Məhkəmə qərarları › İş №2-1(106)-279/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-279/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-279/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X8 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-1234/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 29 iyun 2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 26 noyabr 2024-cü il tarixli, 2- 1(120)-1234/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirilən dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması, müəssisənin fəaliyyətinin olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin bildirdiyi hallar (müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud cavabdeh tərəfindən müəssisənin hal-hazırda fəaliyyətinin olub-olmamasının müəyyən edilə bilməməsi) iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qərardan cаvаbdеh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasındakı qeydlərə əsasən Qafqazenerjitəmir İxtisaslaşmış İstehsalat Müəssisəsində və sonradan onun hüquqi varisi olan ERA Azərbaycan-X9 işə qəbul edilmiş və işdən xaric edilmişdir. Cavabdeh vaxtilə Qafqazenerjitəmir İxtisaslaşmış İstehsalat Müəssisəsinin ERA Azərbaycan-X9 çevrildiyi tarixi sonuncunun fəaliyyətə başlaması deyil fəaliyyətinin başa çatması kimi qəbul edir. Belə ki, Azərenerji Dövlət Şirkətinin 26 may 1994-cü il tarixli, 61 nömrəli əmri ilə Qafqazenerjitəmir İxtisaslaşmış İstehsalat Müəssisəsi ERA Azərbaycan-X9 çevrilmiş və birincinin əmlakı sonuncunun mülkiyyətçisi kimi onun ixtiyarına verilmişdir. Həmin əmrin mətnindən aydın olur ki, 26 may 1994-cü il tarixindən etibarən ERA Azərbaycan-X10 kimi fəaliyyətə başlamışdır. Cavabdeh isə həmin tarixin 26 may 1994-cü il deyil, 06 may 1994cü il olmasını göstərir. xx.xx.2006-xx.xx.2006-cı il tarixindəki dövr ərzində fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmadığı barədə cavabdehin mövqeyinə gəldikdə isə, vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalının qeydə alındığı portal bu barədə məlumatları 01 yanvar 2006-cı il tarixindən qeydə almağa başlasa da, bu proses həmin ilin iyun ayından etibarən tam funksional olaraq həyata keçirməyə başlamışdır, başqa sözlə, heç də bütün müəssisələr həmin hesabatları 01 yanvar tarixdən portala yerləşdirməyə müvəffəq olmamışlar. Ümumi iş stajının 25 ildən az olmasına gəldikdə isə cavabdeh məhz onun ERA Azərbaycan-X5 06 may 1994-cü il tarixdən sonra guya fəaliyyətdə olmaması səbəbilə həmin müəssisədəki qeyd edilən tarixdən sonrakı dövrdə topladığı əmək stajını qəbul etmədiyi üçün bu mövqedədir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 16 nömrəli, "xxxx" Azərbaycan- Rusiya BM-in xx.xx.2008-ci il tarixli 69 nömrəli iddiaçıya dair arayışlarında xx.xx.1994xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində "xxxx" X1 işlədiyi qeyd olunmuşdur. Aparılmış araşdırma zamanı "xxxx" X2 "xxxx" birgə müəssisəsinin xx.xx.1994-cü il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmamışdır. Qeyd edilən dövləri iddiaçının iş stajına daxil etmək mümkün olmadığından, onun ümumi iş stajı 25 ildən az(14 il 03 ay 23 gün(xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2009-2013-cü illər üzrə cəmi 2 il 01 ay)), iddiaçının güzəştli iş stajı isə 12 il 06 aydan az (3 il 19 gün (xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1982-ci il il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 16 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışında qeyd edilir ki, İddiaçı həqiqətən xx.xx.1982-ci ildə Əli- Bayramlı Ümumi təmiri sahəsinə təmir üzrə çilingəri peşəsinə qəbul edilib, xx.xx.1984-cü ildə Əli- Bayramlı Qazanxana avadanlıqlarının təmiri sexinə çilingəri peşəsinə keçirilib və xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X3 Qazanxana Avadanlığının təmiri üzrə çilingər peşəsinə qəbul edilib, xx.xx.1994-cü ildə "xxxx" Dövlət Şirkətinin "xxxx" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixli, 61 №-li əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı xx.xx.1994-cü ildə həmin müəssisədə 4-cii dərəcəli çilingəri peşəsinə təyin edilmişdir və xx.xx.2001-ci ildə işdən azad edilib. xx.xx.2001-ci ildə "xxxx" Azərbaycan-X11 müəssisəsinin Katlo-ERA Filialına Qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.2006-cı ildə işdən azad edilib. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxarqaz turbini) avadanlığının, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №- li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatfarının 2140000a-18455 saylı şifrəsinə əsasən xx.xx.1983-xx.xx.1995-ci illərdə xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. - Güzəştli pensiya üçün stajı 17 il, 09 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx"ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" və "xxxx" Azərbaycan-X10 ilə eyni istehsalat profili üzrə ixtisaslaşdırılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 23 yanvar 2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.1997-ci il tarixdə ********* nömrəli doqquz rəqəmli VÖEN ilə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli on rəqəmli VÖEN ilə vergi uçotuna alınması və fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat mövcuddur. Uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi (VÖEN: **********) tərəfindən xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində vergi ödənilməsi barədə məlumat müəyyən edilməmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 01-PH/07 nömrəli məktubda bildirilir ki, İddiaçı xx.xx.1982-ci ildə Əli-Bayramlı Ümumi təmiri sahəsinə təmir üzrə çilingər peşəsinə qəbul edilib, xx.xx.1984-cü ildə Əli-Bayramlı Qazanxana avadanlıqlarının təmiri sexinə çilingəri peşəsinə keçirilib və xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X3 Qazanxana Avadanlığının təmiri üzrə çilingər peşəsinə qəbul edilib. xx.xx.1994-cü ildə “Azərenerji" Dövlət Şirkətinin "xxxx" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixli, 61 №-li Əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı xx.xx.1994-cü ildə həmin müəssisədə 4-cü dərəcəli çilingəri peşəsinə təyin edilmişdir və xx.xx.2001-ci ildə işdən azad edilib. xx.xx.2001-ci ildə "xxxx" Azərbaycan-X11 müəssisəsinin Katlo-ERA Filialına Qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.2006- cı ildə işdən azad edilib. Yuxarıda qeyd edilən müəssisələr SSRİ Energetika Nazirliyinə tabe olduğuna görə X6 yarandığı zaman həmin müəssisələrin arxiv sənədləri də Rusiya Federasiyasının ərazisində (Dəqiq yerləri məlum deyildir) qalmışdır. X4 Qazanxana, Turbin və Generatorların təmiri və sazlanma işləri isə Azərbaycan Respublikası Müstəqillik qazandıqdan sonra "xxxx" ASC və onun struktur bölmələri tərəfindən yerinə yetirilir. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatlarının 2140000a-18455 saylı şifrəsinə əsasən xx.xx.1983-xx.xx.1995ci illərdə xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" və "xxxx" Azərbaycan-X10 ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-9/2-215/9/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" İxtisaslaşdırılmış Azərbaycan-X12 Müəssisəsi "xxxx" Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 61 nömrəli əmri ilə “Azərenerji“ Dövlət Şirkətinin tərkibindən çıxarılaraq bütün fondu ilə "xxxx" Birgə müəssisəsinə verilmişdir. Məhkəmə kollegiyasının icraatında olmuş və mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmiş 2-1(106)-69/2024 nömrəli iş üzrə verilmiş sorğu əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 01- PH/09 nömrəli məktubunda bildirilir ki, "xxxx" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixdə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır. Qeyd edilən müəssisələr SSRİ Energetika Nazirliyinə tabe olduğuna görə X6 yarandığı zaman həmin müəssisələrin arxiv sənədləri də Rusiya Federasiyasının ərazisində (dəqiq yerləri məlum deyildir) qalmışdır. X4 Qazanxana, Turbin və Generatorların təmiri və sazlanma işləri isə Azərbaycan Respublikası Müstəqillik qazandıqdan sonra "xxxx"ASC və onun struktur bölmələri tərəfində yerinə yetirilir. Məhkəmə kollegiyası qeyd olunan məlumatın mötəbərliyini şübhə altına alan hərhansı dəlil olmadığından hazırki iş üzrə analoji sorğu verilməsinə lüzum görmür. Cavabdeh orqanın yeganə dəlili "xxxx" Azərbaycan-X7 xx.xx.1994-cü il tarixdən sonra fəaliyyətdə olmaması ilə bağlıdır ki, yuxarıda qeyd olunan sübutlarla həmin dəlillər təkzib olunur və iddiaçının güzəştli iş stajının birinci instansiya məhkəməsinin müəyyən etdiyi həcmdə olması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-1234/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar