Məhkəmə qərarları › İş №2-1(106)-268/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-268/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-268/2025 09.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Atakişiyeva Nuranə Fadil qızının katibliyi, iddiaçı X2 və vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-1153/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının X14 Sosial Müdafiəsi Nazirliyi X7-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X14 Sosial Müdafiəsi Nazirliyi X7- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-4018/203 nömrəli qərarın ləğv edilməsi və əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş G00100629LYG nömrəli göndəriş əsasında orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 23 dekabr 2024-cü il tarixli, 2- 1(120)-1153/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır.vHəmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. İş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qərardan Azərbaycan Respublikasının X14 Sosial Müdafiəsi Nazirliyi X7-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən etibarən ona İİ dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə yenidən müayinədən keçmiş və ona xx.xx.2023-cü il tarixədək 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Bu müddətdə onun səhhəti getdikcə pisləşmiş, aldığı kəllə-beyin travması öz fəsadlarını vermişdir. X3 xx.xx.2023-cü il tarixli T00069608SNİ nömrəli göndərişi əsasında ona əlillik dərəcəsinin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edilmişdir. Heç bir əyani müayinə və ya yoxlama həyata keçirilmədən TSEK-in qərarına əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. X3 G00100629LYG nömrəli göndərişi əsasında ona “kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı fəsadı. Postravmatik ensefalopatiya - tez-tez qıcolma tutmaları ilə. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası. AKŞ əməliyyatdan sonrakı vəziyyət. LVEF-36%” diaqnozu qoyularaq barəsində məlumatlar cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. X3 xx.xx.2023-cü il tarixli göndərişində - T00069608SNİ- də qeyd olunan Salyan Rayon Mərkəzi Xəstəxanasının exomüayinə aktında ürəyinin atım fraksiyası LVEF 36 faiz göstərilib. İkinci göndərişdə-xx.xx.2023-cü il tarixli G00100629LYG- də atım fraksiyası yenə də 36 faiz göstərilib. 30.06 2023-cü il tarixdə o, yenidən edilmiş Exo müayinə zamanı atım fraksiyası 38 faiz olub. DTSERA-nın ona ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda isə onun ürəyinin atım fraksiyası süni surətdə şişirdilərək 58 faiz göstərilib. Bu da onu göstərir ki, DTSERA-nın Tibbi Sosial Ekspertiza Komissiyası onun əlillik statusunun verilməməsi məqsədilə müayinə nəticələrini süni surətdə şişirtmişdir və reallığı əks etdirmir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının G00100629LYG nömrəli göndərişi əsasında yenidən xx.xx.2023-cü il tarixdə əyani müayinəyə getmişdir. Həmin gün də barəsində səthi və başdansovdu olaraq keçirilmiş “əyani müayinə”-nin nəticələri ona açıqlanmamışdır. Lakin, sonradan cavabdeh tərəfindən ona ünvanlanmış və 05 iyul 2023cü il tarixli məktub EİS-də olan şəxsi kabinetinə yerləşdirilmiş cavab məktubunda qeyd edilir ki, guya əyani müayinə zamanı xəstəliyinin dinamikasında pisləşmə izlənməmiş, əlillik təyinatına əsas verən nevroloji pozuntu, tənəffüs çatışmazlığı, şəkərli diabet xəstəliyinin ağırlaşması müəyyən edilməmişdir. Eləcə də EXOKQ nəticələrinə, anamnestik məlumatlar və digər instrumental-laborator müayinələrə əsasən barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Həmçinin, xx.xx.2023-cü ildə də X4 sədrinin qəbulunda olmağına baxmayaraq, yenə də ona əlilliyin təyin olunmasından imtina edilmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə cavabdeh “diaqnoz əlillik əlaməti təyin etmir" əsas ilə ona əlilliyin təyin edilməsindən imtina etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 228 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ gözün bayır tərəfində və alın nahiyəsində səthi sıyrıntılar, üst dodağın iç səthində əzilmiş yara." diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi və “Şəkərli diabet. Hər iki ətrafların xroniki xorası. Hipertoniya xəstəliyi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Müayinə zamanı aşağı ətraflarda ön tibial arteriyada nəbz dolğun qeydə alınmış, periferiyalar soyuq, aşağı ətraflarda ödem izlənilməmiş, səthi hissiyat zəifləmiş, hərəkətlər tam həcmdə olmuşdur. Ürəyin auskultasiyasi zamanı ürək tonları karlaşmış, xəstədə yüngül hərəkət zamanı təngnəfəslik müşahidə edilmişdir. Komissiyaya dəvət olunmuş həyat yoldaşının verdiyini anamnestik məlumatlara əsasən “Qıcolmaları olur, tutma zamanı şəkəri həddindən artıq yüksək olduğunu” ifadə etmiş olsa da, vətəndaş özü epitutmalar haqqında şikayət bildirməmiş, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğaları təqdim olunmamışdır. Medistyle Hospitalının xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Elektrofiziolöii göstəricilər aksonal degenerasivalı sensomotor polinevropativa lehinə dəyərləndirilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2022xx.xx.2022-ci il tarixli Epikrizdə diaqnoz “Ürəyin atercsklerotik xəstəliyi. Aorta koronar suntlama əməliyyatından sonrakı vəziyyət. Esserısial (birincili) hipertenziva. İnsulindən asılı olmayan şəkərli diabet digər dəgigləşdirilmiş ağırlaşmalarla” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Şirvan ŞMX Funksional Diaqnostika kabinetinin xx.xx.2023cü il tarixli Tredmil-Test müayinəsinin nəticəsi V+). Müsbətdir” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixdə aparılmış Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKS əməliyyatından sonraki vəziyyət (2022). Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun hipertrofivası (1.4sm). Sol mədəcivin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu geyd olunmur sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitraİ papağlar fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə sirıus taxikardiyası fonunda aparıldı (HR=101)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Biokimyəvi analizin nəticəsi “Kreatinin (panda) 95 mkmol/l (Norma 53-97 mkmol/l” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində əyani müayinə həyata keçirmiş və müəyyən etmiş ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə istinad edərək, səhv nəticəyə gəlmişdir. Prosessual məsələlər İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -X14 Sosial Müdafiəsi Nazirliyinin X7-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-4018/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 228 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ gözün bayır tərəfində və alın nahiyəsində səthi sıvrıntılar, üst dodağın iç səthində əzilmiş vara” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi və “Şəkərli diabet. Hər iki ətrafların trofiki xorası. Hipertoniva xəstəliyi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Hərbi biletində 2009-cu ildə Hərbi xidməti başa çatdığı üçün ehtiyata buraxılması məlumatı qeyd edilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, yaddassızlıq, yuxusuzluq, əsəbilik, təngnəfəslik, zəif görmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında 5 av bundan qabaq açıq ürək əməliyyatı keçirdiyini, şəkərli diabet və yüksək arterial təzyiqdən əziyyət çəkdiyini qeyd etmiş, asadı və yuxarı ətraflarında kevimə, əllərində şişkinlik olduğunu bildirmişdir. Müavinə zamanı asadı ətraflarda ön tibial arteriyada nəbz dolğun qeydə alınmış, periferiyalar soyuq, asadı ətraflarda ödem izlənilməmiş, səthi hissiyat zəifləmiş, hərəkətlər tam həcmdə olmuşdur. Ürəyin auskultasivasi zamanı ürək tonları karlasmıs, xəstədə yüngül hərəkət zamanı təngnəfəslik müşahidə edilmişdir. Komissiyaya dəvət olunmuş həyat yoldaşının verdiyini anamnestik məlumatlara əsasən "Qıcolmaları olur, tutma zamanı şəkəri həddindən artıq yüksək olduğunu” ifadə etmiş olsa da, vətəndaş özü eoitutmalar haqqında şikayət bildirməmiş, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin daldaları təqdim olunmamışdır.” kimi qeyd olunmuş, Əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılart, əsəbilik, yaddaşsızlıq, təngnəfəslik, yuxusuzluqdan şikayətlənmişdir. Vətəndaşın müayinəsi zamanı dinamikada pisləşmə izlənməmiş, əlillik təyinatına əsas verə biləcək.nevroloji pozuntu, tənəffüs çatışmazlığı, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkar edilməmişdir. Medistyle Hospitalının xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu müavinə zamanı əldə olunan elektrofizioloji göstəricilər aksonal deqenerasiyalı sensomotor polinevropatiya lehinə dəyərləndirilir kimi qeyd olunmuş, klinik olaraq təsdiqlənməmişdir. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli Tibbi Rəyində diaqnoz “Ürəyin xroniki işemik xəstəliyi” kimi qeyd edilmişdir. Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Epikrizdə diaqnoz “Ürəyin aterosklerotik xəstəliyi. Aorta koronar suntlama əməliyyatından sonrakı vəziyyət. Essensial (birincili) hipertenziva. İnsulindən asılı olmayan şəkərli diabet digər dəqiqləşdirilmiş ağırlaşmalarla" kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixdə aparılmış Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKS əməliyyatından sonraki vəziyyət (2022). Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun hipertrofiyası (1.4sm). Sol mədəcivin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur sistolik funksiya azalmayıb (LVEF=58%). Aortaİ və Mitra! qapaqlar fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müavinə sinus taxikardivası fonunda aparıldı (HR=101)’’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar” kimi müəyyənləşdirilmişdir. Hazırda əliliik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2024-cü il tarixli, T479 saylı rəyində göstərilir ki, X2 məhkəmə-tibbi müayinəsinə, adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: -Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Lakin,Y.F.Zülfüqarovun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adma Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli G00100629LYG №- li Forma 088 saylı göndərişində qeyd edilmiş “Əsas diaqnoz: S06- Kəllədaxili travma. Keçirilmiş QKBT-nın davamlı fəsadı. Posttravmatik ensefalopatiya teztez qıcolma tutmaları ilə. Yanaşı xəstəliklər: El 1.7- İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ ağır gedişli, insulin tələbi ilə. İl l.O-(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi). Arterial hipertoniya İİİ mərhələ, İİİ əlavə risk; İ50-Ürək çatışmazlığı. XQDÇ İİ mərhələ. Ekstrasistolik aritmiya. G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya. Diabetik ensefalopatiya; H3 5.O-Fon retinopatiyaları və retinal damar dəyişiklikləri. OU-Diabetik retinopatiya. H43.3- Şüşəyəbənzər cismin digər bulanmaları. OU-Şüşəvari cismin bulanmaları; G63.2*- Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü A işarəsi ilə). Diabetik polinevropatiya; İ73- Periferik damarların digər xəstəlikləri. Aşağı ətraflarındiabetik angiopatiyası; İ20.8-Stenokardiyanm digər formaları. ÜİX Gərginlik stenokardiyası İİİ f.s. AKŞ əməliyyatından sonrakı vəziyyət. F48.0- Nevrasteniya Kəskin asteno-nevrotik vəziyyət” diaqnoz ona xəstəxanada anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilsə də və o, şəxsin əyani müayinəsi zamanı baş ağrıları, əsəbilik, yaddaşsızlıq, təngənəfəslik, yuxsuzluqdan şikayətlənmiş, xəstəliyin dinamikada pisləşmə izlənməmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji pozuntu, tənəffüs çatmamazlığı, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkar edilməmiş, DTSERA- da aşağı ətraf arteriyalarının doppleroqrafıyasında “Magistral tipli axınlar” kimi müəyyənləşdirilmiş, hazırda əlillik təyinatına əsas verə biləcək patoflınksional pozuntular aşkarlanmamışdır. İddiaçı Y.F.Zülfüqarovun “əsas xəstəliyi: Kəllədaxili travma. Keçirilmiş Qapalı kəllə beyin travması”, xəstəliyin ağırlaşması isə “Posttravmatik ensefalopatiya teztez qıcolma tutmaları ilə” dir. Belə xəstəliklərə düçar olmuş şəxslər sahə poliklinikasında nevroloqun qeydiyyatında olurlar. Xəstəliklər tam reablitasiya olunmurlar. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar Y.F.Zülfüqarovun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "Respublika Neyrocərrahiyyə Xəstəxanasi" X9 rəyində qeyd edilmişdir ki, -Əsas xəstəliklər (XBT), T90.5 - Keçirilmiş travmadan sonrakı vəziyyət, G40.0 - Epilepsiya (qıcolma tutması), F48.0 - Asteno-nevrotik sindrom, F 43.1 - Posttravmatik Əsəbi gərginlik (stress pozuntusu), Yanaşı xəstəlik E10.2 - Şəkərli diabet, 125.1 - ÜİX(ürəyin işemik xəstəliyi) və açıq ürək əməliyyatından sonrakı vəziyyət. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın Diaqnostika və X12 Protokolu”na əsasən, post travmatik və ya anadangəlmə epilepsiya xəstəliyinin diaqnostikası üçün xəstə klinik nevroloji yoxlanılmalıdır, EEQ müayinə edilməlidir, Baş beyin kompüter və ya Maqnit Rezonans müayinəsi icra edilməlidir (səhifə 9, səhifəl 5) Xəstə İddiaçı bir neçə dəfə həkim müayinəsində olmuşdur (sənədlər təqdim edilib), ambulator müalicələr almış (depokin- xrono, finlepsal, klonozepan), xx.xx.2024 və 22.11,2024-cü il tarixlərində EEQ. müayinəsi keçmişdir, xx.xx.2024-cü il tarixində Kompüter tomoqrafiya müayinəsi keçmiş və icra edilmiş müayinələrə əsasən “Posttravmatik epilepsiya” diaqnozu təsdiq edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın Diaqnostika və X12 Protokol’una əsasən Posttravmatik yaranan epilepsiya xəstəliyində ağırlaşma halları mövcuddur (səhifə28), reabilitasiyası mümkün deyil, xəstəlik xronik xarakter daşıya bilər (individualorqanizmə bağlı). Posttravmatik Epilepsiya travmadan sonra yaranan bir haldır və anadangəlmə xarakter daşımır. Xəstə İddiaçı klinik və anamneztik yoxlanılma zamanı əsəbi gərginlik, nevrostenik hallar kimi postepileptik və ya antiepileptik preparat qəbulu sonrası yaranan ağırlaşma müşahidə edilmişdir. Anamnezindən məlum olduğu qədər 2003-cü ildə aldığı travma sonrası başlayan və illərdir ki, epileptik tutmaların davam etməsini (xəstəliyin davam etməsini) nəzərə alaraq xəstəliyin anadangəlmə olmaması və xronik xarakter daşıdığı düşünülür. -İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: XBT üzrə əsas xəstəliklər T90.5 - Keçirilmiş travmadan sonrakı vəziyyət G40.0 - Epilepsiya (qıcolma tutması) F48.0 Asteno-nevrotik sindrom F 43.1 - Posttravmatik əsəbi gərginlik (stress pozuntusu) Yanaşı xəstəlik E10.2 - Şəkərli diabet İ25 - ÜİX(ürəyin işemik xəstəliyi) Açıq ürək əməliyyatından sonrakı vəziyyət Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə rəğmən iddiaçının xəstəliyinin (G40.0 - Epilepsiya (qıcolma tutması) və F 43.1 - Posttravmatik əsəbi gərginlik (stress pozuntusu)) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq olaraq 6.7.1-ci və 7.5.1-ci bəndlərinə tam uyğunluğu təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlardan əlavə, məhkəmə kollegiyası həm apellyasiya şikayətinin dəlilinə, həm də iş üzrə verilmiş rəylərin mötəbərliyinə münasibətdə qeyd edir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 müvafiq sahə (sinir sistemi xəstəlikləri) üzrə ixtisaslaşmış müəssisə olmaması, "Respublika Neyrocərrahiyyə Xəstəxanasi" X9 isə məhz həmin sahə üzrə ixtisaslaşması baxımından sonuncu tərəfindən verilmiş rəy daha mötəbər hesab edilməlidir. Eyni zamanda məhkəmələrin bu qəbildən olan işlər üzrə xüsusi bilik tələb olunan hallarda məhz ekspertiza rəylərinə istinadən yekun nəticəyə gəlmələri yeganə çıxış yolu olmaqla, qanunvericiliyin tələblərinə zidd deyil. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-1153/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar