Məhkəmə qərarları › İş №2-1(106)-275/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-275/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-275/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X19 Firdusi oğlunun sədrliyi, hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçıN İddiaçı1, iddiaçıların vəkili və nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçıN cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə qarşı “mərhum oğulları X11 şəhid və ailələrinə şəhid ailəsi adının verilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-N477/N0N4 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçıN cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə qarşı “mərhum oğulları X11 şəhid və ailələrinə şəhid ailəsi adının verilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçılar İddiaçı1 və İddiaçıN cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq mərhum oğulları X11 şəhid və ailələrinə şəhid ailəsi adının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıların oğlu şəhid olmuş X14 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Ağdam rayonu orta Qərvənd kəndində N5 fevral N018-ci ildə erməni işğalçıları sərhəd xəttini pozmaq istəyərkən snayper gülləsindən şəhid olub. Səhərisi gün, yəni N6 fevral N018-ci ildə Dövlət Radio və Televiziyası dövlət sərhədini erməni işğalçılarından müdafiə edən zaman əsgər X14 qəhrəmancasına şəhid olması xəbərini vermişdir. Şəhid oğlu dövlət səviyyəsində dəfn olunmuş və dəfn zamanı onun şəfərinə yaylım atəşi açılmışdır. Dəfndə iştirak edən ali dövlət qurumlarının rəhbərləri onlara şəhid ailəsi statusu, mərhum oğullarına isə şəhid statusu verəcəklərinə söz vermişdirlər. Həmin rəsmi şəxslər övladlarının bütün mərasimlərində iştirak etmişdirlər. Oğluna şəhid kimi yanaşıldığı üçün onlara qısa müddət ərzində 11000 (on bir min) manat sığorta pulu, qəbirüstü abidəsinin hazırlanmasına 3000 (üç min) manat verilmişdir. Oğlunun dəfnində iştirak edən ali rütbəli zabitlər onlara başsağılığı verərək bildirmişdirlər ki, tez bir zamanda övladlarına şəhidlik, onların ailəsinə isə şəhid ailəsi statusu veriləcək. Bundan sonra onlar cavabdehə və üçüncü şəxs olan Müdafiə Nazirliyinə müraciət edərək, mərhum oğluna şəhid statusunun verilməsini xahiş etsələr də, müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Odur ki, mərhum X11 "şəhid”, iddiaçılara isə "şəhid ailəsi” statusunun verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdurlar. Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-N477/N0N4 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-N477/N0N4 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəbriıtə edilən güzəştlər haqqında”Azərbaycan Respublikası Qanununun birinci maddəsinin birinci bəndinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak oba hərbi əməliyyath əbqədar itkin düşən və qanunvericiliklə müəvyənbşdhilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddənin ikinci bəndinə əsasən qüvvədə obn qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəlıid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşma çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxan əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil ntbssisəbrində təlısil alanlar isə lıənıin təlısil nıiəssisələrini bitirənədək, lakin ən çoxu N3 yaşma çatanadək qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalırr'nın 1.1-ci maddəsinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlik olmuş, hərbi əməliyyatla əlıqədar itkin düşən və qanunvericiliklə nxiəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 1.N.6-cı bəndinə görə Azərbaycan Respublikasmm azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ib müəyyən edilmiş digər lıadisəbrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitimlə olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, lıabelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xklmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ib bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarma əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qaydaların 4.1 -ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ib baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 886 nömrəli Qanunu ib təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvəbrinin Qarnizon və qarovul xidmətbri Nizamnaməsf’nin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşbr Nazirliyinin, Fövqəladə Hallaı Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövbt Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və XN Xidmətinin, X4 Dövbt Agentliyinin kadrlar idarəsi digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışları təsdiq olıınur. İş materiallarından müəyyən edilir ki, N5 fevral N018-ci il tarixdə saat 16:15 radələrində Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Orta Qərəvənd kəndində yerləşən 6 nömrəli döyüş mövqeyində Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin üçüncü taborunun doqquzuncu bölüyünün birinci tağımının ikinci manqasının komandiri vəzifəsində xidmət edən X1 rayonunun Orta Qərəvənd kəndində yerləşən 6 nömrəli döyüş mövqeyində olan əsgər yataqxanasının qarşı hissəsində kətildə oturaraq, xidməti vəzifəsində olan AKMS markalı, 5N0N71 nüməli avtomat silahı sökərək təmizləmiş, bundan sonra kətildə onun sol tərəfində oturmuş. Təqsirləndirilənin komandir olduğu manqada qumbaraatan vəzifəsində xidmət edən əsgər X11 və ətrafda olan digər şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə Qurban Cəfərovdan ona çay gətirməsini tələb etmişdir. Sonuncu onun bu tələbinə etiraz etdiyinə görə o əsəbiləşmiş, zorla öz qanunsuz tapşırığını icra etdirmək məqsədilə patronun darağını silahın üzərinə taxıb, silahın çaxmağını geri çəkib buraxmaqla patronu yuvasına yerləşdirmiş, qoruyucunu açmış və silahı tək-tək atəş vəziyyətinə gətirərək, silahın lülə hissəsini yaxın məsafədən Qurban Cəfərovun ağız nahiyyəsinə tuşlayıb, “ataram səni” demişdir. Qurban Cəfərov onun hərəkətlərinə etiraz edərək silahı geri çəkməsini bildirmiş, o isə yenidən atəş açacağını bildirmişdir. Həmin vaxt Qurban Cəfərov ağız nahiyyəsi açıq vəziyyətdə ona “vur” demiş, bu zaman təqsirləndirilən şəxs silahın lüləsini xuliqanlıq niyyəti ilə onun ağız nahiyyəsinə daha da yaxınlaşdırıb, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub, onlara laqeydliyini və hörmətsizliyini aşkar formada nümayiş etdirməklə, ona çay gətirməməsini və cavab qaytarmasını bəhanə gətirərək, silahın tətiyini sıxıb atəş açmış, nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin üçüncü bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifelibr adlanırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olınış şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra lıakimiyyoti orqanında xüsusi qeydiyyata alman şəxslər lıərbi qulluqçular, ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları isə lıərbi vəzifelibr adlandırılır. Həmin Qanunun N7-ci maddəsinə görə döyüş əməliyyatlarında iştirak etməsi hərbi vəziyyət dövründə, yaxud silahlı niinaqişəbr zaırnnı müəyyən edilmiş vəzifələri yerinə yetirməsi, döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olması, vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişin yerinə yetirilməsi hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifelilərin hərbi xidmət vəzifələrinin icrası sayılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun dördüncü maddəsnin ikinci bəndinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini taktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. İş materiallarında olan Azerbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N saylı, N sentyabr N018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “əsgər X14 N5 fevral N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərəvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3-cü taborun 9-cıı bölüyünün 06 nömrəli döyüş mövqeyində və xidməti vəzifələrini yerinə yetirərkən əsgər yoldaşı X8 tərəfindən açılan atəş nəticəsində vəfat etmişdir.Məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, xx.xx.N018-ci il tarixdə N saylı Hərbi Hissə Komandirinin vəzifəsini icra edən X10 və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinin rəisinə ünvanladığı məktubda” sorğunun cavabı kimi qeyd etmişdir ki, X14 xx.xx.N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərəvənd kəndi ərazisində düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3-cii taborun 9-cu bölüyünün 06 nömrəli döyüş mövqeyində və xidməti vəzifəsini yerinə yetirərkən əsgər yoldaşı tərfəindən açılan atəş zamanı vəfat etmişdir. Birinci inistansiya məhkəməsində araşdırma zamanı məhkəmə öz qərarında qeyd edilən arayışa istinad etsədə nəticə olaraq qərarını Tərtər Hərbi Məhkəməsinin cinayət işi ilə bağlı gəldiyi nəticəyə əsaslandırmış və iddiam əsassız olaraq rədd etmişdir. Hesab edirəm ki, iddiaçıların övladının ölüm səbəbi xuliqanlıq niyyəti” ilə əsgər yoldaşı tərəfindən edilmiş olsada bu onun xidməti vəzifənin icra etməməsi kimi qiymətləndirilə bilməz və Şəhid statusu verilməlidir, birinci inistansiya məhkəməsində cavabdeh tərəfindən mərhumun xidməti vəzifəsinin icrası zamanı həlak olmadığı sübuta yetirilməmişdir. Bir daha nəzərinizə çatdırmaq isdərdim ki, məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə birbaşa təsir edəcək bütün faktiki hallar araşdırılmamış və nəticədə düzgün olmayan qənaətə gəlinmişdir. Qeyd olunanların nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N0N4-cü il tarixli, N- 1(1N0)-N477/N0N4 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral N0N5-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçıN apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-N477/N0N4 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-N477/N0N4 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-N477/N0N4 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Eltac Ələkbərov apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-N477/N0N4 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu N3 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə N. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusuverilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:

1. Şəhid anlayışı 1.1.Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.1. Aşağıdakılar şəhid hesab edilirlər: 1.1.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.1.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.1.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.1.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuşvə itkin düşmüş mülki vətəndaşlar; 1.N.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.N.6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.N.7 Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. N.1.3 və N.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda N3 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhidadının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr N008-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarıilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.N.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesabolunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıların tələbi “mərhum oğulları X11 şəhid və ailələrinə şəhid ailəsi adının verilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin əsgəri 1999-cu il təvəllüdlü X14 xx.xx.N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3-cü taborun 9-cu bölüyünün 06 nömrəli döyüş mövqeyində və xidməti vəzifəsini yerinə yetirərkən əsgər yoldaşı X8 tərəfindən xuliqanlıq niyyəti ilə açılan atəş nəticəsində vəfat etmişdir. Faktla bağlı cinayət işinə Tərtər Hərbi Məhkəməsində baxılmış, məhkəmənin hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə dair fakt müəyyən edilmiş və X8 1N0.N.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 17 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 9005N0 saylı, N7 fevral N018-ci il tarixli "Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 N5 fevral N018-ci il tarixdə "güllə yarası” səbəbindən Ağdam rayonu, Orta Qərvənd kəndində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 1/Kol-1765 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hərbi məsələlər şöbəsi müdirinin müavininin müşayiət məktubu ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş kollektiv müraciətinizə Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.N.6-cı bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X6 Dövlət Agentliyində dövüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. N nömrəli hərbi hissədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə təqdim edilmiş N sentyabr N018-ci il tarixli N538 nömrəli arayışa əsasən əsgər X14 N5 fevral N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 6 nömrəli döyüş mövqeyində xidməti vəzifələrini yerinə yetirərkən əsgər yoldaşı H.V.Şahbazov tərəfindən açılan atəş nəticəsində vəfat etmişdir. Mərhum əsgər Q.İddiaçıN ölüm şəraiti ilə bağlı müvafiq arayışın N nömrəli hərbi hissədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə təqdim olunduğunu nəzərə alaraq, ona "Şəhid”, ailəsinə isə "Şəhid ailəsi” statusunun verilməsi məsələsinə baxılması üçün toplanmış sənədlər tərəfimizdən aidiyyəti üzrə xx.xx.N019-cu il tarixdə 1/C-840 nömrəli məktubla Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.N019-cu il tarixli, 1/C-N111 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində baxılmışdır. N nömrəli hərbi hissədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə təqdim edilmiş N sentyabr N018-ci il tarixli N538 nömrəli arayışa əsasən əsgər Q.İddiaçıN N5 fevral N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi - ərazisində düşmənlə təmas xəttində yerləşən nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 6 nömrəli döyüş mövqeyində xidməti vəzifələrini yerinə yetirərkən əsgər yoldaşı H.V.Şahbazov tərəfindən açılan atəş nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.N.6-cı bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum əsgər Q.İddiaçıN ölüm şəraiti ilə bağlı müvafiq arayışın N nömrəli hərbi hissədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə təqdim olunduğunu nəzərə alaraq, ona "Şəhid”, ailəsinə isə "Şəhid ailəsi” statusunun verilməsi məsələsinə baxılması üçün toplanmış sənədlər tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorunun xx.xx.N018-ci il tarixli ittiham aktından görünür ki, N5 fevral N018-ci il tarixdə N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X5 xidməti istifadəsində olan odlu silahdan bir atəş açaraq həmin hərbi hissənin əsgəri X1N qəsdən öldürməsi faktına görə Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov tərəfindən H.V.Şahbazov barəsində Azərbaycan Respublikası CM-nin 1N0.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.N019-cu il tarixli, C/486 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Müdafiə Nazirliyindən daxil olmuş, mərhum övladınız X11 "şəhid” adının, valideynlərinə "şəhid ailəsi” statusunun verilməsinə dair məktuba baxılmışdır. Nəzərinizə çatdırırıq ki, qeyd olunan məsələ ilə əlaqədar eyniməzmunlu əvvəlki müraciətinizə Xidmətin Aparatı tərəfindən xx.xx.N018-ci il tarixli 6/308N nömrəli məktubla Sizə ətraflı cavab verilmişdir. Bir daha bildiririk ki, Tərtər hərbi məhkəməsinin xx.xx.N018-ci il tarixli, 1(098)-NN8/N018 nömrəli hökmündən məlum olur ki, əsgər X14 N saylı hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı aralarında baş verən mübahisə və şəxsi münasibətlərin pozulması səbəbindən əsgər yoldaşı X8 tərəfindən qəsdən açılmış atəş nəticəsində xx.xx.N018-ci il tarixdə qətlə yetirilmişdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.N.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Qeyd olunanlardan məlum olur ki, X14 xidməti vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü ilə əlaqədar və ya döyüş tapşırığının (döyüş təminatı ilə bağlı tapşırıqların) yerinə yetirilməsi üzrə yox, xuliqanlıq niyyətilə baş vermiş cinayət hadisəsi nəticəsində vəfat etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, mərhum X11 "şəhid” adının və valideynlərinə "şəhid ailəsi" statusunun verilməsi hazırda mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.N018ci il tarixli, 115 nömrəli bildirişində qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin 6N6 saylı xx.xx.N018-ci il tarixli bildirişinə əsasən Sizin oğlunuz N nömrəli hərbi hissənin əsgəri 1999-cu il təvəllüdlü X14 xx.xx.N018-ci il tarixdə başın bir ədəd dəlib-keçən güllə yaralanması, kəllə sümüklərinin çox qəlpəli sınığı, baş-beyinin əzilib-dağılması, kəskin qan itirmə nəticəsində həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.N018ci il tarixli, 566 nömrəli bildirişində qeyd edilmişdir ki, oğlunuz N nömrəli hərbi hissənin əsgəri 1999-cu il təvəllüdlü X14 xx.xx.N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3-cü taborun 9-cu bölüyünün 06 nömrəli döyüş mövqeyində və xidməti vəzifəsini yerinə yetirərkən əsgər yoldaşı X8 tərəfindən açılan atəş nəticəsində vəfat etmişdir. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 1(098)-NN8/N018 saylı, 1N iyul N018-ci il tarixli hökmünün surətindən və xx.xx.N018-ci il tarixli, 1484 nömrəli göstərişdən görünür ki, 1999-cu il təvəllüdlü X14 xx.xx.N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3cü taborun 9-cu bölüyünün 06 nömrəli döyüş mövqeyində öldürülməsinə görə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N0.N.N-ci maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin N saylı istintaq təcridxanasına və N saylı hərbi hissəyə göndərilimişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, C/4N78 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli İ0 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.N.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi oütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətlərində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1 -ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, N saylı hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli 64 nömrəli əmrindən çıxarışında, X9 xx.xx.N018-ci il tarixdə əsgər yoldaşı tərəfindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində "Başın bir ədəd dəlib keçən güllə yaralanması, baş beynin əzilib dağılması, kəllə sümüklərinin çoxqəlpəli sınığı, kəskin qanitirmə’’dən həlak olması qeyd olunsa da, ölümün hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olmadığı göstərilmişdir. Əlavə olaraq, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli 1(098)-NN8/N018 nömrəli hökmünə əsasən, Q.İddiaçıN hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin pozulması səbəbindən əsgər yoldaşı tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülmüşdür. Təqsirləndirilən şəxs X8 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən Xidmətin Salyan rayon şöbəsində mərhum övladınız Q.İddiaçıN şəhid kimi uçotunun aparılması, Sizə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi yuxarıda göstərilən qanunvericiliyin tələblərinə ziddir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 11/5559 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış mərhum övladınız N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X11 şəhid statusunun verilməsi ilə bağlı ərizənizə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.N.6-cı bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Məktubunuza əlavə olunan sənədlərdən, habelə sorğularımız əsasında əldə edilmiş Ağdam Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli 18/6631 nömrəli məktubundan və Tərtər Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli 1(098)-NN8/N018 nömrəli hökmündən görünür ki, mərhum X9 həlak olması, əsgər X5 qəsdən avtomat silahından açdığı atəş nəticəsində baş vermişdir. Q.İddiaçıN müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissənin döyüş şəraitində yerləşməsinə baxmayaraq, hadisə mərhumun döyüş növbətçiliyində olmaması, habelə həmin anda onun döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirməməsi zamanı baş vermişdir. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, N nömrəli hərbi hissənin əsgəri 1999-cu il təvəllüdlü X14 xx.xx.N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3cü taborun 9-cu bölüyünün 06 nömrəli döyüş mövqeyində və xidməti vəzifəsini yerinə yetirərkən əsgər yoldaşı X8 tərəfindən xuliqanlıq niyyəti ilə açılan atəş nəticəsində vəfat etmişdir. Faktla bağlı cinayət işinə Tərtər Hərbi Məhkəməsində baxılmış, məhkəmənin hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə dair fakt müəyyən edilmiş və X8 1N0.N.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 17 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, işin müəyyən olunmuş hallarından görünür ki, hazırki günə kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən mərhum X3 ailəsinə şəhidlik statusu barədə arayış verilməmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan şəhidlik statusu barədə arayışın verilməsindən imtina edərkən yuxarıda şərh olunan hüquq normalarının tələblərini pozmamış və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, şəhidlik statusu “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” uyğun olaraq verilir. Belə ki, həm “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən Şəhid dedikdə “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs” başa düşülür. Başqa sözlə, qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Yuxarıda qeyd edilən Konstitusiya MəhkəməsiPlenumunun qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Baqşa sözlə, şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. Şirvan İnzibati Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Tərtər Hərbi Məhkəməsi tərəfindən göndərilən Tərtər Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli 1(098)-NN8/N018 nömrəli hökmündən görünür ki, iddiaçıların övladı X14 N saylı hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı aralarında baş verən mübahisə və şəxsi münasibətlərin pozulması səbəbindən əsgər yoldaşı X8 tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən açılmış atəş nəticəsində xx.xx.N018-ci il tarixdə qətlə yetirilmişdir. Təqsirləndirilən şəxs X8 bu əməlinə görə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin qeyd edilən halı iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. İddiaçıların apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, oğlu döyüş mövqeyində və xidməti borcunu yerinə yetrirəkənhəlak olmuşdur və hüquqi əsas kimi N saylı hərbi hissənin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə göndərdiyi xx.xx.N018-ci il tarixli N538 nömrəli məktubuna istinad edir. Məhkəmə kollegiyası iddiaçının dəlilinə münasibətdə hesab edir ki, mərhum X14 xidməti vəzifəsinin icrası zamanı vəfat etsə də, bu hal onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Nəzərə alınmalıdır ki, mərhum hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edildiyindən onun ölüm səbəbi kimi “hərbi xidmət vəzifələrinin icrası” göstərilmişdir. Lakin, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İşin faktiki hallarına diqqət yetirdikdə isə X9 ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması halı arasında səbəbli əlaqə mövcud olmamışdır. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçıların mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid, onlara isə şəhid ailəsi statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun olmuşdur. İddiaçıların apellyasiya şikayətində irəli sürdüyü dəlillər, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərar verdi:

İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-N477/N0N4 saylı qərаrı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 10N5, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar