Məhkəmə qərarları › İş №2-1(106)-244/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-244/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-244/2024 16.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ XN (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” barədə iddia tələbi üzrə mübahisədə yeni açılmış hallarla bağlı ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərizəsinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0N3-cü il tarixli, N-1(1N0)-5347/N0N3 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı N7 yanvar N0NN-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, N8 yanvar N0N1-ci il tarixli, 017N nömrəli əmrin ləğv edilməsi və işləmədiyi müddətdə almadığı əmək haqqı məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 5 aprel N0NN-ci il tarixli, N-1(11N)-5695/N0NN nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin iddiaçı barəsində N8 yanvar N0N1-ci il tarixli, 017N nömrəli əmri ləğv edilmiş və iddiaçının ehtiyata buraxıldığı gündən (işləmədiyi müddətdə) almadığı vəzifə maaşının (əmək haqqı məbləğinin) ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan N mart N0N3-cü il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel N0N3-cü il tarixli, N-1(106)-190/N0N3 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NNci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir Cavabdeh orqan tərəfindən qərardaddan kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N3-cü il tarixli, N-1(10N)-17N4/N0N3 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel N0N3-cü il tarixli, N-1(106)-190/N0N3 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə “yeni açılmış hallara dair” ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xidmət dövründə yol verdiyi nöqsanlara görə Müdafiə nazirinin N oktyabr N015-ci il tarixli əmri ilə “Hərbi Xidmət Keçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən-xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. N7 sentyabr N0N0-ci il tarixdə ordu sıralarına səfərbər olmuş, N nömrəli hərbi hissənin tabor komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin N7 yanvar N0N1-cl il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Məhkəmə qərarında iddiaçının 44 günlük vətən müharibəsində iştirakı və faəliyyətini nəzərə alaraq həmçinin, iddiaçının Tərtər Hərbi Məhkəməsinin 1N iyun N007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.N-ci maddəsinə əsasən məhkum edilməsinə istinad edilərək hazırki halda iddiaçının ilkin müraciətindən imtina edilməsinin düzgün olmamasına, 1 may N0N0-ci il tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi, maddənin AR CM-dən çıxarılması və dekriminallaşmasına istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlinmişdir. İcraatın təzələnməsinin faktiki əsası ilə əlaqədar qeyd etmək istəyir ki, inzibati işə Şirvan İnzibati Məhkəməsində baxılarkən hazırki mübahisə üzrə müəyyən sənədlərin məxfi olması səbəbindən vaxtında təqdim edilməməsi cavabdehin məhkəmə araşdırılması zamanı inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılması hüququndan məhrum etmişdir. Belə ki, İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı barəsində N8 yanvar N0N1-ci il tarixli 017N nömrəli əmr ləğv edilmiş, İddiaçı ehtiyata buraxıldığı gündən (işləmədiyi müddətdə) almadığı vəzifə maaşının (əmək haqqı məbləğinin) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmə tərəfindən qərara alınmışdır. İnzibati iş Şirvan İnzibati Məhkəməsində baxılan zaman iddiaçının şəxsi işinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində saxlandığından və inzibati işə Məhkəmədə baxılan zaman şəxsi işə baxış keçirilməsi həmin dövrdə mümkün olmadığından, digər tərəfdən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə nazirinin N8 yanvar N0N1-ci il tarixli əmrinin verilməsinə əsas olmuş N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı N0 yanvar N0N1-ci il tarixli təqdimatı məxfi olduğundan və məxfi təqdimata lazımi qaydada əsaslandırılmış sorğu əsasında yalnız 31 oktyabr N0N3-cü il tarixdə baxış keçirildiyindən inzibati iş üzrə yeni açılmış hallar üzrə icraat qaydasında məhkəmə baxışının təzələnməsi zərurəti yaranmışdır. Belə ki, N nömrəli hərbi hissə komandirinin Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı N0 yanvar N0N1-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamına əsasın 4-cü Ordu Korpusunun tabeliyində olan briqada və Əlahiddə taborların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə qəbul olunmuş adları qeyd olunmuş zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə sənədlərin ünvana göndərilməsi bildirilmiş, İddiaçı adının siyahıda adı 6 nömrə ilə qeyd edilmiş və polkovnik-leytenant İddiaçı Əliağa oğlunun sənədlərinin qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərildiyi qeyd edilmişdir. Beləliklə də iddaiçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamı olmuşdur və əmrin ləğvi üçün əsaslar müəyyən olunmamışdır. İddiaçı öz növbəsində ehtiyata buraxılmasına dair N8 yanvar N0N1-ci il tarixli 017N nömrəli əmri deyil, yenidən xidmətə qəbuluna dair edilən müraciətə cavabdeh tərəfindən verilən imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməli idi. Ərizənin təmin olunmasını, İddiaçı Əliağa oğlunun N8 yanvar N0N1-ci il tarixli 017N nömrəli əmrin ləğv edilməsi, İddiaçı ehtiyata buraxıldığı gündən (işləmədiyi müddətdə) almadığı vəzifə maaşının (əmək haqqı məbləğinin) ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair N-1 (1N0)-174N/N0NN nömrəli inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini, İddiaçı barəsində N8 yanvar N0N1-ci il tarixli 017N nömrəli əmrin ləğv edilməsi, İddiaçı ehtiyata buraxıldığı gündən (işləmədiyi müddətdə) almadığı vəzifə maaşının (əmək haqqı məbləğinin) ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ərizəyə əlavə təqdim edilərək, Məhkəməyə təqdim edilən ərizəyə əlavə olaraq aşağıdakı xüsusatları da qeyd edərək məhkəmə tərəfindən yeni açılmış hallar üzrə ərizəyə baxarkən nəzərə alınmasını xahiş etmişdir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli N-1 (1N0)-174N/N0NN nömrəli qərarının əsaslandırıcı hissəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 1 may N0N0-ci il tarixli 68-VİQD nömrəli qanuna istinad edilmiş, AR CM-nin 331.N-ci maddəsinin (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi) Məcəllədən çıxarıldığı, bununla da əməlin dekriminallaşması qeyd edilmişdir. Bununla əlaqədar olaraq qeyd etmək zəruridir ki, Tərtər Hərbi Məhkəməsinin 1N iyun N007-ci il tarixli hökmünə əsasən İddiaçı N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsini yerinə yetirərəkən tabeliyində olan həmin bölüyün əsgəri V.O.Əliyevi icazə almadan tabordan hərbi hissənin qərargahına getməsi və sıra baxışına gecikdiyi üçün sıraya durmağını tələb edərək yumruqla bir dəfə sağ gözaltı nahiyyəsinə qəsdən vuraraq təhqir etdiyi müəyyən edilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Zor tətbiq etmə dedikdə zərərçəkmişin sağlamlığına yüngül zərər vurmanı, sağlamlığa zərər vurmadan hər hansı fiziki zorakılığı, döyməni və sair nəzərdə tutulur. Tabelikdə olan şəxsin hərbi xidmət üzrə vəzifələrini yerinə yetirməsi zamanı və ya yerinə yetirilməsi ilə əlaqədar rəisin ona zor tətbiq etməsi hallarında bu əməllər Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsinin tərkibini yaratmış olur. Bununla da, İddiaçı törətdiyi əməl hazırda Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsinin tərkibi ilə əhatə olunduğundan onun əməlinə münasibətdə dekriminallaşma şamil oluna bilməz. Azərbaycan Respublikası müdafiə nazirinin “Azərbaycan Orusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında” 11 noyabr N0NN-ci il tarixli 369 nömrəli əmrinin tətbiqi zamanı qarşıya çıxan məsələlərin həllinə dair metodiki göstərişə əsasən AR CM-nin 331.N-ci maddəsinin köhnə redaksiyası (rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi) ilə məhkum edilmiş şəxslər barəsində rəy verilərkən cinayət zor tətbiq etməklə törədildikdə bağlaşmanın imzalanmasından imtina edilməlidir, (əsas hazırda olan qüvvədə olan CM-nin 3N9.1 və 330.1 -ci maddələri). Bununla da, Şəxsi Heyət Baş İdarəsinin 15 dekabr N0N1 ci il tarixli 1/A-N0701 nömrəli məktubuna əsasən əsaslı olaraq İddiaçı xidmətə yenidən qəbul edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Orusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında” 11 noyabr N0NN-ci il tarixli 369 nömrəli əmrin tətbiqi zamanı qarşıya çıxan məsələrin həllinə dair metodiki göstərişin surətini təqdim edərək yeni açılmış hallar üzrə ərizəyə baxarkən qeyd olunan xüsusatların əlavə olaraq nəzərə alınmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs İddiaçı tərəfindən vəsatət göndərilərək, Müdafiə Nazirliyinin nümayəndəsi Nərgiz Abbaszadə həmin inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və ərizəni əsaslandırmaq üçün aşağıda göstərilən arqumentləri gətirmişdir: «İnzibati işə Şirvan İnzibati Məhkəməsində baxılarkən hazırkı mübahisə üzrə müəyyən sənədlərin məxfi olması səbəbindən vaxtında təqdim edilməməsi səbəbindən məhkəmə araşdırması zamanı inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılması hüququndan məhrum etmişdir. İddiaçının şəxsi işi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində saxlandığından və inzibati işə məhkəmədə baxılan zaman şəxsi işə baxış keçirilməsi həmin dövrdə mümkün olmadığından, digər tərəfdən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına dair AR Müdafiə nazirinin N8 yanvar N0N1 il tarixli əmrinin verilməsinə əsas olmuş N №-li hərbi hissə komandirinin Müdafiə Nazirlyinin Şəxsi heyət baş idarəsinə ünvanladığı N0 yanvar N0N1 il tarixli təqdimatı məxfi olduğundan və tərəfimizdən məxfi təqdimata lazımi qaydada əsaslandırılmış sorğu əsasında yalnız 31 oktyabr N0N3 il tarixdə baxış keçirildiyindən, inzibati iş üzrə yeni açılmış hallar üzrə icraat qaydasında məhkəmə baxışının təzələnməsi zərurəti yaranmışdır. Belə ki, N №-li hərbi hissə komandirinin Şəxsi heyət baş idarəsinə ünvanladığı N0 yanvar N0N1 il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0 il tarixli, N361 №-li Sərəncamına əsasən 4-cü Ordu Korpusunun tabeliyində olan briqada və əlahiddə taborların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə qəbul olunmuş adları qeyd olunmuş zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə sənədlərin ünvana göndərilməsi bildirilmiş, İddiaçı adı siyahıda 6 nömrə ilə qeyd edilmiş və polkovnik-leytenant İddiaçı sənədlərinin qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərildiyi qeyd edilmişdir. Beləliklə də, iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli, N361 №-li Sərəncamı olmuşdur və əmrin ləğvi üçün əsaslar olmamışdır. İddiaçı öz növbəsində ehtiyata buraxılmasına dair N8 yanvar N0N1 il tarixli 017N №-li əmri deyil, yenidən xidmətə qəbuluna dair edilən müraciətə cavabdeh tərəfindən verilən imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməli idi» Hesab edir ki, aşağıdakı səbəblərdən ərizə qeyri-mümkün hesab edilərək qaytarılmalıdır. Şirvan İnzibati Məhkəməsinin onun iddia ərizəsinin təmin olunması barədə NN dekabr N0NN-ci il tarixli qərarı elan olunduğu anda Müdafiə Nazirliyinin nümayəndəsinin icraatın təzələnməsi barədə ərizədə göstərdiyi və əsaslandığı bütün qeyd olunan sübutlar və hallar mövcud ümumi məlum faktlar olduğundan, nazirliyin aidiyyəti məsul şəxslərinə də məlum olmasına baxmayaraq, inzibati icraatın təzələnməsi haqqında ərizə 1 noyabr N0N3 il tarixdə, yəni 10 ay 8 gündən sonra verilmişdir. Müddətin bərpa olunması barədə cavabdeh tərəfindən vəsatət verilməmiş və bərpa eidilməsi üçün üzrlü səbəblər yoxdur. Beləliklə, ərizə qanunla müəyyən olunmuş 3 aylıq müddət heç bir üzrlü səbəblər olmadan keçirilməklə verildiyindən, İPM-in 103.3-cü maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Bundan başqa, inzibati icraatın təzələnməsinin zəruriliyini əsaslandırmaq üçün MN-nin nümayəndəsinin arqumentləri aşağıda göstərilən səbəblərdən əsassızdır: MN-nin ərizədə qeyd olunan sənədlər (İddiaçı şəxsi işi, N №-li hərbi hissə komandirinin məktubu) məhkəmənin NN dekabr N0NN-ci il tarixli qərarı qəbul etdiyi vaxtda da və hal-hazırda da məxfi olduğundan, iddia ərizəsinə ilkin baxılarkən olan şərait hazırda ərizəyə baxılan zaman vəziyyətlə müqayisədə heç nə dəyişməyib. Ona görə də işə ilkin baxılarkən həmin sənədlərin olmaması yeni açılmış hal kimi qəbul edilə bilməz. Bundan başqa, Müdafiə Nazirliyinin məxfi sənədinin vaxtında məhkəməyə təqdim olunmaması kənar təsirlər olmadan, yəni Müdafiə Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından asılı olan səbəblərdən baş verib. Digər tərəfdən, məxfi sayılan sənədlər formal olaraq təqdim olunmamışdırsa belə, həmin sənədlərdə əksini tapmış məlumatlar (mənim Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və N №-li hərbi hissə komandirinin təqdimatına əsasən ordu sıralarından tərxis edilməsi) məhkəmədə araşdırılmış və müzakirə predmeti olmuşdur. Şəxsi işin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tələb olunaraq məhkəməyə təqdim olunmaması və həmin sənədə baxış keçirilməməsi də Müdafiə Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından asılı olan səbəblərdən baş vermişdir. Digər tərəfdən onun şəxsi işi faktiki olaraq məhkəməyə təqdim olunmasa da, şəxsi işdə olan sənədlərin mahiyyəti, onun hərbi xidmətdən tərxis olunmasının əsasları məhkəmədə müzakirə predmeti olmuşdur. İnzibati işə baxılarkən N №-li hərbi hissə komandirinin Müdafiə Nazirlyinin Şəxsi heyət baş idarəsinə ünvanladığı N0 yanvar N0N1-ci il tarixli təqdimatının ilkin işə baxılarkən məhkəmədə olmaması da iş üzrə obyektiv qərar qəbul edilməsinə təsiri olmadığından yeni açılmış hal kimi qəbul edilə bilməz. Digər tərəfdən, həmin sənədin məhkəməyə təqdim edilməməsi səbəbindən ona baxış keçirilməməsi də Müdafiə Nazirliyinin aidiyyəti səlahiyyətli əməkdaşlarından asılı olmayan amillərlə deyil, onların öz vəzifə borclarına münasibəti ilə əlaqəli olmuşdur. Beləliklə, Müdafiə Nazirliyinin nümayəndəsi bütün qanunsuz və əsassız vasitələrdən istifadə edərək inzibati icraatın təzələnməsinin zəruri və əsaslı olduğunu sübut etməyə çalışsa da, sənədlərlə və işin faktiki halları ilə bunun əksi, yəni inzibati icraatın təzələnməsinə heç bir əsas və zərurət olmadığı müəyyən olunur. Şirvan İnzibati Məhkəməsinin onun barəsində NN dekabr N0NN il tarixli qərarı ilə bağlı inzibati icraatın yeni açılmış hallar üzrə təzələnməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərizəsi qeyri-mümkün hesab edilərək qaytarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0N3-cü il tarixli, N-1(1N0)-5347/N0N3 saylı qərardadı ilə (X8) ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iş üzrə yeni açılmış hallarla bağlı ərizəsi təmin edilmiş və icraat təzələnmişdir. Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0N3-cü il tarixli, N-1(1N0)-5347/N0N3 saylı qərardadından maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: Maraqlı şəxs apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində məhkəmədən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli 017N nömrəli əmrinin qanunsuz olduğu üçün məhkəmə qaydasında ləğv edilməsini, həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyinin həddində ona dəymiş maddi ziyanın tam ödənilməsini xahiş edir. Hesab edir ki, məhkəmə qərarı əsassız və qanunsuz hesab edilməklə ləğv olunmalıdır: iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli 017N nömrəli əmrini mübahisələndirir. Belə ki, İddiaçı, N001-ci il tarixdə Azərbaycan Ali Hərbi Məktəbini bitirərək zabit kimi hərbi xidmətə başlamış, xx.xx.N015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 061N nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır. Azərbaycan ərazi bütövlüyüynün qorunması məqsədi ilə N7 sentyabr N0N0-ci il tarixdə Vətən müharibəsi zamanı İddiaçı səfərbərlikdən ehtiyatdan çağırılaraq N nömrəli hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.N0N1-ci il tarixdə iddiaçının Səfərbərlikdən tərxis edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə nazirinin 017N nömrəli əmri verilmişdir. Qeyd olunan əmr Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamına və N nömrəli hərbi hissə komandirinin N0 yanvar N0N0-ci il tarixli 051 nömrəli raportuna əsasən icra olunmuşdur. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırır ki, iddiaçı ilə ən azı iki fəridi söhbət aparılaraq, hərbi qulluqçuların verdiyi sual və xahişlərə cavab verilərək söhbət vərəqində qeydlər aparıldıqdan sonra söhbət vərəqi buraxılan hərbi qulluqçu tərəfindən imzalanaraq şəxsi işə tikilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Lakin bu qaydanı da xidməti səfərbərlikdən hərbi xidmətdən buraxılan şəxslərə mütləq qaydada tətbiq edilməsini iddia etmək əsassızdır. Belə ki, Əsasnamənin 16N-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan N ay qabaq aparılır. İddiaçı isə “Hərbi xidməkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Belə ki, verilən intizam cəzaları öz tərbiyəvi təsirinə çatmadığından iddiaçının barəsində 1N sentyabr N015-ci il tarixidə N16 nömrəli hərbi hissənin baş zabitlərin şərəf məhkəməsinin baxılaraq, İddiaçı tabor komandirinin müavini vəzifəsində xidmət etməyinə baxmayaraq, taborun bölmələrində döyüş hazırlığının təşkilini və gedişini yaxlamaması, bölmə komandirlərinin məşğələlərin təşkili və keçirilməsinə zəif nəzarət etməsi, daxili xidmət nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq birbaşa yüksək instansiyalara müraciət etməsi, aparılan söhbətlər və edilən iradlarla razılaşmaması, öz hərəkətləri ilə hərbi qulluqçular arasında intizamın aşağı düşməsinə səbəb olmasını və vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etmədiyini qənaətinə gəlinərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərarı verilərək, 13 sentyabr N015-ci il tarixli təqdimatla müvafiq sənədlər yuxarı komandanlığa təqdim olunmuşdur. Müdafiə nazirinin 0N oktyabr N015-ci il tarixli müvafiq əmrilə iddiaçı ehtiyata buraxılmışdır. Bundan əlavə İddiaçıla 1N sentyabr N915-ci il tarixdə söhbətləşmə aparılaraq yol verdiyi nöqsanlarla təkrarən tanış edilməsini, iddiaçı öz imzası ilə təsdiq etmişdir. Təqdim olunan xidməti xasiyyətnamədə iddiaçı mənfi xarakterizə olaraq, xidməti vərəqəsində dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-385.1,3-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. Qeyd edilən hallarla bağlı qərar qəbul edərkən inzibati orqan “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununda deyil, yuxarıda qeyd edilən xüsusi qanunlarda nəzərdə tutulmuş qaydaları rəhbər tutur və həmin qaydaları tətbiq edir. Məhz buna görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmasına dair mövqeyi ilə razılaşmıram. Çünki, zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrlərin verilməsi zamanı inzibati aktda iddiaçının göstərdiyi qaydaların gözlənilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmamışdır. İnzibati aktı qəbul edən inzibati orqan “İnzibati içraat haqqında” Qanunun normasına istinad etmədiyindən əmrin verilməsində həmin qanunun tələblərinə əməl ediməməsini də iddia etmək düzgün deyildir. İddiaçı səfərbərlikdən həqiqi hərbi xidmətə çağırıldığı üçün Müdafiə naziri səfərbərlikdən ehtiyata buraxılmasına müvafiq əmr vermişdir. Buda Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamına əsasən icra olunmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edildiyini nəzərə alaraq, şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1N.1 -ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Maraqlı şəxs İddiaçı Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0N3-cü il tarixli, N- 1(1N0)-5347/N0N3 saylı qərardadının ləğv edilməsini və inzibati icraatın təzələnməsi barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(106)-N44/N0N4 saylı, 05 fevral N0N4-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0N3-cü il tarixli, N-1(1N0)-5347/N0N3 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N015-ci il tarixli, 5 nömrəli qərarının N.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə N3 iyul N015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ N0- N1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə N.N.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə N4.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə N4.N. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.N. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə qeyri mümkün sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Cavabdeh yeni açılmış hallara dair ərizə verərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” barədə inzibati işin təzələnməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək icraatı təzələmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş iddialara, şikayətlərə (müraciətlərə), ərizələrə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N8 yanvar N0N1-ci il tarixli, 017N nömrəli əmrin ləğv edilməsi və işləmədiyi müddətdə almadığı əmək haqqı məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN nömrəli qərarı ilə iddia təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N- 1(1N0)-174N/N0NN nömrəli qərarı N0N3-cü ilin fevral ayında qanuni qüvvəyə minmiş və 09 mart N0N3-cü il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. Sonradan cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(106)-190/N0N3 saylı qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(10N)-17N4/N0N3 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra xx.xx.N0N3-cü il tarixdə cavabdeh inzibati orqan yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı N8 yanvar N0N1-ci il tarixli, 017N nömrəli əmrin ləğv edilməsi və işləmədiyi müddətdə almadığı əmək haqqıməbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam göndərilmiş və cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə bildirmək, həmçinin etirazı əsaslandıran sübutların məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmiş və iddiaya qarşı etirazını, vəsatətini, o cümlədən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə göstərdiyi sübutların məhkəmə gedişi zamanı təqdim edilməsi üçün imkanları mövcud olmuş və belə bir imkanlarının olmamasına dair hər hansı mötəbər sübutu cavabdeh məhkəmə araşdırması zamanı təqdim etməmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.N-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Göründüyü kimi qanunvericilik imkan verir ki, sonradan yeni sübutlar və ya hallar aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, məhkəmə icraatının iştirakçısı qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatını təzələnməsini tələb edə bilər. Bunun üçün yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, qərarı qəbul etmiş məhkəməyə verilməlidir. Lakin, həmin ərizə istənilən vaxt deyil, sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilməlidir. Həmin müddət keçdikdən sonra müddətin bərpasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci tarixli, N-1(1N0)-174N/N0NN saylı qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş 3 aylıq prosessual müddəti ötürmüşdür. Belə ki, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə göstərir ki, inzibati iş Şirvan İnzibati Məhkəməsində baxılan zaman iddiaçının şəxsi işinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində saxlandığından və inzibati işə Məhkəmədə baxılan zaman şəxsi işə baxış keçirilməsi həmin dövrdə mümkün olmadığından, digər tərəfdən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə nazirinin N8 yanvar N0N1-ci il tarixli əmrinin verilməsinə əsas olmuş N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı N0 yanvar N0N1-ci il tarixli təqdimatı məxfi olduğundan və məxfi təqdimata lazımi qaydada əsaslandırılmış sorğu əsasında yalnız 31 oktyabr N0N3-cü il tarixdə baxış keçirildiyindən inzibati iş üzrə yeni açılmış hallar üzrə icraat qaydasında məhkəmə baxışının təzələnməsi zərurəti yaranmışdır. Belə ki, N nömrəli hərbi hissə komandirinin Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı N0 yanvar N0N1-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamına əsasında 4-cü Ordu Korpusunun tabeliyində olan briqada və Əlahiddə taborların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə qəbul olunmuş adları qeyd olunmuş zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə sənədlərin ünvana göndərilməsi bildirilmiş, İddiaçı adının siyahıda adı 6 nömrə ilə qeyd edilmiş və polkovnikleytenant İddiaçı Əliağa oğlunun sənədlərinin qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərildiyi qeyd edilmişdir. Beləliklə də iddaiçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamı olmuşdur və əmrin ləğvi üçün əsaslar müəyyən olunmamışdır. Göründüyü kimi cavabdehin məxfi dediyi N nömrəli hərbi hissə komandirinin N0 yanvar N0N1-ci il tarixli 051 nömrəli raportunda (təqdimatıda) iddiaçının ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi əsası göstərilmiş və həmin əsasın Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamının olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası həmin ərizədə yazılanlarla bağlı onu qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin N0 yanvar N0N1-ci il tarixli 051 nömrəli raportu (təqdimatı) məxfi olsa da və həmin sənədə cavabdeh tərəfindən sonradan baxış keçirilsə də, həmin raport (təqdimat) və raportun (təqdimatın) əsasında qəbul edilən mübahisələndirilən N8 yanvar N0N1-ci il tarixli, 017N nömrəli əmr, o cümlədən Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamı barədə məlumatlar ilkin icraat zamanı iş materiallarında olan sənədlərdə mövcud olmuş və proses iştirakçıları, o cümlədən cavabdeh həmin sənədlərdən məlumatlı olmuşdur (bax 1-ci cild, iş vərəqi 108, 109). Yəni, işə mahiyyəti üzrə baxılan zaman həmin sənədlər birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş və həmin sənədə sübut kimi istinad olunmuşdur. Hətta, hazırda mübahisələndirilən əmrin cavabdeh tərəfindən qəbul edildiyini nəzərə alsaq, həmin əmrin qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasların, o cümlədən N nömrəli hərbi hissə komandirinin N0 yanvar N0N1-ci il tarixli 051 nömrəli raportunun məzmunundan və Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamından ilkin məhkəmə icraatından öncə cavabdehə məlum olduğu qənaətinə gəlmək olar. Bu baxımdan həmin sənədlərin sonradan aşkar olunan yeni sübutlar və ya hallar kimi qiymətləndirmək başadüşülən deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı ərizəyə əsasən icraatın təzələnə bilməsi üçün həmin subutlar məhkəmə icraatı başa çatdıqdan sonra aşkar edilməlidr. Bununla belə, cavabdeh həmin sübut və hallardan çıxış edərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə vaxtında deyil, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci tarixli, N-1(1N0)-174N/N0NN saylı qərarının qanuni qüvvəyə mindiyi N0N3-cü ilin fevral ayından 3 aylıq müddət keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə əks etdirdiyi sübutlar və hallar sonradan aşkar edilmiş yeni sübutlar və ya hallar deyildir, həmin sübutlar və hallar ərizəçiyə əvvəlcədən məlum olmuş, hətta ərizədə qeyd edilən məlumatları özündə əks etdirən sübutlar ilkin icraat zamanı məhkəmə tərəfindən tədqiq olunmuşdur. Lakin, cavabdeh birinci instansiya məhkəməsinin yekun qərarından məlumatlı olduğu və qanuni qüvvəyə mindiyi vaxtdan 3 (üç) aydan artıq müddət keçdikdən sonra yuxarıda qeyd edilən sübutlara əsaslanaraq yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni vermişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsi bu qəbildən olan ərizələr üzrə iddia müddətini 3 ay müəyyən etmişdir. Beləliklə də, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci tarixli, N-1(1N0)- 174N/N0NN saylı qərarının N0N3-cü ilin fevral ayında qanuni qüvvəyə mindiyini və yeni açılmış hallarla bağlı ərizənin verilməsinə əsas olan sübutlar ilkin icraat zamanı, hətta ondan öncə (əmr verilməmişdən qabaq) ərizəçiyə məlum olduğunu nəzərə alsaq, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş 3 aylıq prosessual müddəti ötürmüş olur. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə N3 iyul N015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ N0-N1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul N009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair hazırkı ərizənin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək ərizənin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0N3-cü il tarixli, N-1(1N0)-5347/N0N3 saylı qərardadı ləğv edilsin. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş ərizə mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar