Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-247/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyeva Nərmin Ramiz qızının, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin N2 dekabr 2023-cü il tarixli, 2-N(N20)-86N/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) N2 dekabr 2023-cü il tarixli, 2- N(N20)-86N/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyindən, döyüş bölgəsinə ezamiyyət barədə müvafiq əmrlərinin olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla ehtiyata buraxıldığından о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qərardan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən apelyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N992-ci il Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xidmətə Bakı şəhər Şubanı qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətə başlamış, xidmət dövründə hərbi hissə komandirinin əmri ilə döyüş bölgəsinə ezam olunmuşdur. Ağdam, Tərtər, Ağdərə və Fizuli rayonlarında erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, bu faktlar hərbi biletinin 7-ci səhifəsində N8-ci qrafada qeyd edilməklə hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Xidmətini tam başa vuraraq xx.xx.N996-cı il tarixdə ehtiyata tərxis olunmuşdur. Müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün Müdafiə Nazirliyi aparatının nəzdində veteran adları və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etmiş, lakin barəsində müsbət qərara qəbul edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmamasına qiymət verməmiş, həmçinin N2 may N994-cü ildə döyüş əməliyyatları dayandırılmış olsa da məhkəmə iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək döyüşlərdə iştirak etdiyini qeyd etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -xx.xx.N992-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidmətdə olması barədə qeyd aparılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-885 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N5 №-li əmrilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş operator vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyuiması barədə məlumat vardır. Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-850N nömrəli məktubundan görünür ki, “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmış, döyüş əməliyyatları aparılan dövrdə noyabr N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə arxiv sənədlərində məlumat olmadığına görə “Müharibə Veteran” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-6N55 nömrəli məktubunda bildirlir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992ci il tarixli N5 №-li əmrilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş operator vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, N39-25790-N222 nömrəli məktubunda bildirilir ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Biləsuvar rayon Polis şöbəsində hər hansı təqsirləndirici material aşkar edilməmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, N552 nömrəli məktubunda bildirilir ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-ci il tarixə kimi Azərbaycan Respubilkası Silahlı Qüvvələri Sıralarında xidmət etmiş, xx.xx.N992-ci idən xx.xx.N993-cü il tarixə kimi Ağdam, Tərtər, Füzuli və Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etrməsi barədə xidmət kartasında müvafiq qeydlər aparılmışdır. -Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPxx/xx-N2773 nömrəli məktubunda bildirilir ki, İddiaçı N992-N996-cı illər ərzində N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, N497 nömrəli arxiv arayışında bildirilir ki, Biləsuvar RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı 47N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə baş operator vəzifəsinə təyin olunmuşdur. 47N №-ti hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 33 №-li əmrində sıravi Ağayevin Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək xx.xx.N992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. 47N №-li hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. 47N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. 47N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 39 №-li əmrilə baş operator, yefreytor İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, baş operator, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə 47N №-li hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, həmçinin apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının məzmununda iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə ifadələr yer alsa da hazırki mübahisə iddiaçının döyüşlərdə iştirak müddəti ilə deyil, onun ümumiyyətlə döyüşlərdə iştirak edib-etməməsi ilə bağlıdır ki, bu hal da təqdim edilmiş arxiv məlumatları ilə öz təsdiqini tapmışdır. Bundan başqa, şikayətin digər dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının xidmət etdiyi hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması onun ümumiyyətlə döyüş əməliyyatlarında iştirak edib-etməməsi halına qiymət verilməsi üçün kifayət etmir. Çünki, yuxarıda hüquqi qiymət verilmiş arxiv məlumatlarında iddiaçının həmin hərbi hissədən döyüş bölgəsinə ezam edilməsi barədə məlumatın olması öz təsdiqini tapmışdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin N2 dekabr 2023-cü il tarixli, 2-N(N20)-86N/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-247/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-247/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver