Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-270/2025 13.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1-ci dərəcəli əlil olmuş mərhum qardaşı X6 görə birdəfəlik ödəmə olan 8.800 manat məbləğində ödəmənin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1811/2024 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə müraciət edərək, birdəfəlik ödənişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1811/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «birdəfəlik ödənişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılmış, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tanınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1811/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «birdəfəlik ödənişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1811/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1-ci dərəcəli əlil olmuş mərhum qardaşı X6 görə birdəfəlik ödəmə olan 8.800 manat məbləğində ödəmənin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qardaşı X2 Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış, uzun müddət Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında müalicə olunmuş, sol ayağı kəsilmiş, hər iki dizi qəlpə yarası alaraq hərəkəti məhdudlaşmış, xx.xx.2006-ci ildə vəfat etmişdir. O, mərhum qardaşının yeganə vərəsəsidir, onu saxlayırmış, mərhum subay olmuş, ata və anaları vəfat etmişlər, basqa bacı-qardaşları yoxdur. Mərhum qardaşına Hərbi Həkim Komissiyası, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 1-ci dərəcəli əlillik təyin edilmişdi. Mərhum qardaşının 267765 nömrəli vəsiqəsi ilə də onun 1-ci dərəcəli Qarabağ əlili olması təsdiq olunur. Mərkəzi Hərbi Hospitalın xx.xx.1993-cü il tarixli 12 saylı arayışında qardaşı Nuşrəvan Məmmədovun ayağının kəsilməsi qeyd olunur. İmişli rayon hərbi komissarının Mərkəzi Hərbi Hospitalının rəisinə ünvanladığı xx.xx.1994-cü il tarixli 1389 nömrləli məktubunda göstərilir ki, “Qarabağ döyüşlərinin iştirakçısı, 1-ci qrup əlil X1 ağırdır və hospitalda müalicəsi zəruridir”. O, mərhum qardaşının vərəsəsi kimi dövlətin müəyyən etdiyi birdəfəlik ödəmənin verilməsi üçün əlaqədar orqanlara müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2023-cü il tarixli 1161 saylı məktubunda göstərilir ki, “mərhum qardaşı X14 xx.xx.1992-ci ildə şəhadətləndirilmiş və aldığı yaralanmanın hərbi xidmətlə səbəbli əlaqəsi, "hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. 16 noyabr 1992-ci il tarixli 972 saylı xəstəlik haqqında şəhadətnamə 31 yanvar 2023-cü il tarixdə ƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində altsistemə salınmışdır.Ödənişlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və DSMF-yə müraciət edilməlidir”. İmişli rayon məhkəməsinə göndərdiyi ərizəyə cavab verilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və DSMF-yə etdiyi müraciətlərə müsbət cavab almadıqda müvafiq məhkəməyə mülki tələb barədə iddia vermək hüququ vardır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İddiaçı ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, qardaşı X6 ödənilməli olan 1-ci qrup əlillər üçün nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişinin qardaşının vərəsəsi kimi ona ödənilməsini xahiş etmiş, müraciətin müsbət həlli mümkün olmamışdır. Fondun tərəfindən ona X4 1997-ci ilin 2 avqust tarıxinədək aldığı xəsarətlə əlaqədar əlilliyi olduğu təqdirdə bu faktın təsdiq olunması üçün Agentliyə müraciət etməyi tövsiyə edilmiş, fakt təsdiqləndiyi halda birdəfəlik ödəmənin verilməsi məsələsinə yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1.2-ci bəndində 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 4.1-ci bəndində 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirliyi Kabinetinin xx.xx.2022-ci il tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün ərizə və sair sənədlər ilə birlikdə əlilliyin həmin Qaydanın 1.2.1 - ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməlidir. Belə ki, X4 əlillik dərəcəsini təsdiq və sübut edən heç bir sənəd Fonda təqdim edilməmişdir. Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mərhumun əlillik dərəcəsini təsdiq edən sənəd aşkar edilməmişdir. Eyni zamanda X14 ilə bağlı Fondun arxivlərində hər hansı məlumat aşkar edilməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı hər hansı bir hüququ pozulmamış, X4 1997-ci ilin 2 avqust tarixədək aldığı xəsarətlə əlaqədar əlilliyi olması faktı təsdiqləndiyi halda birdəfəlik ödəmənin verilməsi məsələsinə yenidən baxılacaqdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq 2-1(120)-4697/2022 saylı saylı iş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fonduna qarşı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununda 1-ci qrup əlillər üçün nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1811/2024 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X5 əlilliyinə dair MEİSdə məlumat aşkar olunmadığı, həmçinin onun əlilliyinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilmədiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq ona birdəfəlik ödəmə təyinatının aparılması mümkün olmayıb. "Əlilliyin qiymətləndirilməsi Qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Şəxslərin əlilliyinin qiymətləndirilməsi əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 3-17-4/2-24236/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, N.Məmmədovun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmadı. Belə ki, X5 əlilliyin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış olmadığı halda, məhkəmə əsassız olaraq N.Məmmədovun birinci qrup əlil olduğu qənaətinə gələrək iddianı tələbini təmin etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz irəli sürülərək bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçıların birləşmiş məlumat bazasına əsasən xx.xx.1970-ci il təvəllüdlü mərhum X6 xx.xx.1993-cü il tarixdən əlilliyə görə əmək pensiyası, vəfatı ilə əlaqədar pensiyasının ödənişinin xx.xx.2006-cı il tarixdən dayandırılması, ona sosial müavinət və ya təqaüd təyin edilməsinə dair hər hansı bir müvafiq məlumat aşkar edilməmişdir. Həmçinin İmişli rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən məhkəməyə X4 barəsində xəstəxanada saxlanılmış tibbi sənədlərlə müəyyən edilmişdir ki, mərhum X14 tibbi kartalarda müharibə əlili-1-ci qrup olaraq göstərilmiş, xəstəyə qoyulmuş diaqnoz xroniki hepatit kəskinləşməsi qeyd olunmuşdur. İmişli rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli arayışa əsasən X4 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və 1 dərəcəli Qarabağ əlili olması barədə məlumat vermişdir. Mərhum qardaşımın 267765 nömrəli vəsiqəsi ilə də onun 1-ci dərəcəli Qarabağ əlili olması təsdiq olunur. Mərkəzi Hərbi Hospitalın xx.xx.1993-cü il tarixli 12 saylı arayışında qardaşım Nuşrəvan Məmmədovun ayağının kəsilməsi qeyd olunur. İmişli rayon hərbi komissarının Mərkəzi Hərbi Hospitalının rəisinə ünvanladığı xx.xx.1994-cü il 1389 nömrəli məktubunda göstərilir ki, Qarabağ döyüşlərinin iştirakçısı, 1-ci qrup əlil X1 ağırdır və hospitalda müalicəsi zəruridir. Cavabdeh tərəf bütün bu faktları ört-basdır edərək mərhum qardaşımın 30 il əvvəl aldığı hərbi əlillik sənədlərinin arxivdə hansı məqsədləsə qəsdən və ya səhlənkarlıqdan bazaya işlənməməsini, itirilməsini, qeyd edilməməsini, aşkar olunmamasını əsas götürür. Yuxarıdakılar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-270/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilmədən saxlanılması və cavabdehin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilərək baxılmasını xahiş etmiş və cavabdehin nümayəndəsi iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə etirazının olmadığını bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2-1(106)-270/2025 saylı qərardadı ilə cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-1811/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirirək Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)- 1811/2024 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü şəxs Saleh Şahbazlı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-1811/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X17 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxs X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası” 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. 1.5. Bu Qaydanın 2.2-ci bəndi istisna olmaqla, birdəfəlik ödəməni almaq hüququ olan şəxslər bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) struktur bölmələrinə (bundan sonra – Bölmə) və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) müraciət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” 1.6. Bu Qaydanın 4.7-ci bəndinə uyğun olaraq sığorta ödənişi almaq hüququ olan şəxslər Fondun müvafiq struktur bölmələrinə (bundan sonra – Bölmə) və Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) müraciət edirlər. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilməmiş, bununla belə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi 1-ci dərəcəli əlil olmuş mərhum qardaşı X6 görə birdəfəlik ödəmə olan 8.800 manat məbləğində ödəmənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, DSMF-nin təqdim etdiyi məlumatlara əsasən mərhum X8 1993-cü ildən əlilliyə görə əmək pensiyası təyin olunmuş və 2006-cı ildə vəfatı ilə əlaqədar dayandırılmışdır. İmişli Rayon Mərkəzi Xəstəxanasının göndərdiyi tibbi sənədlərdə mərhumun 1-ci qrup müharibə əlili kimi qeyd edildiyi, diaqnozları və müayinə sənədləri ilə təsdiq olunmuşdur. İmişli Rayon Hərbi Komissarlığın 2011-ci il tarixli arayışında da onun döyüş iştirakçısı və İ dərəcəli Qarabağ əlili olması göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan İmişli rayon Hərbi Komissarlıq tərəfindən verilmiş 1033 saylı, xx.xx.2011-ci il tarixli arayışa əsasən, X5 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və İ dərəcəli Qarabağ əlili olması barədə məlumat verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M- 218589/2024 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Birinci vitseprezidentinin Katibliyindən 11,09.2023-cü il tarixli 5/M/1881/3 nömrəli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2023-cü il tarixli 1-1-23/2-M- 2954/5-059/3-t/2/2023 nömrəli və Azərbaycan Respublikası Milli Məclisinin Aparatından xx.xx.2023-cü il tarixli 1-6/13-2/2-M-8493/2023 nömrəli məktublarla daxil olan müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılıb. Müharibə əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. X4 əlillik dərəcəsini təsdiq və sübut edən heç bir sənəd Fonda təqdim edilməyib. Göndərilən sorğu əsasında Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mərhumun əlillik dərəcəsini təsdiq edən sənəd də aşkar olunmayıb. Eyni zamanda X14 ilə bağlı Fondun arxivlərində hər hansı məlumat aşkar edilməyib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın 2.6.4-cü yarımbəndinə əsasən birdəfəlik ödəmənin verilməsi üçün ərizə və sair sənədlər ilə birlikdə əlilliyin həmin Qaydanın 1.2.1 -ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməlidir. X4 1997-ci ilin 2 avqust tarixinədək aldığı xəsarətlə (baş vermiş xəstəliyi ilə) əlaqədar əlilliyi olduğu təqdirdə bu faktın təsdiq olunması üçün Agentliyə müraciət etmək tövsiyə olunur. Həmin fakt təsdiqləndiyi halda birdəfəlik ödəmənin verilməsi məsələsinə yenidən baxıla bilər. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış 16 fevral 2024-cü il tarixli 3-17- 1/2-36810/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 39219/2024 saylı eyni məzmunlu məktublarında göstərilmişdir ki, pensiyaçıların birləşmiş məlumat bazasına əsasən xx.xx.1970-ci il təvəllüdlü mərhum X8 xx.xx.1993-cü il tarixindən 1-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilib, vəfatı ilə əlaqədar pensiyasının ödənişi xx.xx.2006cı il tarixindən dayandırılıb. N.Ç.Məmmədova sosial müavinət və ya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə dair hər hansı müvafiq məlumat aşkar edilmədi (Bax 1-ci cild vərəq 58,59, 65,66). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 3-17-4/2-24236/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, N.Məmmədovun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmadı. Agentliyin arxiv sənədləri arasında araşdırma nəticəsində vətəndaşa dair xx.xx.1993-cü, xx.xx.1994-cü, xx.xx.1994-cü və xx.xx.1997-ci tarixli müayinə işləri və protokol məlumatları mövcuddur. Lakin N.Məmmədova dair X12 (FİN - HH0CAH0) aktiv olmadığından "Əlillik" altsisteminə mövcud əlillik məlumatlarının daxil edilməsi mümkün olmamışdır. Şəxs vəfat etdikdə onun ailə üzvlərinə Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti FİN təqdim olunur. Odur ki, ailə üzvləri tərəfindən X4 mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq (məs: müvəqqəti FİN, əlilliyininə dair müvafiq sənədlər) sənədləri Agentliyə təqdim etmələri tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 3-17-4/2-11870/2025 nömrəli, 12 may 2025-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.1993-cü, xx.xx.1994-cü, xx.xx.1994-cü və xx.xx.1997-ci tarixli müayinə işləri və protokol məlumatlarından (tibbi-sosial ekspertiza sənədlərindən) görünür ki, iddiaçının qardaşına ilk dəfə xx.xx.1993-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir (bax 1-ci cild, vərəq 240,245). Sonradan yəni xx.xx.1994-cü il tarixdə eyni səbəbli əlaqə və eyni əlillik dərəcəsi ilə ömürlük əlillik təyin edilmişdir (bax 1-ci cild vərəq 230,235). Lakin sonradan yəni xx.xx.1994-cü ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 1-ci dərəcəli əlillik təyin olunmuşdur (bax 1-ci cild vərəq 267,269). İş materiallarında olan İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 364 saylı məktubdan görünür ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir, onun qanun üzrə vərəsələri İddiaçı və digər şəxslər olmuşdur. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaralar kənd İnzibati Ərazi Dairəsinin Nümayəndəliyi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, İmişli rayon Qaralar kəndi ərazisində yaşamış 1-ci qrup Qarabağ əlili X15 xx.xx.2006-ci il tarixə qədər, yəni vəfat etdiyi günə qədər İmişli rayonu Qaralar kəndində yaşamış və özündən başqa birgə təsərrüfat şəraitində yaşadığı ailə üzvləri aşağıdakı qaydada olmuşdur:
1. X18 qızı (xx.xx.2018-ci il tarixdə vəfat etmişdir)
2. X9 qızı (hazırda Qaralar kəndində yaşayır)
3. Bacısı oğlu-X20 (hazırda Qaralar kəndində yaşayır)
4. Qardaşı-İddiaçı (hazırda Qaralar kəndində yaşayır) (bax 2-ci cild, vərəq 30) İşin faktiki hallarından görünür ki, iddiaçının qardaşı X2 Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 1-ci dərəcəli əlil olmuş və 2006-cı ildə vəfat etmiş, vəfat etdiyi vaxta kimi ona birinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İddiaçı mərhum X4 qardaşı olmaqla onunla birgə təsərrüfat şəraitində yaşamış qanun üzrə vərəsəsidir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanını rəhbər tutaraq mərhum qardaşınının 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxs olduğu üçün qardaşının vərəsəsi kimi 1-ci qrup əlillər üçün nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi tələb etmiş, Dövlət Sosial Müdafiə Fondu müraciəti əsassız sayaraq mərhumun əlillik sənədlərinin təqdim edilmədiyini və arxivlərdə məlumatın aşkar olunmadığını bildirmişdir. Yəni, cavabdeh inzibati orqan müraciətdən imtina edərkən ona əsaslanmışdır ki, iddiaçının qardaşının “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilməmişdir. İddiaçı iddia tələbində cavabdeh qismində ilkin olaraq Dövlət Sosial Müdafiə Fondu göstərilmiş, lakin məhkəmə icraatı zamanı iddia tələbi dəyişdirilərək cavabdeh inzibati orqan qismində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydasının 1.1ci bəndinə əsasən, Bu Qayda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. 1.3. Birdəfəlik ödəmə almaq hüququ olan Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə birdəfəlik ödəmə bu Qaydanın tələbləri nəzərə alınmaqla verilir. 1.4. Bu Qaydanın 2.5-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin təyin edilməsi ilə bağlı xidmətlər elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə göstərilir. 1.5. Bu Qaydanın 2.2-ci bəndi istisna olmaqla, birdəfəlik ödəməni almaq hüququ olan şəxslər bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) struktur bölmələrinə (bundan sonra – Bölmə) və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) müraciət edirlər. 1.6. Birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir. Qaydanın 2-ci bəndinə əsasən, Birdəfəlik ödəmə Fond tərəfindən proaktiv qaydada (müraciət edilmədən), yaxud onu almaq hüququ olan şəxslərin müraciəti əsasında təyin edilir. 2.2. Bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi üçün aşağıdakılar tələb olunur: 2.2.1. hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində olması; 2.2.2. əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması; 2.2.3. şəxsin adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması. 2.3. Birdəfəlik ödəmə almaq hüququ olan şəxsə proaktiv təyinat aparıldığı gün onun əlaqə vasitələrindən (mobil telefonuna və ya elektron poçt ünvanına) birinə və ya poçt vasitəsilə bu barədə məlumat göndərilir. 2.4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fərmanın 8-ci hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda qeyd olunan, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına da sığorta ödənişi proaktiv təyin edilir və bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq bu barədə onlara məlumat verilir. 2.5. Bu Qaydanın 2.2-ci və 2.4-cü bəndlərinə uyğun olaraq proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda, habelə bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə birdəfəlik ödəmə bu Qaydanın 2.6-2.8-ci bəndlərinə əsasən tələb olunan sənədlər əlavə edilməklə (bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla) birdəfəlik ödəmə almaq hüququ olan şəxsin istənilən Bölməyə və ya Mərkəzə birbaşa və ya poçt vasitəsilə və ya elektron qaydada şəxsən və ya nümayəndə vasitəsilə yazılı müraciəti əsasında Fond tərəfindən təyin edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq birdəfəlik ödəmənin verilməsi üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir: 2.6.1. müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi; 2.6.2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsi; 2.6.3. tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı); 2.6.4. əlilliyin bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış. 2.7. Fərmanın 1-ci hissəsinə əsasən sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müraciət edildikdə, bu Qaydanın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində qeyd olunanlardan əlavə sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı da təqdim edilir. 2.8. Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşlarının vərəsələri bu Qaydanın 2.6-cı və 2.7-ci bəndləri nəzərə alınmaqla, əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər: 2.8.1. birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi; 2.8.2. vərəsəlik hüququ haqqında şəhadətnamə. 2.9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən X13 Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların X13 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. 2.10. Yazılı və ya elektron müraciət əsasında təyinat aparılması üçün Bölməyə və ya Mərkəzə daxil olan (təqdim edilən) sənədlərin tamlığı və düzgünlüyü yoxlanılır. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıq aşkar olunmadıqda, müraciət edən şəxs bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla ərizə qeydiyyata alınır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda, müraciət edən şəxsə həmin çatışmazlıqların 10 (on) iş günü müddətində aradan qaldırılması (bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla) barədə dərhal, müraciət poçt vasitəsilə edildikdə isə bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada ən geci 3 (üç) iş günü müddətində məlumat verilir və bu zaman bu Qaydanın 2.11-ci bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. 2.11. Ərizənin qeydiyyata alındığı gündən 20 (iyirmi) iş günü müddətində Bölmə və ya Mərkəz tərəfindən birdəfəlik ödəmənin verilməsi və ya verilməsindən imtina olunmasına dair (səbəbi göstərilməklə) Fond tərəfindən müvafiq qərar qəbul edilir və bu Qaydanın 2.3cü bəndində nəzərdə tutulmuş qaydada 3 (üç) iş günü müddətində müraciət edən şəxsə bu barədə məlumat (birdəfəlik ödəmənin verilməsindən imtina ilə bağlı məlumata münasibətdə imtina səbəbi göstərilməklə) verilir. 2.12. Birdəfəlik ödəmənin verilməsindən bu Qaydanın 2.13-cü bəndi nəzərə alınmaqla aşağıdakı hallarda imtina edilir: 2.12.1. müraciət edən şəxsin bu Qaydanın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq hüququ olmadıqda; 2.12.2. müraciət edən şəxs bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda; 2.12.3. müraciət edən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda; 2.12.4. təqdim edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar bu Qaydanın 2.10- cu bəndində nəzərdə tutulan müddətdə aradan qaldırılmadıqda. 2.13. Bu Qaydanın 2.12.2-ci və 2.12.3-cü yarımbəndlərində qeyd edilən imtina halları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sığorta ödənişinin ödənilməsinə dair ödəniş sənədi (qaimə, qəbz və s.) barədə məlumatları əsasında müəyyən edilir. 2.14. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən əlillik dərəcəsinə uyğun olaraq, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi təyin edilir. 2.15. Bu Qaydanın 2.12.4-cü yarımbəndində nəzərdə tutulmuş halda birdəfəlik ödəmənin verilməsindən imtina edildikdə, həmin şəxs imtinaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra birdəfəlik ödəməni almaq üçün təkrar müraciət etmək hüququna malikdir. 2.16. Müraciət edən şəxsin birdəfəlik ödəmənin verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ vardır. Qaydanın 3-cü bəndinə əsasən, Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. 3.2. Birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə birdəfəlik ödəmə və sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sığorta ödənişləri Fərmanın 4.2-ci və 6.2-ci bəndlərinə uyğun olaraq, dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına Fond tərəfindən bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş qaydada ödənilir. 3.3. Birdəfəlik ödəmə birdəfəlik ödəmənin verilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq Fond tərəfindən nağdsız qaydada ödənilir. 3.4. Birdəfəlik ödəmənin ödənilməsi və sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sığorta ödənişinin verilməsi ilə bağlı bank xərcləri Fərmanın 4.2-ci və 6.2-ci bəndlərinə uyğun olaraq dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına həyata keçirilir. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi, 1997-ci il avqustun 2dək xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1-ci dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 8.800 manat məbləğində birdəfəlik sığorta ödənişi verilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı qardaşı X6 ödənilməli olan 1-ci qrup əlillər üçün nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişinin qardaşının vərəsəsi kimi ona ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, iş üzrə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun imtinasının əsası X4 əlillik dərəcəsini təsdiq və sübut edən heç bir sənədin Fonda təqdim edilməməsi, Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mərhumun əlillik dərəcəsini təsdiq edən sənəd aşkar edilməməsi, eyni zamanda X14 ilə bağlı Fondun arxivlərində hər hansı məlumat aşkar edilməməsi olmuşdur. Yəni, cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina etməsinin əsasını iddiaçının qardaşının “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyinin müəyyən edilməməsi olmuşdur. Lakin iş materiallarında olan DSMF-nin 16 fevral 2024-cü il tarixli və 20 fevral 2024-cü il tarixli məktublarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının qardaşına xx.xx.1993-cü il tarixindən 1-ci dərəcəli əlilliyə görə pensiya təyin edilmiş və xx.xx.2006-cı il tarixindən pensiyanın ödənilməsi dayandırılmışdır. (Bax 1-ci cild vərəq 58,59, 65,66) Həmçinin iş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Məmmədov Nuşrəvan barəsində xx.xx.1993, xx.xx.1994, xx.xx.1994 və xx.xx.1997-ci il tarixli müayinə işləri və protokol məlumatları mövcuddur. Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 12 may 2025ci il tarixdə təqdim edilmiş xx.xx.1993, xx.xx.1994, xx.xx.1994 və xx.xx.1997-ci il tarixli müayinə işləri və protokollarının (tibbi-sosial ekspertiza sənədlərinin) məzmunundan müəyyən edilmişdir ki, iddiaçının qardaşına ilk dəfə xx.xx.1993-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir (bax 1-ci cild, vərəq 240,245). Sonradan yəni xx.xx.1994-cü il tarixdə eyni səbəbli əlaqə və eyni dərəcə ilə ömürlük əlillik təyin edilmişdir (bax 1-ci cild vərəq 230,235). Lakin sonradan yəni xx.xx.1994-cü ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 1-ci dərəcəli əlillik təyin olunmuşdur (bax 1-ci cild vərəq 267,269). Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq hesab edir ki, iddiaçının “sığorta ödənişinin tələb edilməsi” hissəsində tələbi əsaslı olsa da, cavabdeh qismində göstərilən orqan düzgün müəyyən edilməmişdir. Belə ki, yuxarıda göstərilən maddi hüquq normalarına əsasən iddiaçının ilkin tələbində cavabdeh orqan kimi DSMF-nin göstərilməsi hüquqi baxımdan əsaslı olduğu halda, sonradan cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı müəyyən edilməsi heç bir hüquqi əsasa söykənmir. Başqa sözlə, birinci instansiya məhkəməsi tərəfindən sonradan cavabdehin dəyişdirilməsi və cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi göstərilməsi əsassız olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən iddiaçıya hüquqi yardım edilmiş və həmin hüquqi yardım nəticəsində iddiaçı cavabdehi əsl cavabdeh ilə əvəz etmiş və həmin əvəz etmə məhkəmə qərardadı ilə qəbul edilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, iddiaçıya birdəfəlik ödəmə olan 8.800 manat məbləğində pulun ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-1811/2024 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 1-ci dərəcəli əlil olmuş mərhum qardaşı X6 görə birdəfəlik ödəmə olan 8.800 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.