Məhkəmə qərarları › İş №2-1(106)-249/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-249/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-249/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hacıyev Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarının X14 və onun ailə üzvlərinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3874/2024 saylı qərardadından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarının X14 və onun ailə üzvlərinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadı ilə X17, X15, X19, X20, X6, X7, X11 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mən xx.xx.1947-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində anadan olmuşam. Hazırda da ailə üzvlərim ilə birlikdə həmin kənddə mərhum anam X3 məxsus fərdi yaşayış evində yaşayıram. Həmin fərdi yaşayış evi mərhum atam X18 tərəfindən 1968-ci ildə tikilmişdir. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.26 ha olmuşdur və həmin torpaq sahəsi də ata-babamdan bizə qalmışdır. Onlar vəfat edəndən sonra həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mərhum anam X2 adına qeydiyyata alınmışdır. 1974-cü ildə mərhum anam X4 evdə yaşamaq darısqallıq olduğu üçün özünə məxsus olan və bizim ailənin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi 0.26 ha torpaq sahəsindən 0.08 ha hissəsini mərhum qardaşım X14 ayrılması üçün Lənkəran rayon Vilvan kənd X5 İcraiyyə Komitəsinə ərizə ilə müraciət etmişdir. Lənkəran rayon Vilvan kənd X5 İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli 18 nömrəli qərarı ilə qeyd olunan 0.08 ha torpaq sahəsi mərhum qardaşım X14 ayrılmışdır və həmin qərar Lənkəran rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 09 nömrəli qərarı ilə bir daha təsdiq edilmişdir. Bundan sonra biz mərhum qardaşım X21 üçün mərhum anam tərəfindən ona ayrılmış həmin 0.08 ha torpaq sahəsində 1975-ci ildə 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi tikdik və ev tam hazır olandan sonra o, ailəsi ilə birlikdə yaşamaq üçün həmin fərdi yaşayış evinə köçmüşdür. Mərhum qardaşım X21 1975-ci ildə onun üçün tikdiyimiz evə köçənədək biz bir yerdə mərhum atamız X18 tərəfindən 1968-ci ildə tikmiş fərdi yaşayış evində yaşamışıq. Mərhum qardaşım X21 1975-ci ildə onun üçün tikdiyimiz evə köçəndən sonra isə mən ailəmlə birlikdə mərhum anam X4 ilə birlikdə mərhum atamız X18 tərəfindən 1968-ci ildə tikmiş fərdi yaşayış evində yaşamağa davam etmişəm və evin yerləşdiyi 0.18 ha torpaq sahəsindən istifadə etmişəm. Lakin sonradan isə Lənkəran rayonunda İslahat keçirərkən mənim ailəmlə və mərhum anamla birlikdə yaşadığım fərdi yaşayış evin və evin yerləşdiyi 0.18 ha torpaq sahəsinin mərhum qardaşım X12 və onun ailə üzvlərinin adına verilməsi barədə X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı olmuş və onların adına bu barədə JN-011A. KOD-80200038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mənim X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarından və bu barədə verilmiş şəhadətnamədən heç bir xəbərim olmamışdır. Çünki, sözügedən 0.18 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ata-babamdan mənə qalmışdır. Mən anadan olduğum gündən hazırki günə kimi orada yaşayıram. Yuxarıda qeyd etdiyim kimi həmin torpaq sahəsi əvvəllər 0.26 ha olmuş, 1974-cü ildə həmin torpaq sahəsinin 0.08 ha hissəsini mərhum anam mərhum qardaşım X14 ayıraraq vermişdir.Mən də həmin vaxtdan bugünkü günə kimi həmin torpaq sahəsindən istifadə etdiyim üçün və torpaq sahəsinin yerləşdiyi evdə yaşadığım üçün buna heç bir əhəmiyyət verməmişəm. Bir daha qeyd edirəm ki, həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı deyil, həmin torpaq sahəsi hələ islahatdan qabaq mərhum atamın, atam vəfat edəndən sonra mərhum anamın, anam vəfat edəndən sonra isə mənim və ailə üzvlərimin istifadəsində olmuşdur və həmin evi də həmin vaxtları atam inşa elmişdir. Ona görə də hesab edirəm ki. həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Buna görə mən dəfələrlə Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmişəm, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm. Bütün şərh olunanlara istinad edib, hesab edirəm ki, iddia tələbim əsaslı olmaqla, qanunidir və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 4.1, 149-150-ci maddələrinə istinad edib, məhkəmədən X12 və onun ailə üzvlərinin adma verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-011A. KOD- 80200038 saylı şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin Lənkəran Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm. Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3874/2024 saylı qərardadı (Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mən, cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarının X14 və onun ailə üzvlərinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişəm. Belə ki. məni, yəni İddiaçı ilkin olaraq cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 və onun ailə üzvlərin adına verilmiş torpağın mülkiyyətinə dair JN-011 A, KOD 80200038 saylı nömrəli şəhadətnamənin etibarsız hesab edilməsim xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Şirvan İnzibati Məhkəməsi tərəfindən 2-1(120)- 3874/2024 nömrəli, 07 avqust 2024- cü il tarixli məktubla mənə, yəni İddiaçı guya hüquqi yardım edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2280/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərardadı ilə, iddia ərizəsi üzrə iddiaçının və cavabdehin olduğu kimi qalmaqla, iddia tələbinə “X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarının X14 və onun ailə üzvlərinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsi tərəfindən 2- 1(120)-2280/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli məktubla hüquqi yardım edilmişdir. Şirvan İnzibati məhkəməsinin hakimi Amilya Hüseynova həmin işə baxaraq mənim, yəni İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarının X14 və onun ailə üzvlərinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Aşağıdakılara görə həmin qərardadı əsassız və qanunsuz hesab edirəm. Maddi hüquq normaları və maddi normaları pozulmuşdur. Şirvan İnzibati Məhkəməsinin hakimi Amilya Hüseynova işi tam araşdırmadan qərardad qəbul etmişdir. Belə ki, mən xx.xx.1947-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində anadan olmuşam. Hazırda da ailə üzvlərim ilə birlikdə həmin kənddə mərhum anam X3 məxsus olmuş fərdi yaşayış evində yaşayıram. Həmin fərdi yaşayış evi mərhum atam X18 tərəfindən 1968-ci ildə tikmişdir. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.26 ha olmuşdur və həmin torpaq sahəsi də ata-babamdan bizə qalmışdır. Onlar vəfat edəndən sonra həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mərhum anam X2 adma qeydiyyata alınmışdır. 1974-cü ildə mərhum anam X4 evdə yaşamaq darısqallıq olduğu üçün özünə məxsus olan və bizim ailənin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi 0.26 ha torpaq sahəsindən 0.08 ha hissəsini mərhum qardaşım X14 ayrılması üçün Lənkəran rayon Vilvan kənd X5 İcraiyyə Komitəsinə ərizə ilə müraciət etmişdir. Lənkəran rayon Vilvan kənd X5 İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli 18 nömrəli qərarı ilə qeyd olunan 0.08 ha torpaq sahəsi mərhum qardaşım X14 ayrılmışdır və həmin qərar Lənkəran rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 09 nömrəli qərarı ilə bir daha təsdiq edilmişdir. Bundan sonra biz mərhum qardaşım X21 üçün mərhum anam tərəfindən ona ayrılmış həmin 0.08 ha torpaq sahəsində 1975-ci ildə 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi tikdik və ev tam hazır olandan sonra o, ailəsi ilə birlikdə yaşamaq üçün həmin fərdi yaşayış evinə köçmüşdür.Mərhum qardaşım X21 1975-ci ildə onun üçün tikdiyimiz evə köçənədək biz bir yerdə mərhum atamız X18 tərəfindən 1968-ci ildə tikmiş fərdi yaşayış evində yaşamışıq. Mərhum qardaşım X21 1975-ci ildə onun üçün tikdiyimiz evə köçəndən sonra isə mən ailəmlə birlikdə mərhum anam X4 ilə birlikdə mərhum atamız X18 tərəfindən 1968-ci ildə tikmiş fərdi yaşayış evində yaşamağa davam etmişəm və evin yerləşdiyi 0.18 ha torpaq sahəsindən istifadə etmişəm. Lakin sonradan isə Lənkəran rayonunda İslahat keçirərkən mənim aiəmlə və mərhum anamla birlikdə yaşadığım fərdi yaşayış evin və evin yerləşdiyi 0.18 ha torpaq sahəsinin mərhum qardaşım X12 və onun ailə üzvlərinin adına verilməsi barədə X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı olmuş və onların adına bu barədə JN-011A, KOD-80200038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.Mənim X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarından və bu barədə verilmiş şəhadətnamədən heç bir xəbərim olmamışdır. Çünki, sözügedən 0.18 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ata-babamdan mənə qalmışdır. Mən anadan olduğum gündən hazırki, günə kimi orada yaşayıram. Yuxarıda qeyd etdiyim kimi həmin torpaq sahəsi əvvəllər 0.26 ha olmuş, 1974-cii ildə həmin torpaq sahəsinin 0.08 ha hissəsini mərhum anam mərhum qardaşım X14 ayıraraq vermişdir.Mən də həmin vaxtdan bugünkü günə kimi həmin torpaq sahəsindən istifadə etdiyim üçün və torpaq sahəsinin yerləşdiyi evdə yaşadığım üçün buna heç bir əhəmiyyət verməmişəm. Bir daha qeyd edirəm ki. həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı deyil, həmin torpaq sahəsi hələ islahatdan qabaq mərhum atamın, atam vəfat edəndən sonra mərhum anamın, anam vəfat edəndən sonra isə mənim və ailə üzvlərimin istifadəsində olmuşdur və həmin evi də həmin vaxtları atam inşa etmişdir.Ona görə də hesab edirəm ki, həmin şəhadətnamə etibarsız hesab edilməlidir.Buna görə mən dəfələrlə Lənkəran Şəhər İcra Hakmiyyətinə müraciət etmişəm, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm. Məhkəmə isə mənim iddia tələbini qeyri mümkün hesab edərək əsas kimi qərardadında qeyd etmişdir ki, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin xx.xx.2024cü il tarixli, 3-21-3-02/2-9775/2024 saylı məktubla ünlanmış məktubuna əsasən, JN-011A seriyalı, KOD 80200038 saylı nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Lənkəran şəhəi torpaq payı alacaq subyektlərin siyahısından X21 və onun ailə üzvünü adı qeyd edilmiş hissədən çıxarışın surəti təqdim edilmişdir. Həmin sənədlər əsasında müəyyən edilir ki. JN-011A seriyalı, KOD 80200038 saylı nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı əsasında DTXK Lənkəran Rayon Şöbəsi tərəfindən verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Göründüyü kimi qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüquqları və qanunla qorunan maraqları pozulmadığından iddia mümkün sayılmamalıdır. İddiaçı məhkəmə iclasında mübahisəli həyətdə oğlu X8 adma X23 Komissiyasının 15 aprel 1998- ci il tarixli 07 saylı qərarı ilə 0.18 ha torpaq sahəsinin verilməsi barədə JN-010A seriyalı. Kod 80200038 saylı şəhadətnamənin surətini təqdim etmişdir, özünə isə X23 Komissiyasının 1998-ci il tarixli qərarı ilə başqa ərazidə torpaq sahəsi ayrıldığını bildirmişdir. Eyni zamanda, hazırkı halda aqrar islahat komissiyasının hərəkətlərindən və ya qərarlarından şikayət verilmə müddəti də ötürülmüşdür. İddiaçı və vəkili məhkəmə iclasında X14 və onun ailə üzvlərinə X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə 0.18 ha torpaq sahəsinin ayrılması barədə bu günə kimi məlumatlı olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki. müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlii səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçının bu günə kimi X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərardan məlumatının olmaması barədə izahatı məhkəməyə inandıcı gəlməmişdir. Belə ki, X23 Komissiyası tərəfindən keçilmiş islahatlar 2000-ci il tarixədək başa çatmışdır. İşdə mtibahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cıi il tarixli, 2-1 (102)-1507/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən miibahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki. İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyiləm. Bütün bunlar məhkəmə təərfındən nəzərə alınmamış və sonda məhkəmə yanlış nəticəyə gəlmişdir. Hansı ki, iş üzrə cavabdehin nümayəndəsi məhkəmənin heç bir iclasına gəlməmiş, məhkəməyə hər hansı bir ərizə və ya etiraz belə təqdim etməmişlər. Həmçinin onu da qeyd edirəm ki, əgər mənim verdiyim iddia tələbinə əsassız olaraq iddia müddəti tətbiq olunursa, onda niyə görə X9 ailə üzvlərinə iddia müddəti tətbiq edilməmişdir, onlar çıxarışı bu yaxınlarda almışlar. Belə çıxır ki, onlar istədiyi vaxt öz sənədləşmə işlərini apara bilərlər, mən bundan sonra məlumat əldə edirəm, yəni bütün bunlardan xəbərim olur, məhkəməyə müraciət edirəm, məhkəmə də mənim tələbimə iddia müddəti tətbiq edir. Hansı ki. mənim həmin sənədin mövcudluğundan xəbərim olsaydı, dərhal da məhkəməyə müraciət edirdim. Burada məhkəmə bir tərəfəli mövqe nümayiş edərək mənim iddia tələbimi qeyri-mümkün hesab etmişdir. Lakin Məhkəmə qərardad qəbul edərkən qanunvericiliyin yuxarıda qeyd etdiyim normalarını nəzərə almadan mənim iddia tələbimi qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul etmişdir. Onu da qeyd edirəm ki, qərardad 23 oktyabr 2024-cü il tarixdə qəbul edilsə də, qərardadın sürəti rəsmi qaydada mənə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Həmin qərardadın sürəti də dəfələrlə məhkəməyə müraciət etdikdən sonra rəsmi qaydada mənə təqdim edilmişdir. Bəhanə kimi qeyd edirdilər ki, guya qərardadın tam mətni 07 noyabr 2024-cü il tarixdə sənin nümayəndənin və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir. Hansı ki, mənim iddia tələbim qeyri-mümkün sayıldıqdan sonra mənim həmin nümayəndə və vəkildən imtina etmişəm. Ona görə də həmin qərardaddan apellyasiya şikayətini indi verirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-ci maddəsinə istinad edib, məhkəmədən Şirvan İnzibati Məhkəməsinin 2-1(120) 3874/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qərardadın ləğv edərək iddiamın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş edirəm. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3874/2024 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3874/2024 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçının tələbi “X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarının X14 və onun ailə üzvlərinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçının bu günə kimi X23 Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərardan məlumatının olmaması barədə izahatı məhkəməyə inandıcı gəlməmişdir. Belə ki, X23 Komissiyası tərəfindən keçilmiş islahatlar 2000-ci il tarixədək başa çatmışdır. İşdə mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin, iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materialında olan sənədlərə, tərəfin verdiyi izahatlara, iddia ərizəsinin məzmununa görə X21 və onun ailə üzvünün adı qeyd edilmiş JN-011A seriyalı, KOD 80200038 saylı nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı əsasında DTXK Lənkəran Rayon Şöbəsi tərəfindən verilmişdir. Hazırda iddiaçı həmin şəhadətnamənin verilməsinə əsas olan Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarını mübahisələndirir. İddiaçı hesab edir ki, qardaşı X21 və onun ailə üzvlərinə 0,18 ha torpaq sahəsi verilə bilməzdi. Həmçinin məhkəmə araşdırması zamanı İddiaçı izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi ərazinin 0.18 ha hissəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun oğlu X13 mülkiyyətinə verilmiş və adına şəhadətnamə tərtib edilmişdir. Onun özünə isə Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə başqa bir ərazidə torpaq sahəsi verilmişdir və adına şəhadətnamə tərtib edilmişdir. Yəni, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum atasının (daha sonra vərəsəlik qaydasında anasının) adına 0,26 sot torpaq sahəsi olmuş, anası sağlığında həmin torpaq sahəsindən 0,08 ha hisəsini oğlu X12 xeyrinə imtina etmiş, yerdə qalan 0,18 ha hissəsi isə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə iddiaçının oğlu X13 mülkiyyətinə verilmişdir. Başqa sözlə, 0,26 ha torpaq sahəsindən İddiaçı mülkiyyətinə və ya istifadəsinə torpaq sahəsinin verilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçı tərəfindən həmin iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinə yəni, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinə əməl edilməsi vacib şərtdir. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına qiymət verilməsindən ötrü və iddiaçının hazırki iş üzrə iddia müddətlərinə əməl edib-etmədiyini müəyyən etmək üçün aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Bu arada qeyd edilməlidir ki, tərəflərə aid olan müddətləri qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçı hüquqi marağına uyğun razılaşmadığı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işdən görünür ki, iddiaçı üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirməmişdir və şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda həmin qərardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması barədə sübutları təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı torpaq islahatının keçirilməsindən və aqrar islahat komissiyasının qərarı əsasında X21 və onun ailə üzvünün adı qeyd edilmiş JN-011A seriyalı, KOD 80200038 saylı nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib olunmasından məlumatlı olsa da, həmin Aqrar islahat komissiyasının qərarının düzgün tərtib edilməməsi və ləğv edilməsi ilə bağlı narazılığını hüquq münasibətlərinin mövcud olduğu zamanı nə faktiki nədə ki, rəsmi şəkildə ifadə etməmiş və qüvvədə olan qanunvericiliyə uyğun şikayət ərizəsi ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və yaxud inzibati orqanlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən Aqrar İslahat Komissiyasının qərarının istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin qərarın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin qərarın əldə edilməsinin mahiyyəti onun məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni, iddiaçının onun üçün əlverişsiz hesab etdiyi inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin qərardan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (torpaq sahəsinə dair şəhadətnamənin tərtib edilməsindən və daha sonra islahatın başa çatmasından) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə kollegiyası qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı razılaşmadığı Aqrar İslahat Komissiyasının qərarından və ya Aqrar İslahat Komissiyasının vəzifəli şəxlərinin hərəkətlərindən məhkəməyə şikayət (və ya iddia) verə bilərdi ki, həmin tələb üzrə Qanunla nəzərdə tutulmuş müddət ərzində müraciət etməmiş və iddia müddətini ötürmüşdür. Şirvan İnzibati Məhkəməsi tərəfindən məktub formasında iddiaçıya hüquq yardım göndərilərək razılaşmadığı Lənkəran rayon Aqrar İslaha Komissiyasının qərarından şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair sübutların məhkəməyə təqdim olunması təklif olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilmədiyinə və inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra iddia verildiyinə görə məhkəmə tərəfindən ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzasında) öz əksini tapmış hüquqi mövqedə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3874/2024 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar