Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-275/2023 24.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X23 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehin vəkili X11 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(120)-419/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Cavabdeh inzibati orqanın əmri ilə razılaşmayan İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ali təhsilli gənc kadrdır. Dövlət qulluğuna dair imtahanları müvəffəqiyyətlə verib 22 noyabr 2013-cü il tarixdə Rayon Statistika İdarəsi rəhbərinin 27/k nömrəli əmri ilə Rayon Statistika İdarəsində böyük mütəxəssis statistik vəzifəsinə təyin edilmiş və ona kiçik referent ixtisas dərəcəsi verilmişdir. 30 dekabr 2014-cü ildə 21/k nömrəli əmrlə ona 3-cü dərəcəli referent dərəcəsi verilmişdir. 26 avqust 2015-ci il tarixli 19/k nömrəli əmrlə məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 30 noyabr 2020-ci il tarixli, 30/k nömrəli əmrlə ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Göründüyü kimi işə qəbul olunduğu tarixdən 2022ci il tarixə kimi hər il, 2 ildən bir irəli çəkilmiş, heç bir intizam, inzibati, cinayət cəzası almamışdır. 2022-ci ilin mart ayında ən ağır intizam cəzasına məruz qalmış, 05 mart 2022ci il tarixli 03/k nömrəli əmrlə işinə xitam verilmiş, birdən-birə ən ağır intizam cəzası alaraq işdən azad edilmişdir. İşə qəbul olunandan bir müddət sonra Statistika İdarəsinin rəhbəri Mənsimov Kazım tərəfindən bir sıra qanunsuz göstərişlərə öz etirazını bildirmişdir. Belə ki, hər ay ona əmək haqqından 100 (bir yüz) manat pul verməli idi. Səbəbini isə özünün dediyini olduğu kimi yazır: “Sən işinlə bağlı evlərə çox gedirsən, ailələrlə iş aparırsan, iş vaxtın tez qurtarır, mən isə boş vaxtlarını sənə bağışlayıram ki, idarədə oturmayasan”. Halbuki onun əsas işi hər gün 4-5, bəzən isə daha çox ailələrdə olmaq sonra da vaxtı olanda idarəyə gəlib yazı işlərini aparmaqdır. Ancaq rəhbərliyi bu maraqlandırmır, deyirdi ki, onun əsas iş vaxtı qurtarsa da onu idarədən evə tez buraxır, bunun müqabilində hər ay ona 100 manat verməlidir. İddiaçı da razılaşmamışdır. Başqa təzyiqlərlə (məsələn: Səni elə pis adla işdən qovaram heç bir idarə səni işə götürməz, səni ləkələyərəm ki, idarənin inventarlarından mənimsəyirsən, saxta işlə məşğulsan və s.) ondan pulu ala bilmişdir. Halbuki, Dövlət Statistika Komitəsinin rəsmi göstəriş qrafikinə əsasən həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 09:00-dan 11:00-a dək, çərşənbə axşamı və cümə axşamı isə 09:00-dan 10:00-a dək və 16:00-dan 18:00-a dək idarədə olmalı, sonra təhkim olduqları evlərə gedib ailələrin gəlir və xərclərinin müayinəsini aparmalıdırlar. Rəhbər ona deyirmiş ki, bütün günü idarədə olmalıdır. DSK-nin göndərdiyi iş qrafiki onun üçün maraqlı deyil, 1 saata ailələri gəzib işi qurtara bilərsən. Ancaq ona 44 ailə təhkim edilmişdi. Bir gündə 44 ailədə ən azı yarım saat söhbət etsə, 44 ailəyə 22 saat vaxt sərf etmiş olmalıdır. Bu ümumiyyətlə mümkün olan hal deyildir. Rəhbərliyi isə bu maraqlandırmırdı, onun məqsədi necə olursa olsun 100 manatını almaq idi. Bütün mübahisələrin əsas səbəbi məhz bu idi. Ona pandemiya və ondan sonrakı dövrlərdə pul verməyi tamamilə dayandırmış, bundan sonra ona işçi kimi yox düşmən kimi baxmışdır. Digər mübahisə isə onunla bağlı olmuşdur ki, idarə üçün inventar, rəhbərliyin xidməti maşını üçün ehtiyat hissələri və sair alınırdı. Bu inventarlar yaradılmış komissiya vasitəsi ilə alınmışdır və o həmin komissiyanın üzvü idi. O, normadan artıq alınmış inventarlara, maşın ehtiyat hissələrinə dair sənədlərə imza atmırdı, çünki burada xeyli miqdarda mənimsəmələr olurdu. Ona görə rəhbər onu komissiya üzvlüyündən azad etmişdir. Hətta ziddiyyətlər o həddə çatmışdı ki, idarənin rəhbəri onu tez-tez otağına çağırır qəsdən təhqiramiz ifadələr işlədir, geyiminə, paltarına istehza ilə yanaşır, kişinin qalstuku olar və sair sözlər ilə onu ələ salır ki, iddiaçı ona layiq cavab versin və barəsində Akt tərtib etsin. Onun tərəfindən rəhbərə bir cavab verirdi: "Kişinin vicdanı olar, kişi idarənin əmlakını mənimsəməz, özgə pulu ilə uşağını saxlamaz, dövlətə də kişi kimi qulluq edər". Bundan başqa rəhbər ona dəfələrlə bildirmişdir ki, onunla işləmək istəmir, idarənin sirlərini danışır, o ərizə verib işdən çıxsın. Əks təqdirdə onu elə bir əsasla işdən çıxaracaq ki, bir daha heç bir idarə onu işə götürə bilməz, lakin o ərizə verməmişdir. Nəhayət sonuncu dəfə onu otağına çağırmış, onunla əsəbi danışmış, mübahisə olmuş, onun nöqsanlarını bir-bir üzünə deyilmişdir. Yüksək inzibati orqanlara məlumat verəcəyini bildirəndə yerindən durub yaxasından tutaraq onu öldürəcəyi, həyatının sonu olacağı ilə hədələmiş, onun əlindən buraxılıb koridora çıxmış və dalınca hücum edib koridorda onu arxadan tutub divara vurmağa başlamış, boğazından sıxaraq nəfəs yolunu kəsmək istəmişdir. Rəhbər bədəncə iri gövdəli olduğundan onun qollarından çıxa bilməmiş, çarəsizlikdən çığırmış, səs-küyə bütün işçilər gəlmiş, məcbur olub onu buraxmışdır. Onun işinə xitam verilməsi barədə əmrdə "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" AR Qanunlarına istinad edilib, AR Əmək Məcəlləsinin müvafiq maddələri, bəndləri göstərilməyib, əmrin tərtibatı belə düz deyildir. Güya o, etik davranış qaydalarını pozmuş. İşə qəbul olandan sonra demək olar ki, hər il dərəcə alan bir gənc kadra birdən-birə ən ağır cəza vermək gənc kadrın vəziyyətini pisləşdirmək birbaşa qərəzçilik deməkdir. Əmr tamamilə qanunsuzdur. Onun barəsində verilən intizam cəzası AR Əmək Məcəlləsininn 10-cu fəsilində göstərilən və Əmək Məcəlləsinin 68, 70, 71 və 72-ci maddələrində sadalanan pozuntuların heç birinə uyğun gəlmir. Onu yalnız güya etik davranış qaydalarını pozduğuna görə işdən azad etmişdir. Bu da tamamilə düzgün deyil. Əmr AR Əmək Mcəlləsinə istinad edilməyən bir inzibati Aktdır. Göstərilənləri nəzərə alıb, Dövlət Statistika Komitəsi Cavabdeh barəsində olan dövlət qulluğuna xitam verilməsi haqqında xx.xx.2022ci il tarixli 03/k nömrəli əmrinin qanunsuz olduğundan ləğv edilməsi, əvvəlki işinə qaytarılmaqla bütün boşdayanma günlərin əmək haqqının idarə rəhbərliyindən alınıb ona verilməsi barədə cavabdehin üzərinə müvafiq öhdəliklərinin qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 10 mart 2023-ci il tarixli, 2- 1(120)-419/2023 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qərarında “Məhkəmə qeyd edir ki, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin verinə vetirilməməsi və ya lazımi şəkildə verinə vetirilmənıəsi, habelə dövlət qulluqçuları üçün mıiəvvən edilmiş məhdudiyyətlərə əməl olunmaması intizam məsuliyyətinə səbəb olur. Dövlət qulluqçusu qanunun tələblərini kobud qaydada pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbiri tətbiq edilə bilər. İş materiallarında olan MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, aparılmış inzibati xəta üzrə araşdırma nəticəsində İddiaçı Səlahəddin oğlunun barəsində, xx.xx.2022-ci il tarixdə Azərbavcan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510- cu maddəsilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol (MN № 1187936) tərtib olunmaqla, 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. ********* nömrəli mədaxil qəbzi ilə İddiaçı Səlahəddin oglu 100 (yüz) manat məbləğində inzibati cəriməyə etiraz etməyərək həmin cərimə üçün ödəniş etmişdir.” deyə qeyd olunmuşdur, (bax qərar 7-ci səhifə 6-cı paraqraf) Bildirmək istəyirik ki, məhkəmə iddia tələbinin hüquqi əsaslandırmasını sadəcə iddiaçı barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında tərtib edilmiş MN seriyalı ******* saylı 26 yanvar 2022-ci il tarixli qərara və həmin qərar əsasında iddiaçı tərəfindən AR inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən müəyyən edilmiş cəriməni ödəməsinə istinad etmişdir. Yəni iddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə müəyyən edilmiş inzibati xəta haqqında qərara əsasən müəyyən edilmiş cəriməni ödəmişdirsə, o zaman həmin şəxsin barəsində tərtib edilmiş işdən çıxma barədə əmrdə qeyd edilənlər öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin bu qərarı qəbul edərkən rəhbər tutduğu prinsip bu olmuşdur. Həmçinin məhkəmə qərarında “İşin faktiki hallarından göründüyü kimi iddiaçı dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, vəzifələrinin icrası zamanı kobud qanun pozuntusuna yol vermş və bunun nəticəsi olaraq cavabdeh inzibati orqan tərəfindən onun tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam yerilməsi barədə müvafiq qərar qəbul edilmişdir.” deyə qeyd olunmuşdur, (bax qərar 7-ci səhifə 7-ci paraqraf) Maraqlı olan haıdr ki, məhkəmə iddiaçının dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmədiyinə dair qənaətə gələrkən bunu işin faktiki hallarına istinad etmişdir. Bu faktiki halların nə olduğu isə qərarda öz əksini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsi öz qərarını qəbul edərkən bu faktiki halların nədən ibarət olduğunu sadalamamış, sadalanılmayan faktiki halların nədən ibarət olduğunu qeyd etməmişdir. Dövlət orqanında müəyyən edilmiş qulluq reqlamenti anlayışı nədir və iddiaçı buhalların hansına riayət etməmişdir? Vəzifələrini icrası zamanı yol verilən kobud qanunu pozuntusu nədən ibarətdir? Bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qərarda öz əksini tapmamışdır. Bu isə qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını şübhə altına almaqdadır. Həmçinin məhkəmə öz qərarında “Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur.” deyə qeyd olunmuşdur, (bax qərar 7-ci səhifə 8-ci paraqraf) Maraqlı olan haldır ki, məhkəmə hazırki iş üzrə qərarı qəbul edərkən seçilmiş tənbeh tədbirinin hansı əsaslarla adekvat olduğunu araşdırmadan qərar verir. Seçilmiş olan tənbeh tədbirinin adekvatlığı hansı əsaslarla müəyyən edilir ki, dövlət qulluğunda olduğu müddətdə bir dəfə də olsun töhmət və ya xəbərdarlıq almamış iddiaçı özünün rəhbərinin qanunsuz hərəkətləri barədə dövlət orqanlarına müraciət etməsi səbəbindən dərhal işindən uzaqlaşdırılır və onun barəsində bu qədər əsası olmayan ağır bir tənbeh tədbiri seçilir? Məlumat üçün bildirmək istəyirik ki, Biləsuvar rayon məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2 (022)-535/2022 saylı qətnaməsi ilə iddiaçı X3 İddiaçı Səlahəddin oğluna və X6 qarşı cavabdehlərin iddiaçı barəsində yazdıqları həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində cavabdehlərin hər birindən 5.000 manat olmaqla , cəmi 10.000 manat mıbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi və bilə-bilə yalan xəbərçilik etmyə görə əməllərində cinayət tərkibi olduğundan prokurora verilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1890/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar rayon məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(022) -535/2022 saylı qətnaməsi ləğv edilmiş, iş ürə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı Səlahəddin oğlu və X2 üzərinə iddiaçı barəsində Biləsuvar rayon Prokurorluğuna, Biləsuvar rayon Polis Şöbəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə yazdıqları müraciətlərdə verilən məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması kimi təkzib edilməsi öhdəliyi qoyulmuş, iddiaçı X7 yetirilmiş mənəvi zərərin əvəzi kimi cavabdehlər İddiaçı Səlahəddin oğlu və X2 hər birindən ayrı-ayrılıqda 500 (beş yüz) manat olmaqla, ümumilikdə 1.000 (bir min) manat məbləğində pulun tutularaq iddiaçı X7 ödənilməsi, iş üzrə ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehlər İddiaçı Səlahəddin oğlu və X1 birgə qaydada tutularaq iddiaçı X7 ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bu qətnamədən narazı qalan cavabdehlər X8 və X12 tərəfindəmin kassasiya şikayəti verilmiş, Azərbaycan Respuiblikası Alıi Məhkəməsinin Mülıki Kollegiyasının 21 fevral 2023-cii il tarixli 2(102)- 805/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 106)-1890/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməmiş, həımin qərara əsasən məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Maraqlı olan haldr ki, bununla bağlı Şirvan İnzibati Məhkəməsinə məlumat verildiyi halda qərarın surəti 15 mart 2023-cü il tarixində qərar qəbul edilən tarixə qədər faktiki olaraq hazır olmadığı üçün sübut qismində təqdim edilə bilməmişdir. Ali Məhkəmənin 21 fevral 2023-cü il tarixli 2(102)- 805/2023 saylı qərarında hazırki işin diqqət mərkəzində saxlanmalı halın cavabdehlər iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi ehtimal olunan sözügedən məlumatları yaymamaq, onları yaymaq və iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmək məqsədi güdmədiyindən ibarət olduğunu, bu məlumatların kütləvi informasiya vasitələri ilə verilmədiyini, qeyri-müəyyən çərçivədə şəxslərə ünvanlanmadığını, cavabdehlərin iddiaçının barəsində həmin məlumatları bilavasitə korrupsiyaya qarşı mübarizə aparma səlahiyyətinə malik orqana göndərdiyini qeyd etmişdir. Yəni bu qərarla kassasiya instansiyası məhkəməsi cavabdehləri əlaqədar orqanlara yazmış olduğu müraciətlərin, zəruri araşdırma aparılmalı olan müraciətlərin iddiaçının şərəf və ləyaqətinin alçaltmağa yönəlmədiyini, AR Konsitisiyasmn 57-ci maddəsinin tələblərinə əsasən hərkəsin müraciət etmək hüququnun olduğunu bildirmişdir. Bundan başqa kassasiya instansiyası məhkəməsi öz qərarının əsaslandırmasını belə aparmışdır: Həmçinin cavabdeh Səlahəddin Mirzəyevin xx.xx.2022-ci il tarixli məktubu da onun işlədiyi dövlət müəssisəsinin tabe olduğu yuxarı təşkilata - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə yazılmışdır. Bu Komitə də korrupsiyaya qarşı mübarizə aparan subyekt sayılır. Belə ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2ci maddəsinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır. Bundan başqa, “Korrupsiyaya qarşı mübarizə haqqında’" Qanunun 4.1-ci maddəsinə görə bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanları həyata keçirirlər. Həmin Qanunun 11-1.3-cü maddəsinə əsasən, idarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər, deyə qeyd olunmuşdur. Həmçinin məhkəmə qərarında iş materiallarında xx.xx.2021-ci il taruixli aktdan 23 dekabr 2021-ci il tarixində saat 17:30-18:00 radələrində Cavabdehndə idarənin məsləhətçisi İddiaçı suborduinasiya qaydalarını pozaraq idarənin rəisi X7 qarşı aşağılayıcı söyüş və təhqiredici ifadələr işlətməklə onu təhqir etdiyi qeyd olunmuşdur. Bildirmək istəyirik ki, bu aktda da qeyd edilənlər öz təsdiqini tapmamışdır. Belə ki. iddiaçının X9 aşağılayıcı söyüş və təhdidedici ifadələr işlətməsi, X9 bununla bağlı hər hansı bir tədbir görməməsi inandırıcı deyildir. Çünki, X10 İddiaçı onun barəsində korrupsiya faktı ilə bağlı hüquq mühafizə orqanlarına müraciətini özünə qarşı şərəf və ləyaqəti alçaldıcı bir davranış olaraq görməkdə və bununla bağlı dərhal məhkəməyə müraciət etməkdədir. İlər nə qədər iddia tələbinə ən yuxarı instansiya məhkəməsi həddində baxılaraq iddia tələbi təmin edilməsə də X10 tərəfindən bu hüququndan istifadə edilmişdir. Yəni barəsində korrupsiya faktı ilə hüquq mühafizə orqanlarına müraciət edilən X10 bununla bağlı məhkəmə orqanlarına müraciət edir, “həmçinin onu aşağılayıcı söyüşlərlə söyən” (ifadələr X7 aiddir) İddiaçı barəsində cinayət işinin başlanması üçün müraciət etsə də, əməlində cinayət tərkibi olmadığndan cinayət işinin başlanılması rədd edilir. Bundan başqa təhdidedici ifadələrdən istifadə edilməklə X9 hədələyən bir şəxs barəsində hədə-qorxu ilə bağlı cinayət işi başlanılmır. Bununla bağlı da X10 tərəfindən də cinayət işinin başlanması üçün hüquq mühafizə orqanlarına müraciət edilsə də fakt öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qərarında yol verilən digər bir qanun pozuntusu da məhkəmənin işdə olan sübutlara birtərəfli yanaşmasıdır. Belə ki, məhkəmənin qərarında “İş materiallarında olan xx.xx.2021 -ci il tarixli aktdan görünür ki, xx.xx.2021 -ci il tarixdə, saat 17:30-18:00 radələrində Cavabdehndə idarənin məsləhətçisi İddiaçı subordinasiya qaydalarını pozaraq idarənin rəisi X7 qarşı aşağılayıcı söyüş və təhdidedici ifadələr işlətməklə onu təhqir etmişdir.” deyə qeyd olunmuşdur, (bax qərar 4-cü səhifə 1- ci paraqraf) Maraqlı olan haldıər ki, işdfə olan materiallardan AR İcbari Tibbi Sığorta üzrə X21 Ərazi Bölmələrini İdarəetmə Birliyi Biləsuvar rayon X14 Hüquqi Şəxsi tərəfindən 05 yanvar 2023-cü il tarixindıə verilmiş olan 8 saylı arayışa əsasən İddiaçı Səlahəddin oğlu həqiqətən 23 dekabr 2021 -ci il tarixində saat 17:29-da Biləsuvar rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına “isterik qıcolma” diaqnozu ilə müraciət etmiş, növbətçi feldşer Əhmədov Amid tərəfindən yardım edilərək ambulator müalicəyə gğöndərilmişdir. (arayışın surəti apellyasiya şikaəyinə əlavə edilir) Hər nə qədər bu arayış birinci instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə tərəfindən ümumiyyətlə sübutlar qismində dəyərləndirilməmişdir. İddianın təmin edilməməsinə baxmayaraq hesab edirik ki. ən azından işdə olan material olaraq belə məhkəmə bunu öz qərarında qeyd edə bilərdi. Hesab edirik ki, məhkəmə bu arayışa öz qərarında istinad etsəydi, o zaman ortaya haqlı olaraq bir sual çıxacaqdı: İsterik qıcolma ilə bağlı təcili və təxirəsalınmaz tibbi vardım stansiyasına müraciət edən bir şəxs eyni dəqiqədə necə ola bilər ki, idarə rəisini aşagılayıcı söyüş və təhdidedici ifadələr işlədərək təhqir edir? (Çünki işçilər tərəfindən qeyd edilən aktda bu 17:30 qeyd olunub) İsterik qıcolma sindromu yaşayan bir şəxsin eyni anda bu cür aşağılayıcı və təhdidvari ifadələr işlətməsi necə mümkün olur? Bu halları məhkəmə hansı əsaslarla reqlament qaydalarını pozma kimi qiymətləndirir? Həmçinin məhkəmə nəyin əsasında bu halları dövlət qulluğuna xitam vermə üçün adekvat bir tədbir kimi görür? Məhz elə bu kolliziya səbəbindən birinci instansiya məhkəməsinin qərarında bu arayış ümumiyyətlə sübut kimi qiymətləndirilməmişdir. Bu da birinci intansiya məhkəməsi hakiminin qərarı qəbul edərkən heç bir araşdrıma aparmadığına əyani sübut təşkil edir. Biz apellyasiya instyansiyası məhkəməsinin işi araşdırarkən bu arayışa da sübut qismində qiymət verərək araşdırma aparacağına inanaraq həmin arayışı yenidən apellyasiya şikayətinə əlavə edirik. Bundan başqa bildirmək istəyirik ki, Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmri bir inzibati aktdır. İddiaçı barəsində inzibati akt qəbul edilərkən İnzibati İcraat haqqında AR Qanununun tələblərinə əsasən icraat başlanılmalı, inzibati icraatın nəticələrinə uyğun olaraq müvafiq inzibati akt qəbul edilməli idi. Məhz İnzibati İcraat Haqqında AR Qanununun tələbləri açıq-aşkar surətdə pozulduğu halda birinci instansiya məhkəməsi bu xüsusatı da araşdırmaqdan yayınmışdır. İnzibati İcraat Haqqında AR Qanununun 22-ci maddəsinin tələblərinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Hesab edirik ki, inzibati orqan İnzibati İcraat haqqında AR Qanununun tələblərini pozaraq bu əmri qəbul etdiyi halda, birinci instansiya məhkəməsi də bu xüsusatı görməzlikdən gəlmiş, işi lazımi qaydada araşdırmadan hazırki əsassız və qanunsuz qətnaməni qəbul etmişdir. Ən azından İnzibati İcraat haqqında AR Qanununun tələblərinin əyani şəkildə pozulması qəbul edilmiş əmrin ləğv edilməsi üçün hüquqi əsas təşkil edirdi. Birinci instansiya məhkəməsi öz qərarında maddi hüquq norması kimi AR Əmək Məcəlləsinin 72-ci maddəsinə də istinad etmişdir. Belə ki, həmin maddənin e) bəndində göstərilənlərə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maraqlı olan haldır ki. işçi tərəfindən AR 72-ci maddəsində qeyd edilən pozuntulara yol verilməsi işçi barəsində işəgötürən tərəfindən intizam tənbeh tədbirinin görülməsi üçün əsas təşkil edir ki. bununla bağlı AR Əmək Məcəlləsiniun 187-ci maddəsinin tələblərinə əsasən də işəgötürən tərəfindən işçidən yazılı izahatının alınmalı olduğu qanunvericiliyin tələbidir. Maraqlı olan haldır ki. işçi qismində olan İddiaçıdan nə izahat alınmış, nə də onun izahat verməkdən imtina etməsi lazımi qaydada aktlaşdırılımışdır. Bu da növbəti maddi hüquq normalarının pozuntusu hesab edilməlidir. Yuxarıda qeyd edilələrdən və qanunvericiliyin tələblərindən də göründüyü kimi Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 419/2023 saylı 10 mart 2023-cü il tarixli qərarının tamamailə ləğv edilərək iddia tələbinin tam həcmdə təmin edilməsi üçün hüquqi əsaslar mövcuddur. İnzibati İcraat Haqqında AR Qanununun tələblərinin pozulması, işdə olan və kolliziya təşkil edən sübutların bəzilərinə iddianın təmin edilməməsi yönündə qiymət verərək, əsaslı sübutlara baxılmaması birinci instansiya məhkəməsinin də bu işdə qərəzli olduğuna əyani sübutdur və birinci instansiya məhkəməsinin qərarının tamamilə ləğv edilməsi üçün hüquqi əsas təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkiln da məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili X17 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; ... Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; ... Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar ... ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması ... Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 10 mart 2023-ci il tarixli, 2-1(120)-419/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi хаhiş еtmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2-ci, 18.0.4-cü, 18.0.12-ci, 25-ci, 33.6-cı maddələrinə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 23-cü maddələrinə istinad edərək əsaslandırmışdır ki, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə dövlət qulluqçuları üçün müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması intizam məsuliyyətinə səbəb olur. Dövlət qulluqçusu qanunun tələblərini kobud qaydada pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbiri tətbiq edilə bilər. İş materiallarında olan MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, aparılmış inzibati xəta üzrə araşdırma nəticəsində İddiaçı Səlahəddin oğlunun barəsində, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol (MN № 1187936) tərtib olunmaqla, 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. ********* nömrəli mədaxil qəbzi ilə İddiaçı Səlahəddin oğlu 100 (yüz) manat məbləğində inzibati cəriməyə etiraz etməyərək həmin cərimə üçün ödəniş etmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, vəzifələrinin icrası zamanı kobud qanun pozuntusuna yol vermiş və bunun nəticəsi olaraq cavabdeh inzibati orqan tərəfindən onun tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 8.2-ci, 9-cu və 10.1-ci maddələrinin tələblərini pozduğuna görə Cavabdeh məsləhətçisi İddiaçı Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6 maddəsinə əsasən 05 mart 2022-ci il tarixdən vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əmrin hüquqi əsası kimi istinad etdiyi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Başqa sözlə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. Lakin, hazırda mübahisələndirilən əmrin məzmunundan və məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, iddiaçının dövlət qulluğundan azad edilməsi ilə bağlı hər hansı əmr mövcud olmamışdır. Ən azından dövlət qulluğuna xitam verilməsi ilə bağlı hazırda mübahisələndirilən əmrdə dövlət qulluqçusunun (iddiaçının) dövlət qulluğundan azad edilməsi ilə bağlı qeydlər göstərilməli idi. Bu arada onu da qeyd etmək lazımdır ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.5ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, həmin əmrin verilməsinə əsas Cavabdeh ilk həmkarlar təşkilatnın ümumi iclasının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokoludur. Həmin protokolun məzmundan görünür ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol (MN № 1187936) tərtib olunmaqla, 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edildiyindən onun dövlət qulluğundan azad edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Yəni, son nəticədə müəyyən edilir ki, hazırda mübahisələndirilən 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrin verilməsinin əsasında iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməldir. İddiaçı barəsində inzibati xəta haqqında protokolun xx.xx.2022-ci ildə tərtib olunduğunu və həmin əmələ görə xx.xx.2022-ci il tarixdə dövlət qulluğundan azad olunduğunu (hərçənd ki, azad olma ilə bağlı əmr yoxdur) nəzərə alsaq, “dövlət qulluğundan azad edilmə” ilə bağlı intizam tənbehinin pozuntunun aşkar olunduğu vaxtdan 1 aydan artıq vaxt keçdikdən sonra tətbiq olunduğu müəyyən olunur. Bu isə “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbinə ziddir. Bundan başqa qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsi yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. Mübahisələndirilən əmrdə bununla bağlı (pozuntunu “kobud” kimi qiymətləndirən) hər hansı açıqlama və ya əsas göstərilməmişdir. Əmrdə istinad edilən “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsinin (18.0.12-ci maddəsinin) tətbiqinə gəldikdə, bu normada göstərilən hallar həmin Qanunun 25.2-ci maddəsində intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etsələr də, Qanunun məhz 25.2.6-cı maddəsində nəzərdə tutulmuş tədbirin (dövlət qulluğundan azad edilmənin) tətbiqinə özü-özlüyündə əsas vermir. Hətta cavabdehin əmrində bilavasitə istinad edilməsə də, məhkəmə kollegiyasının mövqeyinə görə “mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. Bundan başqa dövlət qulluğuna xitam verilməsinin hüquqi əsası kimi əmrdə istinad olunan “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinin tətbiq edilməsinə imkan verən qanunla müəyyən edilmiş prosedur qaydalara da əməl edilməmişdir. Hansı ki, həmin qaydalara əməl edilmədən “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Göründüyü kimi qanunverircilik imperativ qaydada tələb edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilmə ilə bağlı intizam tənbehi tədbirinin tətbiq edilməsi üçün mütləq müvafiq dövlət orqanının rəhbərinin əmri olmalı, bununla bağlı araşdırma aparılmalı və dövlət qulluqçusundan yazılı izahat alınmalıdır. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərədə tutulmuş intizam tənbehi tətbiq etmək üçün müvafiq dövlət orqanı rəhbərinin əmri olmamış, bununla bağlı araşdırma aparılmamış və ümumiyyətlə dövlət qulluqçusundan yazılı izahat alınmamışdır (ən azından bu faktları təsdiq edən sübutlar cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə və tələb olunmasına baxmayaraq apellyasiya məhkəməsinə təqdim edilməmiş, iddiaçı da azad olunma ilə bağlı əmr verilmədiyini və izahatının alınmadığını bildirmişdir). Bu isə onu deməyə əsas verir ki, cavabdeh qurum “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə (dövlət qulluğundan azad edilməsinə) əsaslanıb, iddiaçının dövlət qulluğuna xitam verə bilməzdi. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-805/2023 saylı 21 fevral 2023-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 1890/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı Səlahəddin oğlu və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti əsasında ləğv edilmiş və yeni qərar çıxarılmaqla, iddiaçı X4 (cavabdeh qurumun rəhbərinin) cavabdehlər İddiaçı Səlahəddin oğlu və X5 qarşı “barəsində yazdıqları həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yetirilmiş mənəvi zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair iddiası təmin edilməmişdir. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, mübahisələndirilən əmrdə iddiaçı tərəfindən yol verilən pozuntu kimi cavabdehin istinad etdiyi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinin əlamətləri iddiaçı tərəfindən törədilməmişdir. Belə ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Mülki iş üzrə cavabdeh qurumun rəhbəri X4 iddiasının mahiyyəti İddiaçı Səlahəddin oğlunun hərəkətləri nəticəsində onun şərəf, ləyaqət və nüfuzuna, əxlaqi prinsiplərə, istehsal, təsərrüfat, xidmət və ictimai fəaliyyətlə bağlı cəmiyyətdə olan mövqeyinə ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratmaqla, ziyan vurması ilə əlaqədar olmuşdur ki, həmin tələbi məhkəmə qaydasında təmin olunmamışdır. Göründüyü kimi İddiaçı Səlahəddin oğlu işlədiyi müəssisənin rəhbəri X4 hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməmişdir. Mübahisələndirilən əmrdə yol verilən pozuntu kimi istinad olunan “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7.2, 9-cu və 10.1-ci maddələri isə ümumiyyətlə həmin əmrin verilməsinə əsas olmuş Cavabdeh ilk həmkarlar təşkilatnın ümumi iclasının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolunda iddiaçının yol verdiyi pozuntu kimi göstərilməmişdir. Mübahisələndirilən əmrdə isə bununla bağlı hər hansı açıqlama və ya əsas göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(120)-419/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(120)-419/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. “Dövlət qulluğuna xitam verilməsi haqqında” Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.