Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-238/2024 09.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X4 ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2- 1(120)-3422/2023 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qət etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “X4 ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3422/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X4 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Xəqani küçəsi 10 saylı evdə yerləşən 48 saylı mənzili alqı-satqı yolu ilə alaraq həmin əmlak üzərində tam mülkiyyət hüququnu xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla rəsmiləşdirmişdir. Hazırda onunla ailə üzvü olmayan, ancaq uzun müddətdir ki, başqa ünvanda yaşayan və başqa ünvanda mənzili olan üçüncü şəxs mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadır. 2015-ci il tarixində evi alarkən üçüncü şəxsin həmin ünvanda pasport qeydiyyatında olması barədə məlumatı olmamışdır. Üçüncü şəxsin onun mülkiyyətində olan mənzildə formal qeydiyyatda olması onun üçün müəyyən çətinliklər yaradır. Belə ki, mənzilin qeydiyyatında olduğuna görə həmin şəxsin adına mənzil kommunal xərclərinin ödənilməsi ondan tələb olunur. Bu günədək başqa ünvanda daimi yaşayış evi olan üçüncü şəxs mənzilin pasport qeydiyyatından çıxmır. Bu vəziyyət mülkiyyətçi olaraq onun hüququnu məhdudlaşdırır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3422/2023 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs X7 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarın onun həmin evdə yaşamaması hissəsi ilə bağlı bildirir ki, ünvan 2 ünvanında yerləşən mənzil onun valideynlərinə məxsus olmuş, doğulduğu gündən həmin mənzildə yaşamış və pasport qeydiyyatında olmuşdur. Ailə həyatı qurarkən həyat yoldaşnın cehiz əşyaları həmin evə gətirilmiş və hazırda qeyd olunan evdədir. Anası xx.xx.1999-cu ildə vəfat etmiş, atası ilə birlikdə həmin ünvanda yaşamışdır. Sonradan atası Xanhüseyn X3 ilə (iddiaçının bacısı) ailə həyatı qurmuş və onlar birlikdə həmin mənzildə yaşamağa davam etmişlər. Atası Xanhüseyn Axundovxx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atasının yas mərasimi həmin mənzildə keçirilmişdir. Atasının qırx mərasimindən sonra Bakı şəhərinə getmiş və qayıdarkən evin kilidinin dəyişdirildiyini görmüşdür. Söhbət əsasında məlum iddiaçı bildirmişdir ki, həmin mənzili onun atasından 2015-ci ildə almış və mənzilə xüsusi mülkiyyətə dair çıxarış almışdır. Hazırda onun bütün şəxsi əşyaları, sənədləri həmin evdə yerləşir. İddiaçının qanunsuz hərəkətləri nəticəsində evə daxil ola bilmir. Evin alqı-satqısı zamanı razılığı olmayıb, mənzil istifadəçisi kimi onun razılığı alınmayıb. Halbuki, qanunvericilikdə mənzilin alqı-satqısı, özgəninkiləşdirilməsi zamanı qeydiyyatda olan bütün şəxslərin razılığının olması tələb olunur. Hal-hazırda mübahisəli evə dair iddiaçının adına verilmiş Çıxarışın ləğvinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişəm və həmin iş məhkəmənin icraatındadır. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-3422/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)- 3422/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62- ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı sübutlarla qiymətləndirməyi zəruri hesab edir: İş materialında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. İş materialında olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13- 111/2-Ə-160xx/xx/2023 nömrəli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. İş materialında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 13-111/2-22353/2023 nömrəli məktubundan görünür ki, məktubda adları göstərilən şəxsin həmin ünvana qeydiyyata düşmələrinə səbəb olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. İş materialında olan İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4Ə- 113 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət üzrə alıcı İddiaçı mülkiyyətinə verilmişdir. İş materialında olan xx.xx.2014-cü il tarixli, 4Ə-113 nömrəli daşınmaz əmlakın alqısatqı müqavilənin 8-ci və 11-ci bəndlərindən görünür ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. İş materialında olan xx.xx.2014-cü il tarixli, 4Ə-113 nömrəli daşınmaz əmlakın alqısatqı müqavilənsinə dair notariat işinin içərisində olan xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, X2 şəhəri, Xəqani küçəsi, ev 10, 48 saylı mənzilin X10 tərəfindən istənilən şəxsə istənilən qiymətə satılmasına razılıq vermişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materialında olan Şirvan şəhər İcra Hakimiyyəti 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-8-1/2- 505/2023 nömrəli arayışından görünür ki, üçüncü şəxs iddiaçıya məxsus ünvan 1 ünvanında yaşamır. İş materialında olan Şirvan şəhər Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-357/2023 nömrəli məktubundan görünür ki, üçüncü şəxsin İddiaçı ilə yaxın qohum olduqları barədə məlumatın Şirvan şəhər Qeydiyyat şöbəsində müəyyən edilməsi mümkün olmamışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-2556/2023 nömrəli məktubuna çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, üçüncü şəxsin sözügüdən daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar Ərazi İdarəsində aşkar edilməmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarını nəzər yetirməyi zəruri hesab edir: "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları ("müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının ("müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının ("müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materialından görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı Əmirov X5 şəhər Polis şöbəsinə müraciət edərək, ünvan 8 ünvanında qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçı üçüncü şəxs X4 faktiki olaraq həmin evdə yaşamadığını, onun həmin evdə qeydiyyatının formal xarakter daşıdığını əsas gətirərək hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-8-1/2-505/2023 nömrəli məktubundan müəyyən olunur ki, üçüncü şəxs X7 İddiaçı məxsus ünvan 8 ünvanında yaşamır. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin dairəsi müəyyən edilmişdir. Üçüncü şəxs X7 İddiaçı ailə üzvü olmamışdır. Həmçinin üçüncü şəxs X7 İddiaçı digər qohumu da deyildir. Bu səbəbdən üçüncü şəxsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilən keçmiş ailə üzvü hesab etmək olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Həmin maddəyə əsasən qanunverici ailə üzvü və ya keçmiş ailə üzvü olmasa belə, şəxsin yaşayış sahəsindən istifadə etmək imkanını mülkiyyətçi ilə həmin şəxs arasında razılaşmanın olması ilə şərtləndirmişdir. Belə razılaşma da, mülki qanunvericiliyə əsasən yazılı şəkildə bağlanmalı, notariat qaydasında təsdiq edilməli və həmin razılaşma ilə verilən istifadə hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Sözügedən mənzilin mülkiyyətçisi ilə aralarında belə razılaşmanın olmasına dair də üçüncü şəxs tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin aparılmış məhkəmə araşdırması nəticəsində üçüncü şəxsin sözügedən mənzilə istifadə və ya digər əmlak hüququ müəyyən edilməmişdir. Üçüncü şəxs sözügedən mənzilə yaşadığı dövrdə yaşayış yeri üzrə qeydiyyata düşmüş və həmin mənzil satılarkən onun satılmasına razılıq vermişdir (xx.xx.2014-cü il tarixli, 4Ə-113 nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənsinə dair notariat işinin içərisində olan xx.xx.2014-cü il tarixli ərizə). Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin sözügedən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyatda olması onun, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq məqsədi daşıyan bir vasitədir və heç bir halda onun sözügedən fərdi yaşayış evindən istifadə hüququnun olması anlamına gəlmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırda sözügedən mənzilin mülkiyyətçisi kimi İddiaçı üçüncü şəxs X1 mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-3422/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-238/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-238/2024
09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver