Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-24/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(120)-2622/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair icarə hüququnun qeydə alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərancamı ilə İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə icarəyə verilmiş 40 ha torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və icarə hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 02 avqust 2023-cü il tarixli, 2- 1(120)-2622/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Dadaşova X1 rayonu, Bağman kəndində yeriəşən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanuni istifadəçisidir. Bunu təsdiq edən sənədlər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli sərancamı, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Böyük Kəngərli kəndi üzrə nümayəndəsi X6 ilə İddiaçı arasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 40,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanmış 20 oktyabr 1999-cu il tarixli “X9” və torpaq sahəsinin cizgisidir. Həmin sənədlər onların həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut toplanmadığından, mötəbər qiymətləndirilməlidir. Torpaq sahəsini iddiaçının icarəsinə verməkdə Kürdəmir Rayon İcra Hakimiyyəti səlahiyyətli olduğundan, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərancamı, eləcə də 20 oktyabr 1999-cu il tarixli müqavilə mübahisələndirilmədiyindən, habelə etibarsız sayılmadığından, hazırkı İddiaçı icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidr. Cavabdehin gətirdiyi dəlillərdən biri kimi müqavilənin müddəti məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt bələdiyyələr mövcud olmamış, inzibati aktlar bələdiyyələrin yaradılmasından daha əvvəl qəbul edilmişdir. Eyni zamanda, Kürdəmir rayonu Bağman bələdiyəsi fəaliyyətinin dayandırılması ilə bağlı 02 fevral 2010-cu il tarixdə ləğv edilmişdir. Hal-hazırda da həmin kənddə bələdiyyə fəaliyyət göstərmir. Göründüyü kimi, icarə müqaviləsinin müddəti bitdikdən sonra iddiaçının yeni icarə müqaviləsi bağlamaması iddiaçının iradəsindən asılı olan hal deyil. Digər tərəfdən, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən “Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Kürdəmir rayon Bağman bələdiyyəsi ilə İddiaçı arasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 40,0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair 22 oktyabr 2005-ci il tarixli “X9”nin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən heç birinin təşəbbüsü olmadığından qeyd olunan maddi hüquq norması 22 oktyabr 2005-ci il tarixli “X9”nin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış olduğunu təsdiq, müqavilənin müddətinin bitməsi ilə bağlı cavabdehin gətirdiyi dəlili isə təkzib edir. Cavabdehin torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsinin rəyinin təqdim edilməməsi ilə bağlı qeyd olunur ki, sözügedən rəyin mövcud olmaması da iddiaçının iradəsindən irəli gələn hal deyil, imtina formal mülahizələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək, 1992-ci ildə yaradılmış "xxxx" X5 müəssisəsinin mülkiyyətində olmuş, sonralar isə 04 aprel 2002-ci il tarixdə Kürdəmir RİH və Böyük Kəngərli kənd İcra Nümayəndəliyinin müvafıq sərəncamı əsasında 30 illik ona icarəyə verilmiş 40 ha torpaq sahəsi, yəni əkin və örüş təyinatlı torpaq sahəsi üçün çıxarış verilməsini xahiş etmişdir. O, öz müraciətini həmin torpaq sahəsinin 30 ilə yaxındır ki, faktiki olaraq istifadəsində olması ilə əsaslandırmışdır. Hal-hazırda həmin 40 ha torpaq sahəsində böyük fermer təsərrüfatı mövcuddur. Torpaq sahəsi 1992-ci ildən onun tərəfındən fasiləsiz və etirazsız olaraq istifadə olunur. Kürdəmir RİH başçısının 06 iyun 1992-ci il tarixli, 324M-№-li sərəncamı, Bağman bələdiyyəsinin 04 aprel 2001-ci il tarixli, 12 saylı qərarı ilə əkinçilik və heyvandarlıq məqsədilə 30 il müddətinə 40 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi isə 11 mart 2021-ci il tarixli məktubunda imtinanı formal olaraq əsaslandırmışdır. Cavabdehin imtina dəlilləri ondan ibarət olmuşdur ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsinin Rəyi təqdim edilməmiş və Kürdəmir rayon İHB-nın Böyük Kəngərli kəndi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli İcarə müqaviləsində icarənin müddəti qeyd edilməmişdir. Həmçinin bildiririk ki, örüş torpaq sahəsi, 15 ildən artıq icarəyə verilə bilməz. Bələdiyyə fondundan icarəyə torpaq sahəsi verilməsi barədə Kürdəmir RİHB-nın Sərəncamı xx.xx.1999-cu il tarixlə olduğu və örüş torpaq sahəsi 15 ildən artıq icarəyə verilə bilməməsini nəzərə alaraq xx.xx.2014-cü il tarixdə icarənin müddəti bitmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina aktının məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxılanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş: --Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2021-ci il tarixli, 2/1213- 4 nömrəli məktubunda bildirilir ki, Kürdəmir rayon Bağman kənd sakini İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 06 iyun 1992-ci il tarixli, 324 saylı sərancamı ilə "xxxx" X5 Müəssisəsinə ayrılmış 100 hektar torpaq sahəsi 1996-cı ildə aqrar islahata getdiyi üçün həmin torpaq sahəsinin əvəzi olaraq İddiaçı oğlu X4 İİ qrup Qarabağ əlili olduğu nəzərə alınaraq təsərrüfatını inkişaf etdirmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 1999-cu il tarixli, 207 saylı sərancamı ilə 40 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda İddiaçı təsərrüfatında 200 baş xırda buynuzlu və 40 baş iri buynuzlu mal-qarası vardır. -Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli sərancamının surətindən görünür ki, Kürdəmir rayon Bağman kənd sakini İddiaçı müraciəti nəzərə alınaraq, İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Böyük Kəngərli ərazi nümayəndəliyinin Bağman kəndi ərazisindəki bələdiyyə fondu torpaqlarından icarəyə 40 hektar torpaq sahəsi verilmişdir. -20 oktyabr 1999-cu il tarixli “X9”nin surətindən görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Böyük Kəngərli kəndi üzrə nümayəndəliyi ilə İddiaçı arasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 40 ha torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. -“Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, həmin sənəd Kürdəmir rayon Bağman bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 saylı qərarına və xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı adına tərtib edilmişdir. -02 fevral 2010-cu il tarixli Aktın surətindən görünür ki, Nazirlər Kabinetinin xx.xx.2009-cu və xx.xx.2009-cu il tarixli qərarlarının icrası ilə əlaqədər olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texnik ekspertizalar şöbəsinin rəisinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Kürdəmir Rayon İcra Hakimiyyətinin, Bağman bələdiyyəsinin və Böyük Kəngərli bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə həmin akt tərtib edilmişdir ondan ötəri ki, Kürdəmir rayonu Bağman bələdiyəsinin möhür, ştampı, istifadə edilməmiş ciddi hesabat blankları Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Kürdəmir rayonunda yaradılmış komissiya tərəfindən Bağman bələdiyəsinin fəaliyyətinin dayandırılması ilə bağlı 02 fevral 2010-cu il tarixdə ləğv edilmişdir. -Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, hazırda Böyük Kəngərli, Bağman və İsmayıllı kəndlərini birləşdirən Böyük Kəngərli bələdiyyəsi 2019-cu il tarixdən fəaliyyət göstərmir və iclaslar keçirilmir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7250 nömrəli ekspert rəyində bildirilir ki: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli, 3-21-3-36/2-3342/2024 saylı mütəxəssis rəyinə əsasən, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı İddiaçının nümayəndəsinin (oğlunun) naturada göstərdiyi, faktiki istifadə etdiklərini bildirdiyi 42.6 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. -Elektron baza məlumatlarında təqdim olunan "Kürdəmir rayonu Böyük Kəngərli kəndi, Azərbaycan təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi"ndə (DVJ) iddiaçının nümayəndəsinin (oğlunun) naturada göstərdiyi, faktiki istifadə etdiklərini bildirdiyi 42.6 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. -Elektron baza məlumatlarında təqdim olunan Torpaqlann elektron kadastr uçotu nformasiya sistemi məlumatlarında (TEKUİS) iddiaçının nümayəndəsinin (oğlunun) naturada göstərdiyi, faktiki istifadə etdiklərini bildirdiyi 42.6 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. Ərazidə kadastr uçotu işləri aparılan zaman torpaq sahəsi əkin kimi istifadə edildiyi üçün faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUİS məlumatlarında təsərrüfat yeri əkin olaraq qeyd edilmişdir -İddiaçının nümayəndəsinin naturada göstərdiyi 42.6 ha torpaq sahəsi elektron baza məlumatlarında İddiaçı Cumazadə qızının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0008 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədində əks oluanan koordinatlarla müəyyən olunan 40.0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Aparlan araşdırmanın nəticəsi olaraq o da məlum olmuşdur ki, baza məlumatlarında **********0008 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi"ndə 40.0 ha torpaq sahəsinin Kürdəmir rayonu Bağman bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı ilə ayrıldığı qeyd edilsədə, idarənin arxiv materiallarında mövcud olan Bağman bələdiyyəsinin qərarı xx.xx.2022-ci il tarixli 12 saylı olaraq göstərilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş, hazırda da TEKUİS məlumatlarında təsərrüfat yeri əkin olaraq qeyd edilmişdir. Odur ki, cavabdehin torpaq sahəsinin təyinatı baxımından icarə müddətinin 15 il olması və bununla da icarə hüququnun da həmin müddətlə məhdudlaşması barədə dəlili də əsaslı deyil. Həmçinin birinci instansiya məhkəməsinin icarə-hüquq münasibətlərinin davam etdirilməsi ilə bağlı istinad etdiyi maddi hüquq normaları və gəldiyi nəticə də əsaslıdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Bələdiyyə ilə iddiaçı arasında bağlanmış 2002-ci il tarixli müqavilədə icarə müddəti 30 il, 2005 -ci il tarixli müqavilədə 15 il, Kürdəmir RİH ilə iddiaçı arasında bağlanmış müqavilədə isə müddət göstərilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. 3-ci bəndinə əsasən torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. -51-ci maddəsinin 4-cü bəndinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktında qeyd olunan dəlillər təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(120)-2622/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-24/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-24/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver