Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-27/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-178/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq buna dair müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin, həmçinin məhkəmə kollegiyasının müvafiq qərardadları ilə Masallı rayon Ərkivan bələdiyyəsi və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 26 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-178/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Masallı rayon Ərkivan Bələdiyyəsinin 05 iyun 2005-ci il tarixli, 05 nömrəli qərarı ilə Masallı rayon Ərkivan Bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən ona fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş bütün prosedur qaydalara əməl edilməklə heç bir pozuntuya yol verilmədən satıldığından, həmin torpaq sahəsinin satılması barədə Ərkivan Bələdiyyəsinin 05 iyun 2005-ci il tarixli, 05 nömrəli qərarı hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport almaq üçün 01 oktyabr 2021-ci ildə 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə 20 may 2005-ci ildə X7 filialında ödədiyi torpaq alqı-satqısı üçün 660.000 (altı yüz altmış min) manat qəbzin surəti, 06 iyun 2005-ci ildə qəbul edilmiş Masallı rayonu, Ərkivan bələdiyyəsinin qərarı və yerquruluşu planından çıxarış, Masallı Torpaq və Xəritəçəkmə Şöbəsinin seçim aktı, Masallı Torpaq və Xəritəçəkmə Şöbəsinin rəyi, Masallı rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin torpağın alqı-satqısına dair sənədlər də əlavə edilməsinə baxmayaraq, imtina cavabı verilmiş və bildirilmişdir ki, sözügedən torpaq sahəsi Masallı rayonu, Ərkivan qəsəbəsinin kompleks yerquruluşu xəritəsinə əsasən 3612 kodu ilə kolluq kimi saxlanılmış ərazidən ayrılmışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, sözügedən torpaq sahəsi Masallı rayonu, Ərkivan qəsəbəsinin kompleks yerquruluşu xəritəsinə əsasən 3612 kodu ilə kolluq kimi saxlanılmış ərazidən ayrılmışdır. Kolluq torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu üçün həyətyanı məqsədi ilə satıla bilməz. Həmin 0,06 ha torpaq sahəsi başqa torpaq sahəsi ilə üst-üstə düşür. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina və iddiaya qarşı etiraz dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -Masallı rayon Ərkivan bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli 05 nömrəli iclas protokolundan, alqı-satqı müqaviləsindən və 20 may 2005-ci il tarixli 76 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin hazırladığı yerquruluşu sənədləri nəzərə alınaraq Ərkivan kəndinin Abasbəyli məhəlləsi tərəfində yerləşən, şimaldan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə, cənubdan Ceyhun Səfərova satılacaq həyətyanı torpaq sahəsi ilə, şərqdən və qərbdən yol ilə həmsərhəd olan 0,06 hektar torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, bu barədə Masallı rayon Ərkivan bələdiyyəsi ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin torpaq sahəsinin 660000 manat təşkil edən dəyəri İddiaçı tərəfindən Ərkivan bələdiyyəsinin hesabına köçürülmüşdür. -həmin torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixli seçim aktı tərtib olunmuş və akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən təsdiq olunmuş və sahənin alqı-satqı qaydasında satıla biləcəyi barədə rəy verilmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin və Masallı rayon Ərkivan bələdiyyəsinin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və möhürlənmiş Ərkivan bələdiyyəsinə aid torpaqların yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı satılacaq 0,06 hektar torpaq sahəsinin yeri müəyyən edilərək təsdiq olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2023-cü il tarixli, 10/4158 nömrəli ekspert rəyində bildirilmişdir: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2410/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən, Masallı rayon Ərkivan bələdiyyəsinin 05 iyun 2005ci il tarixli qərarı ilə Masallı rayon Ərkivan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən İddiaçı Ələkbər oğluna fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 hektar torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən həmin torpaq sahəsinin yerini dəqiqliklə təyin etmək mümkün olmamışdır. İddiaçı Ələkbər oğlunun iddia etdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına görə digər fiziki şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin yerləşmə sxemi mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır; İddiaçı Ələkbər oğlunun iddia etdiyi mübahisəli torpaq sahəsi 2003-cü ildə Masallı rayonu Ərkivan kəndi M.Bönyatov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və hal-hazırda Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar (kolluq) kimi qeydə alınmışdır. Məhkəmə kollegiyası hazırki mübahisəyə münasibətdə aidiyyəti hüquq normalarına nəzər yetirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipinin geniş şərhi “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında öz əksini tapmış və mövcud məhkəmə təcrübəsində əsasən həmin qərarda qeyd edilmiş mövqeyə istinad edilir. Sözügedən qərarda təsbit edilmişdir ki: -“Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. -Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). -Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 13-cü maddənin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt,ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması zamanı onun təyinatı, kateqoriyası və uqodiyası ilə bağlı qanunvericiliyin tələblərinin nəzərə alınması və həmin tələblərə əməl olunması müvafiq torpaq sahəsinin ayrılması üzrə icraatı həyata keçirən inzibati orqanın xidməti vəzifəsi sayılır və həmin inzibati orqanın risklərinə aid edilməlidir. Bundan başqa, torpaq sahəsi satılan zaman həmin dövrdə torpaq sahələrinin ayrılmasının qanunauyğunluğuna nəzarət edən dövlət qurum kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsi tərəfindən müvafiq rəy verilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-178/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-27/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-27/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver