Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-261/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, üçüncü şəxs Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(120)-134/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, hüququn qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ərazi idarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının Yaqubov Mürşüd Murtuza oğluna, Yaqubuva Valiyə Murtuza qızına, Yaqubova Aytəkin Mürşüd qızına, Yaqubov Dövran Mürşüd oğluna, Yaqubova Xanım Mürşüd qızına münasibətdə etibarsız sayılması, ünvan 1ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeganə tam hüquqlu mülkiyyətçi kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsində bir neçə dəfə iddianı dəqiqləşdirmiş və dəyişdirmiş, sonuncu dəfə “İddiaçı məxsus həyətyanı torpağın mülkiyyətə verilməsinə dair JN-754A nömrəli Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının Yaqubov Mürşüd Murtuza oğluna, Yaqubuva Valiyə Murtuza qızına, Yaqubova Aytəkin Mürşüd qızına, Yaqubov Dövran Mürşüd oğluna, Yaqubova Xanım Mürşüd qızına münasibətdə etibarsız sayılması, JN-745A nömrəli şəhadətnamədə qeyd olunmuş sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, həmin hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən yeganə tam hüquqlu mülkiyyətçi kimi iddiaçının göstərildiyi müvafiq çıxarışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası icraata qəbul edilərək baxılmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 15 dekabr 2023-cü il tarixli, 2- 1(120)-134/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia rədd edilməlidir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2-1(106)-261/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(120)-134/2023 nömrəli qərarının qismən, yəni “İddiaçı məxsus həyətyanı torpağın mülkiyyətə verilməsinə dair JN- 754A nömrəli Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının Yaqubov Mürşüd Murtuza oğluna, Yaqubuva Valiyə Murtuza qızına, Yaqubova Aytəkin Mürşüd qızına, Yaqubov Dövran Mürşüd oğluna, Yaqubova Xanım Mürşüd qızına münasibətdə etibarsız sayılması” barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddiаnın mümkün sayılmaması qərara alınmışdır. Odur ki, məhkəmə araşdırmasının yeganə predmeti ünvan 1ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeganə tam hüquqlu mülkiyyətçi kimi çıxarışın verilməsi barədə tələbin hüquqi əsaslarının olub-olmamasıdır. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı keçən əsrin 50-ci illərin ortalarından ünvan 1i ünvanında özünə məxsus, sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşayır. Bundan əlavə, Astara rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən Astara rayonun Pensər kənd izibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 nömrəli hesabında onun təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarına əsasən rayon ərazisində torpaq islahatı aparılsa və vətəndaşlara məxsus həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair onlara şəhadətnamələr verilsə də uzun illər belə bir şəhadətnamə verilməmişdir. 25 dekabr 2019-cu il tarixdə onun müraciətinə əsasən AR İN yanında ƏMDX-nin yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təsdiqlənərək ona təqdim olunmuş ünvan 1i ünvanında yerləşən və yuxarıda qeyd olunmuş arxiv arayışına əsasən ona məxsus JN-745A nömrəli, KOD 80106018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ondan əlavə Yaqubov Mürşüd Murtuza oğlunun, Yaqubova Valiyyə Murtuza qızının, Yaqubova Aytəkin Mürşüd qızının, Yaqubov Dövran Mürşüd qızının və Yaqubova Xanım Mürşüd qızının adları mülkiyyətçi kimi göstərilmişdir. Siyahıda adları mülkiyyətçi kimi qeyd olunmuş Yaqubov Mürşüd Murtuza oğlu onun oğlu, Yaqubova Valiyə Murtuza qızı isə qızıdır. Yaqubova Aytəkin Mürşüd qızı (səhv yazılmışdır - əslində Əliyeva Aytəkin Zabit qızıdır) onun keçmiş gəlini, Yaqubov Dövran Mürşüd oğlu və Yaqubova Xanım Mürşüd qızı isə oğul nəvələridir. Oğlu Yaqubov Mürşüd Murtaza oğlu xx.xx.1997-ci il tarixdə Yaqubova Aytəkin Zabit qızı ilə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikahdan xx.xx.1997-ci il təvəllüdlü Yaqubov Dövran Mürşüd oğlu və xx.xx.2000-ci il təvəllüdlü Yaqubova Xanım Mürşüd qızı adlı uşaqları doğulmuşdur. Oğlu ailə qurandan sonra ailəsi ilə Astara rayonun Qamışovka kəndinə köçmüş və orada 2003-cü ilin iyul ayında həyat yoldaşı Yaqubova Aytəkin Zabit qızı yerli bələdiyyədən fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsi almış və orada fərdi yaşayış evi tikərək ailəliklə orada yaşamışlar. 2015-ci ildə Astara Rayon Məhkəməsinin qətnaməsi ilə oğlu ilə Yaqubova Aytəkin Zabit qızı arasında olan nikah pozulmuşdur. Hal-hazırda yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsində yerləşən və ona məxsus olan mənzildə Pensər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 766 saylı arayışa əsasən özü, oğlu Yaqubov Mürşüd Murtazə oğlu və Nəvəsi Yaqubov Yusif Mürşüd oğlu daimi qeydiyyatdadırlar. Bundan əlavə, keçmiş gəlini Yaqubova (Əliyeva) Aytəkin Mürşüd (Zabit) qızının və uşaqları Yaqubov (Murtazalı) Dövran Mürşüd oğlunun və Yaqubova (Murtazalı) Xanım Mürşüd qızının adlarının həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli, KOD 80106018 olan “Şəhadətnamə”də mülkiyyətçi kimi qeyd olunması, bir mülkiyyətçi kimi onun birinci dərəcəli vərəsələri olaraq oğlu Yaqubov Mürşüd Murtuza oğlunun və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızının vərəsəliklə bağlı mülkiyyət hüquqları kobudcasına pozmuşdur. JN-745A nömrəli şəhadətnamənin verilməsinə hüquqi əsas olaraq Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı göstərilmişdir. Torpaq islahatı keçirilənə qədər inzibati işdə olan sübutlara əsasən, ünvan 1i ünvanında yerləşən JN-745A nömrəli, KOD 80106018, sahəsi 0.20 hektardan ibarət həyətyanı torpaq sahəsi onun ifadəsində olmuşdur. Bu fakt Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışı ilə də təsdiqlənir. Həmin arayışa görə Astara rayonun Pensər kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 №-li şəxsi hesabında onun təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi olduğu təsdiq olunur. Cavabdehin imtinasının dəlilləri ondan ibarətdir ki, iddiaçının müvafiq müraciəti üzrə araşdırılma nəticəsində məlum olmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə verilmiş JN-745A nömrəli şəhadətnamə barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin DƏDRX-nə təqdim etdiyi DBF (siyahı) və DWG (xəritə) məlumatlarında müvafiq məlumatlar mövcuddur. İddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə JN-745A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.20 ha torpaq sahəsi ümumilikdə altı nəfərin mülkiyyətinə verilmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının adlarını mülkiyyətçilər sırasından çıxarılması xahiş edilən şəxslərin barəsində həqiqətən sözü gedən şəhadətnamədə və DBF (siyahı) məlumatlarında müvafiq qeydiyyat aparılmışdır. Bu baxımdan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən digər mülkiyyətçilərin bütövlükdə adlarının çıxarılması məsələsi Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı və nümayəndəsi iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, həmin qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. Prosessual məsələlər Üçüncü şəxs Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında ad, soyad və ata adı Yaqubuva Valiyə Murtuza qızı yazılmış, ailə qurduqdan sonra Ağayeva soyadını qəbul etmişdir. Həmçinin həmin siyahıdan adının çıxarılmasına anasının (iddiaçının) mənafeyi naminə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına iddiaçı və digər üçüncü şəxslər gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(120)-134/2023 nömrəli qərarı qismən, yəni “JN-745A nömrəli şəhadətnamədə qeyd olunmuş sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, həmin hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən yeganə tam hüquqlu mülkiyyətçi kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -JN-745A KOD 80106018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən 0,20 hektar həyətyanı torpaq sahəsi İddiaçı, Yaqubov Mürşüd Murtuza oğlunun, Yaqubuva Valiyə Murtuza qızının, Yaqubova Aytəkin Mürşüd qızının, Yaqubov Dövran Mürşüd oğlunun və Yaqubova Xanım Mürşüd qızının mülkiyyətinə verilmişdir. -Astara rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 231 nömrəli arxiv arayışında bildirilir ki, Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 nömrəli şəxsi hesabında İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində 1986-cı ilə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-767/2023 nömrəli məktubuna əlavə edilmiş ünvan 1i üzrə həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısından görünür ki, siyahıda İddiaçı, Yaqubov Mürşüd Murtuza oğlunun, Yaqubuva Valiyə Murtuza qızının, --Aytəkin--, Yaqubov Dövran Mürşüd oğlunun və Yaqubova Xanım Mürşüd qızının adları mövcuddur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, JN-745A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən 0,20 hektar həyətyanı torpaq sahəsi İddiaçı, onun ailə üzvləri Yaqubov Mürşüd Murtuza oğlunun, Yaqubuva Valiyə Murtuza qızının, Yaqubova Aytəkin Mürşüd qızının, Yaqubov Dövran Mürşüd oğlunun və Yaqubova Xanım Mürşüd qızının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sözügedən şəhadətnamə əsasında verilmiş 0.20 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir və o, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində bütövlükdə öz adına qeydə alınmasında hüquqlu olmasa da hüquq sahiblərindən biri kimi, həmin sahənin müvafiq reyestrdə qeyd alınması ilə bağlı tələb hüququna malikdir. Odur ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə tamamilə rədd etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(120)-134/2023 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. ünvan 1ində yerləşən, JN-745A nömrəli şəhadətnamə ilə müəyyən edilmiş 0.20 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin şəhadətnamədə qeyd olunan bütün hüquq sahibləri nəzərə alınmaqla İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-261/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-261/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver