Məhkəmə qərarları › İş №2-1(106)-25/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-25/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-25/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8 LT 66NZ 00005 saylı qərarının ləğv edilməsi və övladı Ağayev Tural Hidayət oğlunun 17 avqust 2022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhtəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1870/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağayev Tural Hidayət oğluna pensiya təminatının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “övladı Ağayev Tural Hidayət oğlunun əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin 04 aprel 2023-cü il tarixli qərardadı ilə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş, iş üzrə iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8LT66NZ00005 saylı qərarının ləğv edilməsi və övladı Ağayev Tural Hidayət oğlunun 17 avqust 2022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni xx.xx.2024cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qanuni nümayəndəsi olduğu oğlu Ağayev Tural Hidayət oğlu xx.xx.2006-cı ildə Cəlilabad rayon Söyüdlü kəndində doğulmuşdur. Oğlu Tural anadangəlmə sümük şişlərindən əziyət çəkdiyi üçün 16 ildir ki, ona təkrar pensiya təyin edilməklə pensiya müavinəti alır. Cavabdeh son olaraq oğlu Turala xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilə tarixədək təyin olunmaqla əlillik və sağlamlığını itirdiyinə görə pensiya müavinəti təyin etmişdir. Lakin övladı Turalın təkrar Tibbi-Sosial Ekspert Komissiyasından müayinədən keçid vaxtı xx.xx.2022-ci ildə tamam olmuşdur. Cavabdeh Cəlilabad Rayon Mərkəzi Xəstaxanasından göndərdiyi göndərişə imtina səbəbini əlavə müalicəyə ehtiyacı olmasını ətraflı reabititasiya bərpa müalicəsinə ehtiyacı olduğunu bildirmişdir. Göndəriş nəticəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnistitunun verdiyi arayışda yeddi ağır diaqnozla oğlu Turalın sol qolunun 8 sm sağ qolundan qısa olması və oynaqlarında çoxsaylı müxtəlif ölçülü sümük şişlərinin anadangəlmə əl və ayaqlarının əyriliyinə səbəb olması göstərilsədə bu barədə region Masallı rayon Tibbi-Sosial Ekspert Komissiyasından canlı video-görüntü vastəsi ilə cavabdeh orqana göndərişlə göndərilsədə bu dəfə cavabdeh orqandan imtina səbəbini diaqnoz əlillik əlaməti təyin edilmir deyə göndərmişdir. Bu barədə cavabdeh orqana rəsmi ərizə ilə müraciət edib səbəbini soruşmaq istəsə də onun ərizəsinə cavab verilməmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə mtiraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) tərəfindən vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə qərardan verdiyi şikayətinə əsasən əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianm mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlamlmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianm mümkünlük şərtlərinin mövcudluğunun yoxlamlmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina xx.xx.2022-ci il tarixdə olmuşdur, lakin iddiaçı məhkəməyə qanunvericilikdə nəzərdə tutulan müddətdən gec müraciət etmişdir. İnzibati İcraat haqqında Qanunun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın mümkünsüz hesab olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1870/2023 saylı qərarı (F.Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1870/2023 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1 -ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1 -ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentiik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 2.1 -ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1 -ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-bəndinə əsasən İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının tələbləri baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrfnə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1870/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1870/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Bənd 13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri: Qeyd: Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Bənd 13.5.1.3. onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu: - yuxarı ətraf funksiyalarının təzahür edən pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya; təzahür edən distal paraparez yuxarı ətraflarda; - aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; - distal paraplegiya və ya təzahür edən proksimal paraparez aşağı ətraflarda; - sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8LT66NZ00005 saylı qərarının ləğv edilməsi və övladı Ağayev Tural Hidayət oğlunun 17 avqust 2022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Ağayev Tural Hidayət oğlunun xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Həmçinin, məhkəmə qeyd edir ki, Ağayev Tural Hidayət oğlunun xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə Ağayev Tural Hidayət oğlunun xəstəliklərinin anadangəlmə olmaqla hal-hazıradək mövcud olması və bu xəstəliklərin müalicə olunmaması tam təsdiq olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu nəticəyə gəlməyə əsas verir ki, İddiaçı “Tibbi Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8LT66NZ00005 saylı qərarın ləğv edilməsi, övladı Ağayev Tural Hidayət oğlunun 17.08.022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbində haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 3-17-4/2-8123/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Cəlilabad rayon sakini Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti barədə İddiaçı iddiası əsasındakı xx.xx.2023-cü il tarixli, 2- 1(120)- 1870/2023 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra — Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, T.Ağayevin sağlamlıq imkanlarının məhdudluğu Cəlilabad Şəhər Uşaq Xəstəxanasının 1113003AAD1Q nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və 3 il müddətinə (xx.xx.2022-ci il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2022-ci il tarixdən sonra vətəndaşın əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının G00010369PRP nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə qərardan narazı qalan T.Ağayev müraciəti əsasında xx.xx.2022-ci il tarixində 15 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün Agentliyin Tibbi-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və müayinənin nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İş materiallarında olan Ağayev Tural Hidayət oğlunun adına tərtib edilmiş əlilliyin qiymətləndirmə nəticələrinə dair **********1 nömrəli aktdan görünür ki, xx.xx.2008-ci il tarixdə 30 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun əlillik vəziyyəti ilə bağlı ilkin müayinə aparılmış, “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: Himayədə; X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95- M99- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 – Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Anadangəlmə yuxarı ətraf oynaqlarının yayılmış eksastozları; Meyar: 1. Altı aydan iki ilə qədər müddətə => 1.2. Cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar” müəyyən olunmuşdur. İş materiallarında olan Ağayev Tural Hidayət oğlunun adına tərtib edilmiş əlilliyin qiymətləndirmə nəticələrinə dair **********2 nömrəli aktdan görünür ki, xx.xx.2014-cü il tarixdə Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış, “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: Himayədə; X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99- Sümükəzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 – Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Anadangəlmə yuxarı ətraf oynaqlarının yayılmış eksastozları; Meyar: 1. Altı aydan iki ilə qədər müddətə => 1.2. Cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar” müəyyən olunmuşdur. İş materiallarında olan Ağayev Tural Hidayət oğlunun adına tərtib edilmiş əlilliyin qiymətləndirmə nəticələrinə dair **********3 nömrəli aktdan görünür ki, xx.xx.2016-cı il tarixdə Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış, “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: Himayədə; X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99- Sümükəzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 – Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Anadangəlmə yuxarı ətraf oynaqlarının yayılmış eksastozları; Meyar: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.22. Cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar (Z98.8, K91.9, K92- K92.9) müəyyən olunmuşdur. İş materiallarında olan Ağayev Tural Hidayət oğlunun adına tərtib edilmiş əlilliyin qiymətləndirmə nəticələrinə dair 8LT66NZ0003 nömrəli aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış, “Səbəbi : Ümumi xəstəlik; Əmək zəmanəti: Simu təyin edilir; X2: XVİİ Sinif – Anadangəlmə anomaliyalar (inkişaf qüsuları), deformasiyalar və xromosom pozğunluqları => Q65-Q69- Sümük-əzələ sisteminin Anadangəlmə anomaliya və deformasiyaları (inkişaf qüsuları); Diaqnozun mətni: Digər anadangəlmə sümük-əzələ deformasiyaları. Anadangəlmə döş qəfəsi sümüklərinin, aşağı və yuxarı ətraf sümüklərinin çoxsaylı ostoema və ekzo-stozları. Ostefit mənşəli sümük şişləri. Hərəkətin və yerişin pozulmaları. Hərəkətin və yerişin funksiya pozğunluğu. Oynaqların kontrakturası. Oynaqların deformasiyası və kontrakturası. Meyar: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00-Q99) müəyyən olunmuşdur. İş materiallarında olan Ağayev Tural Hidayət oğlunun adına tərtib edilmiş əlilliyin qiymətləndirmə nəticələrinə dair 8LT66NZ0004 nömrəli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış, müayinənin nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmiş və səbəb kimi “əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Reablitasiya bərpa müalicəsinə ehtiyacı vardır” göstərilmişdir. İş materiallarında olan Ağayev Tural Hidayət oğlunun adına Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, o, həmin tarixdə institutda müayinə olunmuş və “Anadangəlmə erqostoz xondroplaziyası. Skeletin çoxsaylı, müxtəlif ölçülü erqostoz törəmələri. Ətrafların çoxoxlu, çoxmüstəvili deformasiyaları, oynaqların kontrakturaları. Funksiya pozğunluqları. Sağ və sol said sümükləri, sağ və sol qamış-incik sümüklərindən çıxan müxtəlif ölçülü törəmələr- osteoxondromalar. Sağ saidin kəskin deformasiyaları. Sol dirsək sümüyünün atreziyası. Sol yuxarı ətrafın təxminən 8 sm qısalığı, əzələ atrofıyası, funksiya pozğunluğu. Daimi ağrı sindromu. (Q78.6. Q71, M21.8, M24.5, M62.5, R52.0, R26.8). Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.2006-cı ildə Cəlilabad rayonunda anadan olmuş və Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olan Ağayev Tural Hidayət oğlu canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - məzmununda suallar qoyulmuєdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X9 təqdim etdiyi xx.xx.2023-cü il tarixli, T 296/2023 saylı rəydə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Ağayev X5 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Müayinə olunan düzgün bədən quruluşlu, kafı qidalı olub, orta boyludur.Yuxarı və aşağı ətraf skelet sümüklərində müxtəlif ölçülü törəmələr vardır. Sol ətraf sağdan 8 sm qısadır. Hərəkəti çətindir. T.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına müvafıq tibb müəssisəsində tərtib edib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxs 18 yaşına çatmadığından TSEK-də müayinəsi zamanı ekspertlər tərəfındən əmək fəaliyyəti ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, belə ki, həmin xəstəliklər müalicə olunmurlar və onlarla əlaqədar tibbi ədəbiyyatlarda da müfəssəl məlumatlar yoxdur. İşin tam və hərtərəfli araşdırılması məqsədilə həmçinin, iddiaçının iddia etdiyi, cavabdehin isə qəbul etmədiyi diaqnozun onda mövcud olub-olmamasını müəyyən etmək üçün Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitunun həkimmütəxəssisi cəlb edilməklə “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsə həvalə edilmişdir. Həmin təyinat əsasında təqdim edilmiş Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin T 664/2024 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, vətəndaş T.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi- sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş “Ətrafların çoxlu, çoxmüstəvili defonnasiyaları, sağ və sol saidin kəskin deformasiyaları, anadangəlmə eksastoz xondrodisplaziyası, skeletin çoxsaylı, müxtəlif ölçülü eksastoz törəmələri, sağ və sol said sümükləri, sağ və sol qamışincik sümüklərindən çıxan müxtəlif ölçülü törəmələr-osteoxondromalar” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. T.İddiaçı tərəfimizdən müayinə üçün “Azərbaycan Elmi- X3” phş-nə göndərilərkən ona “Ekzostoz xondroplaziyası, hər iki aşağı və yuxarı ətrafların müxtəlif ölçülü böyük həcmli ekzostozları, hər iki aşağı ətrafların varus deformasiyası, sol saidin varus deformasiyası, sol yuxarı ətrafın 8sm qısalığı, əzələ atrofıyası ilə, ağrı sindromu ilə. XBT: Q78.6; M21;M21.1;M21.7;M52.5; R52.0” diaqnozu qoyulmuşdur. Müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə Ağayev Tural Hidayət oğluna təyin olunmuş diaqnoz onun xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim komissiyasının müayinəsi zamanı müəyyən etdikləri diaqnozla ümumən eynilik təşkil edir. Beləliklə də məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixdə 30 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı ilkin müayinə aparılmış, “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: Himayədə; X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95- M99- Sümükəzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 – Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Anadangəlmə yuxarı ətraf oynaqlarının yayılmış eksastozları; Meyar: 1. Altı aydan iki ilə qədər müddətə => 1.2. Cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar” müəyyən olunmuş, xx.xx.2014-cü il tarixdə Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış, “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: Himayədə; X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 – Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Anadangəlmə yuxarı ətraf oynaqlarının yayılmış eksastozları; Meyar: 1. Altı aydan iki ilə qədər müddətə => 1.2. Cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar” müəyyən olunmuş , xx.xx.2016-cı il tarixdə Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış, “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: Himayədə; X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 – Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Anadangəlmə yuxarı ətraf oynaqlarının yayılmış eksastozları; Meyar: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.22. Cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar (Z98.8, K91.9, K92- K92.9) müəyyən olunmuş, xx.xx.2019-cu il tarixdə Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış və 3 il müddətinə (xx.xx.2022-ci il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Bu zaman “Səbəbi : Ümumi xəstəlik; Əmək zəmanəti: Simu təyin edilir; X2: XVİİ Sinif – Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79- Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları (inkişaf qüsurları) => ...; Diaqnozun mətni: Digər anadangəlmə sümükəzələ deformasiyaları. Anadangəlmə döş qəfəsi sümüklərinin, aşağı və yuxarı ətraf sümüklərinin çoxsaylı esteoma və ekzo-stozları. Ostefit mənşəli sümük şişləri. Hərəkətin və yerişin pozulmaları. Hərəkətin və yerişin funksiya pozğunluğu. Oynaqların kontrakturası. Oynaqların deformasiyası və kontrakturası. Meyar: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00- Q99) müəyyən olunmuşdur. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2022-ci il tarixdən sonra Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının G00010369PRP nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan T.Ağayev müraciəti əsasında xx.xx.2022-ci il tarixində 15 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuş, bu barədə tərtib edilən akt baxılması üçün Agentliyin Tibbi-sosial ekspertiza komissiyasına göndərilmiş, təqdim olunan tibbi sənədlər və müayinənin nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Diaqnozun mətni: Ətraflarm çoxoxlu, çoxmüstəvili deformasiyaları. Sağ və sol saidin kəskin deformasiyaları. Anadangəlmə eksastoz xondrodisplaziyası. Skeletin çoxsaylı, müxtəlif ölçülü eksastoz törəmələri. Sağ və sol said sümükləri, sağ və sol qamış-incik sümüklərindən çıxan müxtəlif ölçülü törəmələrosteoxondromalar. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Reablitasiya bərpa müalicəsinə ehtiyacı vardır. Eyni zamanda iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli, T 296/2023 saylı və xx.xx.2024-cü il tarixli, T 664/2024 nömrəli rəylərindən müəyyən edilmişdir ki, Ağayev Tural Hidayət oğlunun daşıyıcısı olduğu xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, belə ki, həmin xəstəliklər müalicə olunmurlar və onlarla əlaqədar tibbi ədəbiyyatlarda da müfəssəl məlumatlar yoxdur. Hazırda onda olan xəstəliklər (pozuntular) anadangəlmə anomaliya və deformasiyalara aiddir və əvvəllər onun barəsində sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə cavabdeh tərəfindən qərarlar qəbul edilərkən müəyən edilmiş xəstəliklərlə eynilik təşkil edir. Göründüyü kimi, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2008-2010, 2014-2016, 2016-2019 və 2019-2022-ci illər ərzində Ağayev Tural Hidayət oğlunun sağlamlıq imkanlarının məhdudluğunu müəyyən etsə də, həmin diaqnoz əsasında xx.xx.2022-ci il tarixdə təkrar sağlamlıq imkanlarının məhdudluğunu müəyyən etməkdən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını bildirmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2008-2010, 2014-2016, 2016-2019 və 2019-2022-ci illər ərzində qoyulan diaqnoz əsasında sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən sonra təkrar müayinə zamanı əvvəlki diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edilməsi zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə Ağayev Tural Hidayət oğlunun xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Məhkəmə kollgiyasının bu nəticəyə gəlməyinə əsas verən sübutlar Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli, T 296/2023 saylı və xx.xx.2024-cü il tarixli, T 664/2024 nömrəli rəyləridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü bəndində əks olunmuş “sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” - orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması nəzərə alınır. Məhkəmə kollegiyası Ağayev Tural Hidayət oğlunun hazırki xəstəlikdən uzun müddət (anadangəlmə) əziyyət çəkdiyini və sağlamlığının bərpa oluması ilə bağlı hər hansı müsbət dəyişikliyinin olmadığını, əksinə ağırlaşmalar ilə əlaqədar 10 il sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduğunu, hazırda ona təyin edilmiş diqnozun əvvəllər sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə əsas olan diaqnoz ilə eynilik təşkil etdiyini nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü bəndində əks olunmuş qiymətləndirmə meyarlarından çıxış edərək hesab edir ki, Ağayev Tural Hidayət oğlunun orqaniziminin pozulması (xəstəlikləri) onun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə əsas verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya Ağayev Tural Hidayət oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Ağayev Tural Hidayət oğlunun xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə Ağayev Tural Hidayət oğlunun xəstəliklərinin anadangəlmə olmaqla hal-hazıradək mövcud olması və bu xəstəliklərin müalicə olunmaması tam təsdiq olunur. Bundan başqa, cavabdehin sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsindən imtina olunması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarında (bax iş vərəqi 95) imtinanın səbəbi kimi “əlavə müalicəyə ehtiyacının olması”nı bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli, T 296/2023 saylı rəyində Ağayev Tural Hidayət oğlunda aşkar olunan xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacın olmadığnı və həmin xəstəliklərin müalicə olunmadığını qeyd etmişdir. Kifayət qədər əsasların mövcudluğu məhkəmə kollegiyasına bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı “Tibbi Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8LT66NZ00005 saylı qərarın ləğv edilməsi və Ağayev Tural Hidayət oğlunun 17.08.022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbində haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1870/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar