Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-265/2023 21.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X16 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(120)-686/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Lerik RPŞ-nin rəisi K.Aslanovun xx.xx.2003-cü il tarixli, 5 ş/h saylı əmri ilə Lerik RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsinə təyin edilmişdir. Sonradan Cavabdeh 07 oktyabr 2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmri ilə İddiaçı daxili işlər orqanlarından xaric etmişdir. Hazırda iddiaçı daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı Cavabdeh 07 oktyabr 2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrinin ləğv edilməsini və daxili işlər orqanlarında xidmətə bərpa olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrinin ləğv edilməsi və onun daxili işlər orqanlarında xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh növbətçi hissəsinin növbətçi köməkçisi, polis baş serjantı olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrinə əsasən onun daxili işlər orqanlarında xidmətdən xaric olunmasına əmr edilmişdir. Əsas da o olmuşdur ki, Cavabdeh cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X8 xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumat əsasında həmin avtomobili saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüdən avtomobili rayon polis şöbəsinin duracağına aparılmasını xahiş etmiş, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmamış, oraya gələn növbətçi hissənin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X6 qarşı kobud rəftar etmiş və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratmışdır. Qeyd edilən xüsusatlar əsassız olduğundan Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmri ləğv edilməlidir. Onun tərəfindən Cavabdeh cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X6 qarşı heç bir kobudluq edilməmişdir. Ümumiyyətlə, xidmətdə olduğu müddətdə nizam-intizam məsələlərində daim məsuliyyətli olmuşdur. Bundan başqa, Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan X1 ona verilən xx.xx.2021-ci il tarixli, 001104 nömrəli meşə məhsullarının buraxılışı orderinə əsasən odun daşınmasına müvafiq icazəsi olmuşdur. Göstərilənləri nəzərə alıb Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrinin ləğv edilməsi və onun daxili işlər orqanlarında xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 22 iyun 2022-ci il tarixli, 2- 1(120)-686/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X8 xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində xidmətdə olarkən yaş odun daşınması barədə məlumat əsasında Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili (sürücü X3) saxlamış, özünü təqdim etdikdən sonra yükdaşıma yerində yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədləri olmadığı üçün sürücüdən avtomobili rayon polis şöbəsinin duracağına aparmasını xahiş etmişdir. Avtomobilin sürücüsünün tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmaması və oraya gələn növbətçi hissənin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı onunla kobud rəftar etməsi, saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması barədə polis baş leytenantı X4 xx.xx.2021-ci il tarixli, 153-8874-1121 nömrəli raportu əsasında polis baş serjantı İddiaçı barəsində xidməti yoxlama aparılmışdır. Araşdırma zamanı izahatı alınmış polis baş leytenantı X8 izahatında raportda yazdıqlarını təsdiq etməklə polis baş serjantı İddiaçı səs yazısını təqdim etmişdir. Səs yazısında müəyyən olunmuşdur ki, İddiaçı özündən rütbədə və vəzifədə böyük olan əməkdaşa vəzifəsini icra etməyə mane olmaqla, özünü ondan yüksək tutmaqla ondan şöbə rəhbərliyindən hadisəni gizlətməyi, maşını görmədiyini və saxlamadığını deməsini tələb etməklə həmkarına bu qanunsuzluqları etmək müqabilində pul təklif etmiş, bunun işə yaramadığını gördükdə hədə-qorxu gəlməyə başlamış və bu hörmətsizliyi ona bağışlamayacağını bildirməklə “Zil” markalı avtomobilin sürücüsünə avtomobili sürüb oradan getməsini bildirməklə sürücünün hadisə yerindən qaçmasına zəmin yaratmışdır. İzahatı alınmış polis baş serjantı İddiaçı xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində polis baş leytenantı X8 tərəfindən Lerik rayon Pirasora kənd sakini X1 “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaş odun daşıdığı üçün Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən zaman saxlanıldığını və sürücü X1 ona zəng edərək köməklik göstərməsini xahiş etdiyini bildirmişdir. Hadisə yerinə gələn polis baş serjantı İddiaçı polis baş leytenantı X6 həmin şəxsin sənədlərinin olmasını və odunun qanuni şəkildə Meşə Mühafizəsi və Bərpası idarəsindən alındığını və lazımdırsa, sabah şəxsən özü tərəfindən təqdim ediləcəyini bildirsə də, X8 onu eşitmədiyi üçün avtomobilin hadisə yerindən onun tərəfindən qaçırılmasının yalan olduğunu və avtomobilin həmin vaxt nasaz olmaqla şöbənin duracağına gətirildiyini bildirərək ilk öncə X4 ona qarşı kobudluq etməsini qeyd etmiş, lakin səs yazısında onun dedikləri sübut olunmamışdır. Polis baş serjantı İddiaçı baş vermiş hadisə ilə bağlı özünü tam təqsirli bilməklə polis baş leytenantı X2 və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəmiş, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini izahatında göstərmişdir. Aparılmış xidməti yoxlama üzrə materiala sıravi və kiçik rəis heyətinin yığıncağında baxılmış və Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrilə polis baş serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunması faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar idarəsində və digər xidmət sahələrində araşdırılmış və Cavabdeh sabiq polis əməkdaşı İddiaçı polisə yararsız olması, onun barəsində qəbul olunmuş qərarların düzgün olduğu öz təsdiqini tapmışdır. 2003-cü ildən 2021-ci ilədək daxili işlər orqanlarında xidmət edən sabiq polis əməkdaşı İddiaçı işlədiyi müddətdə özünü intizamlı, işgüzar, bacarıqlı bir əməkdaş kimi göstərə bilməmiş, geyim formasına riayət etməmişdir. O, ictimaiyyətdə və məişətdə nümunəvi olmamış, polis əməkdaşının adına və nüfuzuna daim xələl gətirmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə bağlı məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, İddiaçı heç bir intizam tənbehi almaması, səhlənkarlığa və etinasızlığa yol verməməsi və kollektivdəki nüfuzu, bir sözlə müsbət xarakterizə olunması ilə bağlı qeyd olunan fikirlər əsassızdır. Belə ki, İddiaçı bundan əvvəl də yol verdiyi pozuntular olmuş və barəsində intizam xarakterli tədbirlər görülmüşdür. Hal-hazırda heç bir cəzası olmasa da, şöbə rəhbərliyi tərəfindən müsbət xarakterizə olunmur. Bundan əlavə sıravi və kiçik rəis heyətinin yığıncağında da İddiaçı həmin heyətin əksər hissəsi tərəfindən mənfi xarakterizə olunmuşdur. İddiaçı qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq polis baş leytenantı X4 qanuni tələblərini yerinə yetirməmiş, ona qarşı hörmətsizlik etmiş və polis adı ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir. Bu hallar iş materiallarına əlavə edilmiş səs yazısı ilə tam təsdiqini tapır. Bu səbəbdən, İddiaçı barəsində tətbiq edilən tənbeh tədbiri qanunvericliyin tələblərinə uyğundur. Bundan əlavə iddiaçı barəsində Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmri ilə müəyyən olunmuş hallar birinci instansiya məhkəməsində də təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsi daxili işlər orqanlarında xidmətdən xaric edilərkən iddiaçının şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2003-cü ildən cavabdeh təşkilatda işləməsini, heç bir intizam tənbehi almamasını və ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilməsinin düzgün olmadığı qənaətinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd olunan xüsusatların nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil və nümayəndə X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin:
114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə.
132. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən xidməti borclarının yerinə yetirilməsinin, anda, intizam qaydalarına riayət olunmasının təmin edilməsi məsələlərinin kollektiv müzakirə edilməsi məqsədi ilə daxili işlər orqanlarında sıravi və rəis heyətlərinin yığıncaqları fəaliyyət göstərir.
133. Yığıncaqların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə ...
141. Daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə İddiaçı Lerik RPŞ-nin rəisi K.Aslanovun xx.xx.2003-cü il tarixli, 5 ş/h saylı əmri ilə Lerik RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsinə təyin edilmişdir. Sonradan Cavabdeh Lerik RPŞ-nin siravi və kişik rəis heyyəti yığıncağının xx.xx.2021-ci il tarixli qərarını əsas götürərək 07 oktyabr 2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmri ilə İddiaçı daxili işlər orqanlarından xaric etmişdir. Hazırda iddiaçı daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı Cavabdeh 07 oktyabr 2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrinin ləğv edilməsini və daxili işlər orqanlarında xidmətə bərpa olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrlə İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətdən xaric etməkdə haqlı olmamışdır. Belə ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsi xidmətdən xaric edilmə növündə intizam tənbehini ən sərt və sonuncu tədbir olaraq müəyyənləşdirmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbehin verilməsi də ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan digər sənədlərlə təsdiq olunur ki, iddiaçı xx.xx.2003-cü ildə daxili işlər orqanlarında əmək fəaliyyətinə başlamış, işlədiyi müddət ərzində əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. İddiaçı qeyd olunan nöqsana yol verdiyini səmimi etiraf etmiş və buna görə baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə X2 və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəmiş, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2003-cü ildən cavabdeh təşkilatda işləməsi və heç bir intizam tənbehi almaması nəzərə alınmamış və iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan mübahisələndirilən 07 oktyabr 2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrin məzmunundan görünür ki, həmin əmrin verilməsinə əsas Lerik RPŞ-nin siravi və kiçik rəis heyəti yığıncağının qərarı olmuşdur. Məhkəmə kollegiyası hazırda mübahisələndirilən əmrin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə uyğun olub-olmadığını müəyyən etmək üçün aşağıdakı dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 132-ci maddəsinə əsasən Daxili işlər orqanlarının əməkdaşları tərəfindən xidməti borclarının yerinə yetirilməsinin, intizam qaydalarına riayət olunmasının təmin edilməsi məsələlərinin kollektiv müzakirə edilməsi məqsədi ilə daxili işlər orqanlarında sıravi və rəis heyətlərinin yığıncaqları fəaliyyət göstərir. Həmin Əsasnamənin 133-cü maddəsinə əsasən yığıncaqların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 141-ci maddəsinə əsasən Daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Q56-001-18 saylı xx.xx.2018ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında sıravi və rəis heyətinin yığıncaqları haqqında” Əsasnamənin 3.1-ci maddəsinə əsasən sıravi və rəis heyətinin yığıncaqlarında aşağıdakı məsələlər üzrə işlərə baxılır: 3.1.1.xidməti və icra intizamının pozulması; 3.1.2.xidmət zamanı və xidmətdən kənar vaxtda hüquqazidd hərəkətə yol verilməsi; 3.1.3.daxili işlər orqanları əməkdaşı ləkə gətirən hərəkətə yol verilməsi; 3.1.4.ailə-məişət zəminində münaqişələrin törədilməsi; 3.1.5.inzibati məsuliyyətdən, mülki öhdəliklərin icrasından və ya kommunal xidmət haqlarının ödənilməsindən yayınma hallarına yol verilməsi. Həmin Əsasnamənin 5.9-cu maddəsinə əsasən sıravi və rəis heyətinin yığıncağında müzakirə olunan məsələ barədə qərar qəbul etmək üçün yığıncaq üzvləri ayrıca otaqda toplaşırlar, yekdilliklə və ya səs çoxluğu ilə qəbul edilməsi barədə məlumat verilməklə, yekun qərar yığıncaqda elan olunur. Həmin Əsasnamənin 5.11-ci maddəsinə əsasən keçirilən hər bir yığıncaq protokollaşdırılaraq iştirak edən bütün üzvlər tərəfindən imzalanır. Həmin Əsasnamənin 5.12-ci maddəsinə əsasən qərar sədr və katib tərəfindən imzalanır. Həmin Əsasnamənin 6.2-ci maddəsinə əsasən sıravi və rəis heyətinin yığıncağı aşağıda qeyd olunan qərarlardan birini qəbul edir: 6.2.1.yol verilmiş hərəkətin müzakirəsi ilə kifayətlənilməsi və belə hərəkətlərə təkrarən yol verəcəyi təqdirdə intizam məsuliyyətinə cəlb olunacağı barədə əməkdaşın xəbərdar edilməsi; 6.2.2.əməkdaşın intizam məsiliyyətinə cəlb edilməsi barədə orqan rəisi (komandir) qarşısında vəsatət qaldırılması; 6.2.3.əməkdaşın xidmət yerinin (və ya sahəsinin) dəyişdirilməsi barədə orqan rəisi (komandir) qarşısında vəsatət qaldırılması. Həmin Əsasnamənin 7.1-ci maddəsinə əsasən yığıncağın qəbul etdiyi qərardan 3 gün ərzində orqanın rəisinə (komandirə) yazılı şikayət verilə bilər. Həmin Əsasnamənin 7.2-ci maddəsinə əsasən verilmiş şikayətə 5 gün, zəruri hallarda isə 7 gün müddətində baxılır, qəbul edilmiş qərar barədə şikayətçiyə yazılı məlumat verilir. Həmin Əsasnamənin 7.3-cü maddəsinə əsasən şikayət əsaslı olduqada yığıncağın qərarının qanunvericiliyə, eləcə də bu əsasnaməyə zidd olduğu müəyyən edildikdə, orqanın rəisi (komandir) əsaslandırılmış rəy ilə qərarı ləğv edir və sənədləri yendidən baxılması üçün yığıncağa göndərir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi daxili işlər orqanlarının əməkdaşları tərəfindən xidməti borclarının yerinə yetirilməsinin, intizam qaydalarına riayət olunmasının təmin edilməsi ilə bağlı məsələlərinin kollektiv müzakirəsi daxili işlər orqanlarında sıravi və rəis heyətlərinin yığıncaqlarında həll olunur. Həmin yığıncağın qərarları daxili işlər orqanlarının əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Ümumi yığıncaq öz fəaliyyətini və qərarlarını yuxarıda qeyd edilən Əsasnaməyə uyğun həyata keçirməlidir. Əks halda qəbul edilmiş həmin qərar orqanın rəisi (komandir) tərəfindən ləğv olunur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş, mübahisələndirilən 07 oktyabr 2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrin qəbul edilməsinə əsas olmuş Lerik RPŞ-nin siravi və kiçik rəis heyəti yığıncağının xx.xx.2021-ci il tarixli qərarının “qərara aldı” hissəsindən görünür ki, İddiaçı (iddiaçının) DİO-dan xaric edilməsi göstərilmişdir. Lakin, həmin qərarın qəbul edildiyi xx.xx.2021-ci il tarixli ümumi yığıncağın protokolundan görünür ki, 27 (iyirmi yeddi) nəfərin iştirakı ilə iclas keçirilmiş və iclasın sonunda yığıncağın heyəti məşvərət üçün otağına gedir və məşvərətdən qayıtdıqdan sonra aşağıdakı məzmunda qərar elan edir: “İddiaçı yol verdiyi qəbahət və intizamsızlıq bağışlana bilməz və polis əməkdaşına yaraşmayan bir səhvdir” (iş vərəqi 31) Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə 27 nəfərin (o cümlədən iddiaçının) iştirakı ilə keçirilmiş yığıncağın protokolunda əks olunan və elan edilən qərarın nəticə hissəsi ilə ayrıca tərtib edilmiş həmin tarixli qərarda əks olunan nəticə arasında uyğunsuzluq vardır. Yəni, ümumi yığıncağın sonunda qəbul edilmiş qərar İddiaçı (iddiaçının) DİO-dan xaric edilməsi ilə əlaqədar deyil, onun yol verdiyi pozuntunun xarakteri ilə bağlı olmuşdur. “Sıravi və rəis heyətinin yığıncağında” müzakirə olunan məsələ barədə yekun qərarın yığıncaqda elan olunduğunu nəzərə alsaq, həmin yığıncaqda İddiaçı (iddiaçının) DİO-dan xaric edilməsinin müəyyən olunmadığı görünür (Əsasnamənin 5.9-cu maddəsinə və iş vərəqi 31-ə bax). Bundan başqa xx.xx.2021-ci il tarixli ümumi yığıncağın protokolu qeyd edilən Əsasnamənin 5.11-ci bəndinə uyğun yığıncaqda iştirak edən bütün üzvlər tərəfindən imzalanmalı olduğu halda, həmin protokol yalnız sədrlik edən və katib tərəfindən imzalanmışdır. Bununla da qeyd edilən Əsasnamənin 5.11-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa Lerik RPŞ-nin siravi və kiçik rəis heyyəti yığıncağının ayrıca akt formasında tərtib etdiyi xx.xx.2021-ci il tarixli qərarının “qərara aldı” hissəsindən görünür ki, İddiaçı (iddiaçının) DİO-dan xaric edilməsi göstərilmişdir. Hansı ki, qeyd edilən Əsasnamənin 6.2-ci maddəsinə əsasən “Siravi və kiçik rəis heyəti yığıncağı”nın qərarı daxili işlər orqanı əməkdaşının (hazırki iş üzrə iddiaçının) DİO-dan xaric edilməsi ilə bağlı deyil, onun intizam məsuliyyətinə cəlb edilməsi barədə orqan rəis (komandir) qarşısında vəsatət qaldırılması ilə bağlı olmalı idi. Yəni görünən odur ki, Lerik RPŞ-nin siravi və kişik rəis heyəti yığıncağı Əsasnamə ilə ona verilmiş səlahiyyətdən kənara çıxaraq İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı orqan rəisi (komandir) qarşısında vəsatət qaldırmaq əvəzinə, onun xidmətdən xaric edilməsi barədə qərar qəbul etmişdir. Beləliklə də Lerik RPŞ-nin siravi və kiçik rəis heyəti yığıncağının xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixli ümumi yığıncağın protokolunda əks olunan qərarın məzmunu ilə eynilik təşkil etməmiş, məzmun və məqsəd baxımından Əsasnamənin 6.2-ci maddəsinin tələbinə uyğun olmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Q56-001-18 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında sıravi və rəis heyyətinin yığıncaqları haqqında” Əsasnamənin 7.1-ci maddəsinə əsasən yığıncağın qəbul etdiyi qərardan 3 gün ərzində orqanın rəisinə (komandirə) yazılı şikayət verilə bilər. İşdən görünür ki, xx.xx.2021-ci il tarixdə ümumi yığıncaq tərəfindən iddiaçı barəsində qərar qəbul edilmiş və həmin qərara əsaslanaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə hazırda mübahisələndirilən əmr verilmişdir. Göründüyü kimi yığıncağın həmin qərarından 3 gün ərzində iddiaçının şikayət vermək hüququ olduğu halda, cavabdeh orqan iddiaçının şikayət vermə müddətini gözləmədən həmin qərara əsaslanaraq hazırda mübahisələndirilən əmri vermişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçı DİO-dan azad olunmasına əsas olan 07 oktyabr 2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrin qəbul edilməsinə əsas olmuş Lerik RPŞ-nin siravi və kiçik rəis heyəti yığıncağının xx.xx.2021-ci il tarixli qərarı qeyd edilən Əsasnamənin tələblərinə zidd şəkildə qəbul edilmiş və həmin qərardan şikayət verilmə müddəti gözlənilmədən, həmin qanunsuz qərar əsasında hazırda mübahisələndirilən əmr qəbul edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, əmrin verilməsinə əsas olmuş pozuntulara yol verilməsi İddiaçı həmin əsaslarla məhz xidmətdən azad olunması anlamına gəlmir. Belə ki, mübahisələndirilən əmrdə əks olunan pozuntular özü-özlüyündə intizam məsuliyyətinin tətbiq edilməsi üçün əsas olsa da, həmin əsaslar üzrə məhz xidmətdən azad edilmənin zəruriliyi inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Lakin mübahisələndirilən əmrdə bununla bağlı (xaric olunmanı şərtləndirən) hər hansı açıqlama və ya əsas göstərilməmişdir. Əmrdə istinad edilən DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli etik davranış kodeksinin 1, 2, 4, 6, 6-1, 9, 10, 17, 19, 20 və 22-ci maddələrinin, xx.xx.2009-cu il tarixli, 330 nömrəli “İntizam nizamnaməsinin” 3.2, 3.8, 3.9 və 7-ci bəndlərinin və “Polis haqqında Qanunun” 3, 13 və 29-cu maddələrinin tətbiqinə gəldikdə, bu normada göstərilən hallar Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 114-cü maddəsində qeyd edilmiş intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etsələr də, həmin əsasnamənin 114-cü maddəsinin məhz 7-ci bəndinin (xidmətdən xaric edilmə) tətbiqinə özü-özlüyündə əsas vermir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tətbiq edilmiş “xidmətdən xaric edilmə” ilə bağlı intizam tənbeh tədbiri törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə, həmçinin İddiaçı xidməti xasiyyətnaməsinə uyğun olmamışdır. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 114-cü maddəsinə görünür ki, xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də başa düşülə bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Lerik RPŞ-nin rəisi K.Aslanovun xx.xx.2003-cü il tarixli, 5 ş/h saylı əmri ilə Lerik RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsinə təyin edilmiş və həmin tarixdən 2021-ci ilə qədər yəni 18 il ərizndə DİO-da xidmət etmiş və xidmət etdiyi müddət ərzində hər hansı intizam məsuliyyətinə cəlb edilməmiş (əksinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir), işlədiyi müddət ərzində əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. İddiaçı qeyd olunan nöqsana yol verdiyini səmimi etiraf etmiş və buna görə baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə X2 və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəmiş, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2003-cü ildən cavabdeh təşkilatda işləməsi və heç bir intizam tənbehi almaması nəzərə alınmamış və iddiaçı barəsində ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh tədbiri tətbiq edilməklə xidmətdən xaric edilmişdir. Hansı ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Məhkəmə kollegiyasının mövqeyinə görə hazırki halda cavabdeh inzibati orqan diskresion səlahiyyətlərini həyata keçirən zaman iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol vermiş və diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və inzibati orqanın güddüyü qanuni məqsədinə uyğun həyata keçirməmişdir. Belə ki, daxili işlər orqanlarında 18 il qüsursuz xidmət etmiş və hər hansı intizam məsuliyyətinə cəlb edilməmiş əməkdaşa (hazırki halda iddiaçıya) ən ağır intizam tənbehinin tətbiqi “İnzibati İcraat haqqında” Qanunun 17-ci maddəsinə və diskresion prisiplərə ziddir. Cavabdeh inzibati orqan isə həmin intizam tənbehinin verilməsini şərtləndirən faktiki əsasları inzibati aktında və məhkəmə icraatında iddiaya qarşı münasibətində bildirməmişdir. Başqa sözlə cavabdeh inzibati orqan intizam tənbeh tədbirlərinin içərisində ən ağır nəticələrə səbəb olan tənbehin tətbiq edilməsini şərtləndirən faktiki və hüquqi əsasları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 745/2022 saylı xx.xx.2023-cü il tarixli qərarında əks edilmiş göstərişlərində qeyd edilir ki, iddiaçının hərəkətlərində yəni İddiaçı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı D.Hüseynova təzyiq edərək saxlanılan avtomobilin sürücüsünün getməsinə şərait yaradılması AR DİN-in etik davranış kodeksinin, intizam nizamnaməsinin, “Polis haqqında” Qanunun, “Xidmət keçmə haqqında” Əsasnamənin tələbləri baxımından qanuna uyğun olub-olmaması müəyyən edilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-745/2022 saylı xx.xx.2023-cü il tarixli qərarında əks edilmiş göstərişlərə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı D.Hüseynova təzyiq edərək saxlanılan avtomobilin sürücüsünün getməsinə şərait yaradılması ilə müşayiət olunan hərəkətləri nəzəri cəhətdən AR DİN-in etik davranış kodeksinin, intizam nizamnaməsinin, “Polis haqqında” Qanunun, “Xidmət keçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olmasa belə, həmin hərəkətlərə görə bir qayda olaraq “xidmətdən xaric edilmə” ilə bağlı intizam tənbehinin tətbiq edilməsi ilə nəticələnməməlidir. Başqa sözlə İddiaçı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı D.Hüseynova təzyiq edərək saxlanılan avtomobilin sürücüsünün getməsinə şərait yaradılması ilə müşayiət olunan hərəkətləri Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 114-cü maddəsində qeyd edilmiş intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etsələr də, həmin əsasnamənin 114-cü maddəsinin məhz 7-ci bəndinin (xidmətdən xaric edilmə) tətbiqinə özü-özlüyündə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları, prinsipləri, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-745/2022 saylı xx.xx.2023-cü il tarixli qərarında əks olunan mövqeyi nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan 07 oktyabr 2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(120)-686/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.