Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-272/2022 22.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı işi üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı “Rövşən Quliyevin qanunsuz hərəkətlərinə son qoyulması, 11.000 manat pul məbləğinin geri qaytarılması, maddi və mənəvi ziyana görə 10.000 manat pul məbləğinin ödənilməsi və polis əməkdaşı Rövşən Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə tədbir görülməsi” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(120)-2237/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 12 dekabr 2019-cu il tarixli qərardan müəyyən edilir ki, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Emin Əliyev xx.xx.2019-cu il tarixdə Cəlilabad RPŞ-nə raport ilə müraciət edərək daxil olmuş əməliyyat məlumatına əsasən rayonda faizçi kimi tanınan Cəlilabad rayon, Adnalı kənd sakini İddiaçı Əliguşad oğlunun xx.xx.2019-cu il tarixdə Beynəlxalq bankın qarşısında tərəflərindən saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilən zaman onun üzərində müxtəlif banklardan verilmiş sakinlərə məxsus əmək haqqı və sosial kartların olması aşkar olunmuş, bu səbəbdən İddiaçı dələduzluq edib-etməməsini müəyyən etmək məqsədi ilə raport aidiyyəti üzrə Təhqiqat bölməsinə göndərilərək icraata daxil olmuş və tərəfindən araşdırılma aparılmışdır. İddiaçı Cəlilabad polis şöbəsinin sabiq rəis müavinin vəzifəsindən sui-istifadə etdiyini, polis şöbəsində qanunsuz saxlanıldığını iddia edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Polis haqqında" Qanunun tələblərini ciddi və əhəmiyyətli pozub, şərəf və ləyaqətinin ləkələnməsi, şəxsiyyətinin alçaldılması məqsədinə sifarişli xidmət göstərdiyini bəyan edib, onun 16 saatdan çox polis şöbəsində məqsədli saxlatmaqla, polis nəzarəti altında da öz məqsədinə nail olaraq, 11.000 manat pulu ondan aldlıqdan sonra onu 16 saatlıq bu həbsdən azad etməsi, vəzifədən sui-istifadələrin nəticəsi olub, məhz hakimiyyət həddi aşılmaları rəsmi sənədlər tələbkarlığında məlum etdiyindən, Cavabdeh sabiq rəis müavini Rövşən Quliyevin mənə qarşı hərbir hərəkətinin qanunsuz hesab edilməklə, barəsində cinayət qanunvericiliyinin tələbkarlığında prosessual ciddi tədbirlərin görülməsini təmin edəcək məhkəmə qərarını məhkəmə müdafiə hüququnun tələbkarlığında qəbul edilməsi, ona qarşı vəzifədən sui-istifadə edərək, hədə, qorxu, həyəcanlı anları ona və ailə üzvülərinə yaşadıb, ailənin bütün üzvülərini ciddi narahat etməklə, 30.000 manat pul tələb edən Rövşən Quliyevin qanuna zidd hərəkətlərinə prosessual diqqət yetirib, daha sonra da onu həbs etdirməkdən vaz keçərək, Kürdəxanı həbs evinə göndərəcəyini inkar edib, 11000 manat məbləğ pulu ona gətizdirib, bu pulu ondan aldlıqdan sonra,12 dekabr 2021-ci il tarixli "Cinayət işi qaldırılmasının rədd edilməsinə dair" barəsində iş otaqında diktə etdirməklə, özünün fikirləri üzərində yoğrulan qərarı tərtib etdirib, bu məmurun onu qanunsuz həbsin astanasından azad etməsi ciddi və əhəmiyyətli qanun pozuntularını açılamaqla, onun məqsədyönlü sifarişli icra hərəkətlərini məlum etdiyindən, hədələyici üsulla 11000 manat məbləğ pulu alaraq, dələduzluq cinayəti törətməsi faktına ciddi önəm verib, cinayət xarakterli hərəkətlərə yol verdiyindən, onun bu hərəkətlərinin qanunsuz hesab edilməklə, hüququ qiymətləndirilnməsini təmin etmək məüqsədilə zərərçəkmiş şəxs kimi tanınmağını prosessual müəyyənləşdirən müvafiq məhkəmə qərarını qəbul edib, 11000 manat ondan aldığı bu pulun ona qaytarılmasını təmin edəcək, müvafiq məhkəmə qərarı çıxarılmaqla, pozulmuş hüquqlarının prosessual bərpasını məhkəmə müdafiə hüququnun tələbkarlığında təmin edilməsini, Cavabdehndə vəzifədən sui-istifadə edilməklə sabiq rəis müavini Rövşçən Quliyevin ona qarşı dələduzluq edərək ondan pul almaqla, 16 saat polis şöbəsində onu qanunsuz saxladığı bu cür həbsdən azad etməsinə prosessual ciddi önəm verib, hakimiyyət həddi aşılmaları məlum etdiyindən Cavabdehndə polis məmur özbaşınalıqlarına son qoyulması məqsədilə 3-cü şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzərinə müvafiq məcburedici vəzifələrin qoyulmasını təmin edəcək məhkəmə qərarını çıxarmaqla, polis adına ləkə salan, polis andının tələbkarlığını ciddi pozan bu cür dövlət məmurlarının polis orqanlarından xaric edilməsini təmin etdirən və onların cinayət məsuliyyətinə cəlb edilmələrini təmin edə biləcək müvafiq məhkəmə qərarını məhkəmə müdafiə hüququnun tələbkarlığında, Cavabdehndə hakimiyyət həddi aşılmalarla qanunları ciddi və əhəmiyyətli pozaraq, ondan 11000 manat pul alaraq, qanunsuz həbsin astanasından onu azad edən Cavabdeh sabiq rəis müavini Rövşən Quliyev barəsində CM-nin 308, 309 və sair normaların tələbkarlığında tədbir görülərək, barəsində cinayət işi qaldırılması məqsədilə müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edib, 3-cü şəxs Azərbaycan Respublikası Baş Prokuroirluğu üzərinə müvafiq məcburedici vəzifənin qoyulmasını təmin etməklə, Cavabdehndə hökm sürən Polis-Məmur Özbaşınalıqlarına son qoyulması, mənəvi sarsıntıları, mənəvi əzabları və mənəvi işgəncələri ona yaşatmaqla, ailə üzvülərini maddi çətinliklərə və emasional əzablara düçar edərək, bu gün ona 10000 manat məbləğ vurulmuş mənəvi ziyan pulun Rövşən Quliyevdən və səlahiyyətli qurumdan alınaraq mənə ödənilməsini təmin edəcək müvafiq məhkəmə qərarını qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cəlilbad rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, ******* saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, barənizdə Cəlilabad RPŞ-nin TB-da araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, Cavabdeh sabiq rəhbərliyində, sabiq rəis müavini Rövşən Quliyevin ona qarşı prosessual çoxsaylı ədalətsizliklərə yer verilməklə polis hədələrinə onu məruz qoyması və barəsində çoxsaylı qanunsuz ittiham materialları toplatmaqla, sifarişli və süni formalaşdırılna üzərinə “cinayət işi qqaldırılmasını rədd edən” çoxsaylı qərarlar qəbul edirməsi, sabiq rəis müavinin təşkili və planlı hərəkətlərinin məhsulu olub, özünümüdafiə istehkamının qurulmaqla, məhz ittiham edə biləcəyi əsaslı ittihamın mahiyyəti tələbkarlığından qurtarmaq və cinayət məsuliyyətindən qurtulmaq məqsədilə vəzifədən sui-istifadə edib, hakimiyyət həddi aşılmaların nəticəsi olaraq, qanunun həzm edə bilmədiyi çoxsaylı məmur özbaşınalıqlarına polis orqanında, Cavabdehndə sifarişli yol veridiyini prosessual bəlli etməklə, əlbəttə, barəsində təxribat xarakterli prosessual ədalətsizliklərin sifarişli həyata keçirilməsinə prosessual meydan verildiyini rəsmi sənədlərlə bəyan edərək, birmənalı şəkildə sabiq rəis müavini Rövşən Quliyevin maraqlan üzərində açıq-aşkar görünən məmur özbaşınalığın yüksək səviyəyə çatdırıldığı prosessual bəyan edilməklə, hətta, bu məmurun vəzifədən sui-istifadə edərək, mənə qarşı əsassız ittiham qurmaqdan ötrü 11 dekabr 2019-cu ildə gündüz saat 12-00dan 12 dekabr 2019-cu tarixə sübh tezdən saaat 04-radələrinədək polis şöbəsində 16 saatdan çox məni qanunsuz saxlatdırıb, ayrı-ayrı otaqlarda da polis təsiri, polis təzyiqi və polis nəzarəti altında saxlatdırıb, bu və ya digər formada təz. qlər edilməklə, mənə psixoloji bu cür təsir göstərib, son anda, məndən 30.000 manat rüşvət tələb etsə də...,çoxçox çətinliklıərdən sonra əldə etdiyim 11.000(on bir min) manat pulu məndən alaraq, " qanunsuz həbsdən..və qanunsuz polis nəzarətindən azad etməsi..,üzərimə cinayət işi qaldırmasını rədd edən 12 dekabr 2019-ci il tarixli qərarı polis məmuruna iş otağında özü istədiyi formada, yəni pulu əndən alandan sonra diktə etməklə, yazdırtması...,birmənalı şəkildə mənə qarşı dəhşətli ədalətsizlikləri edib, hakimiyyət həddi aşılmaları prosessual məlum etdiyindən..,mən vətəndaş olaraq, məcbur olub çoxsaylı şikayətlərimlə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə, Baş Prokurorluq və çoxsaylı səlahiyyətli digər orqanlara əsaslı müraciətlər edib, çoxsaylı tələbkarlığımı bu günə kimi davam etdirməyimə baxmayaraq, əsaslı və qanuni olan bu şikayətlərimə bu gün heç də əhəmiyyət veriİməməsi və laqeyidlik göstərilməsi...,birmənalı olaraq ona dəlalət edirdi ki, bu əsaslı tələbkarlığımın səlahiyyəti əsaslarında prosessual ifşa edilməsi açıq-aşkar görünən Rövşən Quliyev ifşa edilməsini..,cinayət məsuliyyətinə alınmasın deyə bu cür məmur özbaşınalıqları tələbkarlığında müdafiə edilib, cinayət məsuliyyətindən qurtulmaq məqsədinə edilən çoxsaylı qanuna zidd xidmətlərin tələbkarlığında əsassız olaraq, ciddi qanun pozuntuları ilə müdafiə olunmuş..,hətta, yuxarı dairələrdə də buna ciddi önəm erildiyi prosessual bəlli edilmişdir. Barəmdə prosessual yol verilən təxribat xarakterli prosessual bu ədalətsizliklər, birmənalı ona zəlalət edir ki, bu gün insan və vətəndaş hüquq və azadlıqlarının pozulması məqsədinə xidmət edən səlahiyyətli dövlət mımuru Rövşən Quliyev kimi vəzifəli bu şəxs, dövlət məmuru olaraq, nəinki müdafiə olunsun ,hətta, mənə qarşı vəzifədən sui-istifadə edərək, dələduzluq etməklə, törətmədiyim və etmədiyim cinayət hadisəsi üzrə hədələyici, aldadıcı üzullarla məndən 11.000,-/on bir min/ manat pul ; araq, məqsədli, planlı hərəkətlərilə törətmiş olduğu cinayət hadisələrinin məsuliyyətindən qurtulmaq məqsədilə bu gün iş yerinin dəyişdirilməklə, onun müdafiəsinə prosessual stehkamlar da...,məhz sifarişli formada ciddi bir tələbkarlıqla, yuxarı dairələrdə qurulub əməli prosessual müdafiəsinə ciddi önəm .erilməsi, qanunların ciddi və əhəmiyyətli pozulması olub, birməınalı şəkildə "Polis haqqında" qanunun konstitusion normaların ciddi və əhəmiyyətli dərəcədə sifarişli pozulması deməkdir...Bu, yolverilməzdir. Belə ki, məni sifarişli formada öz maraqları əhatəsində Cavabdehnə gətizdirib, əlbəttə, məhz polis rəis müavini vəzifəsindən xüsusi bəhərlənib, səlahiyyətindən sui-istifadə etməklə, 11 dekabr 2019-cu iltarixdən gündüz saat 12-00-dan 12 dekabr 2019-cu il tarixə sübh tezdən saat 04-ə kimi 16(on altı) saat polis şöbəsində ayrı-ayrı otaqlarda, polis nəzarəti altında saxlatmaqla, polis hədəsini, polis təzyiqini bu cür polis təsirləri altında mənə əzab verib, mənəvi işgəncə verməklə, məndən 30.000(otuz min) manat pul tələb etməklə, sonra səni azad edəcəm deyən vəzifəli bu şəxsin, Rövşən Quliyevin etmədiyim və törətmədiyim cinayət hadisəsini süni tələbkarlıqla cinayət səviyyəsinədək qaldlırtması tələbkarlığında əsassız və qanunsuz hədələr girdabında məndən böyk məbləğdə bu pulu tələb etməsi...və "həmin pulu mənə verməsən sənə cinayət işi qaldlrtdırıb, həbs etdirməklə, Kürdəxanı həbs evinə göndərəcəm," sözlərini ifadə etməsi, əlbəttə, qəbuledilməz olub, qanunlara qarşı ciddi bir hörmətsizlik kimi dərk olunmalıdır... polis şöbəsində iş otağında mənə bu cür ifadələr işlədərək, əslində həmin zaman daxilind ədələməklə, hər an başqa-başqa polis əməkdaşlarını da mənim üzərimə nəzarətçi qoyara aərırdi ki, məndən tələb etdiyi 30.000(otuz min) manat pulu ona verim ki, məndən əl çəksin. 1 2021-ci ildən, gündüz saat 12-00 dan 12 dekabr sübh tezdən saat 04-00 dək həm öz iş otağınd r zə qonşu otaqlarda səlahiyyətindən sui-istifadə edib zorakı saxlatmaqla, 4 nəfər polis əməkdaşlar da mənim üzərində qanunsuz nəzarətçi edərək, ayaqyoluna belə getməyə mənə imkan verməməsi bir daha ona dəlıalət edirdi ki, bu şəxs məndən 30.000 manat almayınca məni buraxmayasaq. O, mənim həbsimin zakaz və sifariş edildiyini mənə bldirməklə, bir daha deyirdi ki, 30.000 manat verməyir mən səni heç yerə, hətta, ayaqyoluna da imkan verməyəcəm...Əlbəttə, bu ərəfədə şəkərim daha yüksək həddə çatmaqla, təzyiqim də yüksək həddə çadığı üçün mən özümdən getdim və tanımadığım polis işçisi kımsə mənə bir stəkan su verib, ayıltdılar. Bütün hadisələr Rövşən Quliyevin iş otağında cərəyan edirdi. O məni oturmağa da qoymurdu və saatlarla xəstə adamı ayaq üstə saxlayıb, əsab verirdi. Mənə bilidirdi ki, Meşəyə girəndə mütləq meşəbəyini görmək lazımdır", ifadəsini işlədib, hətta, bu cürdə n təhqiur etməkdən çəkinmirdi. Mən bildirəndə ki bura hüquq mühafizə orqanlar idarəsinin dahe sayılan bir təşkilatıdır...,insanların hüquqları burda qorunur. Bu zaman o bildirdi ki; "Kəs səsini dediyim meşədir, sən meşəyə girdiyin üçün məni mütləıq görməlisən." Təkrar mən ona bildirəni Mən başa düşmədim, bura niyə müşə olmalıdlır və mənim meşədə nə işim var?" O zaman vəzifəsindən sui-istifadə edən bu məmur təkrar mənə bildirdi ki; "Madam meşəni bilmirsənsə, mən Kürdəxanaya göndərib, meşənin necə olduğunu sənə buildirəcəm," kəlmələrini mənə deməklə, o məni təhqir edirdi...,həm də, polis adına yaraşmayan hərəkətləri ilə səlahiyyətli bu təşkilatın nüfı ciddi zərbə endirib, davranışları..,hərəkətləri..,hətta, qəbul etdirdiyi rəsmi sənədlə bu ədalətsiz bəyan edirdi. Polis paqonundan sui-istifadə edən səlahiyyətli bu məmur..,12 dekabr 2021-ci il tarixdə gec; 11-radələrində Cəlilabad rayon poiuis şöbəsinin ibtidai inzibati həbs evinə saldırmaqdan ötrü nö' hissənin rəhbəri olan kapitan rütbəli bir şəxsə göstəriş verib, hətta, məni həbs kamerasına salınrr tələb etsə də...,həmin polis zabiti məhkəmənin qərarı olmadan mən qəbul edə bilmərəm və bu t AR-sı DİN-nə saxta məlumat verə bilmərəm...,deyib, onun qanunsuz tələbini rədd etməsi, bir dal- dəlalət edirdi ki, 30.000 manat pulu məndin almaqdan ötrü bu dövlkət mımuru gör..,hakimiyyət h aşıb, daha prosessual hansı tamaşaları göstərmək istəməmişdir...Bu, dəhşətdir..və belə məmurlar qarşısında məsuliyyətə cəlb edilməlidirlər...Bunu başqa cür qavramaq qeyri-mümkündür. Bu gün məni 16(on altı) saatdan çox polis şöbəsində polis nəzarəti altında saxlatdıran Rövşən Quliyev 12 dekabr 2019-cu il tarixli bu qərarı üzərimə "Cinayət işi qaldırılmasını rədd edən" məlum qərar otağında diktə etdirməklə yazdılrtdıqdan və ən nəhayət 11.000 (on bir min) manat pulu aldıqdan sonra məni qanunsuz həbsin astanasından uzaqlaşdırıb, sübh tezdən 13 dekabr 2021-ci il saat 04 radələrində evimə buraxması polis orqanlarında hökm sürən dəhşətli ədalətsizliklə etməklə, Cəlilabad rayon polkis şöbəsində polis məmur özbaşınalıqlarının daha yüksək çatdırılkdığını bəyan etdiyindəın, bu ədalətsizliklıərə qarşı ciddi bir tələbkarlıqla barışmaz, ciddi mübarizə aparılmalıdır. Ədalətsizliyə və sifarişli məqsədlərə xidməıt edən bu məmurun qanunsuz hərəkətləri, ko hüquq pozuntuları açıqlayan davranışları barədə 3-dəfə Baş Prokurorluqda qəbullda olub, səlahiyyətli prokurorlarla görüşüb, əsaslı şikayətlərimi onların diqqətinə çatdırsam da belə, bu nə sifarişli bir müdafiəsi qanunsuz həyata keçrilərək, onun bu cür cinayət xarakterli hərəkətləri ö edilməklə, əslində cinayət məsuliyyətindən kənarlaşdırılması təmin etdirilmişdir...Bu, yolverilməzdir. ənaUnən məium tələbkarlığını və məlum tələblərini pozan bu məmur barədə 2-dəfə də AR DİN-nin qəbuluna getmək mənə nəsib olsa da heç kəsin qəbuluna düşməyə mənə imkan verilmədi və ' də üzbəüz hansısa səlahiyyətli yüksək çinli Daxili işləır Nazirliyi işçilərinə çatdırmağıma mənə imkan vermədilər...Amma, buna baxmayaraq, mən məcbur oldum ki, yazdığım şikayət ərizələrimi Daxili Nazirliyinin özündə qoyulmuş poçt qutularına salım...Elə də etdim. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-cı il tarixli, 2-1(120)-2237/2022 saylı qərardadı ilə (hakim H.N.Nəcəfov) iddia mümkün sayılmamışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə cinayət və mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(120)- 2237/2022 nömrəli qərardadın ləğv edilməklə, əsaslı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini təmin edib, apellyasiya icraatı qaydasında prosessual araşdırmaların aparılmasına ciddi önəm verməklə, Rövşən Quliyevin vəzifədən sui-istifadə edib, hakimiyyət həddi aşılmaların nəticəsi olaraq, dələduzluq cinayət əməlləri barədə ciddi tədbirlərin görülməsi məqsədi ilə üçüncü şəxslərin üzərinə müvafiq məcburedici vəzifələrin məhkəmə hüququnun tələbkarlığı üzərində prosessual qoyulmasını təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, barəsində sədrlik edən hakim X1 iş üzrə əsaslı və obyektiv bir araşdırmanı aparmadan, əslində qeyri obyektiv bir araşdırmaya önəm verib, məhz iddianın məhkəmə icraatına qəbul edilməməsi nəticəsi olaraq, ədalətsiz məhkəmə aktını qəbul etməsilə vəzifəli bir şəxsin, Cəlilabad rayon plis şöbəsinin sabiq rəis müavini Rövşən Quliyevin birbaşa maraq dairəsinin bu cür müdafiə olunduğunu açıqlamış olsa da, birmənalı şəkildə vəzifəli bu şəxsin dələduzluq cinayət əməlinin prosessual örtbasdır edilməsi məqsədinə xidmət etmişdir. Bu mənada hesab edir ki, "Polis haqqında” Qanunun tələblərinə ciddi hörmətsizlik nümayiş etdirən və prosessual qanununun tələblərini öz maraqlarına uyğunlaşdırıb, öz istəyinə uyğun bir qərarın tərtibatında maraqlı olan səlahiyyətli bu dövlət məmuru 11.000 manat məbləğ pulu ona gətizdirib, həmin məbləğ pulu ondan aldıqdan sonra,əlbəttə, onu 16 saatlıq qanunsuz həbsin astanasından uzaqlaşdırması birbaşa onun cinayət xarakterli dələduzluq hərəkəti və hərəkətsizliyini məlum etməklə, qərəzli hərəkətlərini də, hədələrini də bu mənada yox edib, sabiq səlahiyyətli rəis müavini vəzifəsindən sui-istifadə etdiyini prosessual açıqlayaraq, artıq onun hərəkətlərində görünməyən və cinayət tərkibi doğurmayan hadisəni bir daha ondan 11.000 manat pulu aldıqdan sonra, ciddi bir tələbkarlığın nəticəsində diktovka etdirib, üzərimə "cinayət işi qaldırılmasını rədd edən" müvafiq qərarı tərtib etdirməsi və onu həbsdən azad etməsi birbaşa onun hakimiyyət həddi aşılması üzərində yoğrulan sifarişli bir ədalətsizlik olub, əməlində cinayət hadisəsinin mövcudluğu faktını gündəmə gətirmişdir.O, bu cür hərəkətləri ilə onu qanunsuz ittiham etmək məqsədində olduğunu açıqlayıb, son nəticədə də ondan pul alaraq, 11.000 manat pulu aldıqdan sonra, "Səni sifarişlə gətirmişdim. Səni həbs etməli idim...Çünki meşəyə girəndə, Siz mütləq meşəbəyini görməli idiz!" desə də, əslində onun məmur özbaşnalığına qarşı kəskin iradını bildirməklə, ona ünvanladığı "Məni nə əsasla həbs etmək isəmisən?" sualını cavablandıran bu şəxs bir daha bildirdi ki, “artıq Siz heç də ona deyilən kimi görünmürsüz. Sizi mən sifarişlə gətirsəm də, Siz elə də bir insan deyilsiz. Siz yaxşı insan və yaxşı adamsız. Sizin əməlinizdə cinayət tərkibli hər hansı bir hadisə də yoxdur. Bununla bağlı müvafiq rəsmi qərarda qəbul edilmişdir. Artıq Siz gedə bilərsiz" kəlmələrini bu cür ifadə etməsi, əlbətdə ondan pulu aldılqdan sonra, onu tərifləyib, barəsində qanunla prosessual yoğrulması mümkün olmayan cinayət hadisəsinin yoxluğunu bir daha tərtib etdirdiyi prosessual qərarla rəsmiləşdirib, onun prosessual müstəvidə "müdafiəçisinə” çevrilməsi hesab edir ki, heç də şübhə doğurmaya bilməz. Bu da ondan irəli gəlir ki, Rövşən Quliyev həm etdiyi bu dələduzluq cinayət əməlini ört-basdır edir, həm də, onu ittiham etmək məqsədindən yayınması ilə guya ədalətli mövqe seçmişdir deyə, öz ədalətsiz hərəkətlərini bu cür ört-basdır etməkdən də heç də çəkinməmnişdir. Əlbəttə, belə halda, hesab edir ki, Şirvan İnzibati məhkəməsində əsaslı iddia ərizəsi icraata qəbul edilib, hadisələrin prosessual ciddi araşdırılmasına önəm verilməli idi, daha dələduzluq cinayət əməlini törədən və ona qarşı qərəzli mövqe nümayiş etdirib, sifariş icra edən Rövşən Quliyevin müdafiəsinə önəm verilməli deyildi. Ona görə də bir daha hesab edir ki, 23 sentyabr 2022ci il tarixli qərardad ləğv olunmalı və apellyasiya icraatı qaydasında tam apellyasiya icraatı üzrə müvafiq araşdırmalara yer verilib, iddia tələbini təmin edən məhkəmə qərarı çıxarılmaqla, cinayətkar bu şəxsin barəsində prosessual ciddi tədbirlər görülməsinə prosessual önəm verməklə, ondan aldığı 11.000 manat pul ona qaytarılmalı, həm də ona vurduğu 10.000 manat mənəvi ziyan pulunun ödənilməsini müəyyənləşdirən müvafiq məhkəmə aktı çıxarılmalıdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(120)-2237/2022 saylı qərardadını ləğv etməklə, əsaslı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini təmin edib, apellyasiya icraatı qaydasında prosessual araşdırmaların aparılmasına ciddi önəm verməklə, Rövşən Quliyevin vəzifədən su-istifadə edib, hakimiyyət həddi aşılmaların nəticəsi olaraq dələduzluq cinayət əməlləri barədə ciddi tədbirlərin görülməsi məqsədi ilə üçüncü şəxslərin müvafiq məcburedici vəzifələrin məhkəmə müdafiə hüququnun tələbkarlığı üzərində prosessual qoyulmasını təmin edilməsini xahiş olunmuşdur. Prosessual məsələlər Apellyasiya məhkəməsində İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-cı il tarixli, 2-1(120)-2237/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məsələyə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə-cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar və.s aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Prosessual qanunun tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddia ərizəsinin məzmunundan, eyni zamanda iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi vəsatətdən müəyyən olunur ki, o, polis əməkdaşının cinayət məsuliyyətinə cəlb edilməsini, ona dəymiş mənəvi ziyanın ödənilməsini xahiş edir. Belə ki, İddiaçı oğunun məhkəmə kollegiyasına təqdim etdiyi vəsatətdə aşağıdakılar xahiş olunmuşdur: 1)Vəzifədən sui-istifadə edib, polisə yaraşmayan hərəkətlərə yol verməsi ilə, polis adına ləkə gətirdiyi üçün Cavabdeh sabiq rəis müavini Rövşən Quliyevin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili işlər Nazirliyi üzərinə müvafiq məcburedici vəzifənin qoyulmasını təmin edəcək məhkəmə aktının qəbul edilməsi 2) Cavabdeh Rövşən Quliyev ona maddi ziyan vurub, məhz onu həbsdən azad etmək məqsədi ilə ondan 11000 manat aldığı rüşvət pulunun və mənəvi vurmuş olduğu ziyanla bağlı 10000 manat pulun ondan alınaraq ödənilməsini təmin edəcək məhkəmə qərarının təmin edilməsi 3) Cavabdehndə polis-məmur özbaşnalıqlarına yol verildiyi ciddi nəzərə alınmaqla, vəzifədən sui-istifadələrin gələcəkdə qarşısını almaq məqsədi ilə lazımı polis nəzaqrəti olmadığına da diqqət yetirib, bu barədə müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edərək, rəhbər nəzarətini təmin etmək və qanun pozuntularının qarşısını almaq məqsədilə Cavabdeh rəhbərliyi barədə müvafiq tədbir görülməsi üçün həmin qərardadın icra edilməsini Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə həvalə edib, polis adına ləkə salan məmurlar haqqında ciddi tədbir tədbir görülməsinə önəm verilməsi Məhkəmə tərkibi qeyd edir ki, hazırki halda polis əməkdaşının hərəkətlərinə hüquqi qiymətin verilməsi inzibati məhkəmənin səlahiyyətində deyildir. Başqa sözlə, hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan, cavabdeh orqanın əməkdaşnın hərəkətlərinə də hüquqi qiymət verə bilməz. Belə ki, İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, əsasən...bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır”. Eyni zamanda “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 7.2-ci bəndində qeyd edilmişdir ki, ...Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Məhkəmə tərkibi qeyd edir ki, inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən yalnız o mübahisələrə baxılır ki, bu, inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun. Hazırki işdə isə iddiaçı ilə cavabdeh arasındakı münasibətlər inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-cı il tarixli, 2-1(120)- 2237/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardadddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-272/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-272/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver