Məhkəmə qərarları › İş №2-1(106)-271/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-271/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-271/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X20 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" X14 Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 1999-cu il tarixli 24a saylı sərəncamı və JN- 0611 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” əsasında "xxxx" X14 Məsuliyyətli Cəmiyyətinə ayrılmış 24,9992 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2-1(120)-1470/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı "xxxx" X14 Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 19 aprel 1999-cu il tarixli 24a saylı Sərəncamına və JN- 0611 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən istifadəyə verilmiş 24,9992 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(120)-1470/2023 nömrəli qərardadı ilə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli, 111 nömrəli qərarına əsasən Beyləqan rayonundakı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X15 X8 MəsuliyyətliCəmiyyəti yaradıldığı, sonradan “X15 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və digərləri birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X9 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldığı üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X9 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Sonradan iddiaçı "xxxx" X14 Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 1999-cu il tarixli 24a saylı sərəncamı və JN-0611 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” əsasında "xxxx" X14 Məsuliyyətli Cəmiyyətinə ayrılmış 24,9992 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 19aprel 1999-cu il tarixli 24a saylı sərəncamına əsasən "xxxx" kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarını istehsal etdirmək üçün 24.9992 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Sərəncam verildikdən sonra torpaqdan daimi istifadə hüququna dair JN-0611 KOD 60700001 saylı dövlət aktı verilmişdir. "xxxx" kəndli fermer təsərrüfatının nizamnaməsi təsis edilərək hüquqi şəxslərin dövlət qeydiyyatından keçmişdir. "xxxx" kəndli fermer təsərrüfatının daimi istifadəsinə verilmiş 24.9992 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsə də ona bununla əlaqədar "xxxx" kəndli fermer təsərrüfatının daimi istifadəsinə verilmiş torpaq sahəsi elektron məlumat bazasına əsasən JN-0682 (kod ********) saylı torpaqdan daimi istifadə hüququna dair dövlət aktı ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edilmişdir. Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus torpaq sahəsi ilə "xxxx" kəndli fermer təsərrüfatının daimi istifadəsinə verilmiş torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir, bir-biri ilə heçbir əlaqəsi yoxdur və üst-üstə düşmür. Odur ki, 19 aprel 1999-cu il tarixli 24a saylı Sərəncamına və JN-0611 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən istifadəyə verilmiş 24,9992 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, JN-0611 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə "xxxx" kəndli fermer təsərrüfatının istifadəsindəolan 24.9992 ha torpaq sahəsinin elektron məlumat bazasına əsasən JN- 0682 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlətdamazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edildiyindən Beyləqan rayon İcra Hakimiyyətinin başçısının 19 aprel 1999-cu il tarixli, 24a saylı sərəncamıilə "Hasil” kəndli fermer təsərrüfatlarına ayrılmış 24.9992 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsivası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı "xxxx" X14 Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “19 aprel 1999-cu il tarixli 24 a saylı Sərəncamına və JN-0611 KOD 60700001 SAYLİ “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən istifadəyə verilmiş 24,9992 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2-1(120)-1470/2023 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı verdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, JN-0611 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə "xxxx" kəndli fermer təsərrüfatının istifadəsində olan 24.9992 ha torpaq sahəsinin elektron məlumat bazasına əsasən JN- 0682 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edildiyindən Beyləqan rayon İcra Hakimiyyətinin başçısının 19 aprel 1999-cu il tarixli, 24a saylı sərəncamı ilə "xxxx" kəndli fermer təsərrüfatına ayrılmış 24.9992 ha torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası qarşısında qoyulmuş qərardadın altıncı sualında Beyləqan rayon İcra hakimiyyəti Başçısının xx.xx.1999-ci il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0611, KOD 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı ‘Hasil” X14 Məsuliyyətli Cəmiyyətini istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2002-ci il tarixli, 123 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-682, KOD 60700001 nömrəli dövlət aktı əsasında "xxxx" qoyunçuluq üzrə DDKTİ müəssisəsinə ayrılan 6179,20 ha torpaq sahəsi üst-üstə düşürmü, düşürsə hansı hissədə düşür (hüquq sahibləri barədə məluma verilməklə) qeyd olunmuşdur. İş materiallarında olan ekspert rəyində qərardadın altıncı sualına cavab (Beyləqan rayon İcra Hakimiyyəti Başçısınır xx.xx.1999-ci il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0611, kOd 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" X14 Məsuliyyətli Cəmiyyətininistifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsi Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2002-ci il tarixli 123 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-682 kod 60700001 nömrəli dövlət aktı əsasında "xxxx" Qoyunçuluq üzrə DDKTİ müəssisəsinə ayrılan 6179.20 ha torpaq sahəsinin İ hissə üzrə ola ərazisinin hüdudları daxilində yerləşir) sualda qeyd edilən məsələləri tam aydınlaşdırmır və ətraflı izah olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli, 111 nömrəli qərarı ilə Beyləqan rayonundakı “Xətai adına südlük- maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini “X15 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2018-ci il tarixli, 414 nömrəli qərarı ilə “X15 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər MMC-lı birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X9 və Emal Birliyi” Məhdud Məsuliyyə Cəmiyyəti yaradılmışdır. “X9 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti 6 saylı Beyləqan Ərazi İdarəsinə müraci edərək həmin torpaq sahələrinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi üçün Ərazi İdarəsinə müraciət etmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən qanunvericiliyin tələblərinin pozulması, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılması və həmin Qanununun 15-ci maddəsinin tələbləri qaydasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi Şirvan İnzibati Məhkəməsinin 25 dekabr 2023cü il tarixli, 2-1(120)-1470/2023 nömrəli qərarında nəzərə alınmayaraq maddi və prossesual hüquq normaları pozulduğundan apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməməsinin 25 dekabr 2023-cü il tarixli, 2-1(120)-1470/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2-1(120)-1470/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. İddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli Qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021cı il tarixli Qərarı.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 1999-cu il tarixli 24a saylı sərəncamı və JN-0611 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” əsasında "xxxx" X14 Məsuliyyətli Cəmiyyətinə ayrılmış 24,9992 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh DƏDRX 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli, **********534000 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Məhdud Məsuliyyətli "xxxx" kəndli fermer təsərrüfatı xx.xx.2001-ci il tarixdə (VÖEN) ********** qeydiyyata alınmışdır. ünvan 1 ünvanı, təsisçisi X10, qanuni təmsilçisi X6r. İşdə olan "xxxx" X12 Təsərrüfatının xx.xx.1998-ci il tarixli, 122 nömrəli məktubundan görünür ki, Beyləqan rayon "xxxx" X12 Təsərrüfatının xx.xx.1998-ci il tarixli, 01 saylı əmək kollektivinin ümumi yığıncağının qərarı iləuzun müddət təsərrüfatda çalışmış X7 təsərrüfatın əkinə yararlı torpaq sahəsindən fermer təsərrüfatı yaratmaq üçün 25 (iyirmi beş) hektar torpaq sahəsi ayrılmasına qərar verilmişdir. İşdə olan "xxxx" X12 Təsərrüfatının əmək kollektivinin 29 oktyabr 1998-ci il tarixli, 01 saylı iclasının protokolunun surətindən görünür ki, X2 və X3 ərizələri nəzərə alınaraq, təsərrüfatın əkinə yararlı torpaq sahəsindən kəndli (fermer) təsərrüfatı yaradılması üçün təsərrüfatın əkinə yararlı torpaq sahəsindən hər birinə 25 (iyirmi beş) hektar olmaqla 50 (əlli) hektar torpaq sahəsi ayrılmışdır. X11 və X1 fermer təsərrüfatı təşkil etmək üçün təsərrüfatın sahəsindən hər birinə 25 (iyirmi beş) hektar torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. İşdə olan Beyləqan rayon Torpaq şöbəsinin baş mütəxəssisi Əkbər Quliyevin, baş mütəxəssis İsmayıl Məmmədovun, aparıcı mütəxəssisi Əşrəf Hüseynovun, "xxxx" qoyunçuluq sovxozunun direktoru Sahib Cəfərovun, sovxozun baş aqronomu Yusif Hüseynovun, direktor müavini Qənimət Hüseynovun, "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri Vaqif İsmayılovun iştirakları ilə Beyləqan rayonunun "xxxx" qoyunçuluq sovxozunun ərazisində tərtib etdikləri xx.xx.1999-cu il tarixli təhkim aktının surətindən görünür ki, Vaqif İsmayılovun rayon İcra Hakimiyyətinə yazdığı xx.xx.1999-cu il tarixli, İ-15 saylı ərizəsinə əsasən "xxxx" qoyunçuluq sovxozunun əkin sahəsindən yeni yaradılmış "xxxx" kəndli fermer təsərrüfatına 25 (iyirmi beş) hektar torpaq sahəsini seçib ayrılmışdır. Ərazisinin qonşuları A-nöqtəsindən B-nöqtəsinədək “Şəfəq”sovxozununtorpaq sahəsi ilə, B-dən V-yə kimi təsərrüfatın öz torpağı ilə ilə, V-dən Q-yə kimi “Elmaz” kəndli fermer təsərrüfatının torpağı ilə Q-dən A-ya kimi “Kvartet” kəndli fermertəsərrüfatının torpağı ilə həmsərhəddir. "xxxx" kəndli fermer təsərrüfatının torpaq sahəsinin eni -189 metr, uzunluğu isə 1350 metr və 1300 metr olmaqla 25 hektar tamamlanır. Fermer təsərrüfatının rəhbərinə DİH-nin müvafiq sərəncamından sonra və mülkiyyət hüququna dair Dövlət aktı işlənib hazırlandığından sonra torpaqdan istifadə etmək tərəflərindən geniş izah olunmuşdur. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamından çıxarışdan görünür ki, X3 17 mart 1999-cu il tarixli, İ-115 saylı ərizəsi və "xxxx" kəndli fermer təsərrüfatına 25 hektar torpaq sahəsi ayrılması barədə "xxxx" X12 Təsərrüfatının əmək kollektivinin 29 oktyabr 1998-ci iltarixli, 01 saylı iclasının qərarı nəzərə alınmış və iddiaçıya orta torpaq norması nəzərə alınmaqla "xxxx" X12 Təsərrüfatının əkinə yararlı torpaq sahəsindən 25 (iyirmi beş) hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Torpaqdan daimi istifadə hüququna dair JN 0611, KOD 60700001 nömrəli Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısınınxx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı əsasında "xxxx" kəndli fermer təsərrüfatının 24.9992 hektar torpaq sahəsi üzərində istifadə hüququ qeydiyyata alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7431 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0611, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0611, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsi 1999-cu ildə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olmuşdur. Hazırda da Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir və kənd təsərrüfatı məhsullarının istehsal ediməsi üçün nəzərdə tutulmuş ərazidir. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0611, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsi faktiki olaraq "xxxx" kəndli fermer təsərrüfatının istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qərardadın dördüncü sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0611, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsi keçmiş Dövlət Torpaq Komitəsinin Beyləqan rayon Torpaq şöbəsinin Dövlət aktı qeydiyyatı kitabında 14 dekabr 2000-ci il tarixli 60 nömrə ilə qeydə alınmışdır. “Torpaqdan daimi istifadə hüququna dair” JN:0611 (kod ********) nömrə ilə qeydiyyata alınmış Dövlət aktının koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0611, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsi, qərarda qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşir və üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Qərardadın altıncı sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 19.04. 1999-cu il tarixli 24a saylı sərəncamı və "Torpaqdan daimi istifadə hüququna dair" JN- 0611, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsi ilə Beyləqan rayon X4 xx.xx.2002-ci il tarixli 123 saylı qərarı və "Torpaqdan daimi istifadə hüququna dair" JN-682, kod 60700001 nömrəli dövlət aktı əsasında "xxxx" qoyunçuluq üzrə DDKTİ müəssisəsinə ayrılan 6179.20 ha torpaq sahəsinin İ hissə üzrə olan ərazisinin hüdudları daxilində yerləşir. Qərardadın yeddinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cuil tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0611, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsinin ərazisində mişar daşından inşa edilmiş 9.0 m x 8.60 m ölçüdə çoban evi, 15.0 m x 7.20 m ölçüdə tövlə, 20.60 m x 11.60 m ölçüdə anbar binası və 4.20 m x 3.20 m ölçüdə köməkçi tikili, eyni zamanda 13.0 m x 5.60 m ve 10.40 x 5.0 m ölçülərdə qamışdan tikilmiş tövlələr mövcuddur. Qeyd olunan tikililər "xxxx" kəndli fermer təsərrüfatı tərəfindən istifadə olunur. Qərardadın səkkizinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0611, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.9992 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. Qeyd olunan 24.9992 ha torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını pozmur. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı əsasında "xxxx" X12 Təsərrüfatının üzvü X3 başçılığı ilə yaradılması nəzərdə tutulan "xxxx" kəndli fermer təsərrüfatına orta torpaq norması nəzərə alınmaqla "xxxx" X12 Təsərrüfatının əkinə yararlı torpaq sahəsindən 24.9992 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etdirmək üçün verilmiş və torpaqdan daimi istifadə hüququna dair JN-0611, KOD 60700001, dövlət aktı qeydiyyat kitabında 060 nömrə ilə qeydiyyata alınan dövlət aktı tərtib edilmişdir. Yəni, yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, hazırda iddiaçı hüququnun qeydiyyata aldırmaq istədiyi 24.9992 ha torpaq sahəsi "xxxx" qoyunçuluq sovxozunun xx.xx.1998-ci il tarxli ümumi yığıcağının protokolu, sovxozun direktorunun razılıq məktubu və Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı ilə ona ayrılmış və səlahiyyətli şəxslərin iştirakı ilə həmin torpaq sahəsi iddiaçıya təhkim edilmişdir. Həmin sənədlər əsasında iddiaçının adına Torpaqdan daimi istifadə hüququna dair JN-0611, KOD 60700001 nömrəli Dövlət aktı tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan JN-0611 torpaqdan daimi istifadə hüququna dair dövlət aktı əsasında "xxxx" KFT-nin istifadəsində olan 24.9992 ha torpaq sahəsinin elektron baza məlumatlarına əsasən JN-0682 saylı torpaqdan daimi istifadə hüququna dair dövlət aktı əsasında Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq kənd təsərrüfatı istehaslı müəssisəsinə məxsus torpaq sahəsinin daxilində yerləşməsini bildirərək müraciətin icrasından imtina etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin torpaq sahəsi əkin təyinatlı torpaq sahəsidir, 30 ilə yaxın və hazırda da iddiaçının faktiki istifadəsindədir və təyinatı üzrə istifadə olunur, dövlət aktı ilkin torpaqayırma sənədlərinə uyğun düzgün tərtib edilmiş və "xxxx" Qoyunçuluq üzrə DDKTİ müəssisəsinə ayrılmış 6179.20 ha torpaq sahəsinin 1-ci hissə üzrə olan ərazisində yerləşir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı ilə iddiaçının daimi istifadəsinə verilmiş və Torpaqdan daimi istifadə hüququna dair JN-0611, KOD 60700001 nömrəli Dövlət aktı ilə istifadə hüququ qeydə alınmış 24.9992 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamının və həmin sərəncam əsasında verilmiş Torpaqdan daimi istifadə hüququna dair JN-0611 nömrəli, KOD 60700001 nömrəli dövlət aktının “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin (Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamının, Torpaqdan daimi istifadə hüququna dair JN-0611, KOD 60700001tarixli dövlət aktının) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci və 139-1.1.5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 8.0.5-ci və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, dövlətə məxsus torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi haqqında qanuni qüvvədə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və Torpaqdan daimi istifadə hüququna dair JN-0611, KOD 60700001tarixli dövlət aktı həmin torpaq üzərində iddiaçının istifadə hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın əsas səbəbi kimi JN-0611 torpaqdan daimi istifadə hüququna dair dövlət aktı ilə "xxxx" KFT-nin istifadəsində olan 24.9992 ha torpaq sahəsinin elektron baza məlumatlarına əsasən JN-0682 saylı torpaqdan daimi istifadə hüququna dair dövlət aktı ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq kənd təsərrüfatı istehaslı müəssisəsinə məxsus torpaq sahəsinin daxilində yerləşməsi göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasına münasibətdə qeyd edir ki, imtinanın əsası kimi iddiaçıya ayrılmış torpaq sahəsinin üçüncü şəxsin - "xxxx" Qoyunçuluq üzrə DDKTİ müəssisəsinin istifadəsində olan 6179.20 ha torpaq sahəsi ilə üst-üstə düşməsi və yaxud həmin torpaq sahəsinin daxilində yerləşməsi işin mübahisələndirilməyən və şübhə doğurmayan halıdır. Çünki, yuxarıda qeyd edilən sənədlərdən görünür ki, iddiaçıya 1999cu il tarixində ayrılmış torpaq sahəsi elə əvvəlcədən sovxozun (indiki üçüncü şəxsin) balansında olmuş və sovxozun direktorunun razılığı və xahişi əsasında iddiaçıya ayrılmışdır. Hətta, işdə olan sənədlərdən görünür ki, sözügedən torpaq sahəsinin üçüncü şəxsin (əvvəlki adı "xxxx" qoyunçuluq sovxozunun) balansından çıxarılması barədə üçüncü şəxsin qərarı mövcuddur. Həmçinin, müəyyən edilmişdir ki, sonradan üçüncü şəxsin - "xxxx" Qoyunçuluq üzrə DDKTİ müəssisəsinin istifadəsinə torpaq sahəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Beyləqan rayon Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli 123 saylı qərarı ilə iddiaçının xeyrinə qəbul edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamının qüvvədən düşməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı məsələ də həll olunmamışdır. Odur ki, cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2-1(120)-1470/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar