Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-237/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X12, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X2 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(120)-113/2023 saylı qərarından cavabdeh və üçüncü şəxslər X17 və X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonunun Gövhərli kəndində yerləşən 0.120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 141.8 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsinə dair X3 verilmiş **********91-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək işə “X2 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, * * * * * * * * * * qeydiyyat nömrəli çıxarışın torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərardadları ilə X7, X13, Cəfərova (Mirzəzadə) Surət Fərahim qızı, X18, X14 və X15 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonunun Gövhərli kəndində yerləşən 0.120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 141.8 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə X2 miilkiyyətindədir və bununla bağlı mülkiyyətçiyə **********91-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Onun ailə üzvləri həmin mənzildən 20 ildən çoxdur ki, istifadə edir, qeydiyyatda olmaqla yaşayırlar. O, özü isə 40 ildən çoxdur ki, bu ünvanda yaşayır. Çox təəssüflər olsun ki, onların razılığı və xəbərləri olmadan həmin ünvana yuxarıda qeyd edilən çıxarış verilmiş və nəticədə onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Hazırda İmişli rayonunun Gövhərli kəndində yerləşən 0.120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 141.8 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsinə dair X3 verilmiş **********91-10301 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli çıxarışın qanunsuz olduğunu nəzərə alaraq ləğv edilməsini cavabdeh qurumdan xahiş etsə də ərizəsi təmin edilməmişdir. Hesab edir ki, ərzəsinə cavabdeh qurum tərəfındən baxılmaması və ya əsassız olaraq imtinası qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X7 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tamamilə əsassızdır və onun mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Belə ki, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2019-cü il tarixli, 2(036)- 1916/2019 saylı qətnaməsi ilə onun cavabdehlər İddiaçı və X4 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasmın 13 fevral 2020-ci il tarixli, 2(106)-433/2020 nömrəli qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(036)-1916/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(102)-3688/20 saylı X34 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(106)- 433/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmələr MM-nin 228.2 maddəsinə və “Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenimunun 26 sentyabr 2007-ci il tarixli qərarına” istinad edərək onun iddiasını təmin etmişlər. Bildirir ki, o ƏMDK yanında DƏRDX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən aldığı xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışa əsasən İmişli rayonu Gövhərli kəndində yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ qazanmış və həmin ünvanda yerləşən daşmmaz əmlaka tək özü hüquq sahibidir. Ona eyni zamanda 11 avqust 2020-ci il tarixli yüxarıda göstərilən ünvanda yerləşən daşınmaz əmlaka texniki pasport verilmişdir. O, sonradan 11 mart 2021ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İmişli rayonu Gövhərli kəndində yerləşən fərdi yaşayış evini qızı X10 bağışlamış və qızı X10 həmin daşmmaz əmlaka ƏMDK yanında DƏRDX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021- ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Bildirir ki, İddiaçı cavabdeh DƏRDX-nın 6 saylı ərazi idarəsinə qarşı “çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası onun və sonrakı mülkiyyətçinin əmlak üzərində mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlətin ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cü maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafıq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və digər əmlak hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra tam həcmdə yaranır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X6rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Göründüyü kimi, İddiaçı iddiası qanunsuzdur. Onun sözügedən evə heç bir mülkiyyət hüququ yoxdur. Onun iddiası onun, həmçinin digər mülkiyyətçi X8 mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(120)-113/2023 saylı qərarı (hakim F.Abbasov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh və üçüncü şəxslər X17 və X7 apellyasiya şikayətləri verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(120)-113/2023 nömrəli qərarı ilə X2 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi qeyd ediləsə də, daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında həmin əmlak X10 bağışlanmış və “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-13-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydasında X9 adına verilmiş **********91-10301 reyestr nömrəli çıxarış verilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi X2 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışı xx.xx.2021 -ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə 0,12 ha həyətyanı torpaq sahəsini X10 bağışlamış və sonuncı həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirilməsi barədə Şirvan İnzibati Məhkəməsi məlumatlandırılmışdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, **********91-10301 reyestr nömrəli çıxarışda sözügedən daşınmaz əmlak X8 adına rəsmiləşdirildiyindən və həmin əmlak üzərində X2 heç bir hüququ olmadığından Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(120)-113/2023 nömrəli qərarında maddi və prossesual hüquq normaları pozulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(120)-113/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxslər X17 və X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözü gedən qərar əsassız və qanunsuzdur. Mənim əmlak hüquqlarımı pozur.Belə ki, qərarda yalnız hakimin şəxsi mülahizəsi, iddiaç mənafeyi əsas götürülmüşdür.Qeyd edirəm ki, İddiaçının sözü gedən ünvana heç bir hüququ çatmır. Belə ki, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(036)-1916/2019 saylı qətnaməsi ilə mənim İddiaçı və X5 qarşı kompensasi verilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəm təmin edilmişdir.Şirvan Apelyasiya Məhkəməsinin 13 fevral 2020- tarixli 2(106)433/2020 nömrəli qətanaməsi İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(036)-1916/2019 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasın Ali Məhkəməsinin 10 avqust 2020-c tarixli 2(102)3688/2020 saylı X34 Apelyasiya Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(106)433/2020 nömrəli qətanaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü k iddiaçı sözü gedən ünvana yaşayış hüququnu itirmişdir. Həmçinin qeyd edirəm ki, ƏMDK yanında DƏRDX-nin hüquqların dövlət qeydiyatı haqında daşınmaz əmlakın dövlət reyesterindən mənə verilmiş xx.xx.2020-ci il tarixli **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gövhərli kəndində yerləşən fərdi yaşayş tam mülkiyyət hüququ ilə mənə məxsus olmuşdur. Həmçinin 11 avqust 2020-ci il tarixində yuxarda qeyd olunan əmlakıma texniki pasportda verilmişc 11 mart 2021-ci il tarixində xüsusi mülkiyətimdə olan İmişli rayonu, Gövhərli kəndində yerləşən fərdi yaşayş evimi daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə qızım X10 bağışlamışam. Bundan sonra ƏMDK yanında DƏRDX-nin hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən qızım X10 xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış verilmişdir.Hazırda Söz gedən əmlakın sahibi X11r. Məhkəmə heç bir araşdırma aparmadan yalnız iddiaçının əsassız dəlillərini sadalayaraq qeyri qanuni qətnamə qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(120)-113/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə tərəfindən edilmiş hüquqi yardım məktubunu nəzərə alaraq tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə apardığını, tələbinə "Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X2 adına daşınmaz əmlakın dövlət reyestrində **********91- 10301 reystr nömrəsi ilə aparılmış qeydiyyatın 0.1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi" öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X24 tələbin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi icraata qəbul edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X24 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məlumat verilsədə məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: Maddə 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: Maddə 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; Maddə 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Maddə 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: Maddə 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının tələbi “X2 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, * * * * * * * * * * qeydiyyat nömrəli çıxarışın torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında X2 və onun 6 nəfər ailə üzvlərinin, o cümlədən İddiaçı xüsusi mülkiyyətinə ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi ümumi mülkiyyətə verilmiş torpaq sahəsidir. Cavabdeh inzibati orqan istər X3 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın, istərsə də X10 həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın verilməsinin birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçılarının, o cümlədən İddiaçı razılığı əsasında həyata keçirildiyini təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Beləliklə, istər X7, istərsə də X17 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi barədə müraciət edərkən cavabdeh inzibati orqan birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçılarının razılıq ərizəsini tələb etməmiş, yəni hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün əsasların olub-olmadığını müəyyən etməmiş, bununla da, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qanunsuz inzibati akt qəbul etməklə, həmin şəxslərin, o cümlədən iddiaçının qanunla qorunan hüquqlarına müdaxilə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə tam, gəldiyi nəticə ilə isə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarından və ona əlavə olunmuş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən və siyahıdan, A№ 106027 saylı torpaq sahəsinin planı və ölçüsündən, xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-2695/2023 nömrəli məktubdan, xx.xx.2011-ci il tarixli, 1143 nömrəli arayışdan, 11 avqust 2020-ci il tarixli, inventar nömrəsi 374 olan fərdi yaşayış evinin texniki pasportundan, xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışdan müəyyən olunur ki, İmişli rayonu, Gövhərli kəndi, “Qafqaz” kolxozu üzrə X33 Komissiyasının “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələri” barədə qərarı İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə təsdiq olunmuş, həmin qərara əsasən X2 (və onun nəfər ailə üzvlərinin) o cümlədən İddiaçı xüsusi mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmiş, X7 həmin torpaq sahəsində ümumi sahəsi 141,8 kv.m olan fərdi yaşayış evi inşa etdirmiş, onun 141,8 kv.m fərdi yaşayış evi və 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlkın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2021ci il tarixli, **********49 nömrəli cavab məktubundan müəyyən olunur ki, İddiaçı ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X2 adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsini tələb etmiş, cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etmişdir. İş materiallarında olan 11 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən, 05 aprel 2021-ci il tarixli, inventar nömrəsi 374 olan fərdi yaşayış evinin texniki pasportundan və xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, X7 xüsusi mülkiyyətində olan 141,8 kv.m fərdi yaşayış evini və 0,12 ha həyətyanı torpaq sahəsini X10 bağışlamış və sonuncunun qeyd olunan 141,8 kv.m fərdi yaşayış evi və 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli ərizədən və cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-C-003/2023 nömrəli cavab məktubundan müəyyən olunur ki, İddiaçı ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X8 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsini, həmin torpaq sahəsi üzərində paylı mülkiyyət hüququnun tanınmasını və müvafiq çıxarışın verilməsini” tələb etmiş, cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X2 və onun 6 nəfər ailə üzvlərinin, o cümlədən İddiaçı xüsusi mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verimiş, lakin həmin 0,12 ha həyətyanı torpaq sahəsi üzərində yalnız X2 xüsusi mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində **********91-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və adına müvafiq çıxarış verilmiş və daha sonra xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə 0,12 ha həyətyanı torpaq sahəsini birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçısı X10 bağışlamış və sonuncu həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirmişdir. Göründüyü kimi, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında X2 və onun 6 nəfər ailə üzvlərinin, o cümlədən İddiaçı mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış olsa da, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Göründüyü kimi, 0,12 ha həyətyanı torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində **********91-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmasına əsas İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı olmuşdur. İş materiallarında olan İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarından və ona əlavə olunmuş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, sözügedən torpaq sahəsinin mülkiyyətçisi kimi X7 ilə yanaşı İddiaçı da adı qeyd olunmuşdur. Yəni, İddiaçı da sözügedən torpaq sahəsinin mülkiyyətçisi sırasındadır. Həmin sənədlər mülkiyyət hüququnun qeydə alınmasına əsas olan hüquqmüəyyənedici sənədlər hesab olunur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı öz payından X2 xeyrinə imtina etməmiş və bu barədə ərizə verməmişdir. Lakin, cavabdeh qurumun arxivində qeyd edilən məlumatları özündə əks etdirən sənədlərin saxlanılmasına baxmayaraq, cavabdeh həmin sənədlərə (İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarına və ona əlavə olunmuş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”ə) əhəmiyyət verməmiş və iddiaçının qanunla qorunan hüquqlarını və maraqlarını pozaraq qeydiyyat aparmışdır. Hazırki iddianı irəli sürməkdə iddiaçının əsas məqsədi paydan (mülkiyyət hüququndan) imtina etmədiyi (razılığı olmadığı) halda İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə onun və X2 (həmçinin onun ailə üzvlərinin) xüsusi mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində yalnız (tam şəkildə) X2 xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində **********91-10301 reyestr nömrəsi ilə qeydiyyata alınması və onun paydan (mülkiyyət hüququndan) məhrum olunmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.7-ci maddəsinin tələbinə görə ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223.2-ci madəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci və 15.1.5-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd edilməlidir ki, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında X2 (və onun ailə üzvlərinin) və İddiaçı xüsusi mülkiyyətinə ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi ilə bağlı mülkiyyətçilərin (ailə üzvlərinin) payları müəyyənləşdirilmədiyindən həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh qurum sözügedən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində X2 tam mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində **********91-10301 reyestr nömrəsi ilə qeydiyyata alarkən həmin torpaq sahəsi üzərində X2 bütünlüklə sərəncam vermək hüququnun olub-olmadığını aydınlaşdırmalı idi. Əks halda, cavabdeh qurum yuxarıda qeyd edilən hüquq normalarının tələbinə əməl edərək həmin torpaq sahəsində hüququ olan digər mülkiyyətçilərin (hazırki iş üzrə iddiaçının) razılığını almalı, bu mümkün olmadıqda isə həmin mülkiyyətçilərin hüquqları saxlanılmaqla qeydiyyat aparmalı idi. Əks halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci və 15.1.5-ci maddələrinə əsasən hüququn qeydə alınmasından imtina etməli idi. Çünki, yuxarıda qeyd edilən sənədlərdən də göründüyü kimi sözügedən torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ olsa da, həmin torpaq sahəsi bütünlüklə onun mülkiyyətində olmamış, onunla yanaşı İddiaçı da mülkiyyət hüququ və sərəncam vermək səlahiyyəti olmuşdur. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan 0,12 ha həyətyanı torpaq sahəsi üzərində yalnız X2 xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində **********91-10301 reyestr nömrəsi ilə qeydiyyata alarkən və həmin reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı iddiaçının müraciətindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X2 adına **********91-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun X2 adına qeydə alınması hissəsində ləğv edilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi zamanı iddiaçının tələbi X2 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, * * * * * * * * * * qeydiyyat nömrəli çıxarışın torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi” kimi olmuş və həmin tələb üzrə birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Lakin, işdə olan sənədlərdən müəyyən edilir ki, X2 adına tərtib edilmiş **********91-10301 reyestr nömrəli, * * * * * * * * * * qeydiyyat nömrəli çıxarışın tarixi xx.xx.2020-ci il deyil, xx.xx.2020-ci il tarixidir. Həmçinin müəyyən edilmişdir ki, 0,1201 ha torpaq sahəsi üzərində X2 tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixndə deyil, ondan daha əvvəl yəni, xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır. Ümumiyyətlə məhkəmə kollegiyasının qənaətinə görə, bu növ işlərdə mübahisənin predmeti reyestrdə aparılmış qeydiyyata dair çıxarış deyil, reyestrdə aparılmış qeydiyyat olmalıdır. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 13.6-cı maddəsinə əsasən dövlət reyestri hər bir daşınmaz əmlak obyekti barədə məlumat saxlanılan bölmələrdən ibarətdir. Bölmə hər bir daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən tərtib olunmağa başlanılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd edilən məsələlər barədə iddiaçı və onun nümayəndəsi və vəkilinə hüquqi yardım edilmiş və tələbinin dəqiqləşdirə biləcəyi ilə bağlı hüquqi təklif edilmişdir. Məhkəmənin hüquqi yardım məktubunu nəzərə alaraq iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edilmiş və məhkəmədən həmin ərizənin icraata qəbil edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsini icraata qəbil edərək, iddia tələbinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X2 adına daşınmaz əmlakın dövlət reyestrində **********91- 10301 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın 0.1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi" kimi baxılmasını qərara almışdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və üçüncü şəxslər X17 və X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(120)-113/2023 saylı qərarı dəyişdirilsin. Daşınmaz əmlakın dövlət reyestrində X2 adına **********91-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun X2 adına qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-237/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-237/2024
24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver