Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-235/2025 06.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-3678/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Təhsildə X5 (bundan sonra mətndə TKTA) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, NA00025840 nömrəli qərarının ləğv edilərək, Türkiyə Respublikası Atatürk Universiteti Açıköğretim fakültəsinin “X10” ixtisası üzrə 57866 nömrəli xx.xx.2021-ci il tarixli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən onun Atatürk Universitetinin xüsusi qanun və qaydalarına uyğun olaraq təhsilini uğurla bitirdiyi üçün Türkiyə Respublikası qanunlarının verdiyi bütün hüquq və səlahiyyətlərdən yararlanmaq “X8” (**********5 şəxsiyyət nömrəli) ixtisası 57866 nömrəli xx.xx.2021-ci il tarixli bakalavr üzrə verilən diplomunun Türkiyə Respublikasının Atatürk Universiteti qanunlarına, Beynəlxalq Təhsil qanunlarına (Avropa Komissiyası, Avropa Şurası və UNESCO/CEPES) əsasən oxuyub bitirdiyi Atatürk diplomunun Türkiyə Respublikasının eləcə də Azərbaycan Respublikasının qoşulduğu və qəbul etdiyi bütün Beynəlxalq Təhsil qanunları, konvensiyalar, Boloniya sistemi, müqavilələr,şərtlər, üzərinə götürdüyü öhdəliklər və s.əsasında diplomuna TTKA tərəfindən verilən imtinanın əsassız, qanunsuz olduğunu nəzərə alaraq imtinanın aradan qaldırılması, diplomunun nostrifikasiyasına, diplomun təsdiqinə, şəhadətnamə verilməsinə, ölkə və beynəlxalq tanınmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2021-ci il tarixində Türkiyə Respublikası Atatürk Universiteti Açıköğretim fakültəsinin “X10" ixtisası üzrə təhsil alaraq bakalavr diplomunu əldə elmişdir. Qeyd olunan diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı Təhsildə X5 müraciət etmişdir. Cavabdeh orqan müraciətinə xx.xx.2024-cü il tarixli, NA00025840 nömrəli qərarı ilə cavab verərək xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina etmişdir. Qeyd olunan qərarı Təhsil NazirliyiTəhsildə X6 əsaslandıraraq bildirmişdilər ki, təhsil aldığını "açık öğretim" təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir və Azərbaycan respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli. 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması Qaydaları" nın 4.1.5-ci bəndinə əsaslanaraq dipıomun tanınmasında imtina etmişdirlər. Hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilən qərar qanunsuz və əsasızdır, işin faktiki hallarına və mövcüd qanunvericiliyə ziddir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz məktubunda göstərilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə X5 müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (nostrifikasiya) Qaydalan”na uyğun gəlmədiyi müəyyən edilmişdir.İddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. “Təhsil haqqında” AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; - qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. “Açıköğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır. Türkiyə Cümhuriyyətinin “AÇİK YÜKSEKÖĞRETİM YÖNETMELİĞİ” haqqında qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər, lentlər və filmlər, b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur.Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materillar əsasında diplom əldə edir. "Açıköğretim” təhsil forması beynəlxalaq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyildir. Həmçinin bu hal ilə bağlı Türkiyə Respublikası qanunvericiliyində də “açıköğretim” və “distant” təhslin fərqli anlayışlar olduğu qeyd olunmuşdur. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (nostrifikasiya) Qaydaları”nın 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.Qüvvədə olan qaydaların 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilmişdir.Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən, bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmaması xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsasdır.Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3678/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X3rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbi barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə Türkiyə Respublikası “Atatürk Universiteti Açıköğretim Fakultəsi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 57866 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə X5 təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1- ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə X5 30 (otuz) gün müddət təyin edilməsi qərara alınmışdır. Təhsildə X4 3-xx-xx/2476/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3678/2024 nömrəli qərardadı əsasında İddiaçı Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 57866 nömrəli bakalavr diplomunun tanınması üzrə yenidən inzibati icraat aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının təhsilalma forması üzrə təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin qanunvericilik aktları ilə tənzimlənməsi yenidən araşdırılmışdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən təqdim etdiyi diplomda onun “açık öğretim” təhsilalma forması üzrə təhsil aldığı və təqdim etdiyi diplomun Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmadığı müəyyən edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-3678/2024 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2- 1(120)-3678/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixində Türkiyə Respublikası Atatürk Universiteti Açıköğretim fakültəsinin “X10” ixtisası üzrə təhsil alaraq bakalavr diplomunu əldə edib. Qeyd olunan diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı AR Təhsil Nazirliyi Təhsildə X5 müraciət etdim. Cavabdeh orqan müraciətimə xx.xx.2024-cü il tarixli, NA00025840 nömrəli qərarı ilə cavab verərək xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasını imtina etdilər. Qeyd olunan qərarı AR-nın Təhsil Nazirliyi Təhsildə X6 əsaslandıraraq bildirmişdilər ki, təhsil aldığım “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir və AR Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması Qaydaları” nın 4.1.5-ci bəndinə əsaslanaraq diplomun tanınmasında imtina etmişdilər. Məhkəməyə bildirmək istəyirəm ki, cavabdeh orqanın AR-nın Təhsil Nazirliyi Təhsildə X4 yuxarıda qeyd olunan mövqəyi ilə razılaşmıram. Hesab edirəm ki, cavabdeh orqan tərəfindən qəbul edilən qərar qanunsuz və əsassızdır, işin faktiki hallarına və mövcud qanunvericiliyə ziddir. İlkin olaraq qeyd etmək istəyirəm ki, mən xx.xx.2021-ci il tarixində Türkiyə Respublikası Atatürk Universiteti Açıköğretim fakültəsinin “X10” ixtisası üzrə təhsil alaraq bakalavr diplomunu əldə etmişdim. Diplomun əlavəsində ixtisas haqqında məlumatlarında qeyd edilir ki, mənim təhsil aldığım ixtisas “X8/Bakalavr”, fakültə isə X2 və Distant Fakültəsdir. Qeyd etmək istəyirəm ki, diploma əlavədə ixtisas dərəcəsi haqqında məlumat verilərək, qeyd edilir ki, ixtisasımın dərəcəsi bakalavr, proqramın rəsmi müddəti isə 4 ildir, təhsil krediti 240 saat təşkil edir, təhsil forması isə Açıköğretim və Distant təhsilalma formasıdır. Hörmətli məhkəmə hesab edirəm ki, cavabdeh orqan qəsdən imtina məktubunda aldığım təhsil formasını “açık öğretim” təhsilalma formasını qeyd edərək bildirir ki, ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir və bu səbəbədən imtinanı əsaslandıraraq qərarlarını haqlı olduğunu göstərilməsinə çalışırlar. Qeyd etmək istəyirəm ki, diploma əlavə olunan sənədlərdən görünür ki, mənim təhsil aldığım universitetin təhsilalma forması Açıköğretim və Distant təhsilalma olmuşdur. Bildirmək istəyirəm ki, distant (məsəfədən) təhsil forması Azərbaycan Respublikası ərazisi hüdudlarında da tanınır və müvafiq olaraq Azərbaycan Respublikasının Təhsil qanunvericiliyi ilə də tənzimlənir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən “13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (ekstemat). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9.-cu maddəsinə əsasən “distant (məsafədən) təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması. Bildirmək istəyirəm ki, “Təhsil haqqında” AR qanunu qüvvəyə mindikdən sonra, AR Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 saylı “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarına əsasən “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edilmişdir. Qeyd olunan qaydaların 1.6-cı bəndinə əsasən “Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir”. Yuxarıda qeyd olunanlara əsasən aydın olaraq görünür ki, iddiaçıya təqdim olunmuş və beynəlxalq qanunvericiliyə müvafiq qaydada apostil olunaraq təsdiq olunmuş diplomu tanınmaqdan əsassız və qanunsuz olaraq imtina edərkən cavabdeh yalnız formal olaraq cavab vermiş, müraciəti araşdırmamış və müraciətə cavab verərkən araşdırılması iş üçün böyük əhəmiyyət daşıyan iddiaçının “distant” təhsil almağı barədə arayışa baxmamış və bu arayışa baxmadan imtina vermişdir. Halbuki, Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd olunan müvafiq maddələrinə əsasən və AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən “distant” təhsil alarkən təhsil müəssisəsində olmadan belə təhsil almaq mümkündür. Əlavə olaraq qeyd olunmasını zəruri hesab edirəm ki, mənim tərəfimdən bakalavr dərəcəsinə uyğun olaraq təhsil saatlarını əldə edilmişdir və bütün imtahanları müvəfəqiyyətlə verilmişdir. Bundan əlavə olaraq iddia ərizəsinə əlavə etdiyim sənədlərdən görünür ki, təhsil aldığım müddət dəfələrlə fəxri sertifakatla təltif olunmuşam. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, cavabdeh orqan mənim sənədlərimi tam araşdırmamış, inzibati icraatı düzgün aparmamışdır və mənim tərəfimdən təqdim edilən sənədlərə düzgün qiymət verməyərək diplomunun tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlı əsasız və qanunsuz olaraq imtina qərarı vermişdir. Qeyd olunan imtinanı mübahisələndirərək Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. Şirvan İnzibati Məhkəməsində işə baxaraq xx.xx.2024-cü il tarixli, 2-1(120)-3678/2024 saylı qərar qəbul edilərək iddia tələbim təmin edilməmişdir. Aşağıda qeyd olunan faktlara əsasən hesab edirəm ki, Şirvan İnzibati Məhkəməsinin qərarı əsasızdır və qanunsuzdur. Hörmətli məhkəmə Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilən qərarı əsaslandıraraq qeyd edir ki, “açıq öyrətim” təhsil forması Azərbaycan Respublikasının qanunvericiliyində olmamasına görə cavabdeh orqanın imtinası əsaslıdır və qanunidir. Hesab edirəm ki, məhkəmə qərar qəbul edərək işin faktiki hallarına fikir verməmişdir və faktiki olaraq işin materiallarını yaxşı hüquqi analiz etməmişdir. İlkin olaraq qeyd etmək istəyirəm ki, məhkəmə öz qərarında dəfələrlə qeyd edir ki, “açık öyrətim” təhsil forması “distant (masəfədən)” təhsil forması ilı eyni olmamağını dəfələrlə qeyd edir. Qeyd etmək istəyirəm ki, iddia tələbində qeyd olunduğu kimi iddiaçı tərəfindən bildirilmir ki, “açık öyrətim” təhsil forması “distant” təhsil forması ilə eynidir, iddiaçı birbaşa qeyd edir ki, tərcümə və təsdiq edilmiş təhsil sənədlərinə əsasən iddiaçının təhsilalma forması Açıköğretim və Distant təhsilaima formasıdır, yani iddiaçı iddia tələbində qeyd etmir ki, “Açık öyrətim” təhsil forması distant təhsil formasına barəbərdir, iddiaçı dəfələrlə qeyd edir ki, aldığı təhsil formasında birbaşa olaraq distant təhsil forması qeyd edilmişdir və təhsil müəissəsi tərəfindən verilən sənədlər apostillə təsdiq edilmişdir. Qeyd etmək istəyirəm ki, mənim tərəfimdən təqdim edilən diplomda birbaşa olaraq “Açık öyrətim” təhsil forması qeyd edilsədə, artıq 2023-cü il tarixində təhsil aldığım universitetin diplomlarında fakültənin adı “Açık və Uzaqdan Örgətim” adlandırılmışdır. Universitet tərəfindən təqdim edilən arayışda fakültənin adı “uzaqdan örgətim” yani məsəfədən (distant) təhsil forması qeyd edilmişdir. Bu faktı təsdiq edən universitətdə əldə etdiyim arayışları məhkəməyə təqdim etmişdim. Bildirmək istəyirəm ki, “Təhsil haqqında” AR qanunu qüvvəyə mindikdən sonra, AR Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 saylı “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nm təsdiq edilməsi haqqında” qərarına əsasən “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edilmişdir. Qeyd olunan qaydaların 1.6-cı bəndinə əsasən “Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma - fıılltime və tədrisə qismən cəlb olunma - parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir”. Bakalavr dərəcəsi diplomumda qeyd olunur ki, Atatürk Universitetinin xüsusi qanun və qaydalarına uyğun olaraq təhsilini uğurla başa vurduğu üçün Türkiyə Respublikası qanunlarının verdiyi bütün hüquq və səlahiyyətlərdən yararlanmaq üçün ona “X8” ixtisası xx.xx.2021-ci il verilmişdir. Diplom Atatürk Universitetinin Tələbə İşləri iizrə İdarə Rəhbəri tərəfindən xx.xx.2023-cii il tarixdə 5601 JVs ilə Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.Diploma əlavədə ixtisas dərəcəsi haqqında məlumat verilərək qeyd edilir ki, ixtisasımın dərəcəsi bakalavırdır, proqramın rəsmi müddəti 4 ildir,təhsil krediti 240 saat təşkil edir.Diplom əlavəsində qeyd olunur ki bu Diplom əlavəsi Avropa Komissiyası, Avropa Şurası və UNESCO / CEPES tərəfindən hazırlanmış modelə uyğundur. Əlavənin məqsədi beynəlxalq "şəffaflığın və ixtisas dərəcələrinin (diplomlar, dərəcələr, sertifikatlar və s.) akademik və peşəkar tanınmasının inkişafı üçün kifayət qədər müstəqil məlumat təmin etməkdir. Bu əlavənin, əlavə olunduğu orijinal ixtisas üzrə adı çəkilən şəxs tərəfindən davam etdirilən və uğurla başa çatdırılan tədqiqatların mahiyyəti, səviyyəsi, məzmunu və vəziyyətinin təsvirini vermək üçün hazırlanmışdır. Hər hansı bir dəyər mühakiməsindən, bərabərlik ifadələrindən və tanınma ilə bağlı təkliflərdən azad olmalıdır. Səkkiz hissənin hər birində məlumat verilməlidir. Məlumat verilmədiyi yerdə bir izah səbəbi göstərməlidir.Diplom əlavəsi Məhkəmə sistemində nıövcuddur.Səkkiz hissənin hər birində məlumat vardır. AR Mülki-Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qeyd olunan iş üzrə hakim işin materiallarında olan sübutlara əsaslanmamışdır, işi düzgün və hərtərəfli araşdırmamışdır və hesab edirəm Mülki- prosessual Məcəlləsinin mühüm prisiplərini kobud surətdə pozaraq qanunsuz qərar qəbul etmişdir. Hakim qərarı əsaslandıraraq, yalnız özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Qeyd edilməsini zəruri hesab edirəm ki, mənim tərəfimdən məhkəməyə təqdim edilən ərizələrlə, universitetdən əldə etdiyim arayışlarla faktiki olaraq sübut olunur ki, mənim tərəfimdən aldığım təhsil forması türk dilində qeyd edilir “uzaqdan örgətim” bizim dilimizdə “məsafədən” kimi nəzərə alınaraq faktiki olaraq AR “Təhsil haqqında” qanunun 13-cü maddəsində qeyd olunan distant (məsafədən) təhsilalma formasına uyğundur. Lakin məhkəmə qeyd olunan sənədlərə hüquqi qiymət verməmişdir və yalnız öz hüquqi mövqəyi ilə qərarı əsaslandırmışdır. AR İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.” Qeyd etmək istəyirəm ki, mənim tərəfimdə məhkəməyə kifay)>ət qədər sübutlar və faktlar təqdim olunaraq faktiki olaraq təhsilalma forması “distant” yani “məsəfədən” təhsilalma formasına uyğun olmasını qeyd etməyimə və sübut etməyəimə baxmayaraq hakim tərəfindən təqdim olunan sübutlar nəzərə alınmamışdır və hakim tərəfimdən qeyd olunan faktı araşdırılması üçün hərəkətlər icra edilməmişdir. Belə ki, məhkəmə tərəfindən təhsil aldığım universitetə sorğular göndərilməmişdir və hal-hazırda təhsil forması “uzaqdan orgətim” təhsil forması “açıq orgətim” təhsil foması ilə fərqli olub-olmamsı araşdırlmamışdır. Qeyd edilməsi zəruri hesab edirəm ki, universitet tərəfindən mənə təqdim edilən sənədləri məhkəməyə təqdim edilməsinə baxmayaraq qeyd olunan sənədlərə hakim hüquqi qiymət verməmişdir. Hörmətli məhkəmə, mənim tərəfimdən Şirvan İnzibati Məhkəməsinə çoxsaylı faktlar və sübutlar təqdim edərək faktiki olaraq göstərilmişdir ki, mənə universitet tərəfindən verilən təhsil və bilik distant (məsafədən) təhsil alma formasına uyğundur. Bir daha qeyd etmək istəyirəm ki, mənim müraciətim əsasında universitet tərəfindən mənə arayış təqdim etdmişdir, qeyd olunan arayışda faktiki hal-hazırda olan universitetdə qeyd olunan fakültənin adı “açıq və uzaqdan orgətim” qeyd edilmişdir. Qeyd etmək istəyirəm ki, mənim tərəfimdən təqdim ediləm diplomda yalnız “açıq orgətim” qeyd olunsada, mənim aldığım təhsil distant şəkilində həyata keçirilmişdir və hesab edirəm ki, hakim tərəfindən universitetə sorğu göndərərək aydınlaşdırmalıdır ki, əvvəl qeyd olunan “açıq orgətim” fakültə adlandırılan təhsil forması ilə hal-hazırda adlandırılan “açıq və uzaqdan orgətim” təhsil forması ilə fərq varmı, varsa qeyd olunan fərq nədən ibarətdir. Hesab edirəm ki, hakim tərəfimdən qeyd olunan məsələ araşdırılmamışdır və buna görədə AR İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsi kobud surətdə pozularaq qanunsuz və əsasız qərar qəbul edilmişdir. Məhkəmə öz qərarında qeyd edir ki, “açıq orgətim” təhsil forması AR qanunlarında qeyd edilmədiyinə görə diplomun tanınması mümkün deyil. Hesab edirəm ki, hakim tərəfindən yalnız diplomda qeyd olunan təhsil forması yazıldığı kimi qanunda əks olunmasına istinad edərək qərar qəbul edilməsi əsasızdır. Hakim tərəfindən aldığım təhsil forması barədə ətraflə məlumat ədlə edilməsi məqsədilə təhsil aldığım universutetə sorğular göndərə bilərdi, lakin qeyd olunan sorğuları göndərməmişdir. Bundan əlavə olaraq mənə unversitet tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, universitetin faktiki adı hal hazırda “açıq və uzaqdan orgətim” fakültəsi adlınır, yani uzaqdan dedikdə məsafədən alman təhsil başa düşülür. Bildiyimiz kimi, qanunda qeyd edildiyi kimi, distant (məsafədən) təhsil forması AR qanunları ilə təsdiq olunur və tanınır. Beləliklə hakimin qərardad göstərdiyi mövqəyi əsasız hesab edirəm. Hakim qərarında mənim tərəfimdən ölkəyə giriş-çıxış məlumatları göstərərik qeyd edir ki, cavabdehin məlumatlarına əsasən iddiaçı tərəfindən bakalavr səviyyəsinə uyğun kvalifıkasiya münasibətdə tədris müddətin ən azı üçdə ikisində ənənvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Hörmətli məhkəmə qeyd etmək istəyirəm ki, iddia ərizəni məhkəməyə təqdim ediləndən və məhkəmə prosessi zamanı dəfələrlə mənim tərəfimdən hakimə bildirilmişdir ki, aldığım təhsil forması “məsafədən” distant təhsil formasıdı və bununla bağlı mənim tərəfimdən ölkədən gediş gəlişlərimi yoxlanılmasını və bu gediş-gəlişlərimi ortaya qoyaraq iddia tələbimi əsasız hesab edilməsi absurddu çünki məsafədən təhsil formasında fiziki olaraq hər hansı universitetə gedilməsinə ehtiyac yoxdur, bütün təhsil proqrammı uzaqdan distant formda həyata keçirilir. Qeyd etmək istəyirəm ki, hakim qəbul etdiyi qərarda Ali Məhkəməsinin 2-1(102)- 2312/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını qeyd edərək, oxşar işlər üzrə qəbul edilmiş qərara əsaslanmışdır. Qeyd etmək istəyirəm ki, Ali Məhkəməsinin 2-1(102)- 2312/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında işin hallan və təqdim edilən sübutlar və faktlar, mənim iddia tələbimdə olan faktlarla və təqdim edilən sübutlarla fərqlidir və bunu hakim nəzərə almamışdır. Bundan əlavə olaraq əgər hakim tərəfindən məhkəmə təcrübəsinə istinad edərək qərar qəbul edirsə, bu haldə mənim tərəfimdən sadalanan çoxsaylı Ali Məhkəməsi tərəfindən qəbul edilən qərarlar var ki, qeyd olunan qərarlarda “açıq orgətim” təhsil forması “distant” (məsafədən) təhsil formasına bərəbər hesab edilir. Beləliklə qeyd edə bilərəm ki, oxşar işlər üzrə AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-l(102)-574/2022 saylı qərarı, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(102)- 1224/2023 saylı qərarı, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-l(102)- 542/2023 saylı qərarı, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-466/2023 saylı qərarı, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-518/2023 saylı qərarı, AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-l(102)-693/2022 saylı qərarı. Qeyd olunan qərarlarda oxşar işlər üzrə “açıq orgətim” təhsil forması “distant” (məsəfədən) təhsil formasına bərəbər hesab edilmişdir, əgər hakim məhkəmə təcrübəsinə əsaslanırsa qeyd olunan qərarları nəzərə almalıdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3678/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-3678/2024 saylı qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:
8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.
«İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) Türkiyə Respublikası Atatürk Universiteti Açıköğretim fakültəsinin “X10” ixtisası üzrə 57866 nömrəli xx.xx.2021-ci il tarixli bakalavr diplomunun tanınması ilə bağlı TTKA tərəfindən verilən imtinanın əsassız, qanunsuz olduğunu nəzərə alaraq imtinanın aradan qaldırılması, diplomunun nostrifikasiyasına, diplomun təsdiqinə, şəhadətnamə verilməsinə, ölkə və beynəlxalq tanınmasına dair qərar çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı təhsili “açıq öyrətim” formasında almışdır. Açıq öyrətim ali təhsil qurumlarında üz-üzrə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Türkiyə Respublikası “Atatürk Universiteti Açıköğretim Fakultəsi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 57866 nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, bakalavr dərəcəsini Atatürk Universitetinin xüsusi qanun və qaydalarına uyğun olaraq təhsilini uğurla başa vurduğu üçün Türkiyə Respublikası qanunlarının verdiyi bütün hüquq və səlahiyyətlərdən yararlanmaq üçün ona “X8” ixtisası verilmişdir. Diplom Atatürk Universitetinin Tələbə İşləri üzrə İdarə Rəhbəri tərəfindən xx.xx.2023-cü il tarixdə 5601 № ilə Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İşdə olan TKTA-nın “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli, NA 00025840 №-li Qərarında göstərilmişdir ki, Ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı "açık öğretim" təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq “əyani” və “qiyabi” təhsilalma formaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1ci bəndinə əsasən: Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. Beləliklə işin müəyyən edimiş hallarından görünür ki, iddiaçı 2021-cü ildə Türkiyə Respublikasının Atatürk Universitetinin X10 fakültəsini bitirmiş, ona Türkiyə Respublikası “Atatürk Universiteti Açıköğretim Fakultəsi” tərəfindən xx.xx.2021-ci il tarixdə diplom verilmişdir. İddiaçı təhsili “açıq öyrətim” formasında almışdır. İddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi və “açık öğretim” təhsilalma forması üzrə təhsil aldığını əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. Açıq öyrətim ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti (əlaqəsi) əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz. Göründüyü kimi, “açık öyrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla fərqli təhsilalma formalarıdır. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıqöyrətim” formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun diplomların tanınması və ekvivalentliyi adlanan 12-ci maddəsində qeyd edilir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (nostrifikasiya) Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblərdən biridə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilən halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından iddiaçının açıq öyrətim təhsil formasında aldığı diplomun tanınması və ekvivalentliyi haqqında iddiası təmin edilə bilməz. Odur ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-3678/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.