Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-242/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X8 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “övladı X4 əlilliyə görə avqust 2022-ci il tarixdən mart 2023-cü il tarixədək 8 ay ərzində ödənilməmiş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-3504/2024 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “övladı X4 əlilliyə görə avqust 2022-ci il tarixdən mart 2023-cü il tarixədək 8 ay ərzində ödənilməmiş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “övladı X4 əlilliyə görə avqust 2022-ci il tarixdən mart 2024-cü il tarixədək 8 ay ərzində ödənilməmiş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və iddia tələbinin dəyişdirilərək (dəqiqləşdirərək) “övladı X4 əlilliyə görə avqust 2022-ci il tarixdən mart 2023-cü il tarixədək 8 ay ərzində ödənilməmiş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməyini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “cavabdehin və iddianın dəyişdirilməsi barədə” ərizəsi təmin edilmiş, iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia “övladı X4 əlilliyə görə avqust 2022-ci il tarixdən mart 2023-cü il tarixədək 8 ay ərzində ödənilməmiş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, övladı X7 xx.xx.2011-ci ildə İmişli şəhərində doğulmuşdur. Autizmin kanner sindromu xəstəsidir. Yeni qaydalara uyğun olaraq mart 2023-cü ildə oğluna 2-ci qrup əlillik təyin edilmişdir. Övladının xəstəliyi anadangəlmədir və bu xəstəliyin müalicəsi hələ ki tibb elminə məlum deyildir. Onun oğluna 2019-cu ildə əlil kimi pensiya təyin edilmişdir. Lakin 2022-ci ilin iyul ayından onun pensiyası dayandırılmışdır. 2 ay sonra öyrənmişdir ki, övladı yenidən Tibbi Sosial Ekspert Komissiyasından keçməli və ona birdəfəlik əlillik dərəcəsi təyin edilməlidir. Onlar lazım olan tibbi yoxlamalardan keçirmiş, Respublika 1 saylı Psixi xəstəxanasında 1 aylıq müalicədən sonra xx.xx.2022-ci il tarixli xəstəlik tarixçəsindən çıxarış alımış, 2022-ci ilin dekabr ayında İmişlidə komissiyadan keçmiş, lakin nədənsə məsləhət görüldü ki, Ağdamda da Tibbi komissiyadan keçməlidir. Təxminən xx.xx.2023-cü il tarixdə Ağdam rayonunda da Komissiyadan keçmişlər və sənədlər sistemə yerləşdiriləcəklər, 1 ay ərzində ona nəticəsi barədə cavab veriləcəkdir. Beləliklə, 1 ay sonra cavabın gəlmədiyini görmüş, Nazirliyin qaynar xəttinə zəng vuraraq öyrənmişdir ki, sənədləri heç sistemə yüklənməmişdir. Ağdam rayonunda yerləşən mərkəzin baş həkiminin telefonunu tapıb onunla danışdıqdan sonra məlum olmuşdur ki, səhlənkarlıqdan əməkdaşlar sənədləri sistemə yükləməmişdirlər. Yalnız onların zəngindən sonra sənədləri sistemə yüklənmiş və bundan da 1 ay sonra, yəni mart 2023-cü il tarixdə min bir əziyyətdən, süründürməçilikdən sonra övladı X4 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Lakin övladına 2023-cü ilin mart ayından pensiya ödənilməyə başlasa da 2022-ci ilin iyul ayından 2023-cü ilin mart ayına qədər olan dövr üçün pensiyanın ödənişi bu günə qədər təmin edilməmişdir. Bununla bağlı dəfələrlə həyat yoldaşı ilə etdiyi şikayətlər nəticə verməmişdir. Sonuncu dəfə Prezident Administrasiyasına da müraciət etmiş, onlar da şikayəti aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirmişlər, nəticədə isə onlar eyni cavabı verdilər ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd etdiyi prosedurların ardıcıllığı ilə sənədlər yoxlanılsa gecikmənin onun günahı ucbatından olmadığı, əksinə cavabdehin əməkdaşlarının səhlənkarlığı üzündən gecikdirildiyi aydın görünəcəkdir. Övladının əlilliyi müəyyən edildikdən sonra pensiyanın dayandırılması, yeni qaydalarla yenidən əlillik təyin edilməsi heç kimə əsas vermir ki, əlilin dayandırılmış dövr üçün pensiyası ödənilməsin. Çünki heçnə dəyişməyib, əlillik bərpa olmayıb həmin dövrdə, eyni diaqnoz, eyni xəstəlik. Qeyd edilənləri nəzərə alaraq övladı X4 əlilliyə görə avqust 2022-ci il tarixdən mart 2023-cü il tarixədək 8 ay ərzində ödənilməmiş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna elektron müraciət etmiş, iyul 2022-ci il tarixdən fevral 2023-cü il tarixədək 8 ay ödənilməmiş məbləğin ödənilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli məktubunda müraciətin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı "övladı X4 əlilliyə görə 8 ay ərzində ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1,5-ci bəndinə əsasən Tibbi- sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi- sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Məlumat üçün bildiririk ki, iddiaçının övladı X4 xx.xx.2019-cu il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət təyin edilmiş və 31.07,2022-ci il tarixədək ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası’’nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının övladı E.Əlizadənin təkrar müayinə əsasında xx.xx.2023cü il tarixdən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2023-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1 -ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən "Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və xx.xx.2019-cu il tarixdən aylıq məbləği 50 manat müəyyən edilmişdir. Sözügedən təqaüdün məbləği 01.01,2022-ci il tarixdən 80 manata, xx.xx.2023cü il tarixdən 100 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının övladı E. Əlizadənin əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Təkrar müayinə əsasında əlilliyi xx.xx.2023-cü il tarixdən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ərizədəə qeyd edilən dövrlər üzrə E.Əlizadəyə müavinətin və ona qulluğa görə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1 -ci maddəsinə əsasən, əlillik -müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1 -ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Sözügedən Qanunun 3.3-1-cü maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 av ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təvinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, "Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, "qanuni gözlənti” və "hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” İcraatınızda olan iş üzrə İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "övladı X4 əlilliyə görə 8 ay ərzində ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-3504/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-3504/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, bildirirəm ki, övladım X7 xx.xx.2011-ci ildə İmişli şəhərində doğulmuşdur. Autizmin kanner sindromu xəstəsidir. Yeni qaydalara uyğun olaraq mart 2023-cü ildə Eldara 2-ci qrup əlillik təyin edilmişdir. Nəzərinizə çatdırıram ki, övladımın xəstəliyi anadangəlmədir və bu xəstəliyin müalicəsi hələ ki tibb elminə məlum deyildir. Eldara 2019-cu ildə əlil kimi pensiya təyin edilmişdir. Lakin 2022-ci ilin iyul ayından Eldarın pensiyası dayandırılmışdır. 2 ay ardıcıl ödəniş olunmadığından maraqlanıb öyrəndik ki, sən demə Eldar yenidən Tibbi Sosial Ekspert Komissiyasından keçməli və ona birdəfəlik əlillik dərəcəsi təyin edilməlidir. Biz Eldarı lazım olan tibbi yoxlamalardan keçirdik, Respublika 1 saylı Psixi xəstəxanasında 1 aylıq müalicədən sonra xx.xx.2022-ci il tarixli xəstəlik tarixçəsindən çıxarış alımışıq. 2022-ci ilin dekabr ayının 24-də İmişlidə komissiyadan keçdik, lakin nədənsə məsləhət görüldü ki Ağdamda da Tibbi komissiyadan keçməlisiz. Təxminən xx.xx.2023-cü il tarixdə Ağdam rayonunda da Komissiyadan keçdik və bildirdilər ki, sənədlər sistemə yerləşdiriləcək, 1 ay ərzində sizə nəticəsi barədə cavab veriləcək. Lakin 10 mart 2023-cü il tarixdə min bir əziyyətdən, süründürməçilikdən sonra övladım X4 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Eldara 2023-cü ilin mart ayından pensiya ödənilməyə başlasa da 2022-ci ilin iyul ayından 2023-cü ilin mart ayına qədər olan dövr üçün pensiyanın ödənişi bu günə qədər təmin edilməmişdir. Bununla bağlı dəfələrlə həyat yoldaşımla etdiyimiz şikayətlər nəticə vermədi. Sonuncu dəfə Prezident Administrasiyasına da müraciət etdik, onlar da şikayətimizi aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirdilər, nəticədə isə onlar bizə eyni cavabı verdilər ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 6 ay keçibsə əlilliyintəkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Mən bununla razılaşmayaraq Şirvan İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək övladım X4 əllilliyə görə avqust 2022-ci il tarixdən mart 2023-cü il tarixədək 8 ay ərzində ödənilməmiş təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdim. Uzun sürən məhkəmə araşdırmasından sonra Şirvan İnzibati Məhkəməsi (hakim Hilal Nəcəfov) iddia tələbimin təmin edilməməsi barədə Qərar qəbul etmişdir. Mən məhkəmənin bu qərarı ilə razı deyiləm və hesab edirəm ki, işdə olan sübutlar mənim iddia tələbimin təmin edilməsi üçün əsas olduğu halda məhkəmə qeyri humanist, ədalətsiz Qərar qəbul etmişdir. Belə ki, Şirvan İnzibati məhkəməsi əvvəlcə yardım etmək funksiyasından istifadə edərək mənim iddia tələbim üzrə cavabdehin dəqiqləşdirilməsinə dair ərizəmi alaraq cavabdehi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz etmiş, bununlada cavabdehin əsl məqsəddən yayınmasına dəstək olmuş, iddia tələbimi uğursuzluğa sürükləmişdir. Kollegiyanın nəzərinə çatdırmaq istərdim ki, hazırkı qaydalara görə şəxsin xəstəliyinin müəyyən edilməsi, həmin xəstəlik əsasında şəxsin əliliyinin təyin edilməsi və nəhayət bunun əsasında da pensiyanın ödənilməsini həyata keçirən qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən ayrı-ayrı idarələrdir. Hesab edirəm ki, iddianın mahiyyətinə vardıqda aydın görünür ki, mən əvvəldən cavabdehi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq düzgün seçmişdim. Bundan əlavə məhkəmə öz təşəbbüsü ilə sorğu etdiyi və tam olaraq iddiaçının tələblərini əsaslandıran (yəni əlilliyin yenidən qiymətləndirilməsi qaydalarında müəyyən olunmuş 6 ay müddətin cavabdehin səhlənkarlığı ucbatından ötürülməsini aydın göstərən) sübutları öz qərarında düzgün qeyd etməmiş, müayinə tarixini düzgün yazmamış, sanki 6 aylıq müddətin ötürülməsinin mənim günahım olmasını göstərməyə çalışmış, bu sənədlər əsasında iddianın təmin olunmalı olduğu halda nədənsə heç bir əsas olmadan iddiamı təmin etməmişdir. Məhkəmə qərarın 6-cı səhvəsinin 2-ci bəndi: işdə olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” X10 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-46/2-861/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 barəsində xx.xx.2013-cü ildən “İmişli RMX” PHŞ-nin Uşaq şöbəsində qeydiyyatdadır. xx.xx.2023-cü ildə “İmişli RMX” PHŞ-də Həkim Məsləhət Komissiyasından keçib. 16.01 2023-cü il tarixdə Ağdam RƏD-dən TSEK-ə göndəriş verilmişdir. xx.xx.2023-cü ildə xəstəyə “Uşaq autizmi, uşaq autizmi, Kanner sindromu, Qulluq və müalicə tələb edilən ciddi davranış pozuntusu, Yüngül dərəcəli əqli gerilik, nitq qüsuru ilə, Davranış pozuntuları” diaqnozu ilə ll-qrup müddətsiz əlillik təyin edilmişdir. Məhkəmənin qərarının 6-cı səhvəsinin 3-cü bəndində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (qurumun tabeçiliyi buradan da görünür) məktubunu qırarın əsaslandırıcı hissəsinə köçürsə də məhkəmə açıq aydın cavabdehin əlində əsas tutduğu 6 ay müddətin mənim deyil məhs cavabdehin qurumlarının səhlənkarlığı ucbatından ötürüldüyünü görməzdən gəlmiş, bu halı düzgün qiymətləndirməmişdir. Bundan əlavə qərarın 9-cu səhvəsinin 5-ci bəndində təkrar olaraq İmişli RMX-nın məktubundakı tarixlərdə təhrifə yol vermiş, hətta yol versə belə göründüyü kimi son müayinənin tarixi 6 ayı əhatə etməklə müddəti aşılmamışdır. 9-cu səhvənin 6-cı bəndində isə məhkəmə mənim hüquqi marağımın 6 deyil 8 aylıq olmasını göstərməklə qərarını əsaslandırmaq üçün tələb üzərindən manipulyasiya etmiş, halbu ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan ayrı-ayrı qurumların və ya onların əməkdaşlarının səhlənkarlığı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində (bu işdə olan sənədlərdən də aydın görünür) son müayinə tarixindən iki aya yaxın müddət boş-boşuna əsassız olaraq ötürülmüşdür. Azərbaycan Respublikasının İPM-nin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin məcəllənin 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin məcəllənin 82-ci maddəsinə görə Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-3504/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək və Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-3504/2024 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Fatimə Əzizli apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək və Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)- 3504/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
"Əlilliyin qiymətləndirilməsi Qaydası” Maddə 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. "Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərarı Maddə 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu meyarlara əlavə-"orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: Maddə 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; Maddə 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61 -80 faiz; Maddə 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. Maddə 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
“İnzibati icraat haqqında” Qanun:
Maddə 17. "İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “övladı X4 əlilliyə görə avqust 2022-ci il tarixdən mart 2023-cü il tarixədək 8 ay ərzində ödənilməmiş təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə müvafiq əlillik müəyyən olunur. İddiaçı X7 xx.xx.2013-cü ildən “İmişli RMX” PHŞ-nin Uşaq şöbəsində qeydiyyatdadır. xx.xx.2023-cü ildə “İmişli RMX” PHŞ-də Həkim Məsləhət Komissiyasından keçmişdir. xx.xx.2023-cü il tarixdə Ağdam RƏD-dən TSEK-ə göndəriş verilmişdir. 10 mart 2023-cü ildə xəstəyə “Uşaq autizmi, uşaq autizmi, Kanner sindromu, Qulluq və müalicə tələb edilən ciddi davranış pozuntusu, Yüngül dərəcəli əqli gerilik, nitq qüsuru ilə, Davranış pozuntuları” diaqnozu ilə ll- qrup müddətsiz əlillik təyin edilmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışından görünür ki, İddiaçı 10 mart 2023-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-258809/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş elektron müraciətinizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Məlumat üçün bildiririk ki, övladınız X4 xx.xx.2019-cu il tarixindən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət təyin edilmiş və 31 iyul 2022-ci il tarixinədək ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemində olan məlumatlara əsasən övladınız E.Əlizadənin təkrar müayinə əsasında xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2023-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən "Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və xx.xx.2019-cu il tarixindən aylıq məbləği 50 manat müəyyən edilmişdir. Sözügedən təqaüdün məbləği xx.xx.2022-ci il tarixindən 80 manata, xx.xx.2023-cü il tarixindən 100 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, övladı E.Əlizadənin əlilliyinin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Təkrar müayinə əsasında əlilliyi xx.xx.2023-cü il tarixindən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ərizənizdə qeyd etdiyi dövrlər üzrə E.Əlizadəyə müavinətin və ona qulluğa görə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 09 aprel 2024-cü il tarixli, 3-17-1/-Ə-84653/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş müraciətinizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinətmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemində olan məlumatlara əsasən övladınız X3 24 iyul 2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi üçün ona müvafiq sosial müavinət təyin edilmiş, ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemində olan məlumatlara əsasən övladı E.Əlizadənin təkrar müayinə əsasında xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2023-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 02 iyul 2021-ci il tarixli № 356-V|Qd nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Təkrar müraciətinizlə əlaqədar olaraq bildiririk ki, övladınız E.Əlizadənin əlilliyinin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Təkrar müayinə əsasında əlilliyi xx.xx.2023- cü il tarixindən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ərizənizdə qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq bildiririk ki, övladının xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əlilliyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməyi tövsiyə olunmuşdur. İşdə olan "İmişli Rayon Mərkəzi Xəstəxanası” X10 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-46/2-861/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 barəsində xx.xx.2013-cü ildən "İmişli RMX” PHŞ-nin Uşaq şöbəsində qeydiyyatdadır. xx.xx.2023-cü ildə "İmişli RMX” PHŞ-də Həkim Məsləhət Komissiyasından keçib. 16 yanvar 2023-cü il tarixdə Ağdam RƏD-dən TSEK-ə göndəriş verilmişdir. xx.xx.2023-cü ildə xəstəyə "Uşaq autizmi, uşaq autizmi, Kanner sindromu, Qulluq və müalicə tələb edilən ciddi davranış pozuntusu, Yüngül dərəcəli əqli gerilik, nitq qüsuru ilə, Davranış pozuntuları” diaqnozu ilə ll-qrup müddətsiz əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 04 sentyabr 2024-cü il tarixli, 3-17-4/2-24006/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, E.Əlizadənin sağlamlıq imkanlarının məhdudluğu ilkin olaraq İmişli Rayon Uşaq xəstəxanasının 2037003AABSX nömrəli göndərişi əsasında 24 iyul 2019-cu il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq 3 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Sağlamlıq imkanları məhdudluğu başa çatdıqdan sonra, E.Əlizadənin əlillik vəziyyəti X14 Dispanserinin J00079710UİR nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasf’nın 2.2-ci bəndinə əsasən tibb müəssisələrində fəaliyyət göstərən həkim-məsləhət komissiyaları (bundan sonra HMK) şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərir. Bu qaydanın 2.5-ci bəndinə əsasən isə, 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş Qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə HMK tərəfindən göndəriş tərtib edilir. Bu qaydalar əsasında xəstəliyin səbəb-əlaqəsinin, xəstəliyin anadangəlmə olması və yaxud sonradan yaranmasının, sonradan yaranmışdırsa hansı tarixdən yaranması, məlumat və sənədlərinin toplanması birbaşa tibb müəssisəsinin səlahiyyətlərinə daxildir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, İmişli Rayon Uşaq Xəstəxanasının xx.xx.2019-cu il tarixli 2037003AABSX nömrəli göndərişi əsasında TSEK tərəfindən xx.xx.2019-cu il tarixli 6QS4X950003 nömrəli qərar qəbul edilmiş və həmin qərar ilə iddiaçının övladı X3 24 iyul 2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (3 il müddətinə) 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Bu əsasla ona müvafiq sosial müavinət təyin edilmiş və ödənişin müddəti xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Sonradan yəni, X14 Dispanserinin xx.xx.2023-cü il tarixli J00079710UİR nömrəli göndərişi əsasında iddiaçının övladı E.Əlizadə xx.xx.2023-cü il tarixdə təkrar müayinə olunmuş və onun xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Bu əsasla ona müvafiq olaraq xx.xx.2023-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı övladının əlilliyi müəyyən edilmədiyi avqust 2022-ci il tarixdən mart 2023-cü il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq bildirir ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə müvafiq əlillik müəyyən olunur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İşin mübahisələndirilməyən hallarına görə iddiaçının övladı X4 24 iyul 2019-cu il tarixində təyin edilmiş 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müddəti xx.xx.2022-ci il tarixində bitmiş və yenidən xx.xx.2023-cü il tarixində ll-qrup müddətsiz əlillik təyin edilmişdir. Başqa sözlə, ilk dəfə təyin edilmiş əlillik müddəti bitdikdən sonra şəxsin növbəti əlilliyi 6 ay ərzində deyil, 8 aydan çox müddətdə (xx.xx.2023-cü ildə) təkrar qiymətləndirilmiş və nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edilmişdir. İddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyə görə təqaüdün xx.xx.2023-cü il tarixdən əvvələ yəni avqust 2022-ci il tarixdən mart 2023-cü il tarixədək 8 ay ərizində hesablanması və ödənilməsi olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 8 aydan çox müddətdə təyin edilmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(120)-3504/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.