Məhkəmə qərarları › İş №2-1(106)-253/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-253/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-253/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və X5 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-1210/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 qarşı “onun hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-2033/2021 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 10 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-606/2022 nömrəli qərardadı ilə iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 10 saylı regional ərazi filialı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 ilə əvəz edilmiş, iddia “onun hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-606/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arxiv arayışında göstərilən “Muğan” və “Azərbaycan” adına kolxozlarda işlədiyi 1972-1974, 1977-1996-cı illərə dair iş stajı, eləcə də “Muğan” adına kolxozda işlədiyi 1976-cı ilə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)- 168/2022 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-606/2022 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Sonradan, Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli protokolu ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. O, 1972- ci ildə əmək fəaliyyətinə başlamışdır. 26 noyabr 1974-cü il tarixdən 26 noyabr 1976-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. O, 1972- 1974, 1976-1984-cü illərdə İmişli rayonunun “Muğan” kolxozunda, 1985-1996-cı illərdə İmişli rayonunun “Azərbaycan” kolxozunda işləmişdir. 27 yanvar 2020-ci il tarixdən 08 may 2020-ci il tarixədək və 20 iyul 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixədək "xxxx" MMC-də gözətçi işləmiş və bu illər əmək kitabçasında qeyd edilmişdir. Amma kolxozda işlədiyi illər əmək kitabçasında öz əksini tapmamışdır. Lakin, İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 94 saylı arxiv arayışında onun 1972-1974, 1976- 1984-cü illərdə İmişli rayonunun “Muğan” kolxozunda, 1985-1996-cı illərdə İmişli rayonunun “Azərbaycan” kolxozunda işləməyi öz əksini tapmışdır. O, cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda əmək kitabçası təqdim etmədiyi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqana arxiv arayışını da təqdim etsə də, cavabdeh orqan onun “Muğan” və “Azərbaycan” kolxozlarında işlədiyi illəri sığorta stajı kimi nəzərə almamışdır. Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-1210/2023 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, arxiv sənədlərindəki pozuntular yalnız iddiaçıda deyil kolxozda işləyən digər ümumi işçilərində sənədlərində müşahidə edilmişdir. Belə ki, qeyd edilən hal iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bildirir ki, iddiaçının kolxozda uzun müddət işlədiyi müəyyən edilir. Qeyd edilən dövrlərdən bir qisminin qəbul edilməsi, digər qisminin isə pozuntular var deyə qəbul edilməməsi ağlabatan hal deyil. Məhkəmə qeyd edir ki, müvafiq pozuntular iddiaçının işləmədiyi və səhvi nəticəsində yarandığı anlamına gəlməməlidir. Yəni başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Məhkəmə bildirir ki, arxivdən təqdim edilən sənədlərin əsillərinə baxış keçirilən zaman qeyd edilən hallar arxiv arayışında aşkar edilməmiş, arayış tərtib edildiyi zaman qanunvericiliyin qeyd edilən normaları pozulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv arayışında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Lakin məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq aşağıdakıları bildiririk: “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində aevdə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sıöorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan yermədikdə isə azı 25 il sıöorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-cı maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-cı il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır 1) fərdi hesabın sıöorta hissəsində aevdə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sıöorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta staiı olduqda. Fondun Mil-Muäan regional filialı tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş Qarşılıqlı yoxlama nəticəsində asaöıdakı məqamlar müəyyən olunmuşdur: s İddiaçının “M ud an" kolxozunda işlədiyini iddia etdiyi dövrlər üzrə: 1972. 1973, 1974, 1976-cı illərin son hesablaşma kitablarında A A.Sevidovun adında pozuntular. 1978, 1980. 1982-ci illər üzrə adam günlərində düzəlişlər. 1979. 1983cü illər üzrə isə A.Sevidovun adı fərqli qələm və xətlə sonradan yazıldığı. İddiaçının “Azərbaycan" kolxozunda işlədiyini iddia etdiyi dövrlər üzrə: 1988. 1989-cu illərdə adam günü normalarında pozuntu, 1987. 1988. 1989 1990, 1992, 1994. 1995-ci illərin adam günü normalarının qeydiyyatı karandaşla aparılması. Əksər və ardıcıl gələn illərdə pozuntuların və qaralamaların olması iddiaçının müvafiq illərdə işləməsi faktını sübhə altına salır Məhkəmənin “qanunvericiliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudludunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür" fikrinə münasibətdə bildirməyi zəruri hesab edirik ki, cavabdeh orqan tərəfindən keçirilmiş qarşılıqlı yoxlama nəticəsində yuxarıda qeyd edilən uväunsuzluqlar müəyyən edilmişdir. Belə ki inzibati orqan tərəfindən lazimi tədbirlər həyata keçirilmiş, nəticədə iddiaçıya məxsus arxiv arayışının əsassızlığı sübuta yetirilmişdir. Məhkəmə bu halları araşdırmamışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-1210/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək tələbinə “pensiya təyin olunmasından imtina barədə Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə vəsatətə etirazının olmadığını bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. Arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə İmişli rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arxiv arayışı və qarşılıqlı yoxlama aktı əsasında müəyyən olunur ki, iddiaçı 1972-1974, 1976-1984-cü illərdə İmişli rayonunun Muğan kolxozunda və 1985-1996-cı illərdə İmişli rayonunun Azərbaycan kolxozunda işləmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2020-ci il tarixli, ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixli, 38/k nömrəli əmrlə "xxxx" MMC-yə təsərrüfat və texniki təminat şöbəsinə gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli, 173/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən azad olunmuş, xx.xx.2020-ci il tarixli, 331/k nömrəli əmrlə "xxxx" MMC-yə təsərrüfat və texniki təminat şöbəsinə gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli, 386/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən azad olunmuşdur. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1972-1974, 1976-1984-cü illərdə İmişli rayonunun Muğan kolxozunda və 1985-1996-cı illərdə İmişli rayonunun Azərbaycan kolxozunda işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1354 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 10 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X3 və İmişli rayon Dövlət Arxivinin müdiri X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı İmişli rayon “Muğan” və “Azərbaycan” kolxozunda 1972-1974, 1976-1984-cü və 1985-1996-ci illərdə işləməsinin sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılaraq müəyyən edilmişdir ki, vətəndaş İddiaçı İmişli rayon “Muğan” kolxozunun son hesablaşma kitabında 1972, 1973, 1974 və 1976-cı illər üzrə pozuntular müşahidə olunmuş, həmin kolxozun adam günlərində 1978-ci illər üzrə qaralama, 1982-ci il üzrə pozuntu müşahidə olunmuş, 1977, 1979- 1981, 1983-1984-cü il üzrə adam günləri İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışında göstərilən kimidir. Vətəndaşın “Azərbaycan” kolxozunda işlədiyi 1988, 1989-cu illərdə adam günlərində pozuntu müşahidə olunur. 1987,1988, 1989, 1990, 1992, 1994 və 1995-ci illərin adam günü normalarının qeydiyyatı karandaş qələm ilə aparılmış, 1985, 1986, 1991, 1993 və 1996-cı illərdəki adam günü normaları İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışında göstərilən normalarla uyğunluq təşkil edir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 baş mütəxəssisləri X7, X8 və İmişli rayon Dövlət Arxivinin müdiri X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı 1972-1974-cü və 1976-1996-cı illərdə “Muğan” və “Azərbaycan” adına kolxozda işlədiyi sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılaraq müəyyən edilmişdir ki, vətəndaş İddiaçı İmişli rayon “Muğan” kolxozunun son hesablaşma kitabında 1972, 1973, 1974 və 1976-cı illər üzrə pozuntular və düzəlişlərə rast gəlinmiş, 1978, 1980 və 1982-ci illərdə adam günlərində düzəlişlər müəyyən olunmuş, 1979 və 1983-cü illərdə vətəndaşın adı fərqli qələm və xəttlə sonradan yazıldığı müəyyən olunmuşdur. 1977, 1981, 1984-cü illər üzrə adam günləri İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışında göstərilən kimidir. Vətəndaşın “Azərbaycan” kolxozunda işlədiyi 1987, 1988, 1989, 1990, 1992, 1994 və 1995-ci illərdə adam günləri karandaşla qeyd olunmuşdur. 1988 və 1989-cu illərdə adam günləri normasında pozuntular müəyyən olunmuşdur. 1985, 1986, 1991, 1993 və 1996-cı illərdəki adam günləri İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışında göstərilənlərlə uyğundur. Yoxlama kolxozların İmişli rayon Dövlət Arxivində saxlanılan son hesablaşma kitablarına əsasən aparılmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 şəxsinin 10 saylı Regional ərazi filialının əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 171 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyası təyin olunması üçün iş stajını təqdim etmədiyi üçün ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 şəxsinin 10 saylı Regional ərazi filialının əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 197 nömrəli qərarından görünür ki, sosial sığorta stajının yoxlanılması mümkün olmadığı üçün İddiaçı əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin arayışına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmət dövrü olmaqla onun ümumi 2 il mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır.“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarının 4.1.1 -ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, eyni zamanda sözügedən Qərarın 4.1.1.5-ci maddəsinə əsasən kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 94 nömrəli kolxoz arayışında qeyd olunan bütün illər üzrə əmək fəaliyyəti dövrləri mübahisələndirilən olduğundan, bu dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən sözügedən şəxsin fərdi hesabının sığorta hissəsində 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamış, 2020-ci il tarixində yanvar, fevral, mart, aprel, may, iyul ayları üzrə ümumilikdə 322.54 manat pensiya kapitalı qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 201345/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin arayışına əsasən 26.11,1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmət dövrü olmaqla onun ümumi 2 il mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarının 4.1.1 -ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, eyni zamanda sözügedən Qərarın 4.1.1,5-ci maddəsinə əsasən kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 94 nömrəli kolxoz arayışında qeyd olunan bütün illər üzrə əmək fəaliyyəti dövrləri mübahisələndirilən olduğundan, bu dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən sözügedən şəxsin fərdi hesabının sığorta hissəsində 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamış, 2020-ci il tarixində yanvar, fevral, mart, aprel, may, iyul ayları üzrə ümumilikdə 322.54 manat pensiya kapitalı qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-137210/2024 nömrəli məktubunda qeyd olunur ki, Fondun X6 xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən İddiaçı 1977, 1981, 1984-cü illərdə “Muğan” kolxozunda, 1985, 1986, 1991, 1993, 1996-cı illər “Azərbaycan” kolxozunda tam əmək günü normasını yerinə yetirməklə işlədiyi dövrlər İmişli rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli 94 №-li arayışında göstərilənlərə uyğundur. Beləliklə, qeyd edilən illər üzrə adıçəkilən şəxsin “Muğan” və “Azərbaycan” kolxozunda ümumilikdə 8 il mübahisələndirilməyən sığorta stajı mövcuddur. Fondun X6 xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən İddiaçı “Muğan” kolxozunda işlədiyi 1972-ci il, 1973-cü il, xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək (hərbi xidmətə yollandığı tarixədək), xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək olan dövr, 1978-ci il, 1979-cu il, 1980-ci il, 1982-ci il, 1983-cü il üzrə və “Azərbaycan” kolxozunda işlədiyi 1987ci il, 1988-ci il, 1989-cu il, 1990- cı il, 1992-ci il, 1994-cü il və 1995-ci il üzrə son hesablaşma kitablarında pozuntu və düzəlişlər aşkar edilmişdir. Beləliklə, adıçəkilən şəxsin mübahisələndirilən sığorta stajı ümumilikdə 14 il 11 ay 28 gün təşkil edir. İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 94 №-li arayışına əsasən İddiaçı 1972-1996-cı illərdə “Muğan” və “Azərbaycan” kolxozunda işlədiyi dövr üzrə minimum əmək norması nəzərə alınmaqla ümumilikdə 22 il 11 ay 28 gün sığorta stajı vardır. Belə ki, adıçəkilən şəxs 1972-1974-cü illərdə minimum əmək normasını tam yerinə yetirərək 2 il 11 ay (1974cü il üzrə kolxozdakı əmək fəaliyyətinin 1 ayı hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşdüyündən hərbi xidmət dövrü kimi nəzərə alınmışdır), 1977- 1996-cı illərdə 20 il, 1976cı il üzrə isə minimum əmək normasından cəmi 31 gün yerinə yetirdiyi üçün 1 ay (31:260 (İmişli rayonu üzrə kişilər üçün minimum əmək norması) = 0,12) olmaqla ümumilikdə 22 il 11 ay 28 gün kolxozda işləmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, xx.xx.1974-cü il tarixindən 26.11 1976-cı il tarixinədək 2 il hərbi xidmət dövrü, X6 xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən 1977, 1981, 1984-cü illərdə “Muğan” kolxozunda, 1985, 1986, 1991, 1993, 1996-cı illər “Azərbaycan” kolxozunda tam əmək günü normasını yerinə yetirməklə işlədiyi dövrlər ümumilikdə 8 il və X1 sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsıstemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində 2020-cı il tarixində yanvar, fevral, mart, aprel, may, iyul ayları üzrə qeydə alınmış pensiya kapitalı 6 ay olmaqla İddiaçı ümumi 10 il 6 ay mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Şəxsin mübahisələndirilən iş stajı ümumilikdə 14 il 11 ay 28 gün təşkil edir. MEİS-in “Pensiya” altisistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə İmişli rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arxiv arayışı və qarşılıqlı yoxlama aktı əsasında müəyyən olunur ki, iddiaçı 1972-1974, 1976-1984-cü illərdə İmişli rayonunun Muğan kolxozunda və 1985-1996-cı illərdə İmişli rayonunun Azərbaycan kolxozunda işləmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1986-1996-cı illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-137210/2024 nömrəli məktubunda qeyd olunur ki, İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 94 №-li arayışına əsasən İddiaçı 1972-1996-cı illərdə “Muğan” və “Azərbaycan” kolxozunda işlədiyi dövr üzrə minimum əmək norması nəzərə alınmaqla ümumilikdə 22 il 11 ay 28 gün sığorta stajı vardır. Belə ki, adıçəkilən şəxs 1972-1974-cü illərdə minimum əmək normasını tam yerinə yetirərək 2 il 11 ay (1974-cü il üzrə kolxozdakı əmək fəaliyyətinin 1 ayı hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşdüyündən hərbi xidmət dövrü kimi nəzərə alınmışdır), 1977- 1996-cı illərdə 20 il, 1976-cı il üzrə isə minimum əmək normasından cəmi 31 gün yerinə yetirdiyi üçün 1 ay (31:260 (İmişli rayonu üzrə kişilər üçün minimum əmək norması) = 0,12) olmaqla ümumilikdə 22 il 11 ay 28 gün kolxozda işləmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmət dövrü, X6 xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən 1977, 1981, 1984-cü illərdə “Muğan” kolxozunda, 1985, 1986, 1991, 1993, 1996-cı illər “Azərbaycan” kolxozunda tam əmək günü normasını yerinə yetirməklə işlədiyi dövrlər ümumilikdə 8 il və X1 sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsıstemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində 2020-cı il tarixində yanvar, fevral, mart, aprel, may, iyul ayları üzrə qeydə alınmış pensiya kapitalı 6 ay dövrü ümüumilikdə 10 il 06 ay mübahisələndirilməmişdir. Həmin dövrlərin cavabdeh tərəfindən mübahisəsiz sığorta stajı kimi qəbul edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının mübahisələndirilən dövrü “Muğan” kolxozunda işlədiyi 1972-ci il, 1973-cü il, xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, 1978-ci il, 1979-cu il, 1980-ci il, 1982-ci il, 1983-cü il və “Azərbaycan” kolxozunda işlədiyi 1987- ci il, 1988-ci il, 1989-cu il, 1990-cı il, 1992-ci il, 1994-cü il və 1995-ci il tarixləri əhatə edən ümumilikdə 14 il 11 ay 28 günü əhatə edən dövrüdür. Həmin dövrləri cavabdeh mübahisəli sığorta stajı kimi qəbul edir. Cavabdeh inzibati orqan tərəfindən qeyd edilən edilən dövrləri mübahisələndirmək üçün əsas səbəb xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı olmuşdur ki, həmin akta əsasən son hesablaşma kitablarında pozuntu və düzəlişlər aşkar edildiyi müəyyən edilmişdir. Qeyd edilən dövrlə bağlı birinci instansiya məhkəməsi tərəfindən arxiv sənədlərinin əsillərinə arxiv müdirinin, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş və qanun pozuntuları aşkar edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində arxiv sənədlərinin əslinə baxış keçirilən zaman 1972-ci il üzrə iddiaçının adının son hərfinin sənədlərin köhnə olması səbəbilə silindiyi, 1973-cü il üzrə adın son hərfinin silinsə də qeyd edilən bərpanın möhürlə təsdiq edildiyi, eləcə də 288 adam günü normasının qeyd edildiyi, 1974-cü il üzrə iddiaçının adında hərf səhvlərinə düzəliş edildiyi və qeyd edilən düzəliş imza və möhürlə təsdiq edildiyi, 1976-cı il üzrə pozuntunun aşkar olunmadığı və 31 adam günü normasının qeyd edildiyi, 1978-ci, 1979-cu, 1980-cı və 1982-ci il illər üzrə pozuntuların olmadığı, 1983-cü il üzrə iddiaçının adının qara, iş normasının isə mavi qələmlə yazıldığı, eləcə də digər işçilərdə də eyni halın müşahidə edildiyi, 1987-ci il, 1988-ci il, 1989-cu il, 1990-cı il, 1992ci il və 1994-cü illər üzrə pozuntların olmadığı, yalnız iddiaçıda deyil, bütün kolxozda işləyən işçilərin adam günü normalarının qara qələmlə yazıldığı, 1995-ci il üzrə isə son hesablaşma kitabının bir çox vərəqlərində korlanmaların, cırıqların olduğu və qarşısını almaq məqsədilə bərpa işləri görüldüyü, lakin pozuntunun olmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən hallar yalnız iddiaçıda deyil, kolxozda işləyən digər ümumi işçilərində sənədlərində müşahidə edilmişdir. Eyni zamanda Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı da arxiv müdiri X10 şahid qismində dindirilmiş və onun, o cümlədən cavabdehin nümayəndəsinin, iddiaçının iştirakı ilə arxivdə saxlanılan sənədlərin əsillərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar öz təsdiqini tapmışdır. Əlavə olaraq müəyyən edilmişdir ki, apellyasiya şikayətinin dəlillərindən fərqli olaraq 1973, 1974, 1988, 1989-cü illərdə ümumiyyətlə pozuntu olmamış, 1976-cı ildə vərəqin bərpası üçün skoçun vurulduğuna gğrə tündləşmə olmuş, 1980, 1982-ci illərdə adam günündə pozuntu olmamış, 1983-cü ilə aid arxiv kitabının 1370-1391 sıra nömrələrindəki kolxozçular eyni qələmə və eyni xətlə yazılmış, 1979-cu ildə İddiaçı kimi 4 nəfər də eyni formada qeyd olunmuş, 1987, 1988, 1989, 1990, 1992, 1994, 1995-ci illərdə karandaşla qeydlər aparılmış və bu kimi hallar çox olmuşdur. Şahid ifadəsində görstərmişdir ki, həmin sənədlərə arxivin əməkdaşları tərəfindən müdaxilə edilməmiş, həmin sənədlər yararsız hala düşməsin deyə onun salamatlığının qorunması üçün bəzi hissələri skoçlanmışdır və bu onların vəzifəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, arayışda göstərilən dövrlərdə “Muğan” və “Azərbaycan” kolxozunda sıravi kolxozçu kimi işləmiş və işlədiyi dövrlərdə adam günü normasını arayışda göstərilən həcmdə yerinə yetirmiş və həmin normaya uyğun ona əmək haqqı verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasına səbəb olmuş qeyd edilən hallar iddiaçının təqsiri səbəbilə olmamış və onun məsuliyyət sferasına daxil deyildir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının kolxozda uzun müddət işlədiyi müəyyən edilir. Qeyd edilən dövrlərdən bir qisminin qəbul edilməsi, digər qisminin isə pozuntular var deyə qəbul edilməməsi ağlabatan hal deyil. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Həmçinin bunu məhkəmə kollegiyası iddiaçının ziyanına şərh etmir. Belə olan halda iddiaçının “Muğan” kolxozunda işlədiyi 1972-ci il, 1973-cü il, xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, 1978-ci il, 1979-cu il, 1980-ci il, 1982-ci il, 1983-cü il və “Azərbaycan” kolxozunda işlədiyi 1987-ci il, 1988-ci il, 1989-cu il, 1990-cı il, 1992-ci il, 1994-cü ıl və 1995-ci illər üzrə stajı – cəmi: 14 il 11 ay 28 gün kimi müəyyən edilir. Məhkəmə kollegiyası vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə kollegiyası AR İPM-nin 13-cü maddəsini rəhbər tutub, tələbin dəqiləşdirlməsi ilə bağlı iddiaçıya yardım etmiş və iddiaçı məhkəmənin yardımını nəzərə alıb, tələbini dəqiqləşdirərək “pensiya təyin olunmasından imtina barədə Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsinin icraata qəbul etmişdir. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin “xx.xx.2021-ci il tarixli qərarı və xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(120)-1210/2023 saylı qərarı dəyişdirilsin. Cavabdehin “xx.xx.2021-ci il tarixli qərarı və xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin və İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar