Məhkəmə qərarları › İş №2-1(106)-243/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-243/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-243/2023 02.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(120)-432/2023 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qarşı JN-281 (kod ********) nömrəli dövlət aktından və **********97 və **********99 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan ailə üzvü kimi qeyd olunmuş X8 adının çıxarılması və yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək JN-281 (kod ********) nömrəli dövlət aktından və **********97 və **********99 reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi qeyd olunmuş X8 adının silinməsi və yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 14 mart 2023-cü il tarixli, 2- 1(120)-432/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, JN-281 (kod ********) nömrəli dövlət aktından və **********97 və **********99 reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi qeyd olunmuş X8 adının çıxarılması və yeni çıxarışların verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 17,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair JN-281 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və aktın əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********97 reyestr nömrəli və **********99 reyestr nömrəli çıxarışlar verilmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-281 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında və **********97 reyestr nömrəli və **********99 reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi X23 yazılmışdır. Ailə üzvləri arasında onun X23 adlı qızı yoxdur və onun adı səhvən qeyd olunmuşdur. Onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahələrinə dair yuxarıda göstərilmiş sənədlərdə düzəliş edilərək dəyişdirilməsi və yeni çıxarışlar verilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsindən xahiş etsə də, idarə tərəfindən onlara ünvanlanmış 05 aprel 2022-ci il tarixli məktubda məhkəməyə müraciət etmək hüququ tövsiyə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-281 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında və onun əsasında hazırlanmış ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda X16 düşən hissənin başqasına keçirilməsi, özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanılması, vərəsəlik edilməsi və sair) barədə notarial təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən X8 payına düşən torpaq sahəsinin kimin mülkiyyətinə keçməsinə münasibət bildirməmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarının surətindən görünür ki, “1 May” təsərrüfatında torpaq islahatının aparılmasına dair tərtib olunmuş sənədlərin torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun bölüşdürülməklə torpağa mülkiyyət hüququna dair dövlət aktlarının hazırlanması üçün Dövlət Torpaq Komitəsinə təqdim edilməsi qərara alınmışdır. İşdə olan Hacıqabul rayon Kalinovka kənd inzibati ərazi vahidi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısının surətindən görünür ki, həmin siyahıda X21 və onun ailə üzvləri X1, İddiaçı, X9, X10, X8, X11, X3, X12, X5, X13, X14, X2, X22, X17 və X18 adları qeyd edilmişdir. İşdə olan JN-281 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarına əsasən 17,34 hektar torpaq sahəsi X21 və onun ailə üzvləri X1, İddiaçı, X4, X9, X10, X8, X11, X3, X15, X5 X13, X14, X2, X22, X17 və X18 mülkiyyətinə verilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, Hacıqabul rayonu, Axtaçı Şirvan kəndi ərazisindən 5,5335 hektar və 11,8033 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçı X14 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən X19 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********83 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-281 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında və onun əsasında hazırlanmış ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda X16 düşən hissənin başqasına keçirilməsi, özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanılması, vərəsəlik edilməsi və s.) barədə notarial təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İddiaçı JN-281 (kod ********) nömrəli dövlət aktından və **********97 və **********99 reyestr nömrəli çıxarışlardan ailə üzvü kimi qeyd olunmuş X8 adının silinməsi və yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Düzəliş edilməsi tələb edilən dövlət aktı Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı əsasında tərtib edilmişdir. İlkin olaraq Hacıqabul rayon Aqrar İslahat Komissiyasının qərarı, qərarın qəbul edilməsinə səbəb olan sənədlər, təsdiq edilmiş adlı siyahı araşdırılmalı və səhvən X8 adı göstərilmiş ilkin sənədə düzəliş edilməlidir. İlkin sənəddə səhvən X8 adını yazmış inzibati orqan həmin sənədə düzəliş etməlidir. Hazırkı iş üzrə Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırılaraq Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı mübahisələndirilməli, iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım göstərilməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirdikdən sonra məhkəmə iddianın mümkünlüyünə də qiymət verməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2- 1(120)-432/2023 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(120)-432/2023 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar