Məhkəmə qərarları › İş №2-1(106)-237/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-237/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-237/2023 11.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Vəkil qızının, cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-730/2023 nömrəli qərarından cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh 5 saylı Ərazi Vergilər İdarəsinə qаrşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********146300 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 07 mart 2023-cü il tarixli, 2-1(120)-730/2023 nömrəli nömrəli qərarı ilə iddianın təmin edilməsi, 5 saylı Ərazi Vergilər İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********146300 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə müqavilə bağlayaraq invoys dəyəri 161787,74 manat olan müxtəlif adlı mallar idxal etmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük rüsumu və əlavə dəyər vergisi hesablanarkən idxal edilmiş malların invoys dəyəri (yəni alqı-satqı dəyəri) əsas götürülməyərək 359087,22 manat idxal dəyəri müəyyən edilmişdir. İddiaçı idxal dəyəri ilə razılaşmasa da, idxal etdiyi malların vaxtında satışını həyata keçirməsi üçün Gömrük İdarəsinin müəyyən etdiyi idxal dəyərini mübahisələndirməmişdir. İddiaçı idxal edilmiş mallara ticarət əlavəsi tətbiq edərək təsərrüfat subyektində kassa əməliyyatları vasitəsi ilə satışını həyata keçirmişdir. 2022-ci ildə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmişdir. Vergi orqanı elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn kassa əməliyyatlarını gördüyü halda gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək 2021-ci il üçün əlavə 31552,96 manat gəlir vergisi hesablamışdır. Lakin qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları müəyyən edilmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və ona qanunsuz olaraq əlavə vergi hesablamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 2021-ci il üçün gəlir vergisinin hesablanması yoxlanılarkən idxal əməliyyatları zamanı faktiki qiymətlərlə statistik qiymətlər arasında fərqin yaranması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. İddiaçının fərdi sahibkarlıq fəaliyyətini xx.xx.2021-ci il tarixdə dayandırdığını qeyd edərək idxal etdiyi çox sayda müxtəlif çeşidli malların bir ay ərzində qalıq qalmadan tam təqdim edilməsində qanunauyğunluğun olmadığı göstərilmişdir. Prosessual məsələlər Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, 5 saylı Ərazi Vergilər İdarəsi mübahisələndirilən qərarı qəbul edərkən iddiaçının gəlirlərini hesablayarkən Gömrük İdarəsində gömrük sənədləşdirilməsi zamanı götürülmüş idxal dəyərini, iddiaçının xərclərini hesablayarkən isə invoys rəqəmlərini əsas götürmüşdür. Həmçinin mübahisələndirilən qərar hazırda qüvvədədir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə müqavilə bağlayaraq invoys dəyəri 161787,74 manat olan müxtəlif adlı mallar idxal etmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük rüsumu və əlavə dəyər vergisi hesablanarkən idxal edilmiş malların invoys dəyəri (yəni alqı-satqı dəyəri) əsas götürülməyərək 359087,22 manat idxal dəyəri müəyyən edilmişdir. İddiaçı idxal dəyəri ilə razılaşmasa da, idxal etdiyi malların vaxtında satışını həyata keçirməsi üçün Gömrük İdarəsinin müəyyən etdiyi idxal dəyərini mübahisələndirməmişdir. İddiaçı idxal edilmiş mallara ticarət əlavəsi tətbiq edərək təsərrüfat subyektində kassa əməliyyatları vasitəsi ilə satışını həyata keçirmişdir. 2022-ci ildə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmişdir. Vergi orqanı elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn kassa əməliyyatlarını gördüyü halda gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək 2021-ci il üçün əlavə 31552,96 manat gəlir vergisi hesablamışdır. Lakin qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları müəyyən edilmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya qanunsuz olaraq əlavə vergi hesablamışdır. Cavabdeh qeyd edilənlərlə əlaqədar mötəbər sübutlar təqdim edə bilmir, yalnız formal mülahizələr irəli sürür. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən onuncu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur (139.1.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir (139.2.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər (139.3.). Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir (139.4.). Məhkəmə kollegiyası müəyyən etdi ki, iddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə müqavilə bağlayaraq invoys dəyəri 161787,74 manat olan müxtəlif adlı mallar idxal etmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük rüsumu və əlavə dəyər vergisi hesablanarkən idxal edilmiş malların invoys dəyəri (yəni alqı-satqı dəyəri) əsas götürülməyərək 359087,22 manat idxal dəyəri müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, idxal dəyəri ilə razılaşmasa da, idxal etdiyi malların vaxtında satışını həyata keçirməsi üçün Gömrük İdarəsinin müəyyən etdiyi idxal dəyərini mübahisələndirməmişdir. İddiaçı idxal edilmiş mallara ticarət əlavəsi tətbiq edərək təsərrüfat subyektində kassa əməliyyatları vasitəsi ilə satışını həyata keçirmişdir. 2022-ci ildə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmişdir. Vergi orqanı elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn kassa əməliyyatlarını gördüyü halda gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək 2021-ci il üçün əlavə 31552,96 manat gəlir vergisi hesablamışdır. Lakin qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları müəyyən edilmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya qanunsuz olaraq əlavə vergi hesablamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının 2021-ci il üçün gəlir vergisinin hesablanması yoxlanılarkən idxal əməliyyatları zamanı faktiki qiymətlərlə statistik qiymətlər arasında fərqin yaranması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi orqanı ehtimallarla qərar qəbul etməməlidir. Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Gəlir vergisi vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. İddiaçının gəlirləri onun kassa əməliyyatları ilə müəyyən edilir. Vergi orqanı isə elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn kassa əməliyyatlarını gördüyü halda gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək 2021-ci il üçün əlavə 31552,96 manat gəlir vergisi hesablamışdır. Lakin qanunvericilikdə gəlir vergisinin bu qaydada hesablanması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə təqdim etdiyi məlumatlardan görünür ki, iddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə bağlanmış müqavilə əsasında müxtəlif adlı mallar idxal etmiş, iddiaçı 2021-ci ilin iyul və avqust aylarında gömrük bəyannamələri təqdim etmiş və malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Həmçinin cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə təqdim etdiyi iddiaçının onlayn kassa əməliyyatları barədə məlumatlardan görünür ki, iddiaçının 2021-ci ilin iyul və avqust aylarında satış məbləği 236915 manat göstərilmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçının fərdi sahibkarlıq fəaliyyətini xx.xx.2021-ci il tarixdə dayandırdığını qeyd edərək iddiaçının mübahisəli dövrdə idxal etdiyi çox sayda müxtəlif çeşidli malların bir ay ərzində qalıq qalmadan tam təqdim edilməsində qanunauyğunluğun olmadığı göstərilmişdir. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-730/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar