Məhkəmə qərarları › İş №2-1(106)-244/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-244/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-244/2022 03.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunin 1 saylı X2 qarşı işi üzrə (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğl unun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun 1 saylı X2 qarşı «xx.xx.1974xx.xx.1974, xx.xx.1978-xx.xx.2001-ci illərdə Astara kino birliyinin Pensər kino qurğusunda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığl tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2- 1(120)196/2022 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən 24 iyun 2021-ci il tarixli **********0 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən xx.xx.1974xx.xx.1974-cü və xx.xx.1978-xx.xx.2001-ci illərdə əmrdə olmağına baxmayaraq həmin illərin əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün ona yaşa görə pensiya təyin olunması mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ”yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx xxx 1956-cı il tarixdə Astara rayonunun Pensər kəndində doğulmuşdur. Astara kino birliyinin 01 avqust 1974-cü il tarixli, 236 saylı əmri ilə rayonun Pensər kənd kino qurğusuna matorçu-mexanik köməkçisi vəzifəsinə qəbul edilmiş, hərbi xidmətə çağırıldığıl üçün Astara kino birliyinin 01 noyabr 1974-cü il tarixli, 277 saylı əmri ilə işdən azad edilmişdi. Hərbi xidməti başa vurduqdan sonra Astara kino birliyinin 12 iyun 1978-ci il tarixli, 74 saylı əmri ilə Pensər kənd kino qurğusuna mexanik vəzifəsinə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2001-ci il tarixli, 688 nömrəli Sərəncamı ilə “Azərkinovideo” istehsalı birliyi ləğv edildiyindən 08 oktyabr 2001-ci il tarixli, 02 saylı əmrlə həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir. O, işlədiyi dövr ərzində əmək haqqı almışdır. Təqaüd almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına iş stajı barədə Astara rayon Dövlət Arxivinin arayışı ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialı qeyd edilən illəri onun əmək stajına daxil etməkdən imtina etmişdir. Eyni zamanda hazırda işlədiyi müəssəisələr ləğv olunduğundan və həmin müəssisənin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən, ona işlədiyi həmin illərin əmək stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən onun 01 avqust 1974-cü il tarixdən 01 noyabr 1974-cü il tarixədək Astara kino birliyinin Pensər kənd kino qurğusuna matorçu-mexanik köməkçisi vəzifəsində işlədiyi, 12 iyun 1978-ci il tarixdən 08 oktyabr 2001-ci il tarixədək Pensər kənd kino qurğusuna mexanik vəzifəsində işlədiyi üçün həmin müddətin adına əmək stajı kimi hesablanması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 27 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “xx.xx.1974-xx.xx.1974, xx.xx.1978-xx.xx.2001-ci illərdə Astara kino birliyinin Pensər kinoqurğusunda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə 1 saylı Lənkəran-Astara Regional filialı ilə əvəz olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı 01 avqust 1974-cü il tarixdən 01 noyabr 1974-cü cü il tarixədək və 1978-ci il tarixdən 08 oktyabr 2001-ci il tarixədək Astara kino Birliyinin Pensər kənd kino qurğusunda mexanil vəzifəsində olan əmək fəaliyyətinin sosial sığorta stajıdan daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. ərizəçinin müraciətinə əmək pensiyası təyin edilməsi mümkün olmadığı üçün imtina cavabı verilmişdir. İmtinanın əsası həmin illərdə işə daxilolma və işdən çıxma əmrləri olmasına baxmayaraq əmək haqlarının yoxlanılması mümkün olmamışdır. Həmçinin Astara rayon Mədəniyyət mərkəzinin müvafiq arayışına əsasən əmək haqqları kitabları saxlanılmır. İddiaçı oöğlunun mübahisəsiz sosial sığorta stajı xx.xx.1974-ci ildən 2.11.1977-ci ilədək (3 il 14 gün) hərbi xidmət dövrüdür, mübahisəli sosial sığorta stajı əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-ci ildən xx.xx.1974-cü ilədək və xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək (23 il 6 ay 26 gün) olan müddətdir. Belə ki, həmin illərdə işə girmə və işdən çıxma əmrlərinin əçmək kitabşasında olmasına baxmayaraq əmək haqqlarının yoxlanılması mümkün olmamışdır. Astara rayon Mədəniyyət mərkəzinin arayışına əsasən əmək haqqları kitabları saxlanılmır. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi “Azərkinovideo” İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli müvafiq sərəncamı ilə ləğv edilmişdir. Müəssisənin arxiv sənədlərindən lazımı məlumatları təqdim edilməsi üçün xx.xx.2012-ci il tarixli **********8 nömrəli sorğu ilə Milli Arxiv idarəsinə müraciət edilmişdir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və İddiaçı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 30 mart 2022-cı il tarixli, 2-1(120)-517/2022 saylı qərarı ilə (hakim H.N.Nəcəfov) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)196/2022 saylı 05 avqust 2022-ci il tarixli qərarı qanunazid və əsassız hesab olunmaqla ləğv edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin üçün Fondun 7 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasında qeyd olunan 01 avqust 1974-cü tarixdən 01 noyabr 1974-cü il tarixədək və 12 iyun 1978-ci il tarixdən 08 oktyabr 2001-ci il tarixədək Astara kino birliyinin (“Azərkinovideo” İstehsalat Birliyi) Pensər kənd kino qurğusunda mexanik vəzifəsində işlədiyi dövrlərin araşdırılması zərurəti yaranmışdır. İddiaçının sözügedən müəssisədə işə dəxiloima və işdən çıxma əmrlərinin aşkar olunmasına baxmayaraq, əməkhaqqlarının yoxlanılması mümkün olmaması səbəbindən ona yaşa görə əmək pensiyasından təyin edilməsindən imtina edilmişdir. İddiaçı mübahisəsiz sosial sığorta stajı xx.xx.1974-ci ildən xx.xx.1974-ci ilədək (3 il 14 gün) hərbi xidmət dövrüdür, mübahisəli sosial sığorta stajı əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-ci il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci iltarixədək (23 il 6 ay 26 gün) olan müddətdir. İddiaçı Astara kino Birliyinin Pensər kənd kino qurğusunda əmək fəaliyyəti dövrünün araşdırılması məqsədilə, Astara Rayon Mədəniyyət Mərkəzinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə sorğular ünvanlanmışdır. Astara Rayon Mədəniyyət Mərkəzindən daxil olmuş 14 oktyabr 2021 -ci il tarixli, 21 №-li məktubda iddiaçının işə daxilolma və işdən azadedilmə əmrləri göstərilsə də, “Azərkinovideo” İstesalat Birliyinin işçilərinin əməkhaqqı barədə sənədlərin təhvil verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 14 dekabr 2021-ci il tarixli məktubda “Azərkinovideo” İstehsalat Birliyinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 688 nömrəli sərəncamı ilə ləğv edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən daxil olmuş 08 sentyabr 2021-ci il tarixli məktubda “Azərkinovideo” İstesalat Birliyinin 1978-1989-cu ilin birinci yarısı üzrə əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi, 1989-cu ilin ikinci yarısı - 2001-ci illər üzrə əmr kitabları və əmək haqqı cədvəllərində İddiaçı haqqında heç bir məlumatın aşkar olunmadığı bildirilmişdir. Göründüyü kimi, iddiaçının 1989-2001-ci illər üzrə əmrlər kitabı və əmək haqqı cədvəllərində adı aşkar edilməmiş, həmçinin “Azərkinovideo” İstesalat Birliyinin xx.xx.2001-ci il tarixdə ləğv olunmasına baxmayaraq əmək kitabçasına əsasən iddiaçının xx.xx.2001-ci il tarixdə həmin müəssisədən işdən azad edilməsi qeyd edilmişdir. Göstərilən hallar iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaradır. X1 yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-196/2022 nömrəli məhkəmə qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə etiraz İddiaçı apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış, şahidlər dindirilmiş işin faktiki, həmdə hüququ tərəflərini müzakirə etmişdir. Məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1, 3.2.1 və 3.6-ci bəndlərinə istinad edilmişdir. Həmin Qanuna görə bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Ümümi iş stajı xx.xx.2006-cı ilə kimi 25 ildən çox təşkil edir, lakin cavabdeh xx.xx.1974xx.xx.1974-ci illərdə və xx.xx.1978-xx.xx.2001-ci illərdə Astara kino birliyinin Pensər kənd qurğusunda işlədiyi dövrün əmək haqqlarının yoxlanılması mümkün olmadığını göstərərək həmin illəri iş stajına hesablanmışdır. Məhkəmə tərəfindən 1992-ci ildən xx.xx.2006-ci ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə istinad edilmiş əmək kitabçasında qeyd edilənləri sosial sığorta stajına daxil etmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldığından sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi və qərarın isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(120)-196/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci İl yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı xx.xx.1974-xx.xx.1974, xx.xx.1978-xx.xx.2001-ci illərdə Astara kino birliyinin Pensər kinoqurğusunda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2021-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki,... “İddiaçı mübahisəli sosial sığorta stajı əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-ci il tarixdən xx.xx.1974cü il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci iltarixədək (23 il 6 ay 26 gün) olan müddətdir. Astara Rayon Mədəniyyət Mərkəzindən daxil olmuş 14 oktyabr 2021 -ci il tarixli, 21 №-li məktubda iddiaçının işə daxilolma və işdən azadedilmə əmrləri göstərilsə də, lakin “Azərkinovideo” İstesalat Birliyinin işçilərinin əmək haqqı barədə sənədlərin təhvil verilmədiyi bildirilmişdir”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə tərkibi iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, o, xx.xx.1974-cü il tarixdə Pensər kənd kino qurğusuna motorçu – mexanik köməkçisi təyin edilmiş, xx.xx.1974-cü il tarixdə sovet ordusu sıralarına səfərbərliyəalındığı üçün vəzifəsindən azad edilmiş, xx.xx.1978-ci il tarixdə Pensər kənd kino qurğusuna kinomexanik vəzifəsinə təyin edilmiş və xx.xx.2001-ci il tarixdə “Azərkinovideo”istehsalat birliyi ləğv edildiyindən tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərkibi tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Mədəniyyət Mərkəzinin 19 oktyabr 2021-ci il tarixli 22 nömrəli məktubdan görünür ki, Mədəniyyət şöbəsinə təqdim edilmiş əmr kitablarına əsasən iddiaçı Nəhmətov X3 birliyinin 01 avqust 1974-cü il tarixli 236 saylı əmri ilə (kitab 11, səh.16, əmr 236 §2) Pensər kənd kino qurğusuna 0,5 stavka ilə matorçu-mexanik köməkçisi vəzifəsinə qəbul olunmuş, hərbi xidmətə çağırıldıqdan Astara kino birliyinin 01 noyabr 1974-cü il tarixli 277 saylı əmri ilə (kitab11, səh.36, əmr 277 §1) daşıdığı vəzifəsində azad edilmişdir. Astara kino birliyinin 12 iyun 1978-ci il tarixli 44 saylı əmri ilə (kitab 14, səh.63, əmr 44 §1) Pensər kənd kino qurğusuna kinomexanik vəzifəsinə qəbul olunmuş, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2001-ci il tarixli 688 nömrəli Sərəncamı ilə “Azərkinovideo” istehsalat birliyi ləğv edildiyindən 08 oktyabr 2001ci il tarixli 02 saylı əmrlə (kitab 26/08, səh.86-87, əmr 02) həmin tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Ləğv edilərək Astara rayon Mədəniyyət şöbəsinə birləşdirilmiş “Azərkinovideo” istehsalat birliyi işçilərinin əmək haqqı barədə heç bir sənəd təhvil verilməmişdir. İddiaçının əmək haqqı barədə sənədlərinin arxivə təhvil verilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, əmək haqqı kitabları arxivə təhvil verilmədiyi halda, «iddiaçının əmək haqqı alması təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Məhkəmə tərkibinin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 avqust 2022-cı il tarixli, 2-1(120)-196/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar