Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-267/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və X2 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2-1(120)-2184/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 01 oktyabr 2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmrinin ləğv edilərək polis serjantı kimi X5 xidmətə yenidən qəbul edilməsi, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsinə işə bərpa edilməsi və işə bərpa edildiyi günə qədər məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 may 2023-cü il tarixli, 2-1(120)- 167/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında Şirvan Apelyasiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(106)-348/2023 saylı qərardadı ilə qərarı ləğv edilərək, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 29 noyabr 2024-cü il tarixli, 2- 1(120)-2184/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi 18 mart 2020-ci il tarixdə ikinci əməliyyatdan sonra təxminən 1 ay müddətində yenidən müayinə edilməyi zərurəti olduğu üçün Rusiya Federasiyasında qalmalı olduğunu, daha sonra Covid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıda bilmədiyini, xx.xx.2020-ci ıl tarixdə Azərbaycan Respublikasına qayıtdığını və 20-28 oktyabr tarixlərdə Quba rayonunda Təlim Tədris və İstirahət Mərkəzində karantin rejimində saxlanıldığını, 05 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikasına qayıtdığı günə qədər Rusiya Federasiyasında müalicələr aldığını bildirmişdir. Lakin işdə olan Voloqda vilayət klinik xəstəxanasının urologiya şöbəsinin İddiaçı xəstəlik tarixinə dair 396375 nömrəli çıxarışından görünür ki, iddiaçının səhhəti ilə bağlı vəziyyəti kafi hesab olunmuş və xx.xx.2020-ci il tarixdə xəstəxanadan buraxılmışdır. İddiaçı 05 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikasına qayıtdığı günə qədər (xx.xx.2020) Rusiya Federasiyasında müalicələr aldığını bildirsə də, bunu təsdiq edən heç bir tibbi sənədi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı Covid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıda bilmədiyini bildirsə də, işdə olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 11/2277 nömrəli məktubuna əlavə olunmuş cədvəldən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Rusiya Federasiyasından Azərbaycan Respublikasının ayrı-ayrı hava limanlarına mütəmadi olaraq (28 dəfə) təyyarə enməsi qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 26 oktyabr 2007-ci il tarixdə polis serjantı kimi X7 xidmətə qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafızə İdarəsinin rəisinin 05 oktyabr 2020-ci il tarixli, Ə 1338 Ş/h-038-20 saylı əmri ilə Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsini 9-cu bəndinə əsasən “X11 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə” əsası ilə X5 xidmətdən xaric edilmişdir. Qeyd edir ki, səhhətində ağır problemlər olduğu üçün ilk olaraq göndəriş əsasında Daxili İşlər Nazirliyinin 1 saylı Poliklinikasına müraciət etmişdir. Çoxsaylı müayinələrdən sonra əməliyyat edilməli olduğu aydınlaşmış, əməliyyatın keçirilməsi isə Türkiyə Respublikasında və Rusiya Federasiyasında mümkün idi. 22 yanvar 2020-ci il tarixdə məzniyyətə buraxılmış və məzuniyyət dövründə Rusiya Federasiyasına getməyinə Baş Mühafızə İdarəsinin rəisi tərəfindən rəsmi icazə verilmişdir. 21 fevral 2020-ci il tarixdə Rusiya Federasiyasının Volodqa şəhərində ilk əməliyyata girmiş, daha sonra yenidən 18 mart 2020-ci il tarixdə əməliyyat edilmişdir. İkinci əməliyyatdan sonra təxminən 1 ay müddətində yenidən müayinə edilməyi zərurəti olduğu üçün yenidən Rusiya Federasiyasında qalmalı oldu. Daha sonra Covid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıda bilməmişdir. Əməliyyat edilməyi barədə məlumatları işlədiyi idarəyə vermiş və daha sonra Pandemiya səbəbindən Azərbaycan Respublikasına qayıda bilmədiyini də bildirmişdir. xx.xx.2020-ci ıl tarixdə Azərbaycan Respublikasına qayıtmış və 20-28 oktyabr tarixlərdə Quba rayonunda Təlim Tədris və İstirahət Mərkəzində karantin rejimində saxlanılmışdır. Sonra yaşadığı Ağcabədi rayonuna qayıtdıqdan sonra 02 noyabr 2020-ci il tarixdə Ağcabədi Rayonlararsı Mühafızə Şöbəsinə dəvət edilmiş və ona işdən çıxarıldığını bildirilməklə, əmək kitabçası təqdim edilmişdir. İşdən çıxarılmağı barədə əmrdə işdən çıxarılma səbəbi kimi X11 əməkdaşının adına ləkə gətirən hərəkət etməyi qeyd edilmişdir. 22 yanvar 2020-ci il tarixdən, yəni əmək məzuniyyətinə buraxıldığı vaxtdan müalicə üçün Rusiya Federasiyasında olmuş və orada olduğu müddətdə hər hansı bir qanunazidd və ya X11 əməkdaşının adına ləkə gətirən hərəkət etməmişdir. Ona görə də hesab edir ki, cavabdehin verdiyi əmr tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməli və polis serjantı kimi işlədiyi Ağcabədi Rayonlararası Mühafızə Şöbəsinə polis nəfəri kimi işə bərpa edilməlidir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə, saat 00:10 dəqiqədə Samur sərhəd nəzarət məntəqəsindən keçərək Rusiya Federasiyasına daxil olmuş, Voloqda şəhərində mövcud olan "xxxx" MMCdən verilmiş, əmək fəaliyyətindən azad etmək haqqında vərəqin kserosurətində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə müalicə olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə müddətin uzadılması, xx.xx.2020-ci il tarixdə işə başlamalı olduğu X9 Xəstəxanasından verilmiş digər sənədin kserosurətindən isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi müalicə olunması, xx.xx.2020-ci il tarixdə cərrahi əməliyyat aparılması göstərilmişdir. İddiaçı səy göstərməsinə baxmayaraq, pandemiya ilə əlaqədar respublikaya gələ bilmədiyini, sərhədlərin bağlı olduğunu, təyyarələrin uçmadığını bildirsə də, sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş uçuş cədvəlindən görünür ki, həmin ərəfədə respublikaya RF-nın müxtəlif hava limanlarından təyyarələr gəlmişdir. Bundan əlavə Azərbaycan Respublikası DİN-in Rusiya Federasiyasındakı nümayəndəliyinə edilən sorğuya cavabda İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “BUZ BO’’ Voloqda vilayət xəstəxanasında müalicə olunması müəyyən edilmişdir. İddiaçı xx.xx.2020ci il tarixdə saat 13.09-da Samur sərhəd nəzarət məntəqəsindən keçərək Azərbaycan Respublikasına daxil olması, 28 oktyabr 2020-ci il tarixə kimi karantin rejimində olması, 02 noyabr 2020-ci il tarixdə iş yerinə gəlməsi müəyyən edilmişdir. İddiaçı vəzifəsinə etinasız yanaşaraq respublikaya vaxtında qayıtmamış, vaxtında müalicə olunmamış, səhlənkarlığı səbəbindən pandemiyanı bəhanə etmişdir. Ona görə də 15 sentyabr 2020-ci il tarixli «Siravi və kiçik rəis heyətinin yığıncağı»nın rəyi də nəzərə ahnmaqla DİO-da xidmətdən xaric edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayıtində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd edilmiş dəlillərlə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin vəkili və nümayəndəsi ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmişlər və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: -Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 038-628B-3220 nömrəli məktubundan görünür ki, Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı 2020-ci ilin yanvar ayının 22-dən fevral ayının 22-dək əsas məzuniyyəti dövründə Rusiya Federasiyasına getməsinə etiraz edilməmişdir. -Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin sıravi və kiçik rəis heyəti yığıncağının xx.xx.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, polis nəfəri, polis serjantı İddiaçı məzuniyyət müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, uzun müddət xidmətə çıxmaması, bununla da onun DİN-in 212 nömrəli əmrinin və «Polisin PPX Nizamnaməsi»nin tələblərini kobud şəkildə pozması nəzərə alınaraq, polis serjantı X1 DİO-dan xaric olunması barədə BMİ-nin rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020ci il tarixli, Ə 309-038-20 nömrəli əmrinin məzmunundan görünür ki, , İddiaçı yuxarıda qeyd olunan əsaslarla DİN-in 2014-cü il 14 may tarixli, Q10-001-14 nömrəli Qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi haqqında Əsasnamə»nin 5.6-cı bəndini rəhbər tutaraq, vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da «Polisin post-patrul xidmətinin Nizamnaməsi»nin, «X11 X3 Kodeksi»nin və «Azərbayjan Respublikası X11nın intizam Nizamnaməsi»nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin «Sıravi və rəis heyətinin yığıncağı»nın qərarı da nəzərə alınmaqla, «Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X5 xidmətdən xaric olunması qərara alınmışdır. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X8 Mərkəzi” publik hüquqi şəxsinin arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək BDU-nin Quba rayonundakı Təlim Tədris və X4-19 ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. -Təqdim edilmiş tibbi sənədlərdən görünür ki, iddiaçı Rusiya Federasiyasının Voloqda şəhərində yerləşən "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müalicədə olmuş, xx.xx.2020-ci il tarixdə “BUZ BO’’ Voloqda vilayət xəstəxanasında üzərində cərrahi əməliyyat aparılmış, xx.xx.2020-ci il tarixdə xəstəxanadan çıxarılmasına icazə verilmiş, lakin 2 ay müddətinə əmək qabiliyyətsiz olması göstərilmişdir. -İnternet resurslarından əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı adından mailto:nk@cabmin.qov.azElektron ünvan saytına müraciət olunaraq, Azərbaycan Respublikasına qayıtmasına köməklik göstərilməsi xahiş edilmişdir. -"xxxx" QSC-nin cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2021-ci il tarixli, 11/2277 nömrəli məktuba əlavə olunmuş cədvəldən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Rusiya Federasiyasından Azərbaycan Respublikasının ayrı-ayrı hava limanlarına (28 dəfə) təyyarə enməsi qeydə alınmışdır. -"xxxx" QSC tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş məktubda bildirilir ki, xx.xx.2020-ci il tarixdən 2020-ci ilin oktyabr ayının sonunadək yalnız avqust ayında həyata keşirilən Moskva-Bakı reysi üzrə vətəndaşların sərbəst şəkildə bilet alaraq uçuşdan istifadə etməsi mümkün olmuşdur. Digər reyslər xüsusi təyinatlı olduğundan həmin reyslər üzrə sərbəst bilet satışı həyata keçirilməmişdir. Şərh olunan sübutlardan göründüyü kimi, iddiaçı müvafiq icazə əsasında Rusiya Federasiyasına müalicə almaq üçün getmiş, müalicənin sonunda isə Covid-19 virusunun yayılması ilə əlaqədar iradəsindən asılı olmayan səbəblərdən yaşadığı ölkəyə qayıtmaq imkanı olmamışdır. Lakin cavabdeh orqan həmin dövrdə yaranmış vəziyyəti, iddiaçının ölkəyə qayıtmaq cəhdlərini və imkanlarını düzgün qiymətləndirməmiş, əksinə həmin zaman kəsiyində Rusiya Federasiyasından Azərbaycan Respublikasına 28 dəfə təyyarə enməsi halını iddiaçının ziyanına şərh etmişdir. Qeyd olunur ki, Rusiya Federasiyasından 7 ay ərzində Azərbaycan Respublikasına cəmi 1 sərbəst reysin olması istənilən şəxsin həmin reysdən yararlanmaq imkanının nə dərəcədə məhdud olmasını, bununla da həmin zaman kəsiyində iddiaçının da öz ölkəsinə qayıtmasının demək olar qeyri-mümkün olmasını deməyə əsas verir. İşin hallarından görünür ki, iddiaçı çalışdığı sahə üzrə davranış və əmək-hüquq münasibətlərini tənzimləyən qanunvericilik normalarının tələblərini pozmamış, xidmət yerinə bilərəkdən və yaxud qəsdən gec qayıtmamış, bununla da X11 əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət etməmişdir. Cavabdeh mübahisələndirilən əmrdə yuxarıda qeyd olunan əsaslardan başqa, iddiaçının əvvəllər də intizam tənbehinə məruz qalmasını və bundan nəticə çıxarmamasını əsas gətirsə də, bunun yarada biləcəyi hüquqi nəticələri düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçı 2019-cu ildə intizam tənbehinə məruz qalmışdır ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi polis əməkdaşının intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozması halında xidmətdən xaric edilə bilmək imkanını müəyyən etmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. -13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. -33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. -34-cü maddəsinə əsasən polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; 7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8)başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında” Əsasnamənin: -108-ci maddəsinə görə X5 xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. -114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə X11nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. -135-ci maddəsinin 9-cu bəndinə əsasən X11nın əməkdaşı X11 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş X11 X3 Kodeksinin 22-ci maddəsində göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X11 əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası X11nın intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Həmin sənəddə X11 əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: -Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; -Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; -(maddə 6-1)Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; -(maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; -(maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; -(maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X11 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X11nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X11 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2-1(120)-2184/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Cavabdeh 01 oktyabr 2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmri ləğv edilsin. İddiaçı Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsinə işə bərpa edilməsi və işə bərpa edildiyi günə qədər məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-267/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-267/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver