Məhkəmə qərarları › İş №2-1(106)-266/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-266/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-266/2022 15.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı işi üzrə QƏRARDAD Açar sözlər: ( yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd olunması ) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundn ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 və üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, üçüncü şəxslər X4 və Masallı rayon Bədəlan Bələdiyyəsinə qarşı “X4 verilmiş xx.xx.2009-cu il tarixli, A 195152 nömrəli və xx.xx.2009-cu il tarixli, AA 002025 nömrəli torpaq sahəsinin kadastr planlarının (plan və ölçünün), xx.xx.2009-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli, A345287 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə məcbur edilməsi» tələbinə dair 2-1(86)-94/2012 nömrəli inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə X3 nümayəndəsi və vəkili Vəkil2 ərizəsi üzrə Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadından X3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, üçüncü şəxslər X4 və Masallı rayon Bədəlan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 verilmiş xx.xx.2009-cu il tarixli, A195152 nömrəli və xx.xx.2009-cu il tarixli, AA 002025 nömrəli torpaq sahəsinin kadastr planlarının (plan və ölçünün), xx.xx.2009-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli, A345287 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə məcbur edilməsi» barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 31 iyul 2012-ci il tarixli, 2-1(86)-94/2012 saylı qərarı və 29 avqust 2012-ci il tarixli əlavə qərarı ilə iddia qismən təmin edilmiş, yəni iddia iş üzrə üçüncü şəxs X3 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A195152 saylı plan və ölçü sənədinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli, seriya MN ******* nömrəli reyestrdən çıxarışın və reyestr nömrəsi **********37 olan torpaq sahəsinin plan və ölçü sənədinin qismən, yəni İddiaçı məxsus 44 kv.metr hissədə ləğv edilməsi, İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, A345287 nömrəli torpaq sahəsinin plan və ölçüsünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ləğv edilməsinin qanunsuz hesab edilməsi və Masallı rayon Bədəlan Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı satılmış 0,05 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə həvalə edilməsi hissəsində təmin edilmiş, X3 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və ölçü sənədinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, seriya MN ******* nömrəli reyestrdən çıxarışın və reyestr nömrəsi **********37 olan torpaq sahəsinin plan və ölçü sənədinin İddiaçı məxsus torpaq sahəsinə düşməyən 16 kv.metr hissəsinin ləğv edilməsi hissəsində təmin edilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2012-ci il tarixli, 2-1(86)-94/2012 saylı qərarından iş üzrə üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2013-cü il tarixli, 2-1(106)- 10/2013 saylı qərarı ilə təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2013-cü il tarixli, 2-1(106)-10/2013 saylı qərarından iş üzrə üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2013-cü il tarixli, 2-2(102)-527/13 saylı qərarı ilə təmin edilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2012-ci il tarixli, 2-1(86)-94/2012 saylı qərarı qanuni qüvvəyə minmiş və icrasını təmin etmək məqsədilə 16 sentyabr 2013-cü il tarixli icra vərəqəsi verilmişdir. İddiaçı X5 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Masallı rayon Bədəlan bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli qərarı ilə ona ayrılmış 44 kv.metr torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-39/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, qərar qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.Qeyd olunan məhkəmə qərarının icrasının nəticəsi olaraq tərtib olunmuş 10 yanvar 2022-ci il tarixli akta əsasən 44 kv.metr torpaq sahəsi Masallı rayon Bədəlan bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli qərarı ilə X4 ayrılmış 60 kv.metr torpaq sahəsinin tərkibində yerləşir və Masallı rayon Bədəlan Bələdiyyəsinin xx.xx.2003cü il tarixli 09 saylı qərarı ilə İddiaçı satılmış və onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat X3 nümayəndəsi və vəkili Vəkil2 10 yanvar 2022-ci il tarixli akta istinad edərək Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(86)-94/2012 nömrəli inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən İddiaçı aid əraziyə tərtib edilmiş ekspert rəyinə istinad etmiş, həmin qərarı qüvvədə saxlayan apellyasiya və kassasiya instansiyası məhkəmələri də eyni mövqedən çıxış etmiş, Masallı rayon Bədəlan bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli qərarı ilə X4 ayrılmış 60 kv.metr torpaq sahəsinin harada yerləşməsi araşdırılmamış, həmçinin, İddiaçı adına tərtib olunmuş plan və ölçünün ləğvini qanunsuz hesab edərkən də həmin sənədin ona bələdiyyə qərarı ilə ayrılmış əraziyə tərtib edilərək Gülər Fərzullayevaya aidiyyətinin olmaması qənaətinə gəlmişlər. Ərizəçi 10 yanvar 2022-ci il tarixli akta istinad edərək məhkəmə qərarı ilə ləğv edilmiş ona məxsus plan-ölçü sənədinin və çıxarışın bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsinə tərtib edildiyini və verildiyini, beləliklə, İddiaçı adına mövcud olmuş plan və ölçünün ərizəçiyə aid torpaq sahəsinə tərtib edildiyi üçün ləğvinin və hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın qanuni olması qənaətinə gəlməklə bu xüsusatların əvvəlki məhkəmə baxışında məlum olmadığını bildirir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(86)-94/2012 saylı qərardadı ilə (hakim F.N.Abbasov) ərizə rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizə və ona əlavə edilmiş aktda qeyd olunan xüsusatların iş üzrə yeni açılmış hal kimi qiymətləndirilməsini və bu xüsusatlara görə 2-1(86)-94/2012 saylı inzibati iş üzrə icraatın təzələnməsini mümkün hesab etməmişdir. Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(86)-94/2012 nömrəli qərardadının ləğv edilməsini və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(86)-94/2012 saylı inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində bildirilmişdir ki, adına tərtib edilməklə yuxarıda göstərilən məhkəmə qərarları ilə ləğv edilmiş plan və ölçü sənədi ilə çıxarışın bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsinə tərtib edilməsini, həmçinin İddiaçı bələdiyyə qərarı ilə onunla qonşu olmasına baxmayaraq (bu Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərarı ilə müəyyən edilir.) onun adına mövcud olmuş plan və ölçünün bələdiyyə tərəfindən ona ayrılmış torpağa tərtib edilməklələğvinin və bununla bağlı hüququnun qeydiyyatından imtinanın qanuni olmasını göstərir. Halbuki bu xüsusat əvvəlki məhkəmə baxışlarında məlum olmamışdır. Masallı rayon Bədəlan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə İddiaçı 500 kv.metr, xx.xx.2007-ci il tarixli qərarı ilə ona isə 60 kv.metr torpaq sahəsi ayrılmışdır. Bir-birinə qarşı torpaqayırma sənədlərinin etibarsız hesab edilməsi barədə iddiaları Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə rədd edilmiş, həmin qərar Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvədə olan həmin qərarlara görə İddiaçıla ona bələdiyyə tərəfindən ayrılmış torpaqlar üst-üstə düşməməklə qonşu ərazilərdir. Lakin İddiaçı adına sonradan, yəni xx.xx.2011-ci il tarixdə plan və ölçü sənədi hazırlanarkən həmin sənədin 44 kv.metri torpağına tərtib edilmişdir. Həmin xüsusatla bağlı şikayəti ilə əlaqədar olaraq, araşdırlma aparılmış, həmin fakt öz təsdiqini tapdığından keşmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin plan və ölçü sənədi ləğv edilmiş, həmçinin İddiaçı qeyd olunan plan və ölçü sənədinin işləndiyi əraziyə hüququnun qeydiyyatı barədə müraciəti DƏDRX tərəfindən təmin edilməmişdir. X13-İqtisadi Məhkəməsi ekspertiza qarşısında İddiaçı adına olan plan ölçü sənədinin bələdiyyə qərarı ilə ona ayrılmış əraziyə tərtib edilib-edilməməsini araşdırmadan, adına olan çıxarışla plan və ölçü sənədinin ona bələdiyyə qərarı ilə ayrılmış əraziyə tərtib edilməməsi qənaətinə gəlmişdir. Həmin qərarı qüvvədə saxlayan apellyasiya və kassasiya instansiyaları məhkəmələri də eyni mövqedə olmuşlar. Lakin qanuni qüvvədə olan bələdiyyə qərarı ilə olan yerinin naturada göstərilməsinə dair məhkəmə qərarının icrası zamanı müəyyən edilmişdir ki, həmin yerə məhz İddiaçı plan və ölçü sənədi, Çıxarışı tərtib edilmişdir. Bu isə qeyd olunan plan və ölçü sənədinin düzgün tərtib edilməməsini göstərir. Həmin hal isə işə baxan məhkəmələrlə məlum olmamaqla məhkəmələrin düzgün nəticəyə gəlməməsini, ləğv edilmiş sənədlərin əslin də bələdiyyə qərarı ilə ona ayrılmış torpağa tərtib edilməklə ləğv edilməsi üçün əsasların olmamasını və əsassız olaraq mülkiyyətindəın faktiki məhrum olunmasını göstərir. Lakin bu barədə ərizəni rədd edən məhkəmə bunları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi yeni açılmış hal kimi təqdim etdiyi torpağın naturada göstərilməsinə dair aktı ümumiyyətlə nəzərə almamış və bələdiyyə qərarı ilə ayrılmış torpağın harada olmasını araşdırmamışdır. Halbuki birinci in stansiya məhkəməsi torpaq sahəsinə olan kadastr planı ilə çıxarışı məhz ona görə ləğv etmişdi ki, həmin sənədlər bələdiyyə qərarı ilə ona ayrılmış torpağa tərtib edilməmişdir. Bu isə bələdiyyə qərarı ilə ona ayrılmış torpağın yerinin müəyyənləşdirilməsinin zəruri olmasını göstərir. Ona bələdiyyə qərarı ilə ayrılmış yeri müəyyən etmədən məhkəmə necə qənaətə gələ bilər ki, sonradan həmin torpağa tərtib edilmiş sənədlər qeyd olunan torpağa düzgün tərtib edilməmişdir?. Odur ki, bu məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hal idi. Lakin məhkəmə həmin halı arfaşdırmaqdan imtina etmişdir. Qeyd edilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(86)-94/2012 saylı qərardadının ləğv edilməsini və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(86)-94/2012 nömrəli inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsində X3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(86)-94/2012 saylı qərardadının ləğv edilməsini və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(86)-94/2012 nömrəli inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və üçüncü şəxs Masallı rayon Bədəlan Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehlər və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə–akt, məhkəmə qərarları və.s aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100- cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu İnzibati Prosessual Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. İş materiallarından müəyyən edilir ki, üçüncü şəxs yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinə yeni sübut kimi 10 yanvar 2022-ci il tarixli aktı əlavə etmişdir. Həmin akt Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-39/2021 nömrəli qərarının icrasının nəticəsində tərtib edilmişdir. Şirvan İnzibati Məhkəməsinin bəhs olunan qərarından müəyyən olunur ki, iddiaçı X2 rayon Bədəlan bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli qərarı ilə ona ayrılmış 44 kv.metr torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia təmin edilmişdir. 10 yanvar 2022-ci il tarixli aktda aşağıdakılar qeyd olunmuşdur: “...Araşdırma zamanı məlum oldu ki, elektron baza məlumatlartına İddiaçı DƏDRXdə **********93 reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü” ilə mülkiyyət hüquqları qeydə alınmış 0,05 ha torpaq sahəsinin koordinatlarına əsasən iddia olunan və məhkəmə qərarında göstərilən 44 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür”. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, üçüncü şəxsin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsində və 10 yanvar 2022-ci il tarixli aktda qeyd edilən halların ilkin məhkəmə araşdırmalarının predmeti olduğu və onlara məhkəmə tərəfindən hüquqi qiymət verildiyi müəyyən edilmişdir. Belə ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş 31 iyul 2012-ci il tarixli, 2-1(86)94/2012 saylı qərarının əsaslandırma hissəsində aşağıdakılar qeyd edilmişdir: “...məhkəmə iclasında müəyyən edildi ki, Masallı rayon Bədəlan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 saylı qərarı ilə özünə məxsus çayxana binasının altında və ətrafında olan 0,05 ha torpaq sahəsi İddiaçı oğluna satılmış, torpaq sahəsinin ilkin yer quruluşu sənədləri hazırlanmış, torpaq sahəsi müvafiq alqı-satqı aktı əsasında iddiaçıya təhvil verilmişdir. Sonradan Masallı rayon Bədəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə iş üzrə üçüncü şəxs X4 da İddiaçı satılmış torpaq sahəsinin yanında (sərhədində) 60 kv metr torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Lakin, X3 adına verilmiş X12 kitabında xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və ölçü sənədi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestr xidmətinin verdiyi reyestr nömrəsi **********37 olan torpaq sahəsinin plan və ölçü sənədi Masallı rayon Bədəlan bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli ilkin qərarı və ilkin yerquruluşu sənədləri ilə X1 torpaq sahəsinə uyğun verilməmişdir, bələdiyyə qərarı ilə torpaq sahəsinin ilkin sənədlərində Gülər Fərzullayevaya ayrılmış torpaq sahəsinin İddiaçı məxsus topaq sahəsi ilə qonşu olduğu, yəni onların ayrı-ayrı torpaq sahəsi olduğu göstərilsə də, Gülər Fərzullyevanın adına X12 kitabında xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və olçu sənədi hazırlanarkən ilkin torpaqayırma sənədinə uyğun hazırlanmamış, Gülər Fərzullayevanın adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış plan və ölçü sənədində və bunun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş reyestrindən çıxarışda, plan və ölçü sənədində İddiaçı məxsus torpaq sahəsinin bir hissəsi qeyd olunmuşdur. İddiaçı adına X14 kitabında xx.xx.2011-ci il tarixdə 3232 nömrə ilə uçota alınmış A 345287 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi isə Masallı rayon Bədəlan bələdiyyəsinin 08 sentyabr 2003-cü il tarixli qərarı və ilkin sənədlərlə İddiaçı satılmış torpaq sahəsinə uyğun verilmişdir. Masallı rayon Bədəlan bələdiyyəsinin 08 sentyabr 2003-cü il tarixli və 20 aprel 2007-ci il tarixli qərarları ilə İddiaçı və X1 torpaq sahəsinin ilkin qərar və xəritələrdə yanaşı olduğu göstərildiyi halda, Gülər Fərzullayevanın inşa etdiyi mağaza tikintisi Şahvedi Həsənova məxsus torpaq sahəsinin 44 kv.metr hissəsində inşa olunmuşdur və torpaq sahələri həmin hissədə üst-üstə düşürlər. Gülər Fərzullayevanın inşa etdiyi ticarət obyekti Masallı rayon Bədəlan bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsindən kənarda tikilmiş, həmin tikilinin 44 kv.metri İddiaçı məxsus olan X12 kitabında xx.xx.2011-ci il tarixdə 3232 nömrə ilə uçota alınmış A345287 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindəki torpaq sahəsinin asfalt yol tərəfindən sağ (cənub-şərq) küncünə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ona görə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(50)-08/2021 nömrəli qətnaməsini məhkəmə preyudisial əhəmiyyətli hesab etməyərək, işin hallarını yenidən araşdırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi qeyd olunan qətnaməsində həmin qənaətə gələrkən əsas sübut kimi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2011-ci il tarixli rəyini və həmin rəydə ekspertin gəldiyi “İddiaçı ilə X3 istifadələrində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı” nəticəsinə əsaslanıb. Hazırki işdə isə ekspertə bütün ilkin sənədlər təqdim edərək, cavabdeh reyestr xidmətinin imtina məktubunda göstərildiyi kimi, İddiaçı məxsus (Masallı rayon Bədəlan bələdiyyəsi tərəfindən ona verilmiş) torpaq sahəsində Gülər Fərzullayevaya məxsus torpaq sahəsinin və tikilinin hər hansı hissəsinin düşüb-düşmədiyinin aydınlaşdırılması tələb olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2038 saylı rəydən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2012-ci il tarixli 17-3/209 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, ekspertlər müəyyən etmişlər ki, X3 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçü sənədi Masallı rayon Bədəlan bələdiyyəsinin qərarı və ilkin yerquruluşu sənədləri ilə ona satılmış torpaq sahəsinə uyğun verilməmişdir, Gülər Fərzulayevaya məxsus sənədlərdə göstərilən torpaq sahəsinin və tikilinin bir hissəsi İddiaçı məxsus torpaq sahəsinin 44 kv.metr olan hissəsinə düşür. Göründüyü kimi, hazırki mübahisə ilə bağlı əvvəllər Şirvan Apellyasiya Məhkəməsində qətnamə qəbul edilrkən ekspert rəyi ilə torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyi müəyyən edilməyən hal hazırda müəyyən edilmişdir. Bu hal nəzərə alınaraq və inzibati-iqtisadi məhkəmədə işə baxılarkən işin hallarının araşdırılması və sübutların toplanması hakimin vəzifəsi hesab olunduğuna görə, məhkəmə mübahisə predmeti ilə bağlı əvvəlki məhkəmə qərarlarını preyudisial əhəmiyyətli hesab etməmiş, işin hallarını özü araşdırmış və həqiqəti müəyyən etmişdir”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, üçüncü şəxsin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsində və 10 yanvar 2022-ci il tarixli aktda qeyd edilən hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Belə yanaşma hüquqi sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-cı il tarixli, 2-1(86)-94/2012 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar