmət növü üzrə 502347,97 manat məbləğində borcunun silindiyi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında X10 Emalı Zavodunun nəzdində "X10 Emalı” ASC-nin yaradılması (özəlləşdirilməsi) ilə bağlı sənədlər toplusuna (Emissiya prospekti) baxış zamanı müəyyən edildi ki, zavodun kreditor borcları siyahısında borcalan qismində "Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin və yaxud onun struktur qurumlarının adına rast gəlinmədi (sənədin surəti əlavə edilir). Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən qeyd edir ki, vergi ödəyicisinin adının hər-hansı siyahıda borclu kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin müvafiq məktubları ilə müəyyən olunur ki, iddiaçının həmin quruma borcunun olmasını təsdiq edən hər-hansı sənəd mövcud deyil. Göründüyü kimi, faktiki olaraq sərəncamda qeyd olunmuş debitor borc məbləğini təsdiq edən sənədlər mövcud deyil. Vergi orqanı isə iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arasında hər-hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisinə borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin prosessual müddətin bərpası ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əvvala şikayətdə göstərilənlərin əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın müddətlə bağlı mümkünlük şərtləriini araşdırmış və müvafiq qərardadla hüquqi qiymət vermişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianın Şirvan İnzibati Məhkəməsinin icraatına verilməsinədək keçən zaman kəsiyində iddiaçının digər məhkəmələrə və müdiasiya təşkilatına, habelə yuxarı vergi orqnına müraciətləri baxımından müddətin üzrlü səbəbdən buraxılması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı hazıki mübahisə ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən iddia ərizəsi geri qaytararaq kommersiya mübahisələri üzrə işlərə mediasia tətbiq edilməli olduğu izah edilmişdir. xx.xx.2022-ci il tarixdə Elektron Kabinetdən "xxxx" QSC-yə xəbərdarlıq məktubu göndərilmiş, xx.xx.2022ci il tarixdə əsassız yazılmış borcun silinməsinə dair X2 barədə təklif Mediasiya Şurasına göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ADY QSC-ə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbulundan imtina edilmişdir. İddiaçının yuxarı vergi orqanına şikayəti ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və qərardan 30 gün müddətində məhkəməyə şikayət verilməsi göstərilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehdən pulun silinməsinə dair X2 barədə təklif göndərilmiş, həmçinin xx.xx.2022-ci il tarixli 01/52 saylı məktubla borca görə hesablanmış mənfəət vergisinin aradan qaldırılması üçün Dövlət Vergi Xidmətinə müraciət göndərilmiş, xx.xx.2022-ci il tarixdə müraciətə cavab olaraq bildirilmişdir ki, araşdırılmanın aparılmasına zərurət yarandığı üçün araşdırmanın müddəti uzadılmışdır. Nəhayət iddiaçı xx.xx.2022-ci il tarixdə hazırki iddianı Şirvan İnzibati Məhkəməsinin icraatına təqdim etmişdir. Beləliklə işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-1738/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-234/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-234/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver