Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-255/2022 14.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı işi üzrə (Açar sözlər: icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, nömrəli qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2-1(120)577/2022 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı 18 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı sözügedən İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsini rəhbər tutaraq həmin torpaq sahələri üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən icarə hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının müraciəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 18.0 ha torpaq sahəsi 99 il müddətinə verilmişdir. Hazırda torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi xx.xx.2021-ci il tarixli, **********19 nömrəli məktubla onun torpaq sahəsinin üzərində başqa şəxsə məxsus tikilinin olmasının müəyyən edilməsini əsas gətirərək, ərizəsinin icrasında imtina etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı **********746 nömrəli məktubunda qeyd olunmuşdur ki, “İddiaçı məxsus 18.0 ha torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində, bir hissəsi isə ictimai tikili altında qalan torpaq sahəsində yerləşməklə bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, Ərazi idarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə keçirilən baxış zamanı İmişli rayonu, Qaragüvəndikli kəndində gedən yolun və ərazidən keçən dəmir yolu xəttinin torpaq sahəsinin ərazisindən keçməsi müəyyən edilmişdir. Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərdə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılması qeyd edilsə də, İmişli rqayon Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsində torpaq sahəsinin örüş ərazisində yerləşməsi müəyyən edilmişdir”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-cı il tarixli, 2-1(120)-577/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin olunmuş, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh və üçüncü şəxs X5 birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsi 27 iyul 2022-ci il tarixli, 2-1(120)-577/2022 nömrəli qərar qəbul edərkən sözügedən 18.0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrlmasını, İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsində isə torpaq sahəsinin örüş ərazisində yerləşməsini nəzərə almamışdır. Bundan əlavə olaraq xx.xx.2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə sahədə tikinti və qurğuların olmadığı qeyd edilsədə, faktiki olaraq torpaq sahəsinin bir hissəsi ictimai tikinti altında qalan torpaq sahəsində yerləşməklə bələdiyyə mülkiyyətinə aid olması və başqa bir şəxsə məxsus tikilinin olması nəzərə alınmamışdır. Həmçinin Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərkən İmişli rayonu, Qaragüvəndikli kəndində gedən yolun və ərazidən keçən dəmir yolu xəttinin torpaq sahəsinin ərazisindən keçməsi müəyyən edilmişdir. Belə ki, qərar qəbul edilərkən sözügedən torpaq sahəsi üzərində başqa bir şəxsə məxsus tikilinin və mübahisənin olması, X4 həmin tikilidən faktiki olaraq istifadə etməsi nəzərə alınmamış və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamışdır. Şirvan İnzibati Məhkəməsi 27 iyul 2022-ci il tarixli, 2-1(120)-577/2022 nömrəli qərar qəbul edərkən “Daşınmaz əmlakın dövlət reyestri”haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılması və həmin Qanununun 15-ci maddəsinin tələbləri qaydasında icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsini nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Şirvan İnzibati Məhkəməsi 27 iyul 2022-ci il tarixli, 2-1(120)-577/2022 nömrəli qəbul edərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3.0.1-ci maddəsinə əsasən torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməli olduğunu, 3.0.5-ci maddəsinə əsasən müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhali məlumatlandırılmasını, 3.0.3-cü maddəsinə əsasən torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməli olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən torpaq sahəsi üzərində mübahisələrin olduğunu nəzərə alınmalıdır. Şirvan İnzibati Məhkəməsi 27 iyul 2022-ci il tarixli, 2-1(120)-577/2022 nömrəli qərar qəbul edərkən Torpaq Məcəlləsinin 3-cü maddəsi nəzərə alınmayaraq qərar qəbul edilmişdir. (Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır). Belə ki, xx.xx.2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə sahədə tikinti və qurğuların olmadığı qeyd edilsədə, faktiki olaraq torpaq sahəsinin bir hissəsi ictimai tikili altında qalan torpaq sahəsində yerləşməklə bələdiyyə mülkiyyətinə aid olması və başqa bir şəxsə məxsus tikilinin olması və torpaq sahəsinin örüş ərazisində yerləşməsi nəzərə alınmamışdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən sözügedən torpaq sahələrinin hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsi qərar qəbul edərkən mübahisənin olduğunu nəzərə almamışdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 29.1ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münamsibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahidn qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. Şirvan İnzibati Məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə əsaslandırmamış və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(120)-577/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(120)-577/2022 saylı qərarı ləğv edilməlidir. Belə ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə icarə hüquqlarının qeydə alınması üçün müraciət etdikdə ona həmin idarədən imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya icarəyə verilən 18 ha torpaq sahəsinin bir hissəsi kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsində bir hissəsi isə ictimai tikili altında qalan torpaq sahəsində yerləşməklə bələdiyyə mülkiyyətinə aiddir. Bundan əlavə müəyyən edilmişdir ki, həmin ərazidən dəmir yolu xətti keçir. Sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqüsədi ilə ayrılması qeyd edilsə də, İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsində torpaq sahəsinin örüş ərazisində yerləşməsi müəyyən edilmişdir. Hakim iş üzrə iddia tələbini təmin edərək Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyini əsas götürmüşdür. Həmin rəyə əsasən İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin kordinatları müəyyən edilmiş və yerləşmə konfiqurasiyasınınmülki iş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişi Rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə Bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan sxemə uyğun olduğu müəyyən edilmişdir. İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi xx.xx.2007-ci ildə mülkiyyət növü bələdiyyə olmaqla kənd təsərrfüatlı təyinatlı torpaq sahəsi olmuşdur. İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi təyinatına görə icarə hüquqununun predmeti ola bilər. Belə ki, bu təyinatlı torpaq sahələri icarəyə verilir. İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə olunur. Həmin torpaq sahəsinin İmişli rayonu Qaragüvəndikli kəndinə gedən avtomobil yolunun və həmin ərazidən keçən Dəmir yolunun mühafizə zolağına düşmür. Mühafizə zolaqları gözlənilməklə Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə Bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan sxemi tərtib edilmişdir. İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsində sahəsi 120 kv.m olan köhnə tikili mövcuddur. Həmin tikili faktiki olaraq X4 istifadəsindədir və daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınması barədə hər hansı bir hüquq müəyyənedici sənəd mülki iş materiallarına əlavə edilməmişdir. Bu torpaq sahəsinin kordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri üst-üstə düşmür. Göründüyü kimi məhkəmə ekspert rəyini əsas götürərək bir çox amili hansıki, həqiqətə uyğundur nəzərə almamışdır. Məhkəmə onun iştirakını məhkəmə iclasında təmin etsədydi o, məhkəməyə həqiqəti bildirərdi. Mübahisə predmeti olan torpaq sahəsi 28 ildir onun istifadəsindədir. Məhkəmə və ekspert qeyd edir ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Bu həqiqət olsaydı iddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq həmin torpaq sahəsində çıxmasını tələb etməzdi. Həmin iş də, hazırda Ali Məhkəmədən qayıdaraq apellyasiya məhkəməsinin icraatındadır. Bundan başqa iddiaçı özü də etiraf edir ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanununi əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələblərinin qanuni əsası taplırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Haqzırkı işdə hər birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 157.4, 157.8 və 164.1-ci maddələrinə istinad etmişlər. Əvvəlcə MM-nin 164.1-ci maddəsi ilə bağlı qeyd etmək lazımdır ki, bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşnalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa-vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyin təmin edilməsi ilə mümkün olur. Beləliklə,sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşnalıqla pozulması müəyyən edilməlidir. Hazırkı iə mahiyyəti üzrə baxmış məhkəmə iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olmasını, başqa sözlə həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmişdir. Hətta iddiaçı özü ərizəsində göstərmişdir ki, Bəhrəmtəpə Bələdiyyəsi torpaq sahəsinin ona verilməsini təmin etməmişdir. Bundan başqa onun istifadəsində olan torpaq sahəsinin bir hissəsi kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsində, bir hissəsi isə ictimai tikili altında qalan torpaq sahəsində yerləşməklə bələdiyyə mülkiyyətinə aiddir. Bundan əlavə istifadəsində olan həmin ərazidən dəmir yolu xətti keçir. Sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılması qeyd edilsə də, İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsində torpaq sahəsinin örüş ərazisində yerləşməsi müəyyən olunur. Bununla əlaqədar müvafiq sorğular verilmişrdir. Hansı ki, cavabdehin imtinasının əsaslı olduğunu təsdiq edəcək. Maraqlı fakt ondan ibarətdir ki, iş üzeə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi qeyd edir ki, iddiaçıya icarəyə verilən 18 ha torpaq sahəsinin bir hissəsi kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsində, bir hissəsi isə ictimai tikili altında qalan torpaq sahəsində yerləşməklə bələdiyyə mülkiyyətinə aiddir. Bundan əlavə müəyyən edilmişdir ki, həmin ərazidən dəmir yolu keçir. Sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılması qeyd edilsə də, İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsində torpaq sahəsinin örüş ərazisində yerləşməsi müəyyən edilmişdir. Yəni bu dövlət qurumu torpaq sahələri üzrə vahid reyestrə malik bir qurum olmaqla imtinasını əsaslandırır, lakin ekspert hansısa səbəbdən cavabdehin verdiyi imtinanın əsaslandığı hər bir şeyin əksini məhəkməyə təqdim edir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)577/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022cı il tarixli, 2-1(120)-577/2022 saylı qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində üçüncü şəxs X5 da, apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-cı il tarixli, 2-1(120)-577/2022 saylı qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və Şirvan İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – qərar, icarə müqaviləsi, imtina məktubu və.s aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2 . 2 . Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: Maddə 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; Maddə 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; Maddə 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). Maddə 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 30 dekabr 2004-cü il tarixli 819-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 6.5-ci maddədə "razılığı" sözü "rəyi" sözü ilə əvəz edilmişdir. 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 6.5-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaq Məcəlləsi: Maddə 14.1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi;bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması;dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Maddə 56.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 67.
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İnzibati Prosessual Məcəllə:
Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə mahiyyət etibarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı əsasında və Bəhrəmtəpə bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun icarə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin apellyasiya şikayətində qeyd olunmuşdur ki, “Şirvan İnzibati Məhkəməsi 27 iyul 2022-ci il tarixli, 2-1(120)-577/2022 nömrəli qərar qəbul edərkən sözügedən 18.0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrlmasını, İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsində isə torpaq sahəsinin örüş ərazisində yerləşməsini nəzərə almamışdır. Bundan əlavə olaraq xx.xx.2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə sahədə tikinti və qurğuların olmadığı qeyd edilsə də, faktiki olaraq torpaq sahəsinin bir hissəsi ictimai tikinti altında qalan torpaq sahəsində yerləşməklə bələdiyyə mülkiyyətinə aid olması və başqa bir şəxsə məxsus tikilinin olması nəzərə alınmamışdır. Həmçinin Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərkən İmişli rayonu, Qaragüvəndikli kəndində gedən yolun və ərazidən keçən dəmir yolu xəttinin torpaq sahəsinin ərazisindən keçməsi müəyyən edilmişdir. Belə ki, qərar qəbul edilərkən sözügedən torpaq sahəsi üzərində başqa bir şəxsə məxsus tikilinin və mübahisənin olması, X4 həmin tikilidən faktiki olaraq istifadə etməsi nəzərə alınmamış və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır”. Üçüncü şəxs X4 apellyasiya şikayəti cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunludur. Əlavə olaraq, apellyasiya şikayətində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsi 28 ildir onun istifadəsindədir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla əlavə olaraq apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, torpaq sahəsi üzərində icarə hüququ həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ onun müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman inzibati orqanların funksional səlahiyyət bölgüsü, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə, o cümlədən Torpaq Məcəlləsinin 56-cı və 67-ci maddələri ilə tənzimlənir. Həmin normalara görə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı mübahisəyə münasibətdə də yuxarıda qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından bələdiyyələr müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətinə malikdir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İstinad olunan Qanunun 6.5-ci maddəsinin 2008-ci ilə qədər qüvvədə olmuş əvvəlki redaksiyasına görə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Mübahisəyə dair işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə 18.0 ha torpaq sahəsi 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin rəyinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətindən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 18,0 (on səkkiz) hektar torpaq sahəsi Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin göstərilən məqsəd üçün verilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2008-ci il tarixli, 230 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müraciətinin nəzərə alınması və ona Bəhrəmtəpə qəsəbəsi ərazisindəki bələdiyyə mülkiyyətindən icarəyə ayrılmış 18 ha torpaq sahəsinin 2.5 hektarında tikintinin layihəsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Baş Ekspertiza idarəsindən rəy alındıqdan sonra kənd təsərrüfatı məhsullarının istehsalı və emalı obyektlərinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materillarına əlavə edilmiş İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı iclas protokolu və 25 noyabr 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsilə 18 ha torpaq sahəsi İmişli şəhər sakini İddiaçı icarəyə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin müqaviləsi qüvvəsindədir və İddiaçı istifadəsindədir (iş vərəqi 193 ). İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2957 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və yerləşmə konfiqurasiyasının mülki iş materialına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxemə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi xx.xx.2007-ci ildə mülkiyyət növü bələdiyyə olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qərardadın üçüncü sualı üzrə - İmişi rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi təyinatına görə icarə hüququnun predmeti ola bilər. Belə ki, bu təyinatlı torpaq sahələri icarəyə verilir. Qərardadın dördüncü sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə olunur. Qərardadın beşinci sualı üzrə - İmişi rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin İmişli rayonu, Qaragüvəndikli kəndində gedən avtomobil yolunun və həmin ərazidən keçən dəmir yolunun mühafizə zolağına düşmür. Mühafizə zolaqları gözlənilməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhramtəpə bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxem tərtib edilmişdir. Qərardadın altıncı sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsində sahəsi 120 kv.metr olan köhnə tikili mövcuddur. Həmin tikili faktiki olaraq X4 istifadəsindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə hər hansı bir hüquqmüəyyənedici sənəd mülki iş materialına əlavə edilməmişdir. Qərardadın yeddinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri üst-üstə düşmür. Göründüyü ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli bələdiyyə tərəfindən müvafiq prosedurlara əməl olunmaqla müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə almaq lazımdır ki, bələdiyyə torpaqlarının müəyyən olunmuş prosedurlara uyğun olaraq icarə məqsədləri üçün ayrılması onun müstəsna səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. İddiaçıya torpaq sahəsi ayrılarkən qeyd olunan prosedurlara əməl olunmuş, müvafiq icra hakimiyyəti orqanının rəyi alınmış, müvafiq qərarı qəbul olunmuş, müqavilə bağlanılmış və plan-ölçü sənədi hazırlanmışdır. Bundan başqa, məhkəmə tərkibi iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2957 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Nəzərə almaq lazımdır ki, həmin ekspert rəyi də apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir. Məhkəmə tərkibi əlavə olaraq üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının icarəsinə verilmiş 18 ha torpaq sahəsində sahəsində üçüncü şəxsin istifadəsində 120 kv.metr olan köhnə tikili mövcud olsa da, məhkəmə araşdırması zamanı nə həmin tikiliyə, nə də onun altındakı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olması müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 180-cı maddəsinin tələbləri baxımından tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə tərkibi yuxarıda qeyd olunanları ümumiləşdiriək qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə Bəhrəmtəpə bələdiyyəsi tərəfindən qəbul olunmuş protokol qərarı (protokol qərarından çıxarış) hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı məhkəmə kollegiyası, Konstitusiya Məhkəməsi Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bəhrəmtəpə bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi haqqında qanuni qüvvədə olan qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-cı il tarixli, 2-1(120)-577/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.