Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-252/2024 02.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi X27, üçüncü şəxsin nümayəndəsi X28 iştirakı ilə, İddiaçılar X14, İddiaçı12, X15, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, X22, X33, X29, X23, X9, X7, X8, X16, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinə qarşı “Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-125/2023 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçılar X34, İddiaçı12, X35, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, X38, X46, X40, X39, X30, X10, X24, X36, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən reyestr nömrəsi **********24, qeydiyyat nömrəsi 17070070, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N- 0001778 saylı Çıxarış əsasında Beyləqan rayonu Dünyamalılar kənd sakini X11 mülkiyyətinə verilmiş 7.94006 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi 170700703, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001780 saylı Çıxarış əsasında Beyləqan rayonu Dünyamalılar kənd sakini X11 mülkiyyətinə verilmiş 12.071061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi 170700701, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001779 saylı Çıxarış əsasında Beyləqan rayonu Dünyamalılar kənd sakini X11 mülkiyyətinə verilmiş 24.99106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ümumilikdə 45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Beyləqan rayonu Dünyamalılar kənd sakini X11 mülkiyyətinə satılmasına dair Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə X31, X25 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı protokoluna əsasən 2001-ci ildən Bələddiyə Şurasının qərarı ilə Həsən Paşayevin icarəsinə 188-ci konturda olan, bələdiyyənin ehtiyat fondunun yararsız torpaqlarından 45 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Beyləqan rayonu Dünyamalılar kənd sakini X17 bu torpaq sahəsi üçün 21 may 2004-cü il tarixli, JN-1790, kod-60700068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Bundan sonra Beyləqan rayonu Dünyamalılar kənd sakini X11 adına 7.94006 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün reyestr nömrəsi **********24, qeydiyyat nömrəsi 170700702, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001778 saylı Çıxarış, 12.071061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi 170700703, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001780 saylı Çıxarış və 24.99106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi 170700701, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001779 saylı Çıxarışlar verilmişdir. Onlar bütün bu olaylardan Beyləqan rayonu Dünyamalılar kənd sakini X11 mülkiyyətində olan və X12 icarəsinə verilmiş 18 ha torpaq sahəsinə vurulmuş ziyana görə həmkəndliləri olan X18, X19, X6 və X26 2220 manat pul tələbinə dair Beyləqan Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsinin ünvan 1 ünvanına göndərilməsindən sonra, yəni məktubun xx.xx.2021-ci il tarixində Beyləqan rayonu Dünyamalılar kənd poçtuna daxil olmasından bir gün sonra xəbərdar olmuşlar. Bundan sonra həmin sənədlərin surətlərini çətinliklə də olsa əldə edə bilmişlər. Məlumat üçün bildirirlər ki, Beyləqan rayonu Dünyamalılar kənd sakini X17 reyestr nömrəsi **********24, qeydiyyat nömrəsi 170700702, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001778 saylı çıxarış əsasında verilmiş 7.94006 ha kənd təsərrüfatı təyinatlı torpaq salıəsi, reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi 170700703, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001780 saylı Çıxarış əsasında verilmiş 12.071061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi 170700701, qeydiyyat tarixi xx.xx.2007-ci il, Seriya MN N-0001779 saylı Çıxarış əsasında verilmiş 24.99106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikasında aparılmış torpaq islahatının ilk vaxtlarından, yəni torpaq islahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında və Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə aid tərtib olunmuş yerquruluşu planında ümumi istifadədə olan yararsız (şoran örüş) sahəsi kimi qeyd olunmuşdur. İndi onlara məlum olub ki, kəndin ümumi istifadəsində olan 45 ha torpaq sahəsi qanunsuz olaraq Beyləqan rayonu Dünyamalılar kənd sakini X1. Bu da bütün kənd camaatının haqlı narazılığına gətirib çıxarmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-125/2023 saylı qərarı (Fehruz Abbasov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-125/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, iş N-2-1(120)-125/2023 saylı qərarını aşağıdakılaraq görə ləğv edilməlidir: Şirvan İnzibati məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, iş N-2-1(120)-125/2023 saylı qərarının qəbul edildiyi vaxtı mübahisəli hesab edilən 45 ha torpaq sahəsinin torpaq islahatının aparıldığı vaxtı Beyləqan rayonu Dünyamallar bələdiyyəsinin müllkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla şoran örüş sahəsinin olması nəzərə alınmamışdır. Şirvan İnzibati məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, iş N-2-1(120)-125/2023 saylı qərarının qəbul edildiyi vaxtı Beyləqan rayonu Dünyamallar bələdiyyəsinin müılkiyyətində olan 45 ha şoran örüş torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmasına heç bir əhəmiyyət verilməmişdir. Şirvan İnzibati məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, iş N-2-1(120)-125/2023 saylı qərarının qəbul edildiyi vaxtı Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin müılkiyyətində olan 45 ha şoran örüş torpaq sahəsinin təyinatının dəyişdirilməsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətində olması halına da heç bir əhəmiyyət verilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-125/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi X41 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-125/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X42 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-125/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçılar Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu, Dünyamalılar kənd sakini X11 03 dekabr 2003-cü il tarixli müraciətinə əsasən təsərrüfat üzrə tərtib edilmiş baş sxemdə 188 saylı konturda yerləşən, 27 fevral 2003-cü il tarixdən bələdiyyə şurasının qərarı ilə H.Paşayevin icarəsinə verilmiş və onun öz vəsasiti hesabına nisbətən yaxşılaşdırılmış, mülk nömrələri 1790, 1790A və 1790B olan müvafiq olaraq 12,071061 ha, 7,94006 ha və 24,99106 ha olmaqla bələdiyyənin ehtiyat fonduna aid alqı-satqı predmeti olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ümumilikdə 45,0 hektar yararsız torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə X3, həmin torpaq sahəsinə onun mülkiyyət hüququ əvvəlcə JN- 1790, Kod 60700068, 21 may 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, sonradan isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, 0001778, ******* və ******* nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. İddiaçılar Azərbaycan Respublikasında aparılmış torpaq islahatının ilk vaxtlarında, yəni torpaq islahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında və Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinə aid tərtib olunmuş yerquruluşu planında Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə X2 45,0 hektar torpaq sahəsinin ümumi istifadəyə aid torpaq sahəsi olduğunu iddia etsələr də, bunu təsdiq edən heç bir dəlil- sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı bir şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. Başqa sözlə, iddiaçı yalnız öz subyektiv hüquqlarının pozulduğunu bildirməlidir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Bu baxımdan hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçıların subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 12 nömrəli iclas protokolunun, 12 yanvar 2004-cü il tarixli torpaqların alqı- satqısına dair aktın, JN-1790, kod 60700068, 21 may 2004-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin akta əlavə edilmiş mülk nömrələri 1790, 1790A və 1790B olan mülkiyyətə verilmiş torpaq sahələrinin planı /cizgisi/ sənədlərinin surətlərindən müəyyən olunur ki, Beyləqan rayonu, Dünyamalılar kənd sakini X11 03 dekabr 2003-cü il tarixli müraciətinə əsasən təsərrüfat üzrə tərtib edilmiş baş sxemdə 188 saylı konturda yerləşən, 27 fevral 2003cü il tarixdən bələdiyyə şurasının qərarı ilə H.Paşayevin icarəsinə verilmiş və onun öz vəsasiti hesabına nisbətən yaxşılaşdırılmış, mülk nömrələri 1790, 1790A və 1790B olan müvafiq olaraq 12,071061 ha, 7,94006 ha və 24,99106 ha olmaqla bələdiyyənin ehtiyat fonduna aid alqı-satqı predmeti olan ümumilikdə 45 hektar yararsız torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X3 və həmin torpaq sahəsinə onun mülkiyyət hüququ JN-1790, kod 60700068, 21 may 2004-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, MH seriyalı, 0001778, * * * * * * * və * * * * * * * nömrəli çıxarışlardan və həmin çıxarışlara əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə X3 12,071061 ha, 7,94006 ha və 24,99106 ha torpaq sahələri üzərində onun mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. Şirvan İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarına əsasən X5 təsərrüfatı məhsulları istehsalı üçün satılmış 45,0 ha pay torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin.
2. Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı torpaqları, örüş torpaqları (ümumi istifadədə olan örüş sahəsi) və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3226 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarına əsasən X5 təsərrüfatı məhsulları istehsalı üçün satılmış 45,0 ha pay torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: mübahisəli 45,0 ha torpaq sahəsi ayrılan zaman Dünyamalılar bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid şoran örüş sahəsi olmuşdur Hazırda qeyd olunan 45,0 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin, örüş və yararsız torpaq sahəsidir. Qeyd: X20 X21 45,0 ha torpaq sahəsinin 24,99 ha hissəsinin yerləşdiyi ərazidə reyestr nömrəsi **********93 olan 2,52 ha torpaq sahəsinin 1,35 ha hissəsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, Beyləqan rayonu, Dünyamalılar kənd sakini X11 03 dekabr 2003-cü il tarixli müraciətinə əsasən təsərrüfat üzrə tərtib edilmiş baş sxemdə 188 saylı konturda yerləşən, 27 fevral 2003-cü il tarixdən bələdiyyə şurasının qərarı ilə H.Paşayevin icarəsinə verilmiş və onun öz vəsasiti hesabına nisbətən yaxşılaşdırılmış, mülk nömrələri 1790, 1790A və 1790B olan müvafiq olaraq 12,071061 ha, 7,94006 ha və 24,99106 ha olmaqla bələdiyyənin ehtiyat fonduna aid alqı-satqı predmeti olan ümumilikdə 45 hektar yararsız torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X3 və həmin torpaq sahəsinə onun mülkiyyət hüququ JN-1790, kod 60700068, 21 may 2004-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə X3 12,071061 ha, 7,94006 ha və 24,99106 ha torpaq sahələri üzərində onun mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3226 nömrəli ekspert rəyindən görünür ki, Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarına əsasən X5 təsərrüfatı məhsulları istehsalı üçün satılmış 45,0 ha pay torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmiş, mübahisəli 45,0 ha torpaq sahəsi ayrılan zaman Dünyamalılar bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid şoran örüş sahəsi olmuş və hazırda qeyd olunan 45,0 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin, örüş və yararsız torpaq sahəsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına qiymət verilməsindən ötrü və iddiaçıların hazırki iş üzrə qanundan irəli gələn subyektiv hüquqlarının olub-olmadığını müəyyən etmək üçün aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. Həmin Məcəllənin (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişkliyə qədər redaksiyasında) 16-cı maddəsininin 3cü bəndinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişkliyə qədər redaksiyasında) 16-cı maddəsininin 4cü bəndinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Həmin Məcəllənin 47-ci maddəsininin 2-ci bəndinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsininin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 47-ci maddəsininin 3-cü bəndinə əsasən 6-cı bəndinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər və həmin kateqoriyalı torpaqlar və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. Bunun əksi olaraq bələdiyyələrin ümumi istifadədə olan torpaqları, o cümlədən əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları və bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları özəlləşdirilə bilməz və alqı-satqının obyekti ola bilməz. Şərh olunan hüquq normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb üzrə iddiaçıların subyektiv hüququnun olması üçün mübahisələndirilən inzibati aktla üçüncü şəxsə ayrılmış sözügedən torpaq sahəsi bələdiyyələrin ümumi istifadəsində olan, o cümlədən əhalinin mal-qarası üçün istifadə olunan örüş torpaq sahəsi olmalıdır. Hazırki iş üzrə iddiaçılar apellyasiya şikayətinin dəlili kimi mübahisəli 45 ha torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmasını irəli sürsələrdə bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bunun əksi olaraq məhkəmə araşdırması zamanı (ekspert rəyi ilə) müəyyən edilmişdir ki, sözügedən 45 ha torpaq sahəsi Dünyamalılar bələdiyyəsinin mülkiyyətində olmaqla yarasız örüş torpaq sahəsi olmuş və sonradan Beyləqan rayonu Dünyamalılar Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarına əsasən X5 təsərrüfatı məhsullarının istehsalı üçün satılmış və hal-hazırda həmin torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin, örüş və yararsız torpaq sahəsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 12 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmamışlar. Bütün yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Başqa sözlə, iddiaçıların üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarın ləğv edillməsi və ya etibarsız hesab edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilərdi ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçıların hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçıların subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığına qiymət vermədən iddiaya mahiyyəti üzrə baxmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-125/2023 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.