Məhkəmə qərarları › İş №2-1(106)-251/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-251/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-251/2023 17.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Samir Firdusi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “xx.xx.2017-ci il tarixli, 00984 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-1301/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər İmişli rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 qərarı ilə xx.xx.2017-ci il tarixli, 00984 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 614 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 qərarı ilə xx.xx.2017-ci il tarixli, 00984 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 614 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbi üzrə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X15 X3 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli 14 saylı qərarı ona vaxtında verilməmişdir. Belə ki, həmin qərarın göndərildiyi məktub poçtalyon tərəfindən ona deyil, onun həyat yoldaşı X10 verilmişdir ki, milliyətçə qeyri-azərbaycanlı olan və latın qrafikasını bilməyən, Azərbaycan dilini bilməyən həyat yoldaşı onlara da vaxt aşırı çoxlu məktub gəldiyi üçün həyat yoldaşı onun mahiyətinə varmamış, ona həmin məktub haqqında heç bir məlumat verməmişdir. O özü də həmin ərəfədə xəstə olmuş, bunu da nəzərə çatdırır ki, ikinci qrup gözdən əlil xəstədir, həyat yoldaşı onun həmin məktubu oxuya bilməyəcəyi üçün onu heç ona göstərməmişdir və təsadüfən həmin məktubu tapmışdır və məktubun məzmunundan xəbəri olan günü Şirvan İnzibati Məhkəməsinə iddia vermək üçün vəkilə müraciət etmişdir və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X15 X3 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli 14 saylı qərarının ləğv olunması üçün iddia vermişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X15 X3 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli 14 saylı qərarından qanunda nəzərdə tutulmuş müddətdə iddia vermək üçün prosesual müddət onun təqsiri olmadan üzürlü səbəbdən buraxılmışdır. Göstərilənləri nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət.Mineral Xammal X3 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi üçün mübahisələndirmə haqqında iddia müddətinin onun təqsiri olmadan üzürlü səbəbdən buraxılmasını nəzərə alaraq, üzürlü hesab edərək buraxılmış iddia müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-1301/2023 saylı qərardadı ilə (hakim Amilya Hüseynova) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “xx.xx.2017-ci il tarixli, 00984 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarın ləğv edilməsi” tələbi barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş və iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2- 1(120)-1301/2023 saylı qərardadının ləğv edilməsini, buraxılmış prosessual iddia müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərar rəsmi qaydada ona təqdim olunmamış və elan edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci və “İnzibati İcraaat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddələrini səhv təfsir edərək maddi və prosessual hüquq normalarını pozaraq əsassız qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: İddiaçı məhkəmə iclasında buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, qərarın cavabdeh tərəfindən onun yaşadığı ünvana göndərildiyini və həmin qərarın onunla birgə yaşayan həyat yoldaşı tərəfindən qəbul edildiyini, lakin həmin qərarın ləğv edilməsi ilə bağlı vaxtında məhkəməyə müraciət etmədiyini bildirmiş, Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2- 1(120)-1301/2023 saylı qərardadının ləğv edilməsini, buraxılmış prosessual iddia müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında İddiaçı cavabdehə ünvanladığı ərizənin surətini və həmin ərizəyə verilmiş 19/İ-137 saylı 29 iyun 2023-cü il tarixli cavab məktubunun surətini məhkəməyə təqdim etmiş və izahatında iddiaçının xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərar barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olduğunu, iddiaçının sözügedən qərara yenidən baxılması ilə bağlı ərizə ilə cavabdehə müraciət etdiyini, lakin qərara yenidən baxılmasının qeyri-mümkün hesab edildiyini bildirmişdir. Həmçinin apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-1301/2023 saylı qərardadının dəyişdirilmədən saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, iddiaçının və cavabdehin nümayəndəsinin verdiyi izahatı, o cümlədən iddiaçının vəsatətini araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı xx.xx.2017-ci il tarixli, 00984 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarında göstərilmişdir ki, xx.xx.2017-ci il tarixli, 00984 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 İddiaçı göndərdiyi qərar xx.xx.2021-ci il tarixdə “İbayev.N” tərəfindən imza atılaraq qəbul edilmişdir (iş vərəqi 16). İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X4 ünvanlanmış ərizənin məzmunundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərara yenidən baxılmasını xahiş etmişdir (iş vərəqi 19). İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 xx.xx.2021-ci il tarixli, 19/İ-137 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X6 iddiaçının müraciətinə cavab verərək “Bəhramtəpə İİ” və Araz çayının hövzəsində yerləşən digər faydalı qazıntı yataqlarında yerləşən karxanaların fəaliyyətinin davam etdirilməsinin qeyrimümkün hesab edildiyini qeyd etmişdir (iş vərəqi 17). Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarın cavabdeh tərəfindən onun yaşadığı ünvana göndərildiyini və həmin qərarın onunla birgə yaşayan həyat yoldaşı tərəfindən qəbul edildiyini, lakin həmin qərarın ləğv edilməsi ilə bağlı vaxtında məhkəməyə müraciət etmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixli, 00984 nömrəli “Dağ-mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. Həmin qərar (xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərar) cavabdeh tərəfindən rəsmi qaydada iddiaçının ünvanına göndərilmiş və həmin ünvanda xx.xx.2021-ci il tarixdə “İbayev.N” tərəfindən poçt xəbərnaməsinə qol çəkilməklə (imza atılaraq) qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da izahatında hazırda mübahisələndirilən qərarın xx.xx.2021-ci il tarixdə onunla bilrikdə yaşayan həyat yoldaşı tərəfindən qəbul edildiyini təsdiq etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı həmin qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 sədrinə müraciət etmiş, lakin cavabdeh qurum onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Sonradan yəni, xx.xx.2022-ci il tarixində iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarından xx.xx.2021-ci il tarixdən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarıından məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarı aldıqdan (təqdim olunduqdan) 1 il keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə kollegiyası buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, həmin qərarın ona çatdırıldığı məktubun yoldaşı tərəfindən alındığını və ona vaxtında məlumat vermədiyini, məlumatlı olduqdan sonra vəkilə iddia ərizəsi üçün müraciət etdiyini və məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, bu səbəbdən də müddəti ötürdüyünü qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən qərardan şikayət vermə müddətinin üzürlü səbəbdən ötürülməsinə dair sübut təqdim edə bilməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi dəftərxana tərəfindən qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İddiaçı iddia ərizəsində texniki səhv olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 qərarı ilə xx.xx.2017-ci il tarixli, 00984 nömrəli dağmədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 614 nömrəli qərarın ləğv edilməsini xahiş etmiş, lakin həm iddiaçı tərəfindən təqdim edilmiş qərarın surəti və həmdə cavabdeh orqan tərəfindən göndərilmiş qərarın nömrəsi “14” göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da izahatında məhz xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarın mübahisələndirmək niyyətində olduğunu bildirmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 “xx.xx.2017-ci il tarixli, 00984 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarı mübahisələndirilmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-1301/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar