Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-259/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(120)-2624/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 06 dekabr 2024-cü il tarixli, 2- 1(120)-2624/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərə əsasən müəyyən edilir ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2023-cü il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.1981-xx.xx.1983-cii ildə Sovet Ordu sıralarında xidmət etmişdir. (2 il) xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci ilədək Volodarski adına zavodunda avadanlıqlar sazlayıcısı işləmişdir. (7 ay 20 gün ) xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu ilədək Dnepropetrovslc vilayəti, Sinelnukov rayonu, Kalinin kolxozunda müqvilə üzrə işləmişdir. (7 ay 21 gün) xx.xx.1989-xx.xx.1994-cü tarixdə Qafqazazenerjitəmir xüsusiləşdirilmiş istehsalat müəssisəsində qazanxana avadanlıqlarının rəmiri üzrə çilingər işləmişdir, (güzəştli şərtlərlə iş stajı 4 il 10 ay 19 gün) xx.xx.1996-cü ildən xx.xx.1997-ci ilədək Qafqazazenerjitəmir QSC Əli-Bayramlı təmir istehsalatında turbin avadanlığlarının təmiri üzrə 6-cı dərəcəli çilingər işləmişdir. (güzəştli şərtlərlə iş stajı 1 il 26 gün) xx.xx.1997xx.xx.1997 -ci ildə "xxxx" BM-cı Əli-Bayramlı filialında turbin təmiri sahəsinin 6-cı dərəcəli çilingər vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 3 ay 26 gün) xx.xx.1999xx.xx.2002-ci ilədək Əli-Bayramlı turbin sahəsinə turbin avadanlıqların təmiri üzrə 6-cı dərəcəli və qaz kəsicisi çilingər işləmişdir. (güzəştli şərtlərlə iş stajı 2 il 11 ay 12 gün) xx.xx.2002-xx.xx.2005-cı ildə Azərenerji ASC Əli Bayramlı DRES-in təmir quraşdırma sexinə turbin avadanlıqların təmiri üzrə 6-ci dərəcəli çilingər işləmişdir. (güzəştli şərtlərlə iş stajı 3 il 3 ay 19 gün) xx.xx.2005-xx.xx.2009-cu ildə Azərenerji ASC "xxxx" MMC X1 və təmiri İdarəsinin Sumqayıt Quraşdırma sahəsinə 6-cı dərəcəli çilingər işləmişdir, (güzəştli şərtlərlə iş stajı 3 il 10 ay 13 gün) xx.xx.2009-xx.xx.2009-cu ildə "xxxx" MMC 2 saylı Quraşdırma İdarəsində 6-cı dərəcəli çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 2 ay 28 gün) xx.xx.2009-xx.xx.2016-cı ildə "xxxx" ASC X3 İdarəsinin Quba MES quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı çilingər işləmişdir. (güzəştli şərtlərlə iş stajı 17 il 3 ay 21 gün) xx.xx.2016-xx.xx.2017-cı ildə X13 X16 Nakliyyə Sənaye və Ticarət Limited şirkətinin Azərbaycan Respublikası Filialı tikintisində tikinti sahə üzrə nəzarətçi işləmişdir. (iş stajı 1 il 4 ay) xx.xx.2017-xx.xx.2018-cı ildə "xxxx" MMC boru işləri üzrə qrup rəhbəri vəzifəsində işləmişdir. (iş stajı 6 ay 16 gün) xx.xx.2019-xx.xx.2019-cı ildə "xxxx" MMC qaynaqçı vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 3 ay 17 gün) xx.xx.2020-xx.xx.2022-cı ildə “Azfen” B.M 4-cü dərəcəli borucu işləmişdir. (iş stajı 1 il 10 ay 4 gün) xx.xx.2022xx.xx.2022-cı ildə "xxxx" MMC-də texnoloji boru kəmərlərinin quraşdırıcı vəzifəsində işləmişdir. (iş stajı 2 ay 07 gün) xx.xx.2023-cü ildən etibarən "xxxx"QSC mexaniki işlər üzrə çilingər işləyir. Beləliklə ümumi iş stajı 41 il 4 ay 4 giin, güzəştli şərtlərlə iş stajı isə 35 il 5 ay 5 gün təşkil edir. Ümumi iş stajı, eləcə də güzəştli şərtlərlə pensiya almaq hüququ əldə etdiyindən cavabdehə dair müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 3- 17-1/2-M-310122/2023 saylı məktubla pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" ASC-nin ona dair 27 yanvar 2023-cü il tarixli 01-VƏ/38 nömrəli arayışında xx.xx.2009xx.xx.2016-cı il tarixləri arasındaki dövr ərzində sözügedən müəssisənin X4 İdarəsinin Quba Modul X5 sahəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixindən İddiaçı münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2008-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin (10 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (4 il 10 ay 25 gün (xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2006-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda İddiaçı ümumi iş stajı 35 il 7 ay (xx.xx.2006-cı il tarixinədək 21 ii 1 ay (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1983-cu il, xx.xx.1989-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 6 ay) təşkil edir. Bundan başqa, şəxsin xx.xx.2023-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 68501,62 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti imtina aktının və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. -iddiaçıya məxsus əmək kitabçalarının təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.1980-cı il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2023cü il tarixədək əmək fəaliyyətində olmuşdur. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 01-VƏ/38 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışında bildirilir ki, İddiaçı həqiqətən xx.xx.1999-cu ildə "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir müəssisəsinin Əli-Bayramlı Turbin təmiri sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə (başqa işəgötürənlə əmək müqqaviləsi bağladığına görə) öz xahişi ilə işdən azad edilib. xx.xx.2006-cı ildə "xxxx" ASC-nin "xxxx" MMC-nin X1 və Təmiri idarəsinin Sumqayıt Quraşdırma sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib, xx.xx.2007-ci ildə X4 İdarəsinin Qazan İstilik Quraşdırma sexinin 2 №-li Buxar Qazan təmiri sahəsinə keçirilib və xx.xx.2009-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. xx.xx.2009-cu ildə "xxxx"ASC- mn X4 İdarəsinin Quba Modul X5 sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2011-ci ildə (əmr № ATÜ/63, xx.xx.2011-ci il) “Cənub Layihə”nin Mexaniki Avadanlıqların və X2 sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2013-cü ildə “Puta qəsəbəsi Hərbi Dəniz Qüvvələri Bazası Tikinti Layihəsi nin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2014-cü ildə vəzifə və dərəcəsə saxlanılmaqla “Şimal-2” X14 Tikinti Layihəsinin Qazan və köməkçi avadanlıqların quraşdırılması sahəsinə keçirilib, xx.xx.2016-cı ildə 1 saylı Tikinti Quraşdırma Sahəsinin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib və xx.xx.2016-cı ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə ) əsasən əmək müqaviləsi xitam edilib. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində Qazanxana və Turbin Avadanlıqlarının təmir zamanı səsküy, tozun, nəmlilik iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Göstərilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Polad və dəmir-beton kostruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcı-çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 12 il, 10 ay, 19 gün təşkil edir. “Azbaşenerji”nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx"ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx"ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №li əmrinə əsasən isə "xxxx"MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 01-PH/214 nömrəli məktubunda bildirilir ki, İddiaçı həqiqətən xx.xx.1989-cu ildə (Əmr №- 100, xx.xx.1989-cu il) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X8 Stansiyalarındakı Avadanlığın zərərli əmək şəraitində Turbin generatorlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib, xx.xx.1990-cı ildə (Əmr №-216, xx.xx.1990-cı il) həmin sahədə 3-cü dərəcəli çilingəri peşəsinə keçirilib, xx.xx.1994-cü ildə "Qafqazenerjitəmir" İstehsalat Birliyi "xxxx" Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 61 №-li Əmri ilə "xxxx" Azərbaycan-X15 adlandırılmışdır və xx.xx.1994-cü ildə (Əmr № 36, xx.xx.1994-cü il) İddiaçı Turbin "xxxx" müəssisəsinin Əli-Bayramlı sahəsinə çilingəri peşəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə (Əmr №-9-ok, xx.xx.1996-cı il) “Qafqazenerjitəmir” müəssisəsinin Əli- Bayramlı sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə qəbul edilib və xx.xx.1997-ci ildə (Əmr № 5-ok, xx.xx.1997-ci il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinə (müqavilə müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. xx.xx.1997-ci ildə (Əmr №-20, &2-km,xx.xx.1997-ci il) "xxxx" Azərbaycan-X10 Əli-Bayramlı sahəsinə Turbin təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə qəbul edilib və xx.xx.1999-cu ildə (Əmr №10, xx.xx.1999-cu il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilib. Yuxarıda qeyd edilən müəssisələr SSRİ Energetika Nazirliyinə tabe olduğuna görə, X11 yarandığı zaman həmin müəssisələrin arxiv sənədləri də Rusiyya Federasiyasının ərazisində (Dəqiq yerləri məlum deyildir) qalmışdır. X6 Qazanxana, Turbin və Generatorların təmiri və sazlanma işləri isə Azərbaycan Respublikası Müstəqillik qazandıqdan sonra "xxxx"ASC və onun struktur bölmələri tərəfində yerinə yetirilir. xx.xx.1999-cu ildə (əmr № 45-m, xx.xx.1999-cu il) "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir müəssisəsinin Əli-Bayramlı Turbin təmiri sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə (əmr № 28-kş, xx.xx.2002ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (başqa işəgötürənlə əmək müqqaviləsi bağladığına görə) öz xahişi ilə işdən azad edilib. xx.xx.2006-cı ildə (əmr № 93-kş, xx.xx.2006-cı il) ”Azərenerji”ASC-nin "xxxx" MMC-nin X1 və Təmiri İdarəsinin Sumqayıt Quraşdırma sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib, xx.xx.2007-ci ildə (Əmr №-208/lb-kş, xx.xx.2007-ci il) X4 İdarəsinin Qazan İstilik Quraşdırma sexinin 2 №-li Buxar Qazan təmiri sahəsinə keçirilib və xx.xx.2009-cu ildə (Əmr №25/14-kş, xx.xx.2009-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. xx.xx.2009-cu ildə (əmr №-01/14-kş, xx.xx.2009-cu il) "xxxx"ASC-nin X4 İdarəsinin Quba Modul X5 sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə qəbul edilib və xx.xx.2016- cı ildə (əmr № 20/31-irş, xx.xx.2016-cı il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsi xitam edilib. İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Polad və dəmir-beton kostruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcı-çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 2290000a- 14612 kodları ilə qeyd edilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun quraşdırıcı-çilingərlərin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/200 nömrəli məktubunda bildirilir ki, Elektrik Stansiyalarında və Tikinti Quraşdırma Sahələrində işləyən quraşdırıcı və quraşdırıcı-çilingər peşələrində işləyənlər yerinə yetirdikləri işlərdə heç bir fərqli xüsusiyyətlər yoxdur, həmin peşələrdə işləyənlər polad və dəmir-beton kostruksiyaları quraşdırırlar. Ona görə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №- li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 22290000a- 14612 kodları ilə eyni quraşdırıcı vəzifəsi kimi qeyd edilməklə, güzəştli şərtlərlə pensiya hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçının 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. Tərəflər arasında mübahisə iddiaçının çalışdığı quraşdırıcı çilingər peşənin güzəştli iş stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Cavabdeh orqan iddiaçının eyni müəssisədə daşıdığı quraşdırıcı peşəsini güzəştli iş hesab etsə də, quraşdırıcı çilingər peşəsini qəbul etmir. Lakin yuxarıda qeyd edildiyi kimi, güzəştli iş barədə müvafiq arayış təqdim etmiş müəssisə bu məsələyə aydınlıq gətirərək, Elektrik Stansiyalarında və Tikinti Quraşdırma Sahələrində quraşdırıcı və quraşdırıcı-çilingər peşələrində işləyənlərin yerinə yetirdikləri işlərdə heç bir fərqli xüsusiyyətlərin olmadığını və həmin peşələrdə işləyənlərin polad və dəmir-beton kostruksiyalarını quraşdırdıqlarını bildirmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(120)-2624/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-259/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-259/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver