Məhkəmə qərarları › İş №2-1(106)-264/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-264/2023

26.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-264/2023 26.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X8 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2- 1(120)-515/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı Sərancamına əsasən İddiaçı MMC-yə rayonun Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən ümumi sahəsi 80.30 ha olan torpaq sahəsində qum-çınqıl materiallarının çıxarılmasına icazə verilmiş və qeyd olunan torpaq sahəsində “Dağ-mədən işlərinin inkişaf planı” razılaşdırıİmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ- Mədən ayrılması haqqında xx.xx.2018-ci il tarixli, 01045 saylı Aktına əsasən İmişli rayonunun inzibati ərazisində İddiaçı MMC-yə ayrılmış torpaq sahəsindəyerləşən qum-çınqıl yatağında Markşeyder planı üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş 80.3 hektar ərazi 5 il müddətində qum-çınqıl hasilatının həyata keçirilməsi məqsədilə MMC-nin istifadəsinə verilmişdir. Bundan əlavə, qeyd olunan torpaq sahəsində qum-çınqıl hasilatına dair MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən Ekoloji pasport da təqdim olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən İddiaçı MMC-yə İmişli rayonunun ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Beləliklə, yuxarıda sadalananlardan göründüyü kimi, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində dağmədən işlərinin aparılması və qum-çınqıl karxanasında qum-çınqıl hasilatının həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş bütün icazələr və razılaşmalar əldə edilmişdir. Yəni MMC tərəfindən aparılan fəaliyyət tam qanuni və əsaslı olmuşdur. Lakin, bütün bunlara baxmayaraq İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərancamına əsasən İddiaçı MMC-yə Qaradonlu və Gövhərli kəndləri yaxınlığında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin HüquqlarınDövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışla 18,0 ha, MA seriyalı ******* nömrəli çıxarışla 30,0 ha, MA seriyalı, ******* nömrəli çıxarışla 10,80 ha, MA seriyalı, ******* nömrəli çıxarışla 16,50 ha, MA seriyalı, ******* nömrəli çıxarışla 5,0 ha, ümumilikdə MMC-nin mülkiyyət və icarəsinə verilmiş 80,30 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalına icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı Sərancamına xitam verilməsi, hüquqi qüvvəsinin itirilmiş hesab edilməsi qərara alınmışdır. Sözügedən sərancam onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X3 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, Cəmiyyət qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X7 İdarə Heyətinin qərarı ilə Cəmiyyətə 01 avqust 2018-ci il tarixdə verilmiş 01045 saylı dağ-mədən ayrılması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə Cəmiyyətə məktub göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum- çınqıl karxanalarının, o cümlədən İddiaçı MMC-nin fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlanması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar rayon ərazisindəki qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin və bunun nəticəsində ətraf mühitə mənfi təsirlərin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Aşağıda göstərilən əsaslara əsasən hesab edirlər ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərancamı əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, ilk olaraq mübahisələndirilən Sərancamda istinad olunan, yəni “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X3 mütəxəssiləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, Cəmiyyət qumçınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X7 İdarə Heyətinin qərarı ilə Cəmiyyətə 01 avqust 2018-ci il tarixdə verilmiş 01045 saylı dağ-mədən ayrılması aktı ləğv edilmişdir” səbəbilə əlaqədar olaraq bildirmək istəyirlər ki, hazırda Cəmiyyət tərəfindən X12 X7 İdarə Heyətinin həmin xx.xx.2021-ci il tarixli, 15 saylı qərarı mübahisələndirilərək, həmin qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmiş və hazırda həmin iş üzrə məhkəmə ekspertizası təyin olunmuşdur. Onu da qeyd etməyi zəruri hesab edirlər ki, həmin qərar da tam qanunsuz və əsassızdır. Belə ki, X12 X7 İdarə Heyətinin həmin xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, X12 X3 İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarına əsasən, 01 avqust 2018-ci il tarixli, 01045 nömrəli “Dağ-mədən ayrılması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 3 ay müddətinə dayandırılmışdır. Qeyd olunan qərara əsasən, İddiaçı MMC-nin üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyi qoyulmuşdur.Lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququnuz ləğv edilir. Bununla bağlı qeydetməyi zəruri hesab edirlər ki, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən qum-çınqıl yatağında Markşeyder planı üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş 80.3 hektar ərazi 5 il müddətində qum-çınqıl hasilatının həyata keçirilməsi məqsədilə MMC-nin istifadəsinə verilmişdir ki, həmin sahələr 18,0 ha, 30,0 ha, 10,80 ha, 16,50 ha və 5,0 ha olmaqla, ümumilikdə 80,30 ha təşkil edir. X12 X3 mütəxəssisləri tərəfindən həmin sahələrə baxış keçirilərkən, 18,0 ha, 30,0 ha, 16,50 ha və 5,0 ha olan sahələr üzrə hər hansı pozuntu aşkar edilməmiş, lakin yalnız 10,80 ha sahəyə aid hissədə pozuntular olduğu bildirildiyindən, həmin vaxtdan da həmin sahədə hər hansı qum-çınqıl hasilatının həyata keçirilməsi dayandırılmış və bu barədə də X12 X4 məlumat verilmişdir. O ki, qaldı qeyd etdikləri digər sahələrə, yəni 18,0 ha,30,0 ha, 16,50 ha və 5,0 ha olan sahələr üzrə hər hanası pozuntu halları aşkar edilməmiş və edilə də bilməzdi, ona görə ki, həmin sahələr üzrə yerin təki sahəsindən kənara çıxma halları, yəni karxananın fəaliyyəti dövründə hər hansı pozuntu hallarının baş vermədiyi öz təsdiqinin tapmışdır. Lakin, buna baxmayaraq, X12 X3 İdarə Heyəti əsassız olaraq qəbul etdiyi qərarında göstərmişdir ki, guya İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmiş, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan hallar aradan qaldırılmamışdır. Göründüyü kimi, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərancamının əsasını təşkil edən hal, X12 X7 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 15 saylı qərarı tərəflərindən mübahisələndirilməsinə və bu barədə İmişli Rayon İcra Hakimiyyətinə rəsmi məlumat verilməsinə baxmayaraq, İmişli Rayon İcra Hakimiyyəti başçısı həmin halları nəzərə almayaraq, mübahisələndirilən Sərancamı vermişdir. Onu da qeyd etmək istəyirlər ki, Cəmiyyət tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edilərək, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı Sərancamı ilə rayonun Qaradonlu və Gövhərli kəndləri ərazisində Araz çayının yatağında İddiaçı MMC-yə ayrılmış 80.3 hektar sahədə inert materialları istehsal edən karxanasının yaradılmasına icazə verilməsi xahiş edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 11/6-600 saylı məktubundan göründüyü kimi, Səhmdar Cəmiyyəti Meliorasiya və X5 və Suların İstifadəsinə-MühafizəsinəNəzarət İdarəsinin, Kür-Araz çaylarında bəndlərin İstismar, Bəhrəmtəpə hidroqovşağının istismarı idarəsinin və İmişli Suvarma sistemləri idarələrinin verdikləri rəyləri nəzərə alaraq,Qaradonlu və Gövhərli kəndləri ərazisində Araz çayının yatağında İddiaçı MMC-yə ayrılmış 80.3 hektar sahədə inert materialları istehsal edən karxananın yaradılmasına etiraz edilməmişdir. Bu isə o deməkdir ki, X12 X3 İdarə Heyətinin qərarında göstərilən hallar tamamilə əsassızdır. Bundan əlavə, mübahisələndirilən sərəncamın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunu ilə müəyyən edilmiş əsaslarına, prinsiplərinə və prosedur qaydalarına riayət edilməmişdir. Belə ki, “İnzibati icraathaqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdətutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və yaonların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsasən aktı qəbul etmiş orqan tərəfindən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Lakin yuxarıda artıq göstərildiyikimi mübahisələndirilən 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərancam verilərkən qanunvericilklə müəyyən edilmiş tələblərə riayət olunmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət (etiraz) təqdim edilmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin iddiası əsassızdır. Belə ki, İddiaçı MMC-yə İmişli Rayon İcra Hakimiyyəti başçısının 10 iyul 2013-cü il tarixli, 127 saylı Sərəncamı ilə 80,30 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X3 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X7 İdarə Heyətinin qərarı ilə İddiaçı MMC-yə 01 avqust 2018ci il tarixdə verilmiş 01045 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı MMC-yə məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı MMC-nin fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji(dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qum-çınqıl karxanaları üzrə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. İddiaçı MMC-nin fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədi ilə İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı - inzibati akt İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilmişdir. İmişli Rayon icra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərəncamı verılərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-515/2023 saylı qərarı ilə (hakim Fehruz Abbasov) iddia təmin edilmiş, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamı ləğv edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati aktın ləğv edilməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamın qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti məhkəməyə təqdim olunmuş yazılı münasibətlə (etiraz) eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, məhkəmənin müəyyən etdiyi hal tam əsassızdır. Belə ki, “X13” MMC-yə qum-çınqıl materiallarının çıxarılması üçün icazə verilməsi haqqında İmişli RİH başçısının xx.xx.2013cü il tarixli, 127 saylı sərəncamına xitam verilməsi barədə imişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 102 nömrəli sərəncamı AR-nın “İnzibati İcraat Haqqında” Qanunun 68.1 (Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər) və 68.2.3 (inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda) maddələrinin tələblərinə uyğun olaraq qəbul edilmişdir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X1 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, "xxxx" MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla dövlət və ictimai maraqlara ziyan vurmuşdur.Nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X6 İdarə Heyətinin qərarı ilə "xxxx" MMC-yə 01 avqust 2018-ci il tarixdə verilmiş 01045 saylı dağmədən ayırması 29 aprel 2021-ci ildə ləğv edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi dağ-mədən ayırması ləğv edilmiş, qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin dayandırılması və torpaqayırma sənədlərinin ləğvi ilə bağlı tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06 dekabr 2021-ci il tarixli müraciətində İmişli rayonu ərazisində Araz çayının yatağında fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən "xxxx" MMC-nin qum-çınqıl materiallarının çıxarılması ilə bağlı fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfolji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin dayandırılması və torpaqayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsini tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş həmin müraciəti və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən karxanaların fəaaliyyəti ilə bağlı daxil olmuş digər müraciətləri və qum-çınqıl karxanalarının bununla bağlı qanunvericiliyin tələblərini faktiki olaraq pozduqlarını nəzərə alaraq İmişli Rayon İcra Hakimiyyəti başçısı AR-nın “İnzibati İcraat Haqqında” Qanunun 68.2.3-cü maddələrinə uyğun olaraq xx.xx.2022-ci il tarixində 102 saylı sərəncam (inzibati akt) qəbul etmişdir.Həmin sərəncam AR-nın “İnzibati İcraat Haqqında” Qanununun 62.1-ci (İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir) maddəsinə əsasən iddiaçı tərəfə təqdim edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh sərəncamı qəbul edən zaman iddiaçının hüquqlarına və qanunla qorunan məraqlarına birbaşa təsir edəcəyi açıq və aydın olsa da, cavabdehin onun inzibati icraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi heç bir sübutla təsdiqini tapmır. Bildiririk ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X6 idarə Heyətinin xx.xx.2021-ci il tarixli, 15 saylı qərarı ilə "xxxx" MMC- yə 01 avqust 2018-ci il tarixdə verilmiş 01045 saylı dağ-mədən ayırması ləğv edilmiş və bununla bağlı imişli RİH tərəfindən fəaliyyətinin dayandırılması və qum-çınqıl çıxardığı torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə "xxxx" MMC-yə 04 oktyabr 2021-ci il tarixli, 8/1511 saylı məktub göndərilmişdir. “X13” MMC-yə vaxtında xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamışdır ki, bu da araşdırmanın birtərəfli və düzgün aparılmadığını bir daha təsdiq edir. Biz hesab edirik ki, Məhkəmə qanun normalarını mənasına zidd olaraq təfsir etmişdir. Belə ki, "xxxx" MMC-yə 80.3 hektar torpaq sahəsində qum-çınqıl materiallarının çıxarılmasına icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli, 127 saylı Sərəncamına xitam verilməsi haqqında İmişli RİH başçısının xx.xx.2022-ci il tarixli, 102 saylı Sərəncamının qanuna zidd olduğu üçün ləğv edilməsi hissəsində Məhkəmənin qəbul etdiyi qərar tam əsassızdır. AR MPM-nin 88-ci maddəsində qeyd olunur ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna görədə hesab edirik ki, məhkəmə tərəfindən AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş, məhkəmə araşdırması düzgün aparılmamış, təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Apellyasiya məhkəməsində İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-515/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı “İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar X12 X7 tərəfindən 2020-ci il tarixində aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 127 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə Qaradonlu və Gövhərli kəndləri yaxınlığında yerləşən, ümumi sahəsi 80.30 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalına icazə verilmişdir. Sonradan İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 102 saylı sərəncamı ilə "xxxx" MMC-yə rayonun Qaradonlu və Gövhərli kəndləri yaxınlığında yerləşən ümumi sahəsi 80.30 ha torpaq sahəsində qumçınqıl materiallarının istehsalına icazə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamına xitam verilməsi qərara alınmışdır. Mübahisəli sərəncamın məzmunundan görünür ki, həmin sərəncamın qəbul edilməsinə əsas Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 06 dekabr 2021ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qumçınqıl karxanalarının, o cümlədən İddiaçı qum-çınqıl materiallarının çıxarılması ilə bağlı Araz çayının məcrasının hidrogeomorfoloji, ətraf ərazilərin hidrogeoekoloji şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qumçınqıl karxanalarının qanunsuz fəaliyyətinin dayandırılması və torpaqayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubu əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası müəyyən etdi ki, həmin məktub verilərkən, məktubun məzmununda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması barədə cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılmamış, həmin məktubda və daha sonra mübahisəli sərəncamda göstərilən dəlillərlə bağlı iddiaçının özü və ya nümayəndəsi çağırılaraq dinlənilməmiş, iddiaçıdan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmiş və həmin məktub əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati icraatın aparılmasından imtina etməklə, inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Məhkəmə kollegiyası tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Bundan başqa mübahisəli sərəncamın məzmunundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X3 mütəxəssisləri tərəfindən İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq (yoxlama) aparılmış və yoxlamada İddiaçı 01 avqust 2018-ci il tarixli, 01045 nömrəli “Dağ-Mədən Ayırma” aktı ilə ayrılmış 80.30 ha torpaq sahəsindən kənarda fəaliyyət göstərdiyi və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X7 İdarə Heyətinin qərarı ilə İddiaçı 01 avqust 2018ci il tarixdə verilmiş 01045 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 102 saylı sərəncamla İddiaçı mülkiyyət və icarəsinə verilmiş Qaradonlu və Gövhərli kəndləri yaxınlığında yerləşən ümumi sahəsi 80.30 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalına icazə verilməsi barədə İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamına xitam verilməsi, hüquqi qüvvəsinin itirilmiş hesab edilməsi qərara alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçınə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X7 Publik Hüquqi şəxsi tərəfindən aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. (Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/7424-11 saylı məktuba əsasən) Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, X12 X7 tərəfindən aparılan yoxlama qanunsuz olduğundan və qanunsuz yoxlama əsasında müəyyən edilmiş nəticələr və qəbul olunmuş qərarlar hüquqi əhəmiyyət kəsb etmədiyindən cavabdeh inzibati orqan tərəfindən həmin əsaslara söykənərək mübahisələndirilən inzibati aktın qəbul edilməsi əsassız olmuşdur. Bundan başqa işin faktiki hallarından görünür ki, İmişli rayon İcra Hakimiyyətinin İddiaçı mülkiyyət və icarəsinə verilmiş Qaradonlu və Gövhərli kəndləri yaxınlığında yerləşən ümumi sahəsi 80.30 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalına icazə verilməsinə dair xx.xx.2013-cü il tarixli, 127 saylı qərarın ləğv edilməsi barədə rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 102 saylı sərəncamı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubu əsasında qəbul edilmişdir. Həmin məktubda hüquqi şəxsə məxsus qum-çınqıl karxanasının fəaliyyət göstərdiyi, istismar nəticəsində çayların məcralarının təbii hidrogeomorfoloji, ətraf ərazilərin daha da hidrogeoekoloji şəraitinin neqativ yöndə dəyişməsinin davam etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası bununla bağlı apardığı araşdırma zamanı müəyyən etmişdir ki, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X7 Publik Hüquqi şəxsi tərəfindən iddiaçının ərazisində aparılmış yoxlamanın (monitorinq) nəticələrinə əsasən tərtib edilmiş akt və həmin akt əsasında qəbul edilmiş 23 dekabr 2020-ci il tarixli 23/20 nömrəli qərara istinadən tərtib edilmişdir. Həmin sənədlərin məzmunundan görünür ki, Qara-Qum Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti ona ayrılmış torpaq sahəsində deyil, kənar ərazidə hasilat aparmış və buna görə 01 avqust 2018-ci il tarixdə ona verilmiş 01045 saylı dağ-mədən ayırması ləğv olunmuşdur. Məhz bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Nazirlər Kabinetindən isə cavabdeh inzibati orqana 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktub göndərilmişdir. Cavabdeh inzibati orqan məhkəmənin tələb etməsinə baxmayaraq İddiaçı fəaliyyəti nəticəsində çayların məcralarının təbii hidrogeomorfoloji, ətraf ərazilərin daha da hidrogeoekoloji şəraitinin neqativ yöndə dəyişməsinin nədə ifadə olunması, ona ayrılmış torpaq sahəsində deyil, kənar ərazidə hasilat aparıb-aparmaması, o cümlədən cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsinə mütəxəssis cəlb olunmaqla baxış keçirilibkeçirilməməsi, əgər keçirilmişsə bu barədə tərtib edilmiş mütəxəssis rəyini və yerində baxış müayinə aktının əsillərini və ya təsdiq olunmuş surətlərini Şirvan Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş olunsada, həmin sənədlər tədim edilməmişdir. Göründüyü kimi hazırki inzibati icraat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubu əsasında başlanılsa da həmin məktubda qeyd edilən faktların həqiqiliyi barədə inzibati orqan tərəfindən hər hansı ətraflı araşdırma aparılmamış, bu məqsədilə əraziyə baxış keçirilməmiş və buna dair hər hansı sübut əldə olunaraq məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati icraatın aparılmasından imtina etməklə, inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Bununla yanaşı məhkəmə araşdırması zamanı əldə edilərək, iş materiallarına əlavə olunan Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 10/2274 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, İmişli rayonu, Qaradonlu və Gövhərli kəndləri ərazisində mübahisələndirilən torpaq sahələri üzrə aparılan ekspertiza tədqiqatı nəticəsində İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qum-çınqıl materiallarının çıxarılmasıvə istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC-yə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.3 ha torpaqsahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüşdür. Həmin rəydən həmçinin müəyyən edilmişdir ki, naturada aparılan çöl tədqiqatı işləri zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qumçınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsindən kənarda İddiaçı tərəfindən qum-çınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdır. Göründüyü kimi İmişli Rayon İcra Hakimiyyəti başçısının hazırda mübahisələndirilən sərəncamının qəbul edilməsi əsaslarından olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 X3 mütəxəssiləri tərəfindən İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılmış monitorinqin (yoxlamanın) nəticələrinə dair tərtib edilmiş aktda İddiaçı ilə bağlı əks olunanlar həqiqəti əks etdirmir. Yəni, İddiaçı ona ayrılmış torpaq sahəsindən kənarda deyil, özünə məxsus ərazidə hasilat aparmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş həmin halların əksini təsdiq edən hər hansı mötəbər sübut isə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun müstəqil araşdırma aparılmadan, sübutlar toplanılmadan həmin monitorinqin nəticələrinə və bundan irəli gələn məktublara əsalanaraq iddiaçı üçün əlverişli inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edə bilməzdi. Hansı ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 61.1 maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı iş üzrə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, sərəncamın qəbul edilməsini şərtləndirən sübutlar məhkəməyə təqdim edilməmiş, nəticədə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2-1(120)-515/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar