Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-265/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7 və vəkili Vəkil2, üçüncü şəxs X8 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(120)-50/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı Aqrar İslahat Komissiyasının qərarının hissəvi etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X20, X4, X9 və X11 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəmənin müvafiq qərardadı ilə X24, X12, X16 və X21 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 18 dekabr 2024-cü il tarixli, 2- 1(120)-50/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi, 100 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində iddiaçı tərəfin tələbi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsızlığının əsasları müəyyən edilmir. Eləcə də, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X20, X4, X9 və X11 ayrılan həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir ki, həmin sənədlərin qanunsuz tərtib edilməsi sübut olunmur. İş üzrə iddiaçılara ayrılan torpaq sahələrinin naturada yerləşmə koordinatları müəyyən edilmədən, yalnız iddia olunan yer üzrə tələb irəli sürməsi digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lerik rayon, X10 İcariyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 №-li iclas protokolundan çıxarışına əsasən babası X17 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpaqlarından 0.07 hektar torpaq sahəsi ayrılmışdır. Həmin sahədə babası fərdi yaşayış evi tikdirmiş və ailəsi həmin fərdi yaşayış evində uzun müddət yaşamışdır. Sənədli torpaq sahəsi 0.07 ha olsa da, ailəsinin faktiki istifadəsində 0.12 ha torpaq sahəsi olmuşdur. Lakin xx.xx.2016-cı il tarixdə 0.6 ha torpaq sahəsi və onun üzərində inşa edilən 69.1 kvm fərdi yaşayış evi X13 adına qeydiyyatdan keçmişdir. X3 xx.xx.1966-cı il tarixdə, atası X25 xx.xx.1982-ci il tarixdə, anası X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Sənədləşmə işini miras əmlakı faktiki qəbul edən, qanun üzrə vərəsə kimi həyata keçirmiş, lakin reyestr xidmətinin əməkdaşları səvhən 1954-cü ildə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.07 ha torpaq sahəsini 0.06 ha torpaq sahəsi kimi göstərmişlər. Halbuki göstərilən ərazidə magistral borular, avtomobil yolları, yüksək gərginlikli elektrik xətti keçmir. Bu baxımdan reyestr xidmətinin əməkdaşları rəsmi qaydada ayrılmış torpaq sahəsini düzgün qiymətləndirməmişlər. Sonradan reyestr xidmətinə ərizə və sorğu ilə müraciət etdikdə məlum oldu ki, X24 və onun 3 nəfər ailə üzvünə Lerik rayon, Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 83 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Aqrar İslahat Komissiyası öz fəaliyyətlərini sonradan müxtəlif formalara keçirtməklə 2000-ci il tarixə qədər fəaliyyət göstərmişdir. Həmin orqan adından da, göründüyü kimi aqrar islahat, yəni əkin torpaqlarının həmin ərazidə yaşayan şəxslərə bölünməsi ilə məşğul olmuşdur. Lerik rayon X15 xx.xx.2005-ci il tarixli 83 saylı qərarı əsasında verilmiş JN-079A nömrəli 80301004 kodlu “Torpağın mülkiyyətə verilməsi haqqında” şəhadətnamənin özü qanunvericiliyin tələblərinə uyğun tərtib edilmməmiş və vəzifəli şəxslərin möhrü və imzası ilə təstiq olunmamışdır. Lerik rayon X15 xx.xx.2005-ci il tarixli 83 saylı qərarında həyətyanı torpaq sahəsinin ayrılması sözü yazılsa da, faktiki bu, fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Bundan başqa onların atasının torpağın həmin hissəsində keçən əsrin 1980-cii illərində yeni fərdi yaşayış evi tikmişdir. Bu halda artıq fərdi yaşayış evi ilə yüklü olan torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə iş üzrə maraqlı şəxslərə verilə bilməzdi. 2000-ci il tarixdən Azərbaycan Respublikasının yaşayış məntəqələrinin torpaqları Bələdiyyələrin mülkiyyətinə keçmişdir. Bu baxımdan Bələdiyyələr həmin torpaq sahəsinə sərəncam vermək hüququna malik idilər. Torpaq sahəsinin Şahmuradov Aydın və onun ailə üzvlərinə aid olması ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə sorğu ilə müraciət etsə də, sorğuda həmin şəxsə və digər şəxslərə torpaq sahəsinin qeydə alınması ilə bağlı hər hansı bir məlumat verilmir. Reyestr Xidmətinin 14 iyun 2021-ci il tarixli sorğuya cavab məktubunda onun mülkiyyətində olan torpaq sahəsi barədə informasiya verilir. Halbuki sorğunun mahiyyəti X20 və onun ailə üzvlərinə hansı əsasla torpaq sahəsinin qeydə alınmasını müəyyən etməkdir. Lakin buna cavab almadıqlarından məhkəməyə mövcud olan sənədlər əsasında müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etmişlər. Üçüncü şəxs şikayətin dəlillərini qəbul etmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -JN-079A, KOD 80301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Lerik qəsəbə sakini X20 və ailə üzvləri X4, X9 və X11 Lerik rayon X19 xx.xx.2005-ci il tarixli, 83 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. -Azərbaycan Respublikası Dövlət X22 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, A/510 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Lerik rayon X10 İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolundan çıxarışa əsasən X13 yaşayış evinin olmadığını nəzərə alaraq rayon mərkəzində dövlət fondu torpağından 0,07 hektar ev yeri verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5241 nömrəli ekspert rəyində bildirilir: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********83 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon ZD Sovetin İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolunun qərarına əsasən X17 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpağından ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0.07 ha torpaq sahəsinin naturada və sənəd üzrə konktet yerləşmə yerini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadı. -xx.xx.2016-cı il tarixdə verilmiş (RX seriyalı ******* nömrəli) **********80-10301 reyestr nömrəli Çıxarışa əsasən X13 mülkiyyətində olan Lerik şəhəri, Həmid Həmidov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. -Lerik rayon Aqrar islahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarı əsasında JN-079A, KOD 80301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X18, X2, X5 və X8 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, X18 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,06 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış sənədlərdəki texniki xətalara görədir). -Lerik rayon ZD Sovetin İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolunun qərarına əsasən X17 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpağından ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin yuxarıda qeyd edildiyi kimi sənəd üzrə konkret yerləşmə yerini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadığından, həmin 0.07 ha torpaq sahəsinin JN- 079A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X18, X2, X5 və X8 ümumi birgə mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. -xx.xx.2016- cı il tarixdə verilmiş (RX seriyalı ******* nömrəli) **********80-10301 reyestr nömrəli çıxarışa əsasən X13 mülkiyyətində olan Lerik şəhəri, Həmid Həmidov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə JN-079A saylı "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X18, X2, X5 və X8 ümumi birgə mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsi üst-üstə düşmür, sənədlərə əsasən bir-biri ilə qonşu torpaq sahələridir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5559 nömrəli ekspert rəyində bildirilir: -Faktiki vəziyyətdə tərəflərin (iddiaçı və üçüncü şəxslərin) istifadələrində olan mübahisəli həyətyanı torpaq sahəsinin ümumi ölçüsünün 0,127 ha olması müəyyən edilmişdir. Həmin 0,127 ha torpaq sahəsi üzərində iki fərdi yaşayış evinin və köməkçi tikililərin mövcud olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin fərdi yaşayış evinin birinin və köməkçi tikililərin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və **********80-10301 reyestr nömrəli Çıxarışa əsasən X13 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində, digər fərdi yaşayış evinin isə JN-079A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X18, X2, X5 və X8 ümumi birgə mülkiyyətlərində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşməsi müəyyən olunmuşdur. -Lerik rayon ZD Soveti İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolunun qərarına əsasən X17 ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə isə iddiaçı və üçüncü şəxslərin istifadələrində olan 0,127 ha ölçüdən ibarət həyətyanı torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 0,06 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli və **********80-10301 reyestr nömrəli Çıxarışa əsasən X13 mülkiyyətində olan, qalan 0,06 ha hissəsinin isə JN-079A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X18, X2, X5 və X8 ümumi bidgə mülkiyyətlərində olan torpaq sahəsi olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən hasara alınmış 0,127 ha ölçüdən ibarət torpaq sahəsinin başqa üçüncü şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Lerik rayon Aqrar İslahat Komissiyasının qərarının qismən ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(120)-50/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı Aqrar İslahat Komissiyasının qərarının hissəvi etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-265/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-265/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver