Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-236/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X7 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-3598/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 03 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3598/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi təmizləyici peşəsinin əmək xüsusiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının ******* XXİİİ-Ümumi peşələr bölməsində, 12100000-19568 kodu ilə qeyd edilmiş “Metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri” peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş 35. Ümumi peşələr bölməsində metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri kimi qeyd edilməklə, peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 07 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. İddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Həmçinin iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən təyin edilməli olsa da, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 01 fevral 2021-ci il tarixində müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də ilkin müraciətinin iş materiallarına əsasən 01 fevral 2021-ci il tarixində edildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində, yəni 01 fevral 2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, orta təhsilini başa vurduqdan sonra X1 Quraşdırma İdarəsində fəhlə vəzifəsinə işə qəbul edilmiş və 28 fevral 1989-cu ildə ildə Qafqazenerjitəmir İxtisaslaşdırılmış İstehsalat Müəssisəsinə köçürülməklə işdən azad edilmişdir. 01 mart 1989-cu ildə Qafqazenerjitəmir İxtisaslaşdırılmış İstehsalat Müəssisəsinə metalların və metal məmulatların kvars qumu ilə təmizləyicisi peşəsinə işə qəbul edilmiş, 26 may 1994-cü ildə həmin müəssisə "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsinə çevrilmişdir. 05 avqust 1994-cü ildə həmin peşədə qalmaqla müəssisənin Bakı Filialına köçürülmüş, 24 dekabr 2004-cü ildə isə səhhəti ilə bağlı öz xahişi ilə işdən çıxmışdır. Əmək fəaliyyəti dövründə həmin təmizləyici peşəsində 10 ildən çox güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın (sonradan-Siyahı) 12100000 XXİİİ. Ümumi peşələr bölməsində 12100000—19568 kodu ilə qeyd edilmiş metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. "xxxx" Azərbaycan X5 nə yeri, nə də müdiriyyətinin harada yerləşdiyini heç kim bilmir. Bu səbəblə də, istehsalat profili əvvəllər işlədiyi müəssisənin istehsalat profili üzrə tam eynilik təşkil etdiyinə görə AZENCO ASC-yə müraciət etmiş, AZENCO ASC də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunun tövsiyyələri əsasında vaxtilə çalışdığı peşənin güzəştli staj olması barədə müvafiq arayış təqdim etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və AZENCO ASC-nin xx.xx.2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X4 metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsində təmizləyici peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı "xxxx" Azərbaycan-X5 xx.xx.2000-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də, xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, AZENCO ASC-də yoxlama zamanı iddiaçının "xxxx" Azərbaycan-X4 işlədiyi peşələrin zərərliliyinə dair verilmiş arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğuna görə verildiyi, lakin həmin müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı bildirilib. Göstərilərə əsasən, iddiaçının güzəştli iş stajı yoxdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmçinin, 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yas həddinə çatdıqda (47 yaş), 2) xx.xx.2006-ci il tarixədək azı 15 il sığorta stajı olduqda, 3) stajın 7 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. Birinci şərt: İddiaçının 47 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İkinci şərt: İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 17 oktyabr 1988-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və AZENCO ASC-nin ona dair xx.xx.2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X4 metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsində təmizləyici peşələrində işlədiyi qeyd olunmuşdur. "xxxx" Azərbaycan-X5 xx.xx.2000-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Mərkəzi Filialın sosial sığorta stajının hesablanması barədə cədvələ əsasən iddiaçının ümumi iş stajı 11 il 2 ay 11 gün (xx.xx.1988-xx.xx.1989-cu il və xx.xx.1989- xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Yəni, 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 15 ildən azdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 04 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışında qeyd edilir ki, Şükürova (Məlikova) Sona Barat qızı xx.xx.1988-ci ildə “Qafqazenerjiquraşdırma” müəssisəsinin Mingəçevir Quraşdırma İdarəsinə fəhlə peşəsinə qəbul edilib və xx.xx.1989-cu ildə Azərbaycan SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (“Qafqazenerjitəmir" Xüsusiləşdiriİmiş İstehsalat Müəssisəsinə keçməsi ilə əlaqədar) işdən azad edilib. xx.xx.1989-cu ildə "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsinin xüsusi zərərli əmək şəraitində metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsinə təmizləyici peşəsinə işə qəbul edilib, xx.xx.1994-cü ildə "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi "xxxx" Azərbaycan-X9 Müəssisəsi adlandırılmışdır, xx.xx.1994-cii ildə vəzifəsi və dərəcəsi saxlanılmaqla müəssisənin təmir sexinin Bakı filialına keçirilmişdir və xx.xx.2004-cü ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 3-cii bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi təmizləyici peşəsinin əmək xüsusiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahısının ******* XXİİ1- Ümumi peşələr bölməsində, 12100000- 19568 kodu ilə qeyd edilmiş “Metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyicilər” peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Eyni peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş 35. Ümumi peşələr bölməsində metalın, metal hissələrinvə məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri kimi qeyd edilməklə, peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Təmizləyicinin əmək funksiyalarına aiddir: kvars qumunu təmizləyici aparata yükləmək, konstruksiyalarının, aparat və avadanlıqlarının səthlərinin kvars qumu maşını ilə təmizlənməsi, zərərli əmək şəraitində işlərin görüldüyü ərazidə kvars qumunun narın tozunun ( tərkibi silisium 4oksiddən ibarətdir, yüksək sürətlə qum dənələrinin metal səthlərə çirpıİmasından yaranır) ağciyərlərə düşərək ümumi adi pnevmokinoz adlanan ağciyər xəstəlikləri ( bu peşə üçün peşə xəstəlikləri sayılır) yaratmasıdır ki, bunun nəticəsində ağciyərlər normal tənəffüs funksiyasını yerinə yetirə bilmir. Güzəştli pensiya üçün staj: 15 il, 09 ay, 23 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi və "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********184200 nömrəli məktubunda bildirilir ki, uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə № 680 nömrə ilə dövlət qeydiyyatına alınması, xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN ilə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN ilə vergi uçotuna alınması və hüquqi ünvanının ünvan 1ması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) fəaliyyətinin dayandırılması, ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə məlumat müəyyən edilməmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 01-PH/302 nömrəli məktubda bildirilir ki, Şükürova (Məlikova) Sona Barat qızı xx.xx.1988-ci ildə (əmr №-339-k, xx.xx.1988-ci il) “Qafqazenerjiquraşdırma” müəssisəsinin Mingəçevir Quraşdırma İdarəsinə fəhlə peşəsinə qəbul edilib və xx.xx.1989-cu ildə (Əmr №103-k, xx.xx.1989-cu il) Azərbaycan SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə ("xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsinə keçməsi ilə əlaqədar) işdən azad edilib. xx.xx.1989-cu ildə (Əmr №17-ok, xx.xx.1989-cu il) "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsinin xüsusi zərərli əmək şəraitində metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsinə təmizləyici peşəsinə işə qəbul edilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi "xxxx" Azərbaycan-X9 Müəssisəsi adlandırılmışdır, xx.xx.1994-cü ildə (Əmr №-14-kш, xx.xx.1994-cü il) vəzifəsi və dərəcəsi saxlanılmaqla müəssisənin təmir sexinin Bakı filialına keçirilmişdir və xx.xx.2004-cü ildə (əmr №-67, xx.xx.2004-cü ildə) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 3- cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi təmizləyici peşəsinin əmək xüsusiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının ******* XXİİİ-Ümumi peşələr bölməsində, 12100000- 19568 kodu ilə qeyd edilmiş “Metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri” peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş
35. Ümumi peşələr bölməsində metalın, metal hissələrinvə məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri kimi qeyd edilməklə, peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Təmizləyicinin əmək funksiyalarına aiddir: kvars qumunu təmizləyici aparata yükləmək, konstruksiyalarının, aparat və avadanlıqlarının səthlərinin kvars qumu maşını ilə təmizlənməsi, zərərli əmək şəraitində işlərin görüldüyü ərazidə kvars qumunun narın tozunun ( tərkibi silisium 4oksiddən ibarətdir, yüksək sürətlə qum dənələrinin metal səthlərə çirpılmasından yaranır) ağciyərlərə düşərək ümumi adi pnevmokinoz adlanan ağciyər xəstəlikləri (bu peşə üçün peşə xəstəlikləri sayılır) yaratmasıdır ki, bunun nəticəsində ağciyərlər normal tənəffüs funksiyasını yerinə yetirə bilmir. Güzəştli pensiya üçün staj: 15 il, 09 ay, 23 gün təşkil edir. Şükürova (Məlikova) Sona Barat qızına verilmiş 04 №-li, xx.xx.2024-cü il tarixli güzəştli arxiv arayişi Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilmişdir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi və "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Eyni əsaslarla daha əvvəlki tarixlərdə digər şəxslərə verilmiş güzəştli iş staji barədə arayışlar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən qəbul edilərək, mübahisəsiz qaydada həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılmışdır. -Məhkəmə kollegiyasının icraatında olmuş və mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmiş 2-1(106)-69/2024 nömrəli iş üzrə verilmiş sorğu əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 01- PH/09 nömrəli məktubunda bildirilir ki, "xxxx" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixdə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır. Qeyd edilən müəssisələr SSRİ Energetika Nazirliyinə tabe olduğuna görə X6 yarandığı zaman həmin müəssisələrin arxiv sənədləri də Rusiya Federasiyasının ərazisində (dəqiq yerləri məlum deyildir) qalmışdır. X2 Qazanxana, Turbin və Generatorların təmiri və sazlanma işləri isə Azərbaycan Respublikası Müstəqillik qazandıqdan sonra "xxxx"ASC və onun struktur bölmələri tərəfində yerinə yetirilir. Məhkəmə kollegiyası qeyd olunan məlumatın mötəbərliyini şübhə altına alan hərhansı dəlil olmadığından hazırki iş üzrə analoji sorğu verilməsinə lüzum görmür. Cavabdeh orqanın yeganə dəlili "xxxx" Azərbaycan-X5 xx.xx.2000-ci il tarixdən sonra fəaliyyətdə olmaması ilə bağlıdır ki, yuxarıda qeyd olunan sübutlarla həmin dəlillər təkzib olunur və iddiaçının güzəştli iş stajının birinci instansiya məhkəməsinin müəyyən etdiyi həcmdə olması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 15 il sığorta stajına malik olmalı və bu müddətin azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 15 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-3598/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.