Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-242/2023 06.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarından cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********950100 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X6 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********950100 nömrəli və xx.xx.2021-ci il tarixli, **********607100 nömrəli qərarların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı tələbini dəqiqləşdirmiş, iddia tələbinə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********950100 qərarın ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim S.Həsənov) 12 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında xx.xx.2021-ci il tarixli, **********950100 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Z.Allahyarov, M.Həsənov, O.İsmayılov) 18 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə cavabdeh tərəfin kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər R.Nəbizadə, Z.Quliyev, S.Kərimov) 01 mart 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İddiaçınıntələbi İddiaçı tələbində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixində 6 sayli Ərazi Vergilər Baş İdarəsi tərəfindən keçirilmiş komeral vergi yoxlaması zamanı onun onlayn kargüzarlıq ünvanına gödərilmiş **********1303400 nömrəli məktuba əsasən 08 aprel 2021-ci il tarixdə **********950100 nömrəli qərar qəbul olunmuşdur. 2021-ci il yanvar ayı üzrə ona 14822.68 manat vergi hesblanmışdır. 09 aprel 2021-ci il tarixində **********607100 nömrəli qərara əsasən 6 sayli Vergilər Baş İdarəsi 9497.12 manat məbləğdə vergi, 417.87 manat faiz hesablanmış və onun ƏDV sub-uçot hesabı dondurulmuşdur. Yanlış məlumatlar əsasında qəbul olunmuş qərarı əsassız hesab edir. Belə ki, qərar 6 sayli Ərazi Vergilər Baş İdarəsi tərəfindən 17 fevral 2021-ci il tarixində keçirilmiş kameral vergi yoxlaması, **********303400 nömrəli məktub əsasında qəbul olunmuşdur. Məktubun 1-ci bəndində qeyd olunub ki, elektron qaimə-fakturası üzrə 255.54 manat ƏDV məbləği ödənilməmişdir. Lakin məlumat yanlışdır: EBAV seriyalı 901714 nömərli elektron qaimə-fakturası üzrə əsas məbləğ 1993.82 manat, ƏDV məbləği 358.88 manat olmuşdur. xx.xx.2020-ci il tarixli Kapital Bankın 607 nömrəli ödəniş tapşırığına əsasən 255.54 manat yox, 358.88 manat ödənilmişdir. Məktubun 2-ci bəndində qeyd olunmuşdur ki, EBAT seriyali 915621 nömrəli elektron qaimə-fakturası üzrə 215.46 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: EBAT seriyali 915621 nömrəli elektron qaimə-fakturası üzrə əsas məbləğ 1771.17 manat, ƏDV məbləği 318.80 manat olmuşdur. xx.xx.2020-ci il tarixli Kapital Bankın 559 nömrəli ödəniş tapşırığına əsasən 215.46 manat ƏDV yox 318.80 manat ƏDV məbləği ödənilmişdir. Məktubun 3-cü bəndində qeyd olunur ki, EBAQ seriyalı 884232 nömrəli elektron qaimə-fakturası üzrə 61.30 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: Qeyd edir ki, EBAQ seriyali 884232 nömrəli elektron qaimə-fakturası üzrə əsas məbləğ 914.73 manat, ƏDV məbləği 164.65 manat olmuşdur. xx.xx.2021-ci il tarixli Kapital Bankın 607 nömrəli ödəniş tapşırığına əsasən 61.30 manat ƏDV məbləği yox, 164.65 manat ödənilmişdir. Məktubun 4-cu bəndində qeyd olunur ki, kameral vergi yoxlamasında ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsində dövr ərzində daxil olmuş avans məbləğlərinin cəmi 169488.32 manat göstərilib. Qərarda göstərilən rəqəm yanlışdır. Ancaq faktiki olaraq yanvar 2021-ci il tarixi üzrə Kapital Bankda olan hesab dövriyyə sənədlərində daxil olan avans məbləğlərinin cəmi 84.940.72 manat olmuşdur. **********1303400 nömrəli məktuba 17 fevral 2021-ci il tarixində onun tərəfindən cavab yazılmışdır. Ancaq məsələ öz həllini tapmamışdır. Hər ay onun Kapital Bankda olan hesab dövriyyə sənədləri, onlayn vergi kassa aparatının dövriyyə sənədləri və həmin dövr üçün ödənilən və əvəzləşdirilən elektron qaimə-fakturalar 6 sayli Ərazi Vergilər Baş İdarəsinin öhdəsində olmasına baxmayaraq, yenə də yanlış məlumatlar əsasında qərarlar qəbul etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********950100 qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəməmühasibat ekspertizasının rəyi əsassız və qanunsuzdur. Şikayətə görə, ekspert rəyində qeyd olunan 84940,72 manat məbləğində pul vəsaitinin daxil olmasının hansı sənədlərdə və bəyannamənin hansı göstəricilərində öz əksini tapması qeyri-müəyyən olaraq qalır və bu hal ekspert rəyinin "ətraflı şəkildə həyata keçirilən tədqiqata” söykənmədiyi qənaətinə gəlməyə əsas verir. Hakim qəbul etdiyi qərarın hüquqi və faktiki əsasını təşkil edən 26 noyabr 2021-ci il tarixli, 9/6707 nömrəli ekspert rəyini qiymətləndirməli olduğu halda qiymətləndirməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM-nin) 62-ci maddəsinə əsasən xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM-nin) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin həmin Məcəllənin 12-ci maddəsinin tələbinə görə yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının İPM-nin 12-ci maddəsinə əsasən: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübutetmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. İşin hallarından görünür ki, iddiaçı X6 Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********950100 nömrəli qərarı mübahisələndirmişdir. İddiaçı Azərbaycan Respublikasının İPM-nin 2.2.1-ci və 32-ci maddələrində nəzərdə tutulmuş (mübahisələndirmə haqqında) iddia növündən istifadə etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən, mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarın qüvvədə olmadığına istinad etmişdir. Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 08 aprel 2021-ci il tarixli, **********950100 nömrəli qərardan görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 14.822,68 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 14.822,68 manat müəyyən edilmişdir. Vergi orqanı xx.xx.2021-ci ildə təqdim etdiyi dəqiqləşmiş bəyannaməsi ilə bağlı xx.xx.2021-ci il tarixli bildiriş göndərmişdir. Bundan sonra xx.xx.2021-ci ildə cavabdeh iddiaçıya yanvar 2021-ci il üçün ƏDV dəqiqləşdirilmiş bəyannamə ilə bağlı bu dəfə 16.210 manat ƏDV hesablamışdır. İşin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi qərar (xx.xx.2021-ci il tarixli, **********950100 nömrəli) birinci instansiya məhkəməsi tərəfindən 12 may 2022-ci il tarixdə qərar qəbul edilərkən mövcud olmamışdır. Beləliklə, cavabdehin təqdim etdiyi sənədlərdən və izahatlardan müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq 12 may 2022-ci il tarixdə qərar qəbul edilərkən iddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli qərar mövcud olmamışdır. Buna baxmayaraq, mübahisələndirilən həmin qərar məhkəmə baxışlarının predmeti olmuşdur. Bununla da İPM-in 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşin hallarından müəyyən edilir ki, işə birinci instansiya məhkəməsində baxılarkən mübahisələndirilən qərar faktiki mövcud olmadığı və bu zaman iddiaçının çatmaq istədiyi hüquqi nəticə başqa qərarın ləğv edilməsi olduğu halda halda, birinci instansiya məhkəməsi bu faktı aydınlaşdırmamış, nəticə etibarı ilə iddiaçıya hüquqi yardım göstərməmiş, iddia tələbinin dəqiqləşdirilməsini iddiaçıya təklif etməmişdir. Azərbaycan Respublikasının İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Qanunun tələbinə görə, məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda, o cümlədən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Kollegiya hesab edir ki, məhkəmə mövcud olmayan (qüvvədə olmayan) qərar barəsində qərar qəbul etdiyindən məhkəmənin qərarı ləğv edilməli, tam və hərtərəfli araşdırılma aparılması məqsədilə inzibati iş birinci instansiyasına qaytarılmalı, işə yenidən baxılmalıdır. İşə yenidən baxan məhkəmə iddia tələbi ilə bağlı iddiaçıya lazımi hüquqi yardım göstərməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının mövqeyi aydınlaşdırıldıqdan sonra mübahisəni həll etməlidir. Beləliklə, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin 12 may 2022-ci tarixli qərarı ləğv edilməli, işə yenidən baxılması və yuxarıda qeyd edilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, e-2-1(120)-120/2022 nömrəli qərarı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2-1(106)-242/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-242/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver