Məhkəmə qərarları › İş №2-1(106)-262/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-262/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-262/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ XN (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin N9 dekabr NNN4-cü il tarixli, N-N(NNN)-3857/NNN4 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran Adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi göstərilməklə ona yəni xx.xx.N996-cı il təvəllüdlü İddiaçı N-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq "Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin NN iyul NNN4-cü il tarixli, N-N(NNN)-3857/NNN4 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx N996-cı il tarixdə Cəlilabad rayonunun Həziabad kəndində doğulmuşdur. Ali təhsillidir. NNN7-ci il tarixdə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin "Riyaziyyat və İnformatika müəllimliyi” ixtisası, bakalavr səviyyəsi üzrə, NNN9-cu il tarixdə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin "İnformatikanın tədrisi metodikası və metodologiyası” ixtisasını magistratura səviyyəsi üzrə bitirmişdir. Hal-hazırda Cəlilabad rayonunun Komanlı kənd tam orta məktəbində riyaziyyat və informatika fənni üzrə müəllim vəzifəsində işləyir. NNNN-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır və xx.xx.NNNN-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. N yanvar NNNN-ci il tarixdə N saylı Hərbi Hissənin siyahısına daxil olmuşdur. N7 sentyabr NNNN-ci il tarixdə düşmənin hücumu ilə başlanan İİ Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu barədə hərbi biletində də müvafiq qeydlər var. Belə ki, hərbi biletin 7-ci səhifəsində qeyd edilir: Cəbrayıl rayonu istiqamətində xx.xx.NNNN-ci il- N9.NN.NNN-ci il tarixlərdə N Nə-li hərbi hissənin tərkibində baş atıcı vəzifəsində xidmət edib. Bundan əlavə, hərbi biletin NN-ci səhifəsində qeyd edilir: xx.xx.NNNN-ci il tarixindən xx.xx.NNNN-ci il tarixinədək "Vətən Müharibəsində” iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin NNNN-ci il N4 iyun tarixli, N7N4 nömrəli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə” medalı ilə və xx.xx.NNNN -ci il tarixdə N saylı hərbi hissənin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NNNN-ci il tarixli əmri əsasında xx.xx.NNNN-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibədə iştirak etməyinə və faktiki iştirakının sənədlərlə də öz təsdiqini tapmasına baxmayaraq, ona hal-hazırkı tarixədək "Müharibə veteranı” adı və müvafiq vəsiqə təqdim edilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsası- Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N -ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Resoublikasının Strateii X4 Aqentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NNNN-ci il sentyabrın N7-dən noyabrın NN-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NNNN-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; NNNN-ci il sentyabrın N7-dən noyabrın NN-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək - şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən N zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir:Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafin əmrin Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin NNN8-ci il N8 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir.Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsası-iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zam N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir.İddaçının döyüş əməliyyatları zamanı hərbi xidmət keçdiyi N nömrəli hərbi hissə "Azərbaycan Ordusunun "Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hə hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 4 mart NNNN-ci il tan müvafig əmrinə əsasən döyüş əməliyyatlarına cəlb olunmamışdır. İnzibati iş materialında olan sənədlərdən, təqdim olunan sübutlardan görünür ki, "Vətən Müharibəsi ” zamanı İddiaçı N nömrəli hərbi hissədə xidmət keçmiş, döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar döyüşə cəlb olunan hər hansı bir hərbi hissəyə ezamiyyətə göndərilməmişdir.Yuxarıda geyd olunanları nəzərə alarag, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafig vəsigələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı "Müharibə veteram” adının və vəsigəsinin verilməs üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. İddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 3N noyabr NNN3-cü il tarixli, N-N(NNN)-N394/NNN3 saylı qərarı ilə (hakim Rəşidə Quliyeva) iddia tələbi təmin edilmiş və iddiaçı xx.xx.N996-cı il təvəllüdlü İddiaçı N-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq "Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyi cavabdeh Azərbaycan Respublıkasının Müdafiə Nazirliyinin üzərinə qoyulması nəzərdə tutulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 3N noyabr NNN3-cü il tarixli, N-N(NNN)-N394/NNN3 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) N-N(NNN)-3857/NNN4 nömrəli, xx.xx.NNN4-cü tarixli qərar ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsini qərara alınmışdır. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı, iddia ərizəsində, N və N nömrəli hərbi hissələrdə xidmət keçdiyini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini, bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sözügüdən qərarında, iddiaçının hərbi biletinin NN-ci səhifəsində xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək Vətən müharibəsində iştirak etməsi barədə qeydlər olmasını əsas götürərək iddianı təmin etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edirik ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan sənədlərdən görünür iddiaçı döyüş əməliyyatları aparılan zamanı N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. İddaçının döyüş əməliyyatları zamanı hərbi xidmət keçdiyi N nömrəli hərbi hissə "Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 4 mart NNNN-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarına cəlb olunmamışdır. İnzibati iş materialında olan sənədlərdən, təqdim olunan sübutlardan görünür ki, “Vətən Müharibəsi ” zamanı İddiaçı N nömrəli hərbi hissədə xidmət keçmiş, döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar döyüşə cəlb olunan hər hansı bir hərbi hissəyə ezamiyyətə göndərilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında’’ Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın Ndən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NNNN-ci il sentyabrın N7-dən noyabrın NN-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NNNN-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, NNNN-ci il sentyabrın N7-dən noyabrın NN-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Həmçinin onu da məhkəməyə bildirirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-N(NNN)-NN6N/NNN7 saylı xx.xx.NNN7-ci il tarixli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Bildirmək istəyirik ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı döyüş əməliyyatları aparılan dövrdə döyüş əməliyyatlarına cəlb olunmayan N nömrəli hərbi hissədə xidmət keçmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin NN.N-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının NN yanvar NNN7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair N7 dekabr NNN7-ci il tarixli qərarında göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 3N noyabr NNN3-cü il tarixli, N-N(NNN)-N394/NNN3 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının NN fevral NNN5-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N6.N-ci maddəsinə əsasən, bu Məcəllənin N6.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin N5 noyabr NNN4-cü il tarixli, N-N(NNN)- 43N3/NNN4 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli, NN6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NNNN-ci il sentyabrın N7dən noyabrın NN-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NNNN-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı)şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: N-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur N.N.N-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. NN.N-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. N9-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. N4.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə NN.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə NN.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N gün, məhkəmə qərardadı isə NN gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 9N.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı xx.xx.NNNN-ci il tarixdə səfərbərliyə çağırılaraq hərbi xidmət keçmək üçün N saylı hərbi hissəyə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin N yanvar NNNN-ci il tarixli əmri ilə həmin hərbi hissənin şəxsi heyyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NNNN-ci il tarixli əmri əsasında xx.xx.NNNN-ci il tarixdə tərxis edilmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirlən hal “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarında birbaşa iştirak etməməsi əsası ilə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NNNN-ci il sentyabrın N7-dən noyabrın NNdək davam edən Vətən müharibəsində iştirak etmiş, eləcə də, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin N4 iyun NNNN-ci il tarixli, N7N4 nömrəli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasınagörə” medalı ilə təltif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamış, cavabdehin imtinasının əsası kimi sadəcə olaraq iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissəsinin birbaşa döyüş əməliyyatlarında iştirak etməməsi göstərilmişdir. Cavabdehin imtina dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə N-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NNNN-ci il sentyabrın N7-dən noyabrın NN-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NNNN-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.N996-cı ildə Cəlilabad rayonu, Həziabad kəndində doğulmuş Səmidov X3 rayonu, Komanlı ərazi dairəsi, Həziabad kəndində qeydiyyatdadır. İş materiallarında olan N №-li hərbi hissə komandirinin N7 №-li, xx.xx.NNNN-ci il tarixli əmrində qeyd olunmuşdur ki, aşağıda adları çəkilən çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarından gəldiklərinə görə, N yanvar NNNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsinlər və bütün növ təminatlara qoyulsunlar, "Əsgər” hərbi rütbəsi verilməklə vəzifələrə təyin olunsunlar: İddiaçı, 5-ci motoatıcı tabor, N4-cü motoatıcı bölük. N996-cı il təvəllüdlü, azərbaycanlı, ali təhsilli, hərbi xidmətə N yanvar NNNN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinədn çağırılmış. İş materiallarında olan N №-li hərbi hissə komandirinin N6N №-li, xx.xx.NNNNci il tarixli əmrində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N6 avqust NNNN-ci il tarixli NNN5 nömrəli əmri ilə hərbi hissənin mühafizə və təminat bölüyüynün ləğv edilməsi və NNcu,NN-ci motoatıcı bölüklərin tərkibində təşkilati-ştat dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq və bölmələrin komplektləşdirilməsi məqsədi ilə aşağıda adları göstərilən hərbi qulluqçular tutduqları vəzifədən azad edilsinlər və yeni vəzifələrə təyin olunsunlar: Əsgər İddiaçı, mühafizə və təminat bölüyünün N-ci mühafizə və təminat taqımının 4cü mühafizə və təminat manqasının baş atıcısı vəzifəsindən-4-cü taborun NN-ci bölüyünün N-ci taqımının N-ci manqasının baş atıcısı vəzifəsinə. İş materiallarında olan N №-li hərbi hissə komandirinin N89 №-li, xx.xx.NNNNci il tarixli əmrdə (surətində) qeyd olunmuşdur ki, Hərbi hissənin aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları NNN nömrəli hərbi hissə komandirinin N8 oktyabr NNNN-ci il tarixli N9 nömrəli sərəncamına əsasən N9 oktyabr NNNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsınlar, xidmətini davam etdirmək üçün Ağcabədi rayonu, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsinlər. Əsgər İddiaçı oğl, 4-cü taborun NNci bölüyünün N-ci taqımının N-ci manqasının baş atıcısı. İş materiallarında olan N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.NNNN-ci il tarixli əmrdə (surətində) qeyd olunmuşdur ki, aşağıda adları şəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları,NNN nömrəli hərbi hissə komandirinin NN yanvar NNNN -ci il tarixli NN nömrəli sərəncamı ilə hərbi xidmətlərini davam etdirmək üçün, Beyləqan rayonu, N nömrəli hərbi hissədən gəldiklərinə görə, N3 yanvar NNNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsinlər, bütün növ təminatlara qoyulsunlar və göstərilən bölmədə vəzifələrə təyin olunsunlar. Əsgər İddiaçı, 4-cü taborun NN-ci bölüyünün N-ci taqımının N- ci manqasının baş atıcısı vəzifəsinə. İş materiallarında olan N №-li hərbi hissə komandirininN87 №-li, xx.xx.NNNN-ci il tarixli əmrdə qeyd olunmuşdur ki, aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları qanunvericilikdə nəzərdə tutulmuş hərbi xidmət müddətlərini başa vurdularına görə, NN iyul NNNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, 3N iyul NNNN-ci il tarixdən isə pul təminatından çıxarılsınlar və hərbi qeydiyyata duurmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə göndərilsinlər. Əsgər İddiaçı, şəxsi heyətin uçotu bölməsinin nizami hissənin kargüzar-operatoru-Cəlilabad. İş materiallarında olan analoji iş üzrə Şirvan İnzibati Məhkəməsinin müvafiq sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-N5-4/N634N/N4 saylı, xx.xx.NNN4-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası müdafiə nazirinin 4 mart NNNN-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N7 sentyabr NNNN-ci il tarixdən NN noyabr NNNN-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon idarəsi tərəfindən verilmiş SX seriyalı N5568NNN№-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.N996-cı il təvəllüdlü İddiaçı xx.xx.NNNN-ci il tarixdə hərbi xidmətə çağırılmış, NN iyul NNNN-ci il tarixdə Müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli N5N №-li əmri əsasında ehtiyata buraxılmışdır. Hərbi biletin 4-cü səhifəsində qeyd olunmuşdur ki, sonuncu N yanvar NNNN-ci il tarixdə N7 №-li əmrlə N №-li hərbi hissənin siyahısına daxil olub, N4 iyun NNNN-ci il tarixdə NNN №-li əmrlə hərbi hissənin siyahısından çıxarılıb; xx.xx.NNNNci il tarixli NNN №-li əmrlə N №-li hərbi hissəyə Manq komandiri vəzifəsinə təyin olunmuş, 3N aprel NNNN-ci il tarixli NN6 №-li əmrlə siyahıdan çıxarılmışdır; xx.xx.NNNN-ci il tarixdə N №-li hərbi hissənin NN6 №-li əmri ilə atıcı vəzifəsinə təyin edilmiş, xx.xx.NNNN-ci il tarixdə NN7 №-li əmrlə siyahıdan çıxarılıb; xx.xx.NNNN-ci il tarixdə N №-li hərbi hissənin NN7 №-li əmri ilə baş atıcı təyin edilmiş, xx.xx.NNNN-ci il tarixdə N89 №-li əmrlə siyahıdan çıxarılmışdır; xx.xx.NNNN-ci il tarixdə N №-li əmrlə baş atıcı vəzifəsinə təyin edilmiş, 3N aprel NNNN-ci il tarixdə NN4 №-li əmrlə siyahıdan çıxarılmışdır. Hərbi biletin 6-cı səhifəsində İddiaçı xx.xx.NNNN-ci il tarixdən (N4 №-li əmr) xx.xx.NNNN-ci il tarixədək ( N №-li əmr) N8N №-li hərbi hissənin siyahısına daxil edildiyi, 7-ci səhifəsində isə Cəbrayıl rayonu istiqamətində xx.xx.NNNN-ci il tarixdən N9 oktyabr NNNN-ci il tarixlərdə N №-li hərbi hissənin tərkibində baş atıcı vəzifəsində xidmət etdiyi qeyd olunmuşdur. Eyni zamanda hərbi biletin NN-ci səhifəsində İddiaçı xx.xx.NNNN-ci il tarixindən xx.xx.NNNN-ci il tarixinədək "Vətən müharibəsində” iştirak etməsi barədə qərargah rəisi A.Babayev tərəfindən qeyd aparılmış və qeyd N №-li hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı məxsus Azərbaycan Respublikası Medalı Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin NNNN-ci il tarixli N4 iyun tarixli N7N4 nömrəli sərəncamı ilə İddiaçı "Cəbrayılın azad olunmasına görə” İ-NN9N6 saylı medal verilmişdir. İş materiallarında olan 7N4-№-li hərbi hissə tərəfindən NNN nömrəli hərbi hissə komandirinə (surəti İddiaçı) ünvanlanmış N676 saylı xx.xx.NNNN-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı müraciəti baxılması üçün aidiyyəti üzrə N №-li hərbi hissəyə ünvanlanmışdır. Məktubda tərəfindən, o "Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsini bildirmişdir. "Müharibə Veteranı” adı və vəsiqəsinin verilənlərin siyahısına adı əlavə olunmuş və arayış məlumatları tərəflərindən aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-N5-4/N- 5N8N/NNN4 saylı xx.xx.NNN4-cü il tarixli yazılı münasibətinə ( etirazına) əlavə olunmuş N №-li hərbi hissə tərəfindən verilmiş Səfərbərlik təyinatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə aryış-məlumatda (surətində) qeyd olunmuşdur ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (N7.N9.xx.xx.NNNN-ci il tarixlərdə) N8N №-li hərbi hissədə baş atıcı vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması(N yanvar NNNN-ci ildə, N7 № əmr, xx.xx.NNNN-ci il , N87№-li əmr). Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi xx.xx.NNNN, MN №-li əmr. Səfərbərlik təyinatına əsasən tamamlama məntəqəsində xx.xx.NNNN-ci il, N89 №-li əmrə əsasən vəzifə borcunu yerinə yetirmişdir. xx.xx.NNNN-ci il tarixli əmrlə ehtiyata buraxılıb. Döyüşlərdə iştirakına görə xx.xx.NNNN-ci il "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N №-li hərbi hissəyə ünvanlanmış 4/3-39NN №-li, aprel NNN3-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən arayış-məlumatı Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin N4 mart NNNN-ci il tarixli əmrinə əsasən vətəndaş İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə N7 sentyabr NNNN-ci il tarixdən NN noyabr NNNN-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə xx.xx.NNN3-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılşadırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi iddiaçı N7 sentyabr NNNN-ci il tarixdən - xx.xx.NNNN-ci il tarixədək Vətən müharibəsində iştirak etmiş və bu barədə ona məxsus SX ******* saylı hərbi biletin NN-ci səhifəsində qeydlər icra edilmiş və həmin qeydlər N nömrəli hərbi hissəsinin qərargah rəisinin imzası və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə N7 sentyabr NNNN-ci il tarixdən NN noyabr NNNN-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş və iddiaçı xx.xx.NNNN-ci il tarixindən xx.xx.NNNN-ci il tarixinə kimi N nömrəli hərbi hissənin 4-cü taborun NN-ci bölüyünün N-ci taqımının N-ci manqasının baş atıcısı vəzifəsində xidmət etmiş və döyüşlərdə iştirakına görə xx.xx.NNNN-ci ildə "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (bax N №-li hərbi hissə komandirinin N6N №-li, xx.xx.NNNN-ci il tarixli və N89 №-li, xx.xx.NNNN-ci il tarixli əmrlərinə). Həmçinin işin mübahisələndirilməyən halıdır ki, Azərbaycan Ordusunun NNNN-ci il sentyabrın N7-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilmişdir. İddiaçının xx.xx.NNNN-ci il tarixindən sonra N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərilməsini və Cəbrayılın N4 oktyabr tarixndə azad olunduğunu nəzərə alsaq iddiaçının həqiqətən də xx.xx.NNNN-ci il tarixnə kimi N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsi öz təsdiqini tapır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərəkən səhvə yol verməmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin N4 iyun NNNN-ci il tarixli Sərəncamının məzmununa görə, sözügedən medalla məhz Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular təltif edilməsi və iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi həmin Sərəncamın məzmunu ilə təsdiq edilməsini nəzərə alaraq düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.NNN3-cü il tarixli, N-N(NNN)-N869/NNN3 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqe ifadə edilmişdir. Beləliklə də işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin N9 dekabr NNN4-cü il tarixli, N-N(NNN)-3857/NNN4 saylı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 9N-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin N9 dekabr NNN4-cü il tarixli, N-N(NNN)-3857/NNN4 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ NNN5, Bakı şəhəri,Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar