Məhkəmə qərarları › İş №2-1(106)-254/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-254/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-254/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Ələsgərov Sənan Adil oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(120)-3375/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı subsidiyanın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023- 2024-cü il üzrə 110,6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 13 dekabr 2024-cü il tarixli, 2-1(120)- 3375/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’nın 3.8.2-ci maddəsinin tələblərinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) fermerler SİS-ə daxil etməlidirlər. İş üzrə iddiaçı tərəfindən qeyd edilən sənəd qismində dövlət aktı çıxış etmiş və qeyd edilən sənədi inzibati orqana təqdim etdiyi müəyyən edilir. Çıxarış ilə bağlı isə tələblərin 2025-ci il yanvarın 1-dən etibarən həyata keçiriləcəyi müəyyən edilir. Belə olan halda inzibati orqan iddiaçıdan müvafiq “çıxarış”ı təqdim etməməsi barədə imtinasi qanunvericiliyə zidd olmuş və müəssisənin hüququnun pozulması ilə nəticələnmişdir. İmtina üçün digər arqument qeydiyyat və əkin bəyanının Nümayəndə adına qeydə alınması ilə bağlı olmuşdur ki, həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, sənədlərə baxış zamanı torpaq sahəsinin ölçüləri, əkinlə bağlı məlumatlar və sorğu cavabları qeyd edilən 2023-2024-cü il üzrə əməliyyatların İddiaçı X3 adından həmin müəssisənin rəhbəri Nümayəndə tərəfindən aparıldığı müəyyən edilir. Eləcə də xx.xx.1997-ci il tarixli, Kod 90610058, JN-0076 nömrəli Torpağdan daimi istifadə hüququna dair dövlət aktında Nümayəndəda adı qeyd edilmişdir. Torpaq sahəsi üzrə əməliyyatların İddiaçı X3 tərəfindən həyata keçirildiyi və hüquqi maraqlarının müəssisənin subsidiya ödənişinin alması ilə bağlı olduğu müəyyən edilir. Qeyd edilən qeydiyyat və bəyanın İddiaçı X3 yerinə müəssisənin rəhbəri Nümayəndə adına qeydə alınması iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. “İnzibati İcraat haqqında” Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qərardan cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 1996-cı il 15 noyabr tarixli, 325 nömrəli Sərəncamı ilə İddiaçı X3na kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi daimi istifadəyə verilmişdir. Sözügedən torpaq sahəsinin ümumi sahəsi 110,66 hektardır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 00076 saylı “torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı tərtib olunaraq verilmişdir. Dövlət aktında torpaq sahəsi iki hissədən ibarət olmaqla 28,1 hektarı 3-cü keyfiyyət, 82,5 hektarı isə 4-cü keyfiyyət qrupuna aid edilmişdir. Qeyd olunmalıdır ki, sözügedən və uzun müddətdir onun istifadəsində olan torpaq sahəsində xeyli vəsait sərf olunaraq şor suların axıdılması üçün kanallar qazılmış, suvarma şəbəkəsi qurulması üçün su xətti çəkilmişdir. Eyni zamanda torpağın münbitliyinin artırılması üçün müxtəlif mineral və üzvi gübrələr verilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində taxıl əkinləri aparılaraq hər il dövlətdən taxıl məhsulu istehsalına görə subsidiya alırdı. Sonuncu dəfə isə subsidiya üçün elektron qaydada müraciət etdikdə, mobil nömrəsinə “2024-cü il üçün əkin subsidiyasına müraciəti torpağa istifadə hüququnun müəyyən edilmədiyi üçün təsdiq edilmir” məzmununda sms göndərilmişdir. Sözügedən torpağa dair hüququ 00076 saylı “torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı ilə təstiqlənir. Göründüyü kimi, cavabdehin imtinası tamamilə əsassızdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X4 informasiya Sistemi üzərindən həyata keçirilir. Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Belə ki, 2023-2024-cü əkin ilində İddiaçı kəndli (fermer) təsərrüfatının 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair EKTlS-də qeydiyyatdan keçirilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədi (JN 0076, kod ********) barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün torpaq sənədləri təsdiqlənməmiş və subsidiya hesablanmamışdır. Həmçinin, 110,66 ha torpaq sahəsinin aqrokimyəvi analizlərin verilib-verilməməsinin Aqrar Xidmətlər Agentliyi ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı aqrokimyəvi analizlərin verilmədiyi müəyyən edilmişdir. Qeyd edilənləri, o cümlədən İddiaçı X1 rəhbəri Nümayəndə tərəfindən qanunvericiliyin tələbləri pozularaq hüquqi aktlarla müəyyən olunmuş müddətdə sənədləri təqdim etməli olduğu halda vaxtında sənədlərin təqdim olunmamasını nəzərə alaraq iddiaçıya subsidiya hesablanması mümkün olmamış və ödənilməməlidir. Bundan əlavə, İddiaçı KFT-nin torpaq sənədi (Dövlət Aktı JN: 0076, KOD ********) EKTİS-də hüquqi şəxsin adına qeydiyyatdan keçməli olduğu halda, təsərrüfatın rəhbəri Nümayəndə adına qeydiyyatdan keçirilmiş və əkin bəyanı verilmişdir. İddiaçı KFT-nin EKTİS-də qeydiyyatı və əkin bəyanı yoxdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli nömrəli məktubunda bildirilir ki, Rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli 325 nömrəli Sərəncamı ilə rayonun Qarabucaq kəndində Qarabucaq-1 X3na 110.66 hektar torpaq sahəsi verilmişdir. -xx.xx.1997-ci il tarixli, Kod 90610058, JN-0076 nömrəli Torpağdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 325 nömrəli sərəncamı ilə 110.66 ha torpaq sahəsi İddiaçı KFT-nin istifadəsinə verilmişdir. -Kürdəmir rayon Qarabucaq qəsəbə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Nümayəndə 110.66 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün (əkin təyinatlı) daimi istifadəsinə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi hər il təyinatı üzrə Nümayəndə tərəfindən istifadə olunur. -X4 Sistemindən ******* nömrəli əkin bəyanının çıxarışından görünür ki, Nümayəndə 2023 sentyabr tarixli əkin tarixi üzrə 82.516 ha torpaq sahəsində payızlıq buğda əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. -X4 Sistemindən ******* nömrəli əkin bəyanının çıxarışından görünür ki, Nümayəndə 2023 sentyabr tarixli əkin tarixi üzrə 28.1422 ha torpaq sahəsində payızlıq buğda əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. -xx.xx.2024-cü il tarixli, ******* nömrəli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC ilə Nümayəndə arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-xx.xx.2024cü illər qeyd edilmiş, ümumi sığorta məbləği 101948,52 AZN, ümumi sığorta haqqı 1508,84 AZN müəyyən edilmişdir. -Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Qarabucaq qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, Qarabucaq qəsəbə inzibati ərazi dairəsində yerləşən, İddiaçı X3na məxsus 110,66 ha torpaq sahəsində 2023-2024-cü təsərrüfat ilində buğda əkilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’nın 3.8.2ci maddəsinin tələblərinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) fermerler SİS-ə daxil etməlidirlər. Təqdim edilmiş və həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Nümayəndə İddiaçı X1 rəhbəridir və KFT-na müvafiq subsidiya verilməsi məqsədilə həmin təsərrüfatın istifadəsinə verilmiş torpaq sahəsinə dair müvafiq sənədlə qeydiyyatdan keçmişdir. Cavabdehin ilkin imtinası “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədi (JN 0076, kod ********) barədə məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilməməsi ilə bağlı olsa da, sonradan məhkəmə araşdırması gedişində əlavə arqumentlər də irəli sürmüşdür. Yuxarıda qeyd edildiyi kimi qeydiyyatdan keçirilmiş sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) EKTİS-ə inteqrasiya olunması tələbinin 2027-ci il tarixdən sonrakı müraciətlərə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, subsidiya ödənilməsi məqsədilə qeydiyyatdan fiziki şəxs olaraq Nümayəndə keçsə də, həm qeydiyyat üçün, həm də müvafiq sığorta müqaviləsinin bağlanması üçün təqdim edilmiş sənədlərdən görünür ki, həmin şəxs hüquqi şəxsin mənafeyi üçün hərəkət etmişdir. Qeyd olunan hal formal olaraq subsidiyanın verilməsindən imtina üçün əsas vermiş olsa da belə, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunla onun üzərinə qoyulmuş vəzifələrə uyğun hərəkət etməli olduğu halda mümkün çıxış yolu kimi yuxarıda qeyd olunan əsaslara istinad etmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(120)-3375/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar