Məhkəmə qərarları › İş №2-1(106)-234/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-234/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-234/2025 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 noyabr sentyabr 2024-cü il tarixli, 2-1(120)-3862/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Ramiz oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə ədliyyə orqanlarında 25 il qulluq illəri olduğuna görə ona pensiya almaq üçün müraciət etdiyi gündən əvvəlki 24 ayı və ya ardıcıl gələn istənilən 60 ay ərzində aldığı əmək haqqından, əmək haqqındakı sonradan artımlarda nəzərə alınıb hesablanmaqla pensiya təyin edilməsi və həmin hüququnun yarandığı gündən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, xx.xx.1967-ci ildə Masallı rayonu Həsənli kəndində doğulmuşdur. Ailəlidir, 2 uşağı var. Hərbi xidmətə çağrılana kimi Masallı rayonu “Şən-həyat” sovxozunda fəhlə işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin qiyabi şöbəsinin bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir. xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə kimi Masallı rayon prokurorluğunda böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsində işləmişdir. xx.xx.2007-ci il tarixdə test üsulu ilə imtahan verərək ədliyyə orqanlarına qulluğa qəbul olunmuşdur. xx.xx.2007-ci ildən xx.xx.2008-cı ilədək Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində məsləhətçi, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilədək Yardımlı rayon Qeydiyyat şöbəsində aparıcı məsləhətçi, xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilədək Yardımlı rayon Qeydiyyat şöbəsinin rəisi, xx.xx.2016-cı ildən xx.xx.2024-pü ilə kimi Masallı rayon Qeydiyyat şöbəsini rəisi vəzifəsində işləmişdir. xx.xx.2024-cü ildə Astara rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifədə işləyir. Ədliyyə müşaviri xüsusi rütbəsindədir. O, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyiyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 ərizə ilə müraciət edərək xx.xx.2017-ci il tarixədək 25 il ədliyyə orqanlarında qulluq illərinə görə görə pensiya təyin edilməsi və həmin hüququ yarandığı gündən almalı olduğum pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial mənə xx.xx.2023-cü il tarixli 3-17-1/2-244525/2023 tarixli məktubla tərəfindən təqdim edilmiş sənədlərdə olan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti orqanlara sorğular göndərilməsi və həmin sorğulara cavab verildikdən sonra pensiya təyinatı məsələsinə baxılacağı haqqında ona cavab vermişdir.Onların əməkdaşı ondan 25 il xidmət illərinin hansı ildə tamam olması və əmək haqqı arayışı tələb etmişdir və və bu sənədlərin əldə olunacağı halda problemin olmayacağını bildirilmişdir. Ədliyyə Nazirliyi xx.xx.2024-cü il tarixdə 3-17-1/2-M1006122/2024 saylı məktubla xx.xx.2016-cı ildə (yəni qanunvericiliyə edilmiş dəyişikliyə qədər , xx.xx.2017-ci ilə qədər) onun 25 il ədliyyə orqanlarında qulluq illərimin tamam olması və 25 ilin tamam olduğu vaxtdan əvvəlki 2 ilin əmək haqqı barədə arayışı Mərkəzi Filiala göndərmişdir.Mərkəzi Filial xidmət illərinə görə ona əlavə haqqın ödənilmədiyi və qanunvericilikdə edilmiş və onun pensiya hüququnun yaranmasına əsas olan dəyişikliyin 2021-ci ilə qədər mövcud olmamasını xx.xx.2017-ci ilədək ədliyyə orqanlarında qulluq illərinin 25 ildən az olmasını səbəb gətirərək ona pensiya təyin edilməsindən əsassız olaraq 7 aydan sonra imtina edilmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-164571/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat X6 güzəştli ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizəçinin müraciətinə baxılaraq əlavə olunmuş sənədlərə əsasən müvafiq məlumatların dəqiqləşdirilməsi ilə əlaqədar aidiyyəti üzrə sorğu göndərildiyi və sorğuya cavab verildikdən sonra əmək pensiyasının təyin olunması məsələsinə baxılacağı bildirilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (1 iyul 2017-ci il tarixədək 25 il) qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır .Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” (bundan sonra - Qayda) ilə hesablanır. Qaydanın 3.1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinə 15 ildən 20 ilə qədər qulluq illərinə görə - 25 faiz, 20 ildən 25 ilə qədər qulluq illərinə görə - 30 faiz əlavə haqq verilir.Həmin Qaydanın 2.2.3-1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət daxil edilir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26 sentyabr 2023-cü il tarixli 3-16-5/2-8901/2023 nömrəli əməkhaqqı barədə arayışa əsasən iddiaçıya qulluq illərinə görə 25 faiz miqdarında əlavə ödənilmişdir. Göründüyü kimi, iddiaçıya 2023-cü ilin iyul ayında qulluq illərinə görə 30 faiz deyil, 25 faiz miqdarında əlavə ödənilmişdir. Yəni İddiaçı qulluq illəri 20 ildən artıq deyil, 20 ildən az olaraq nəzərə alınmışdır. Qaydanın 2.2.3-1-ci yarımbəndi 28 noyabr 2021-ci il tarixədək mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 1 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq illəri 25 ildən az təşkil etdiyindən iddiaçının müraciətində göstərdiyi qaydada ədliyyə orqanlarının işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir.“Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddələrinin tələbinə görə, ədliyyə orqanlarında qulluq keçmiş yalnız o şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır ki, onların ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olsun və həmin şəxslər xüsusi rütbələrdən məhrum edilməmiş olsunlar.“Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir.İddiaçının iddia ərizəsində istinad etdiyi, yuxarıda qeyd olunan Qaydaların 2.2.3° 1ci yarımbəndi ilə bağlı bildirilir ki, maddənin məzmunundan göründüyü kimi ədliyyə organı işçilərinin digər dövlət organlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddətin qulluq illərinə daxil edilməsi onlara əlavə hagq hesablanması İlə əlagədardır və həmin illərin ədliyyə orqanlarında qulluq ilərinə daxil edilərək pensiya təyin edilməsinə münasibətdə hüquqi əhəmiyyət kəsb etmir.Odur ki, iddiaçının Masallı Rayon Prokurorluğunda böyük mütəxəssis (dəftərxana müdiri) işlədiyi dövrün ədliyyə orqanlarında qulluq stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımdan əsassız hesab edilir. Şirvan İnzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) 22 noyabr 2024-cü il tarixli, 2-1(120)-3862/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-3862/2024 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz mövqeyində qulluq illərinin məcmusunu hesablayarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123№-li qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanı işçılərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi “ Qaydasının tələblərinə əsasən hərbi xidmət illərini qulluq (xidmət) illəri kimi qəbul etmiş (2.2.7-ci bənd), lakin əsassız olaraq nədənsə həmin Qaydanın 2.2.3-1-ci bəndini qeyd etməmişdir. Halbuki “Qaydalar”a görə ədliyyə orqanları işçilərinin qulluq illərinə aşağıdakı dövrlər daxil edilir. ədliyyə orqanlarında stajorluq və sınaq müddəti də daxil olmaqla xüsusi rütbə nəzərdə tutulmuş müddət (2.1.1) (2.1.4) -dövlət orqanlarında dövlət qulluğu vəzifələrində işlədikləri müddət (2.2.3-1) - SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmət müddət (2.2.7) Məhkəmə öz mövqeyində yuxarıda qeyd edilən Qaydanın tələblərinə əsasən 25 il qulluq (xidmət) illərinə görə əlavə haqqın ən azı 40% ödənilməli olduğunu, mənə isə 25% ödənildiyini əsas götürür. Lakin bunun mənim 25 il qulluq illərimin tamam olmasına heç bir aidiyyəti olmadığı, əlavə haqqın az ödənilməsinin bir mühasibatlıq xətası olduğu nəzərə alınmamışdır. Belə ki, “Dövlət Qulluğu haqqında” Qanunun 22.7.2 maddəsinin tələbinə əsasən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydasını və Şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti Nazirlər Kabineti Qanunun bu normasını tətbiqi ilə əlaqədar xx.xx.2024-cü il tarixli 91 №-li Qərarla “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinin Qaydasını və Şərtləri” müəyyən etmişdir. Həmin “Qaydalar və Şərtlər”ın 3.1-ci bəndində göstərilir ki, Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluğunda aşağıdakı dövrlər nəzərə alınır; -3.1.1. dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; Eləcə də, “Qaydalar”ın 4.2-ci bəndində göstərilir:“Dövlət Qulluğunun xüsusu növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilir.” Qaydaların 4.4. bəndində deyilir ki, “Bu qayda qüvvəyə minədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş və dövlət qulluğu vəzifəsinə qəbul edilmiş, habelə dövlət qulluğunda işləmiş və dövlət quluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmiş şəxslərin qulluq (xidmət) illəri (qulluq stajı) bu qaydaya uyğun olaraq yenidən hesablanır.” Mənim çalışdığın orqan olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qulluq (xidmət) illərimin hesablanması haqqında mənə, eləcə də məhkəmənin sorğusu əsasında məhkəməyə verimiş rəsmi sənədlərdə qeyd etmişdir ki, İddiaçı qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123№-li qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanı işçılərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi “ Qaydası və Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91№-li Qərarı ilə təsdiq edilmiş “Dövlət Qulluğunun xüsusu növündə qulluq (xidmət) illərinin dövlət qulluğun stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərində daxil edilməsi Qaydası və şərtləri”nə əsasən yenidən hesablamış və müəyyən edilmişdir ki, onun ədliyyə orqanlarında qulluq illərinin 25 ili xx.xx.2016-ci ildə tamam olmuşdur. (xx.xx.2017-ci il tarixə isə 25 il 9 ay 2 gün) Həmçinin Ədliyyə Nazirliyi verdiyi rəsmi sənəddə qeyd etmişdir ki, “Qayda”nın İV-cü hissəsinə əsasən qulluq illərinə görə əlavə haqq xüsusi komissiyanın qərarına əsasən verilir. Hazırda Nazirlikdə aparılan təşkilati ştat tədbirləri və kadr dəyişikliyi ilə əlaqədar nazirlikdə müvafiq komissiya yeni tərkibdə formalaşdırılmışdır və bütün ədliyyə orqanları işçilərinin qulluq illəri yenidən hesablanır.Komissiyanın qərarları protokol formasında rəsmiləşdirilir və aidiyyəti maliyyə xidmətinə təqdim edilir.Hazırda mənim qulluq illərim 30 ildən artıq olduğundan 50% əlavə haqqın verilməsi məsələsinə baxılır. Məhkəmə xüsusi olaraq vurğulayaraq hesab etmişdir ki, mənim Masallı rayon prokurorluğunda böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsi qulluq illərinə hesablanması inzibati orqanın vəzifəsinə aiddir və bu hesablama pensiya təyinatı aparan inzibati orqan üçün imperativ hesab olunmamalıdır. Halbuki, məhkəmənin qeyd etdiyi qulluq illərinin hesablanması vəzifəsini inzibati orqana (Ədliyyə Nazirliyinə) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə həvalə edilmişdir. Azərbaycan Respublikası Konstutusiyasının 148 və 149-cu maddələrinə görə Nazirlər Kabinetinin qərarları dövlətimizin qanunvericilik sisteminə daxildir və onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir, eləcə də pensiya təyinatı aparan orqanlar üçün.... Məhkəmə yalnış olaraq belə qənaətə gəlmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91№-li Qərarı ilə təsdiq edilmiş “Dövlət Qulluğunun xüsusu növündə qulluq (xidmət) illərinin dövlət qulluğun stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərində daxil edilməsi Qaydası və şərtləri”ndə dövlət qulluğunda yardımçı vəzifələrin dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi qeyd olunmamışdır. Halbuki nə “Dövlət qulluğu haqqında” Qanunda, nə “Dövlət Qulluğunun xüsusu növündə qulluq (xidmət) illərinin dövlət qulluğun stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərində daxil edilməsi Qaydası və şərtləri”ndə, nə “Ədliyyə orqanı işçılərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi “ Qaydasında qulluq illərinin hesablanarkən qulluğun yardımçı vəzifəsinin inzibati vəzifələrdən ayrılması nəzərdə tutulmamışdır. Qeyd edilən normativ hüquqi aktlarda istisnasız olaraq qeyd edilir ki, şəxsin dövlət qulluğunda işlədiyi müddət dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərində daxil edilir. İş materiallarında olan Ədliyyə Nazirliyinin bir neçə, Respublika Prokurorluğunun, X2 s. məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, prokurorliqda işlədiyim müddət, dövlət qulluğudur və hərbi xidmət illəri, dövlət qulluğunda işlədiyim müddət və ədliyyə orqanlarında işlədiyim müddət yenidən hesblanlanaraq ədliyyə orqanlarında qulluq illərimin xx.xx.2017-ci ilə 25 il 9 ay 2 gün təşkil etdiyi müəyyən edilmidir. İddianın mənim xeyrimə təmin edilməsi üçün işdə kifayət qədər rəsmi sənədlər və qanunvericilik əsasları olmuşdur. 1)Ədliyyə Nazirliyinin İnsan Resursları İdarəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 xx.xx.2024-cü il tarixli arayışı 2)Ədliyyə Nazirliyinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli cavab məktubu 3) Ədliyyə Nazirliyinin mənə veriyi xx.xx.2024-cü il tarixli arayışı 4)X4 xx.xx.2024cü il tarixli verdiyi cavab məktubu 5)Baş Prokurorluğun xx.xx.2024-cü il tarixli məhkəməyə verdiyi cavab məktubu. Qeyd edilən bu və digər sənədlər qətnamədə şərh olunsa da nəzərə alınmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına, toplanmış sənədlərə, uyğun gəlməməklə prosessal hüquq normalarının tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(120)-3862/2024 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası" (bundan sonra - Qayda) ilə hesablanır. Qaydanın 3.1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinə 15 ildən 20 ilə qədər qulluq illərinə görə - 25 faiz, 20 ildən 25 ilə qədər qulluq illərinə görə - 30 faiz əlavə haqq verilir. Həmin Qaydanın 2.2.3-1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət daxil edilir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26 sentyabr 2023-cü il tarixli 3-16-5/2-8901/2023 nömrəli əməkhaqqı barədə arayışa əsasən iddiaçıya qulluq illərinə görə 25 faiz miqdarında əlavə ödənilmişdir. Göründüyü kimi, iddiaçıya 2023cü ilin iyul ayında qulluq illərinə görə 30 faiz deyil, 25 faiz miqdarında əlavə ödənilmişdir. Yəni İddiaçı qulluq illəri 20 ildən artıq deyil, 20 ildən az olaraq nəzərə alınmışdır. Eyni zamanda bildirilmişdir ki, Qaydanın 2.2.3-1-ci varımbəndi 28 noyabr 2021-ci il tarixədək mövcud olmamışdır. Qevd olunanları nəzərə alaraq, İddiaçı 01 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq illəri 25 ildən az təşkil etdiyindən iddiaçının müraciətində Göstərdiyi qaydada ədliyyə orqanlarının işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. “Əmək pensiyaları haqqında" Qanunun 9.7, 9.7.1-ci maddələrinin tələbinə görə, ədliyyə orqanlarında qulluq keçmiş yalnız o şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır ki, onların ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olsun və həmin şəxslər xüsusi rütbələrdən məhrum edilməmiş olsunlar. “Əmək pensiyaları haqqında" Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. İddiaçının iddia ərizəsində istinad etdiyi, yuxarıda qeyd olunan Qaydaların 2.2.3-1-ci yarımbəndi ilə bağlı bildiririk ki, madcənin məzmunundan göründüyü kimi ədliyyə orqanı işçilərinin digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddətin qulluq illərinə daxil edilməsi onlara əlavə haqq hesablanması ilə əlaqədardır və həmin illərin ədliyyə orqanlarında qulluq ilərinə daxil edilərək pensiya təyin edilməsinə münasibətdə hüquqi əhəmiyyət kəsb etmir. Odur ki, iddiaçının Masallı Rayon Prokurorluğunda böyük mütəxəssis (dəftərxana müdiri) işlədiyi dövrün ədliyyə orqanlarında qulluq stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımdan əsassız hesab edilir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3862/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında məhkəmə xüsusi vurğulamağı zəruri hesab edir ki, iddiaçının 13 il 11 ay 12 gün Masallı Rayon Prokurorluğunda işlədiyi dəftərxana müdiri (böyük mütəxəssis) vəzifəsini nəzərə alaraq xx.xx.2017-ci il tarixə ədliyyə orqanlarında qulluq illərinin 25 il 9 ay 2 gün olaraq hesablanması inzibati orqanın vəzifəsinə aiddir və bu hesablama pensiya təyinatı aparan inzibati orqan üçün imperativ hesab olunmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nun 1.10-cu bəndinə əsasən Dövlət orqanlarında aşağıdakı yardımçı vəzifələr nəzərdə tutulur: baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi. sürücü və sair işçilər). Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi" Qaydasının 7.1-ci bəndində əsasən Dövlət qulluqçusunun “Dövlət qulluğu hacqında" Azərbaycan Respublikası Qanununun 2.3- cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Beləliklə iddiaçının xx.xx.2007-cü il tarixdə ədliyyə orqanında qulluğa qəbul edilənədək Masallı rayon Prokurorluğunda yardımçı vəzifə hesab olunan dəfətərxana müdiri (böyük mütəxəssis) vəzifəsində 13 il 11 ay 12 gün işlədiyi müddətin dövlət qulluğunun xüsusi növünə uyğunlaşdırılması yuxarıda sadalanan normalarla öz əksini tapmamışdır. Bundan əlavə Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtlərində qulluq illəri uyğunlaşdırılarkən dövlət qulluğunda yardımçı vəzifənin dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi qeyd olunmamışdır. Qeyd edilənlər nəzərə alınaraq iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın qüvvədə qalması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-234/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2- 1(120)-3862/2024 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(120)- 3862/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: Dövlət qulluğu haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 2. Dövlət qulluğu ... 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi 32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun Maddə 2. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları 2.1. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “İcra haqqında”, “İcra məmurları haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. 2.2. Ədliyyə orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Maddə 18. Ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi 18.1. Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır. 18.5. Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına və ya hərbi orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Maddə 21. Xüsusi rütbələrin verilməsi qaydası ... 21.13. Məhkəmə, prokurorluq, hüquq mühafizə, o cümlədən fövqəladə hallar, hərbi və digər dövlət orqanlarından ədliyyə orqanlarına işə keçmiş işçilərə xüsusi rütbə onların vəzifələri, əvvəlki xüsusi, hərbi rütbəsi nəzərə alınmaqla bu Qanuna əsasən verilir. Ədliyyə orqanlarına qulluğa qəbul edilən və ya dövlət qulluğundan ədliyyə orqanlarına qulluğa keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydası: 2.2. Ədliyyə orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir: 2.2.2. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqda olduqları müddət; “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddə prokurorluq işçiləri dedikdə - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardı. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ..... 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçisi kimi ona 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 13 il 11 ay 12 gün Masallı Rayon Prokurorluğunda işlədiyi dəftərxana müdiri (böyük mütəxəssis) vəzifəsini nəzərə alaraq xx.xx.2017-ci il tarixə ədliyyə orqanlarında qulluq illərinin 25 il 9 ay 2 gün olaraq hesablanması inzibati orqanın vəzifəsinə aiddir və bu hesablama pensiya təyinatı aparan inzibati orqan üçün imperativ hesab olunmamlaıdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplus”nun 1.10. Dövlət orqanlarında aşağıdakı yardımçı vəzifələr nəzərdə tutulur: baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər). Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydasının 7.1-ci bəndində əsasən Dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Beləliklə iddiaçının xx.xx.2007-cü il tarixdə ədliyyə orqanında qulluğa qəbul edilənədək Masallı rayon Prokurorluğunda yardımçı vəzifə hesab olunan dəfətərxana müdiri (böyük mütəxəssis) vəzifəsində 13 il 11 ay 12 gün işlədiyi müddətin dövlət qulluğunun xüsusi növünə uyğunlaşdırılması yuxarıda sadalanan normalarla öz əksini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur (2 il 1 ay 20 gün). xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi Masallı rayon prokurorluğunun dəftərxana müdiri (böyük mütəxəssis) vəzifəsində işləmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Orqanlarına qulluğa qəbul olunaraq Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsinə stajyor (məsləhətçi vəzifəsi üzrə) təyin edilmiş, xx.xx.2008-ci ildə Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələrinin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. xx.xx.2008-ci il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsinə stajyor aparıcı məsləhətçisi təyin edilmiş, xx.xx.2008-ci ildə Stajyorluq müddətinin bitməsi ilə əlaqədar sınaq müddəti müəyyən olunmadan Yardımlı rayon qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi təyin edilmiş, xx.xx.2011-ci il tarixdə tutuduğu vəzifədən azad olunub, Yardımlı rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə tutduğu vəzifədən azad olunub Masallı rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Ümumilikdə, iddiaçı ədliyyə orqanlarında xx.xx.2007-ci il tarixdən xx.xx.2016-ci il tarixədək çalışmışdır. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi Masallı rayon prokurorluğunun dəftərxana müdiri (böyük mütəxəssis) vəzifəsində işlədiyi dövrlərin nəzərə alınaraq ona 25 il qulluq stajına görə ədliyyə orqanlarının xüsusi rütbəli işçisi kimi əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtina edərək bildirmişdir ki, qulluq illərinin 25 ildən az təşkil etdiyindən ədliyyə orqanlarının işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Hazırda iddiaçının tələbi xx.xx.2016-cı il tarixə ədliyyə orqanlarında 25 il qulluq illəri olduğuna görə ona pensiya almaq üçün müraciət etdiyi gündən əvvəlki 24 ayı və ya ardıcıl gələn istənilən 60 ay ərzində aldığı əmək haqqından, əmək haqqındakı sonradan artımlarda nəzərə alınıb hesablanmaqla pensiya təyin edilməsi və həmin hüququnun yarandığı gündən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması ilə bağlıdır. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, iddiaçının hazırki iddia tələbinin qanuni əsası “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) 9.7 və 9.7.1-ci maddəsidir. Həmin maddəyə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Yəni qanunun həmin tələbinə görə, ədliyyə orqanlarında qulluq keçmiş yalnız o şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır ki, onların ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olsun və həmin şəxslər xüsusi rütbələrdən məhrum edilməmiş olsunlar. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi Masallı rayon prokurorluğunda işlədiyi dəftərxana müdiri (böyük mütəxəssis) vəzifəsinin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə daxil edilməsini və 25 il qulluq stajına görə əmək pensiyasının təyin olunmasını istəyir. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyin edilməsi üçün xidmət vaxtının hesablanması zamanı dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilib-edilməməsi məsələsi ilə bağlı dövlət qulluğunun mahiyyətinin açıqlanmasını, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun məzmununun nəzərdən keçirilməsini zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərardadında qeyd edilmişdir ki, “Konstitusiyanın 55-ci maddəsinin İİ hissəsində Azərbaycan Respublikasının vətəndaşlarının dövlət orqanlarında qulluq etmək imkanı nəzərdə tutulmuşdur. Bu konstitusion normanın tətbiqi mexanizmləri “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1 və 2.3-cü maddələrinin müddəalarını nəzərdən keçirdikdə, dövlət qulluqçularının və dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsini dövlət qulluğunun vahid sistemində xidmət kimi qiymətləndirmək olar. Həm dövlət qulluqçularının, həm də dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin xidməti mahiyyət etibarilə dövlətə xidmətin formalarıdır. Eyni zamanda, dövlət qulluğunun xüsusi növündə xidmət keçmə belə xidmətin xüsusiyyətlərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun müəyyən normaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Bu xüsusiyyətlər onların xidməti fəaliyyəti ilə bağlıdır. Dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdə tutur. Belə imtiyazlardan biri “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə əmək pensiyası hüququdur. Həmin Qanunla əmək pensiyasının üç növü – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası nəzərdə tutulmuşdur (4.1-ci maddə). Ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki hüquqi faktın mövcudluğu – şəxsin müəyyən yaş həddinə çatması və müvafiq sosial sığorta stajına malik olması tələb olunur. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmələri müəyyən edilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiya hüququnun yaranması həmin şəxslərin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatması ilə deyil, yalnız müvafiq xidmət müddətinin olması ilə şərtləndirilmişdir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ dövlət qulluqçularına şamil olunmasa da, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində dövlət qulluğu vəzifəsində 15 il və daha artıq qulluq stajı olan dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Yəni qanunverici dövlət qulluğu sisteminin vahidliyi prinsipini nəzərə alaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə yanaşı dövlət qulluqçuları üçün də pensiya sahəsində müəyyən güzəştlər verir. Belə güzəştlər həm dövlət qulluqçularına, həm də hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə uzun müddət dövlətə xidmət etdiklərinə görə verilir. Fərq yalnız ondan ibarətdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi üçün dövlət qulluqçusu müəyyən müddət qulluq stajından əlavə olaraq qanunla müəyyən edilmiş pensiya yaşına çatmalıdır. Nəzərə alınmalıdır ki, hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edildikdə dövlət qulluğunun xüsusi növündə xidmətin ağır şərtlərinə görə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş həmin fərq aradan qalxmış olur. Bu halda, məsələn, 24 il dövlət qulluğu stajı olan şəxs cəmi 1 il hərbi qulluqçu və ya həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan xüsusi rütbəli şəxs kimi xidmət etdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edir. Bu isə davamlı olaraq daha ağır şərtlərdə xidmətə görə nəzərdə tutulmuş “əlahiddə status”u zəiflədə, həmçinin dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmayan erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə hallarının yaranmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edildiyi kimi, uzun xidmət müddətinin pensiya hüququnun əldə olunması üçün əsas sayılması qanunvericinin güddüyü məqsədlə – müvafiq orqanlarda dövlət qulluğunun sabitliyinin və davamlılığının möhkəmləndirilməsinə vasitəçilik etməklə (stimullaşdırmaqla) əlaqədardır. Digər tərəfdən, dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə, onun qulluq stajının pensiya məqsədləri üçün dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması da ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Məsələyə belə yanaşma tətbiq olunduqda, 14 il dövlət qulluğu stajı olan və eyni müddətdə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə xidmət etmiş şəxs (ümumi 28 il) pensiya yaşına çatdıqda “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajına görə əmək pensiyasına əlavəni almaq hüququnu əldə etmir. Ondan daha az, yəni 15 il dövlət qulluqçusu kimi qulluq stajı olan şəxs isə bu hüququ əldə edir”. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi Masallı rayon prokurorluğunda dəftərxana müdiri (böyük mütəxəssis) vəzifəsifəsində işlədiyi müddətə gəldikdə, həmin müddət dövlət qulluğu kimi qəbul edildikdə belə, bu, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsinə özü-özlüyündə əsas vermir. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.8-ci maddəsində yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malik olduqları, həmin Qanunun 23.10-cu maddəsində isə ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi təsbit olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun. Bu baxımdan ədliyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərin pensiya təminatına dair əsasları müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin müddəalarında prokurorluq orqanlarında qulluq etmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.4-cü maddə), fövqəladə hallar orqanlarında və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.7-1 və 9.7-2-ci maddələr) üçün müstəqil, eyni zamanda oxşar əsaslar üzrə pensiya təminatı nəzərdə tutulduğundan, onlar həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər. Bu arada qeyd edilməlidir ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən prokurorluq işçiləri dedikdə - həmin qurumda işləyən dövlət qulluqçuları və ya mülki şəxslər deyil, məhz prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları hesab olunur. İddiaçının xx.xx.2007-cü il tarixdə ədliyyə orqanında qulluğa qəbul edilənədək xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə (qulluq etməklə) xüsusi rütbəyə malik olduğuna dair hər hansı sübut işdə yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq əmək pensiyasının təyin olunması üçün təkcə ədliyyə orqanlarında işləmək faktı deyil, məhz “Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanun”un 20-ci maddəsində nəzərdə tutulmuş xüsusi rütbələr üzrə qulluq keçilməsi tələb olunur. İşin hallarından görünür ki, Ədliyyə Nazirliyi iddiaçının 25 il qulluq stajına malik olmasını təsdiq etsə də cavabdeh bu faktı təkzib edir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, şərti olaraq qəbul edilsə ki, işçinin (hazırki iş üzrə iddiaçının) ədliyyə orqanlarında qulluq stajı 25 ildən artıqdır, iddia olunan əmək pensiyasının təyin edilməsi üçün təkcə 25 il qulluq stajının mövcudluğu kifayət etmir; bununla yanaşı, xüsusi rütbəli vəzifədə qulluq etməsi də tələb olunur. Lakin iddiaçının xx.xx.2017-ci il tarixə qədər xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il müddətində çalışması faktı iş materiallarında öz təsdiqini tapmır. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, iddiaçı hətta prokurorluq orqanlarında deyil, 25 il müddətin hamısını ədliyyə orqanlarında çalışmış olsaydı belə, bu hal öz-özlüyündə onun iddia tələbinin təmin edilməsi üçün kifayət etməzdi. Çünki, yuxarıda qeyd edildiyi kimi həmin dövr üzrə işlədiyi vəzifə xüsusi rütbəli ədliyyə qulluqçusu vəzifəsi olmalıdır. Odur ki, iddiaçının xx.xx.2007-cü il tarixdə ədliyyə orqanında qulluğa qəbul edilənədək Masallı rayon Prokurorluğunda yardımçı vəzifə hesab olunan dəftərxana müdiri (böyük mütəxəssis) vəzifəsində 13 il 11 ay 12 gün işlədiyi müddətin dövlət qulluğunun xüsusi növünə uyğunlaşdırılması və ya uyğunlaşdırılmaması məsələsinin həlli iddia tələbi ilə bağlı məhkəmənin qərarına heç bir təsir göstərmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarını, iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xüsusi rütbəli ədliyyə işçisi kimi qulluq stajı 25 ildən az olduğundan hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, istinad edilən normaların tələbləri və iddiaçının dövlət qulluğundakı qulluq stajının müddəti nəzərə alındıqda, o dövlət qulluğundan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ümumi qaydada həyata keçirə bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsaslıdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(120)-3862/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar