Məhkəmə qərarları › İş №2-1(106)-252/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-252/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-252/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin N5 noyabr N0N4-cü il tarixli, N- 1(1N0)-3964/N0N4 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “15 may N0N4-cü il tarixli, 149 nömrəli əmrin ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidməti uyğunsuzluğa görə hərbi xidmtdən ehtiyta buraxılmağı barədə xx.xx.N0N4-cü il tarixli, 149 nömrəli əmrin ləğv edilməsi, yenidən hərbi xidmətə bərpa olunmağı, məcburi iş buraxmaya görə əmək haqqının ona birdəfəyə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Müdafiə nazirinin 15 may N0N4-cü il tarixli 0439 №-li əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin N3 sentyabr N0N4-cü il tarixli, N-1(1N0)-3964/N0N4 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin N5 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-3964/N0N4 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N nömrəli hərbi hissədə rabitə-bölmə rəisi vəzifəsində xidmət etmişdir. Antiterror əməliyyatlarından sonra xidmət etdiyi hərbi hissədə hərbi qulluqçuları narkoloji testdən keçmək üçün xəstəxanaya göndərilmişdir. İstifadə etmədiyi halda onunda testində narkotik istifadə etməsi müəyyən olunmuşdur. xx.xx.N0N4-cü il tarixli 149 nömrəli əmrlə xidməti uyğunsuzluqla hərbi xidmətdən ehtiyata buraxılmışdır. Halbuki növbəti yoxlamaların hamısında nəticələri müsbət çıxsa da bunların heç biri nəzərə alınmamışdır. O, bütün xidməti dövründə nümunəvi davranışı ilə seçilən hərbi qulluqçulardan olmuşdur. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ehtiyata buraxılması barədə əmr Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.N0N4-cü il tarixli müvafiq əmrin əsasında verilmişdir.Həmin əmr "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təqdimat (təsdiq olunmuş surəti etiraza əlavə olunur) tərtib edilmiş, hərbi hissə komandiri tərəfindən imzalandıqdan sonra qərar qəbul edilməsi məqsədilə göndərilmişdir.Təqdimatın hazırlanmasına əsas olmuş sənədlər nəzərdən keçirilərkən, məlum olmuşdur ki, kapitan Rəcəbov X7 Nazirliyinin Tibbi Ekspertiza və X3 08.01,N0N4-cü il tarixli 4685/K nömrəli aktında məhkəmə-kimyəvi tədqiqat nəticəsinə görə istifadəsi qadağan olan narkotik effekt yaradan maddədən (9-A- Tetra-hidro kannabinol adlı maddə (Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qatranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir)) istifadə etdiyi aşkar olunmuşdur, iddiaçı xx.xx.N0NN-ci il tarixdən N nömrəli hərbi hissənin rabitə bölməsinin rəisi vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və bacarıqlı bir zabit kimi göstərməyə çalışsa da buna nail olmamışdır, xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, Nizamnamə qaydalarını zəif bilir və gündəlik iş fəaliyyətini onun tələblərinə uyğun qurmaqda çətinlik şəkir, bir zabir kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasıxahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin N5 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-3964/N0N4 saylı qərarı ilə (hakim Rəşidə Quliyeva) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin N5 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-3964/N0N4 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, mən İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” haqqında tələbimə dair inzibari işə məhkəmənin binasında baxılmış və aşağıdakılara əsasən qərar verilmişdir. Belə ki, mən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənim xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxımağım barədə xx.xx.N0N4-cü il tarixli, 149 nömrəli əmrin ləğv edilməsi, yenidən hərbi xidmətə bərpa olunmağını, məcburi iş buraxmaya görə əmək haqqının mənə birdəfə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdim. Sonradan mən Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 may N0N4-cü il tarixli 0439 N-li əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdim. İddia tələbini onunla əsaslandırmışdım ki, mən N nömrəli hərbi hissədə rabitə-bölmə rəisi vəzifəsində xidmət etmişəm. Antiterror əməliyyatlarından sonra xidmət etdiyim hərbi hissədə hərbi qulluqçuları narkoloji testdən keçmək üçün xəstəxanaya göndərmişdirlər, istifadə etmədiyim halda mənimdə testimdə narkotik istifadə etməyim müəyyən olunmuşdur. xx.xx.N0N4-cü il tarixli 149 nömrəli əmrlə xidməti uyğunsuzluqla hərbi xidmətdən ehtiyata buraxılmışam. Halbuki növbəti yoxlamaların hamısında nəticələr müsbət çıxsa da, bunların heç biri nəzərə alınmamışdır. Mən bütün xidməti dövrümdə nümunəvi davranışım ilə seçilən hərbi qulluqçulardan biri olmuşam. Mən xidməti vəzifəmin məsuliyyətini dərk edən və peşəsinni sevən bir vətəndaş kimi mənim üçün qəbul edilən bu qərar ilə qəti şəkildə razılaşmıram. Bundan başqa xx.xx.N0N4-cü il tarixdə iddia verilməsi üçün müəyyən edilmiş iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdim. Məhkəmənin N-l(1N0)-3964/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərardadı ilə mənim ərizəm təmin edilmişdir. Özüm haqqında məlumat verərək, bildirmək istəyirəm ki, xx.xx.1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cavidabad kəndində doğulmuşam və Beyləqan rayonu, Milabad qəsəbəsi ünvanında qeydiyyatdayam. SHXŞSX-nin Beyləqan RŞ tərəfindən verilmiş EZ seriyalı, ******* N-li hərbi biletin surətindən də müəyyən olunur ki, xx.xx.N0N4cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli 0439 N-li əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışam. N N-li hərbi hissə komandirinin N N-li, xx.xx.N0N4-cü il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, “Hərbi Xidmətkeçmə Haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndində (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. xx.xx.N0N4-cü il tarixindən şəxsi heyətin siyahısından bütün ev təminatından çıxarılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilmişdir. Mənimlə söhbət zamanı bildirmişəm ki, mənim haqqımda olan məlumatların doğruluğunu ciddi şəkildə araşdırmaqla mənə maksimum dərəcədə köməklik olunmasını xahiş etmişəm. Bundan başqa Azərbaycan ordularında xidmət etmək mənim üçün böyük bir qürurdur. Hərbi xidmətdən ehtiyata buraxılmamağım üçün mənə maksimum dərəcədə köməklik olunmasım xahiş etmişəm. Lakin bütün bunlara baxmayaraq Şirvan İnzibati Məhkəməsinin N-l(1N0)-3964/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərarına əsasən iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qeyd etmək istəyirəm ki, Şirvan İnzibati Məhkəməsinin Nl(1N0)-3964/N0N4 saylı, xx.xx.N0N4- cü il tarixli qərarını mən poçt vasitəsi ilə xx.xx.N0N4cü ü tarixdə almışam və qanunla müəyyən edilmiş qaydada şikayətimi məhkəməyə ünvanlayıram. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin N5 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-3964/N0N4 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral N0N5-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin N5 noyabr N0N4-cü il tarixli, N-1(1N0)- 3964/N0N4 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.N. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı XN»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin; 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: “... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ...” 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. 16N-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə: 1. Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə N.0.N. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 10.N. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə N0. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, işin hallarına görə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N4-ci il tarixli, 0439 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə uyğun ehtiyata buraxılmışdır. Hazırda iddiaçı xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N4-ci il tarixli, 0439 nömrəli əmrinin ləğv edilməsini və öz arzusu ilə ehtiyyata buraxılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM- in 38.1 -ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırda iddiaçı əmri və onun yaratdığı hüquqi nəticələri mübahisələndirir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmətdə olduğu müddətdə zabit kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbiçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Cavabdehin mövqeyinə görə, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. Məlumdur ki, narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrdir. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Danılmaz faktdır ki, narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İşin hallarından görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verməsi olmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığını və hazırda mübahisələndirilən inzibati aktın qanuniliyini yuxarıda şərh olunan hüquq normaları ilə yanaşı aşağıdakı sübutlarla qiymətləndirməyi zəruri hesab edir. İş materiallarında olan iddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cavidabad kəndində doğulmuş Rəcəbov X5 rayonu, Milabad Qəsəbə ərazi dairəsi, Milabad qəsəbəsi ünvanında qeydiyyatdadır. İş materiallarında olan SHXÇSX-nin Beyləqan RŞ tərəfindən verilmiş EZ seriyalı, ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.N0N4-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N4-cü il tarixli 0439 № əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan N18 №-li hərbi hissə komandirinin N №-li, xx.xx.N0N4-cü il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Rabitə rəis-bölmə kapitan İddiaçı "Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin "e” bəndində (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin. N1 may N0N4-cü il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilsin. Kapitan İddiaçı N0N4-cü il yanvar, aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq eidlmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul təminatından məhrum edilsin. Kapitan İddiaçı, N0N4-cü il üçün nəzərdə tutulmuş birdəfəlik maddi yardım ödənilib. N0N4-cü ilin növbəti məzuniyyətindən 45 ( qırx beş) gün istifadə edib və məzuniyyətə görə bir aylıq vəzifə maaşı həcmində pul təminatı ödənilib. İş materiallarında olan Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 603 №-li aktın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.N0N4-cü il tarixdə götürülmüş analizin nəticəsində AMP(-) mənfi, THC(-) mənfi, BZO (-) mənfi, BAR(- ) mənfi, İML(-) mənfi, COC (-) mənfi, OPİ(-) mənfi olduğu, aşkar edilmədiyi qeyd olunmuşdr. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş "Sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə” aktın surətindən müəyyən olunur ki, Rəcəbov X7 Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının xx.xx.N0N4-cü il tarixli 603 №-li göndərişi ilə Respublika Narkoloji Mərkəzi PHŞ-də xx.xx.N0N4-cü il tarixdən xx.xx.N0N4-cü il tarixədək stasionarda olmuşdur. Anamnez morbidə İddiaçı N0N3-cü ilin sentyabr ayında yalnız bir dəfə marixuana (kannobinoid) istifadə etməsi, bundan başqa digər narkotik maddələrdən istifadə etməməsi barədə verdiyi məlumatlar qeyd edilmişdir. Xüsusi müayinələrin nəticəsində orqanizmin bioloji mayesi olan sidiyin xüsusi laborator müayinəsində AMP(-) mənfi, THC(-) mənfi, BZO (-) mənfi, BAR(-) mənfi, İML(-) mənfi, COC (-) mənfi, OPİ(-) mənfi olduğu, Diaqnoz: hal-hazırda narkoloji xəstəlik əlamətləri aşkar edilmədiyi, anamnezidə kannobinoid (marixuana) epizodik qəbulu. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən tərtib olunmuş maddi sübutların müayinəsinə dair 4685/K №-li aktın surətindən müəyyən olunur ki, xx.xx.N0N3cü il tarixdən xx.xx.N0N4-cü il tarixədək N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan İddiaçı götürülmüş qan və sidik nümunələrinin müayinəsinin nəticəsi olaraq: İddiaçı götürülmüş sidik nümunəsinin Nazik təbəqəli xromatoqrafiya və İmmunofermentativ xətli test metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq-Məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Aşkarlanan bu maddə Çətənə (Cannabis) bitkisindən alınan Marixiuana, Həşiş qətranı adı ilə tanınan narkotik vasitlərin tərkibində əsas narkotik effekt yaradan maddədir. İş materiallarında olan N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifəsini müvəqqəti icra edən Şəmşir Sahratov tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli raportda qeyd olunmuşdur ki, kapitan Rəcəbov X7 Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.N0N4-cü il tarixli 4685/K nömrəli aktında məhkəmə-kimyəvi tədqiqat nəticəsinə görə istifadəsi qadağan olan psixotrop və narkotik effekt yaradan maddələrdən istifadə etdiyi aşkar olunduğu üçün "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaığı barəsində yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İş materiallarında olan xx.xx.N0N4-cü il tarixli birinci söhbət vərəqəsindən (surətindən) müəyyən olunur ki, söhbət zamanı Kapitan İddiaçı birinci söhbət zamanı onun haqqında deyilən məlumatların doğruluğu barəsində araşdırma aparılmasını, Azərbaycan Ordusunda qalıb xidmət etmək arzusunu nəzərə almağı xahiş etmişdir. Mənzillə təmin olunmamışdır, növbəti məzuniyyətdən 30 gün istifadə etmişdir. Azərbaycan Ordusunda qalıb xidmət etmək arzusunu nəzərə alaraq, yuxarı komandanlıq arasında vəsatət qaldırılmasınsı xahiş etmişdir. İş materiallarında olan xx.xx.N0N4-cü il tarixdə aparılmış ikinci söhbət zamanı İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamağı üçün köməklik göstərilməsini və Respublika Narkoloji şöbəsində verdiyi analizi nəzərə almağı xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 1944 №-li, xx.xx.N0N4-cü il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.N011-ci ildə hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0N4-cü il tarixli 18N nömrəli göndərişi ilə 11 mart N0N4-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezi: Ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. Diaqnoz və xəsarətin (travmanın, yaralnamnın kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Qaraciyərin hemangioması (14 mm). Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Psixi sağlam: Anamnezində kannabinoid (marixuana) epizodik qəbulu. Xəstəliklər cədvəlinin — maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən "Hərbi xidmətə yararlıdır”. İş materiallarında olan N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli təqdimatında (surətində) qeyd olunmuşdur ki, xx.xx.N011-ci il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.N0NN-ci il tarixdə QQK-nin 043r əmri ilə hərbi rütbə verilmişdir. Təqdimatın əsaslandırılması - "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Kapitan İddiaçı xx.xx.N0NN-ci il tarixdən N nömrəli hərbi hissənin rabitə bölməsinin (Q6) rəsisi vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və bacarıqlı bir zabit kimi göstərməyə çalışsada buna nail ola bilməmişdir. Xidməti işinə münsaibəti və məsuliyyəti qənaətbəxş deyil. Nizamnamə qaydalarını zəif bilir və gündəlik iş fəaliyyətini onun tələblərinə uyğun qurmaqda çətinlik çəkir. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlıvaxtında yerinə yetirməyə səy göstərir. Bir zabit kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Kapitan Rəcəbov X7 Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 08 yanvar N0N4-cü il tarixli 4685/K nömrəli aktında məhkəmə-kimyəvi tədqiqat nəticəsinə görə istifadəsi qadağan olan narkotik effekt yaradan maddədən istifadə etdiyi aşkar olunmuşdur. Ehtiyata buraxıldıqdan sonra qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndəriləcək. Qeyd olunanlara əsasən kapitan İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilir. Nəticə: Tutduğu vəzifəyə uyğun deyil. Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılır. Təqdimat - N1N nömrəli hərbi hissə komandiri, N01 nömrəli hərbi hissə komandiri, N nömrəli hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən tərəfindən imzalanmışıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 may N0N4cü il tarixli 0439 №-li əmrindən çıxarışdan müəyyən olunur ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin Rabitə bölməsinin rəisi kapitan İddiaçı Həqiqi Hərbi Xidmətdən ehtiyata buraxılmışdır. Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon Şöbəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə də məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan İddiaçı xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N4-cü il tarixədək qan və sidik nümunələri götürülmüş və müayinə olunmuşdur. Müayinənin nəticəsi olaraq götürülmüş sidik nümunəsinin tərkibində 9-Tetra-hidro kannabinol adlı maddə aşkar olunmuşdur. Aşkarlanan bu maddə Çətənə (Cannabis) bitkisindən alınan Marixiuana, Həşiş qətranı adı ilə tanınan narkotik vasitlərin tərkibində əsas narkotik effekt yaradan maddədir. İddiaçı 1 ay 13 gündən sonra yəni xx.xx.N0N4-cü il tarixdə təkrar müayinə olunmuş və müayinənin nəticəsində iddiaçıdan götürülmüş analizin tərkibində AMP(-) mənfi, THC(-) mənfi, BZO (-) mənfi, BAR(- ) mənfi, İML(-) mənfi, COC (-) mənfi, OPİ(-) mənfi olduğu, halhazırda narkoloji xəstəlik əlamətləri aşkar edilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı ikinci dəfə ekspertiza olunarkən ekspertə N0N3-cü ilin sentyabr ayında marixuana (kannobinoid) istifadə etdiyini, bundan başqa digər narkotik maddələrdən istifadə etmədiyini bildirmiş və bu barədə qeydlər xx.xx.N0N4-cü il tarixli 603 nömrəli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə” aktda öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ona verilən suallara cavab olaraq izahatında xx.xx.N0N4-cü il tarixdə keçirilən ekspertiza zamanı N0N3-cü ilin sentyabr ayında marixuana (kannobinoid) istifadə etməsi barədə izahat verdiyini təsdiq etmişdir. Məhz yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.N0N4cü il tarixdə İddiaçı barəsində tərtib olunmuş təqdimatda zabit kimi xidmətə yararsız olduğu nəzərə alınaraq hərbi xidmətdən uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədə uyğun hesab edilərək Müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanun 1.0.1-ci bəndinə əsasən narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur; Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; Həmin Qanunun 10.1-ci bəndinə əsasən tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. Həmin Qanunun 10.N-ci bəndinə əsasən tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.3-cü bəndinə əsasən şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. Həmin Qanunun 10.5-ci bəndinə əsasən narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. Həmin Qanunun N4.1-ci əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır. Həmin Qanunun N4.N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi haqqında qeydlər olmalıdır. Həmin Qanunun N4.3-cü bəndinə əsasən Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun N4.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral N003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin N001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə qəbul edilmişdir. Həmin Qaydanın 1-ci bəndinə əsasənb əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Həmin Qaydanın N-ci bəndinə göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Həmin Qaydanın 3-cü bəndinə əsasən göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Həmin Qaydanın 5-ci bəndinə əsasən Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Həmin Qaydanın 6-cı bəndinə əsasən Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olubolmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 37N-ci maddəsinə əsasən Hərbi qulluqçuların fiziki inkişafını və sağlamlığının vəziyyətini müəyyənləşdirmək məqsədilə ildə iki dəfə qış və yay tədris dövrü ərəfəsində tibbi müayinə keçirilir. Bu, alay (briqada) tibb xidməti rəisi tərəfindən təşkil edilir. Zabitlərin və gizirlərin tibbi müayinəsinə hərbi müalicə müəssisələrindən mütəxəssis həkimlər cəlb edilirlər. Həmin Nizamnamənin 37N-1-ci maddəsinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər. Həmin Nizamnamənin 373-cü maddəsinə əsasən tibbi yoxlamalar hərbi qulluqçuların sağlamlığının vəziyyətinə nəzarət etmək üçün aparılır. Tibbi yoxlamaya cəlb olunurlar: alayın (briqadanın) bütün şəxsi heyəti — qoruyucu peyvəndlər edilməzdən qabaq; işləri zərərli amillərin mümkün təsiri ilə əlaqədar olan hərbi qulluqçular — onlar üçün müəyyən vaxtlarda; yeməkxanalarda, ərzaq anbarlarında, su təchizatı obyektlərində, hamamlarda, camaşırxanalarda daimi işləyən şəxslər və sanitarlar — həftədə bir dəfə; yeməkxanalarda işləmək üçün təyin edilmiş əsgərlər — naryada getməzdən qabaq tibb məntəqəsinin növbətçi feldşeri (sanitar təlimatçısı) tərəfindən; alaya (briqadaya) yeni gələn çavuşlar və əsgərlər, həmçinin ezamiyyətdən, məzuniyyətdən və tibb müəssisələrindən sağalıb qayıdanlar — alaya (briqadaya) gələn gün, bölmələrə göndərilməzdən qabaq. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamənin N-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Həmin Əsasnamənin 156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmamış və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etməmişdir. Belə ki, hazırda iddiaçı əmri və onun yaratdığı hüquqi nəticələri mübahisələndirir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmətdə olduğu müddətdə zabit kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbiçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. İddiaçı onun hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbinin ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitənin aşkarlanmasının olduğu, lakin təkrar keçirilmiş ekspertiza üzrə bu halın təsdiqlənmədiyi və bununla da onun ehtiyata buraxılması üçün əsas olmadığı nəticəsinə gəlmişdir. Lakin, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçıdan xidmət etdiyi dövrdə yəni, xx.xx.N0N3-xx.xx.N0N4-cü il tarixlərdə götürülmüş qan və sidik nümunələrində, narkotik vasitə aşkarlanmış, təkrar ekspertiza isə xx.xx.N0N4-cü ildə, yəni ilkin tədqiqatdan 1 ay 13 gün vaxt keçdikdən sonra keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qərarında birinci müayinə ilə təkrar müayinə arasında uzun müddət keçməsini bildirmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iş materiallarında olan xx.xx.N0N4-cü il tarixli 603 nömrəli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə” aktından və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, təkrar ekspertiza zamanı iddiaçı N0N3-cü ilin sentyabr ayında marixuana (kannobinoid) istifadə etdiyini, bundan başqa digər narkotik maddələrdən istifadə etmədiyini bildirmiş və bu barədə qeydlər xx.xx.N0N4-cü il tarixli 603 nömrəli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə” aktda öz əksini tapmışdır. Yəni, məhkəmə iclasında iştirak edən iddiaçı ona verilən suallara cavab olaraq izahatında xx.xx.N0N4-cü il tarixdə keçirilən ekspertiza zamanı N0N3-cü ilin sentyabr ayında marixuana (kannobinoid) istifadə etməsi barədə izahat verdiyini təsdiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrdir. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Danılmaz faktdır ki, narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Belə ki, narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar Abstinent sindromuna gətirib çıxarır. Narkotiklərə alışmış orqanizmin Abstinent sindromu zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmək xatirinə istənilən xoşagəlməz, neqativ hərəkətlərə yol verilə bilər. Hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alanda ki, iddiaçı rütbəsinə (kapitan) və tutmuş olduğu vəzifəsinə (hərbi hissənin Rabitə bölməsinin rəisi)) görə müəyyən kateqoriya hərbi qulluqçulara münasibətdə rəis hesab olunur, bütün komandirlər (rəis) isə hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borcludurlar. Bütün yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verməsi olmuşdur və bu fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İddiaçı ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır, heç bir hüquqi əsası yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin N5 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-3964/N0N4 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar