Məhkəmə qərarları › İş №2-1(106)-254/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-254/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-254/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(120)-1133/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2 işlədiyi illəri iş stajı kimi müəyyən edərək ona yaşagörə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. İddiaçı oglu xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 02 il müddətində keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyəti xx.xx.1978-ci il tarixdən Füzuli qoyunçuluq birliyində sürücü kimi başlamış və həmin birlikdə xx.xx.1980-cı ilədək işləmiş və öz ərizəsi ilə işdən azad olunnuışdur. xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2 sürücü işləmişdir. Həmin Avtobaza elə həmin illərdə ləgv olunmuşdur. Azərittifaqın Horadiz bazası 1993-cü ilinavqust ayınadək Füzuli rayonunda fəaliyyət göstərib, avtobaza 1993-cü ilin avqust ayından İmişli rayonuna köçüb və 2006-cı ilədək orada fəaliyyət göstərib. 2007-ci ildən 10il Beyləqan-Bakı marşurutu üzrə taksi sürücüsü kimi fəaliyyət göstərib və aylıq 18 manat vergi ödəmişdir. Bu barədə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin fərqininə nişanıvə vergi ödəyicisi kimi şəhadətnamə verilmişdir. Onun 65 yaşı tamam olduqdan sonra 25 ildən də artıq əmək stajı olduğu üçün yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1saylı Bakı “DOST” mərkəzinə müraciət etmiş və müraciətə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılaraq xx.xx.2022-ci il tarixli, **********5 nömrəli cavab məktubu ilə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubunda təqdim etdiyi əmək kitabçası üzrə sığorta stajının hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 10 il təşkil etdiyi bildirilmişdir. Halbuki, əmək kitabçası üzrə əmək stajı hərbi xidmət illəri də daxil olmaqla ümumilikdə 29 ildən çox təşkil edir. İmtina məktubunda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabda pensiya kapitalının qeydə alınmadığı bildirirlir. 2007-ci ildən 10 il Beyləqan-Bakı marşurutu üzrə taksi sürücüsü kimi fəaliyyət göstərib və aylıq 18 manat vergi ödəmişdir. Bu barədə ona Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin fərqininə nişanı və vergi ödəyicisi kimi ona şəhadətnamə verilmişdir. İmtina məktubunda əsas olaraq qeyd edilir ki, əmək kitabçasındaqeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək Horadiz Avtobazasında əmək fəaliyyəti illəri şübhə doğurduğundan araşdırılmış və həmin illər üzrə avtobazanın əmr kitabları, əmək haqqı cədvəlləri X10 rayon filialına təhvil verilmədiyindən həmin illər üzrə əmək haqqı alıbalmmamasını müəyyən etmək mümkün olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Bu imtina məktubunu qanunsuz sayır və ona görə ki, 1980-cı ildən həmin avtobazada işəqəbul olunub və 2006-cı ilədək avtobaza ləgv olunanadək orada sürücü işləmişdir. Cavabdeh əgər 1980-cı ildən xx.xx.1992-ci ilə qədər olan dövr üzrə iddiaçının Horadiz Avtobazasında işlədiyi dövrləri əmək stajı kimi nəzərə alırsa, həmin dövrlər üzrə əmək haqqı alması, sığorta ödənişi etməsi nəzərə almırsa elə xx.xx.1992-ci ildən 2006-cı ilədək olan dövrləri də bu əsasla nəzərə almalıdır ona görə ki, sənədlərin hansısa səbəbdən, kiminsə səhlənkarlığı səbəbindən arxivə təhvil verilməməsi, həmin sənədlərin aşkara çıxmamasında vətəndaş günahkar deyil, təqsirli deyil və bu səbəblər üçün heç bir məsuliyyət daşımamalıdır. Əgər əvvəlki avtobazada işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınırsa, ondan sonrakı şübhəli məqamlar sığorta stajının ödənilib-ödənilməməsi vətəndaşın xeyrinə nəzərə alınmalıdır. Çünki, vətəndaşın xx.xx.1980-cı ildən xx.xx.1992-ci ilədək avtobazada işlədiyi, əmək haqqı aldığı və sığorta ödənişi olunduğu nəzərə alınırsa, ondan sonrakı illər də heç bir şübhəli məqamlar olmadan, süründürməçilik edilmədən nəzərə alınmalıdır. Hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində anadan olmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il müddətində keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1978-ci il tarixdən Füzuli qoyunçuluq birliyində işləmiş və xx.xx.1980-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Daha sonra xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçı Azərittifaqın Floradiz avtobazasında sürücü işləmişdir. Həmin avtobaza 1993-cü ilin avqust ayınadək Füzuli rayonunda fəaliyyət göstərmiş, 1993-cü ilin avqust ayından 2006-cı il tarixədək imişli rayonuna köçüb, orada fəaliyyət göstərmiş və avtobaza həmin ildə də ləğv edilmişdir. İddiaçı iddia edir ki, onun, ümumilikdə, 25 ildən də artıq stajı var və buna uyğun olaraq iddiaçı qeyd edir ki, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 1 saylı Bakı “DOST” mərkəzinə müraciət etmişdir. Müraciətə DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılaraq xx.xx.2022-ci il tarixli, **********5 nömrəli cavab məktubu ilə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtina cavabını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiyatəminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Belə ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi X3 arxiv sənədləri X10 filialına təhvil verilmədiyindən, ona həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmamışdır. İddiaçının təqdim etdiyi ******* saylı əmək kitabçasının və hərbi biletin surətlərindən məlum olur ki, onun sosial sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977- ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 16 il təşkil edir. Qeyd etməyi zəruri hesab edirik ki, Qanunun 22-1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2006-ciil tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isəazı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyinedilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Sözügedən Qanunun 22-1.5-cimaddəsinə əsasən 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. ‘Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İşin hallarından göründüyü kimi, şəxsə xx.xx.2022-ci il tarixdən xx.xx.2025ci il tarixədək (vergi uçotu dondurulmuş olduğundan) 180 manat məbləğində yasa görə müavinət təyin edilmişdir. Əlavə olaraq, iddiaçıya yasa görə əmək pensiyasının təyin edilməsi üçün nə tələb olunan sosial sığorta stajı, nə də işlədiyini iddia etdiyi X3 arxiv sənədləri X10 filialına təhvil verilmişdir. İmtina məktubunda da qeyd edildiyi kimi iddiaçının sosial sığorta stajı isə 25 ildən azdır. İddiaçı “xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2 işlədiyi illəri iş stajı kimimüəyyən edərək ona yaşa görə pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(120)-1133/2023 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X3 sənədlərinin arxivdə mövcud olmaması iddiaçının təqsiri deyil və onun ziyanına şərh edilməməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhəsiz qəbul edərək iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2 işlədiyini iddia etdiyi illəri onun sığorta stajına daxil etmişdir. Lakin məhkəmə onu nəzərə almamışdır ki, nə iddiaçı, nə də Avtobaza haqqında verilən sorğuların heç birinin və qarşılıqlı yoxlamanın cavabı müsbət olmamışdır, iddiaçının həmin müəssisədə işlədiyi və müəssisənin fəaliyyət göstərdiyi haqqında heç bir sübut olmadan qərar qəbul edilmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiası təmin olunmamalıdır.Yuxarıda qeyd olunanlarla bağlı Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2023-ci il tarixli 2-1 (120)-1133/2023 nömrəli qərarında məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi “X3 sorğu cavabları əsasında fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı halnəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əməkkitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006cı il tarixədək X2 işlədiyi illəri onun sığorta stajına daxil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan xx.xx.1975-ci il tarixli, ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, * * * * * * * * * * nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 16 il təşkil edir. Həmçinin bildiririk ki, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş mötəbərliliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünü araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli xidməti məktubuna əsasən əmək kitabçasının surətindəqeyd edilən xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Horadiz Avtobazasının hüquqi ünvanı məlum olmadığından, əmr kitabları və əmək haqqı cədvəlləri X10 filialına təhvil verilmədiyindən, həmin dövr üzrə əmək haqqı alıb- almadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajını qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək (vergi uçotunuzun dondurulmuş olduğundan) 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Ötən dövr üçün hesablanmış ümumiməbləğ növbəti aylarda bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Qaradağ filialına müraciət etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ciil tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə 16 il mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Azərbaycan Respublikası X10 filialının xx.xx.2022-cil il tarixli Arxiv arayışına əsasən İddiaçı 1992-ci ildən 2006-cı ilədək işlədiyi “Horadiz Avtobazasf’nın sənədləri X10 filialına təhvil verilməmişdir. Qeyd olunan səbəbdən 1992-ci il tarixindən 2006-cı il tarixinədək olan dövr mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-53-8/2-11/2023 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2 işlədiyi illəri iş stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatı ilə əlaqədar bildiririk ki, İddiaçı X2 işləməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 72930/2023 nömrəliməktubunda qeyd edilmişdir ki, vətəndaş X6 xx.xx.2003-cü il tarixində əlilliyə görə əmək pensiyası təyin edilərkən hərbi biletin surətinə əsasən xx.xx.1965-ci il tarixindən xx.xx.1966-cı il tarixinədək hərbi xidmət dövrü, şahid ifadələrinə əsasən Füzuli şəhər avtobazasında xx.xx.1966-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. Bildiririk ki, M.Nərimanovun yuxarıda qeyd edilən Füzuli şəhər avtobazasında əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən şahid ifadəsi əsasında nəzərə alınmışdır. İş materiallarında olan “Azərittifaq” X11 məhkəməyə ünvanladığı AAŞ-10/11 nömrəli, 20 may 2024-cü il tarixli məktubundan görünür ki, Azərittifaqın tabeliyində olan Horadiz avtobazasının sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyi üçün İddiaçı həmin təşkilatda işləyib-işləməməsi barədə məlumat aşkar edilməmiş, Azərittifaqın tabeliyində olan Horadiz avtobazası xx.xx.2007-ci il tarixədək fəaliyyət göstərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında işlədiyi bütün idarə və müəssisələrin ona məxsus əmək kitabçasında öz əksini tapdığını, müəssisə və idarələrin möhürü ilə təsdiq edildiyini, həmçinin işlədiyi dövrlərdə əmək haqqı aldığını, işlədiyi illərdə əmək haqqı almadığı dövrlərin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuş, iddiaçı ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrüdə daxil edilməklə, əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri olmuşdur. İddiaçı 65 yaşı tamam olduqdan sonra 25 ildən artıq əmək stajı olduğu üçün yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Hazırda mübahisə iddiaçının işlədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək olan fəaliyyət illəri ilə bağlıdır. Cavabdeh xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək işlədiyi illər ərzində İddiaçı çalışdığı Horadiz Avtobazasının hüquqi ünvanının olmaması, əmr kitabları və əmək haqqı cədvəlləri X10 Filialına təhvil verilməməsi və buna görə də əmək haqqı alıb-almadığını müəyyən edilməsinin mümkün olmaması əsas gətirilərək iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş “Azərittifaq” X11 AAŞ-10/11 nömrəli, 20 may 2024-cü il tarixli məktubundan görünür ki, Azərittifaqın tabeliyində olan Horadiz avtobazasının sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyi üçün İddiaçı həmin təşkilatda işləyibişləməməsi barədə məlumat aşkar edilməmiş, Azərittifaqın tabeliyində olan Horadiz avtobazası xx.xx.2007-ci il tarixədək fəaliyyət göstərmişdir. İş materiallarında olan X10 filialının 06 may 2024-cü il tarixli 2-36/2024 nömrəli məktubunun məzmunundan görünür ki, Horadiz avtobazasının xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək olan ümümi əmək haqqı cədvəlləri X10 filialına tam şəkildə təhvil verilməmişdir və sənədlər natamamdır. Həmin məktuba və ona əlavə olunmuş əmrlərdən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixli 10 nömrəli əmrlə işdən azad olunmuşdur. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı onunla birlikdə işləyən X5 həmin mübahisəli hesab edilən müəssisədə işlədiyini bildirmişdir. Bu istiqamətdə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, vətəndaş X6 xx.xx.2003-cü il tarixində əlilliyə görə əmək pensiyası təyin edilərkən hərbi biletin surətinə əsasən xx.xx.1965-ci il tarixindən xx.xx.1966-cı il tarixinədək hərbi xidmət dövrü, şahid ifadələrinə əsasən Füzuli şəhər avtobazasında xx.xx.1966-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. Bildiririk ki, M.Nərimanovun yuxarıda qeyd edilən Füzuli şəhər avtobazasında əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən şahid ifadəsi əsasında nəzərə alınmışdır. (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-72930/2023 nömrəli məktubu). Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə tam təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bununla belə məhkəmə kollegiyası qanunvericiliyin müddəalarını təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixindən sonra “Horadiz Avtobazası”ndakı əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilərək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasında haqlı olmamışdır. Belə ki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006cı ilin 1 yanvar tarixdən etibarən başlanılmışdır. Fərdi uçot məlumatlarında pensiya kapitalı qeydə alınmadığı halda, əmək kitabçasında göstərilməsindən asılı olmayaq həmin dövrlər sığorta stajına daxil edilə bilməz. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi uçot məlumatlarında iddiaçının yığılmış pensiya kapitalı barədə məlumat yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrü sığorta stajı kimi qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Başqa sözlə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən, yəni mötəbər sübut kimi əmək kitabçasına əsaslanaraq iddiaçının “Horadiz Avtobazası”nda xx.xx.2006-cı il tarixinə kimi olan əmək fəaliyyəti dövrünün qəbul etməsi ilə razılaşsa da, xx.xx.2006-cı il tarixindən sonrakı əmək fəaliyyəti dövrünün nəzərə alınması ilə razılaşmır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hüquqi marağı məhz ona hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğundan və hazırki tələbidə hüquqi marağına uyğun olduğundan birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(120)-1133/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar