Məhkəmə qərarları › İş №2-1(106)-246/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-246/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-246/2022 30.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi X1, üçüncü şəxs X5 nümayəndəsi vəkil X9 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(120)-148/2022 nömrəli qərarından üçüncü şəxslər X10 və X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı xx.xx.2021-ci il tarixli, **********22 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamədə aparılmış düzəlişin, həmin düzəlişin əsasında verilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-612.2007 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yeləşən 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə qаrşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********22 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamədə aparılmış düzəlişin, həmin düzəlişin əsasında verilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-612.2007 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yeləşən 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 07 iyul 2022-ci il tarixli, 2- 1(120)-148/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş RX1243069 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X6 aid hissədə ləğv edilməsi və həmin hissədə torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamə əsasında İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan üçüncü şəxslər X10 və X11 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə Cəlilabad şəhəri ərazisindən X5 və onun, yəni X2 mülkiyyətinə 0,10 hektar torpaq sahəsi verilmiş və barədə torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-1775A (kod ********) nömrəli şəhadətnamə tərtib edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 612.2007 nömrəli qətnaməsi ilə ünvan 1 saylı ev və həmin evin yerləşdiyi 0,10 hektar torpaq sahəsi onunla, yəni İddiaçı ilə X11 arasında real olaraq bölünmüşdür. 2008-ci ilin fevral ayında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üzərində X8 adının “X10” kimi oxunması barədə qanunsuz edilmiş düzəliş əsasında cavabdeh inzibati orqan tərəfindən sözügedən 0,10 hektar torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin çıxarışda da mülkiyyətçi kimi X11 ilə birgə X10 göstərilmişdir. Qanunsuz edilmiş düzəliş əsasında ona məxsus torpaq sahəsinin (həmin torpaq sahəsinə mülkiyyət hüququnun) başqa şəxsə verilməsi onun mülkiyyət hüququnun kobud pozuntusudur. O, qeyd edilən çıxarışın ləğv edilməsi və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-612.2007 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yeləşən 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin heç bir əsaslandırma olmadan ona imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqanın əsassız imtinası onu məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin qərarın 10.1-ci bəndində qeyd edilmişdir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İşin faktiki hallarından görünür ki, xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş X11 və Hüseynova (Kərimova) Səmayə Abdul qızının mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş və bu barədə JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Qanuni qüvvəyə minmiş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-612.2007 nömrəli qətnaməsi ilə həmin 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,05 hektar hissəsinin X2, 0,05 hektar hissəsinin isə X5 mülkiyyətinə verilməsi qət edilmişdir. Cavabdeh inzibati orqan üçüncü şəxslərin təqdim etdiyi JN-1775A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamədə X8 adından X10 adına edilmiş düzəliş əsasında sözügedən 0,10 hektar torpaq sahəsinə X5 və X4 ümumi birgə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış vermişdir. İddiaçı qanunsuz edilmiş düzəliş əsasında ona məxsus torpaq sahəsinin (həmin torpaq sahəsinə mülkiyyət hüququnun) X6 verildiyini əsas gətirərək qeyd edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X6 aid hissədə ləğv edilməsi və həmin 0,05 hektar torpaq sahəsinə özünün mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsində iddiaçı tərəfindən bir cavabdehə yönəlmiş bir-biri ilə əlaqəli və eyni məhkəməyə aid olan bir neçə iddia tələbinin bir iddiada birləşdirilə bilmə imkanı nəzərdə tutulsa da, həmin tələblər onların bir-birindən əlaqəliliyi, asılılığı, həll edilməsinin xronoloji ardıcıllığı və tələblərin mərhələliyi baxımından tam və hərtərəfli araşdırılmalı, onların bir yerdə baxılmasının mümkün olub-olmaması müəyyən edilməlidir. Bu mənada sözügedən 0,05 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə iddia tələbi qeyd edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X6 aid hissədə ləğv edilməsi barədə iddia tələbindən asılıdır. Ona görə də iddiaçı əvvəlcə qeyd edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvinə nail olmalıdır. Həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edildikdən sonra isə o, sözügedən 0,05 hektar torpaq sahəsinə öz mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etməlidir. Belə ki, qeyd edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi iş üzrə yeni hüquqi vəziyyət yaradır. Əgər cavabdeh inzibati orqan əvvəl sözügedən 0,05 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsindən qeyd edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa istinadla imtina edirdisə, artıq həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edildiyi üçün yeni hüquqi vəziyyət yaranmış olacaqdır. Yaranmış bu yeni vəziyyətdə cavabdeh inzibati orqanın iddiaçının sözügedən 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq müvafiq çıxarış vermək imkanı vardır. Həmin imkan tükətilmədən isə sözügedən 0,05 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Yaranmış bu yeni vəziyyətdə iddiaçının sözügedən 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilmədikdə isə onun cavabdeh inzibati orqanın hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirmək hüququ yaranmış olur. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almayaraq İddiaçı bir iddiada birləşdirilmiş iddia tələblərinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər X10 və X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(120)-148/2022 nömrəli qərarı qismən, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamə əsasında İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissədə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X10 və X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(120)-148/2022 nömrəli qərarı qismən, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-1775A (kod ********) nömrəli şəhadətnamə əsasında İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar