Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-28/2024 23.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-282/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərara aldı. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına buraxılmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ona hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1959-cu ildə Salyan şəhərində anadan olmaqla hazırda da Salyan şəhərində yaşayır. O, 1980-ci ildə hərbi xidmətdən qayıdandan sonra əmək fəaliyyətinə başlamaqla xx.xx.1981-ci ildə Salyan şəhərindəki X11 zavoduna çilıngər peşəsinə qəbul olunmuşdur. xx.xx.1981-ci ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1981-ci Bakı Tunel-Tikinti İdarəsinin 3 saylıTikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli maşinist peşəsinə qəbul olunmuş, xx.xx.1987-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1987-ci ildə 13 saylı Salyan “İxtisasquraşdırma” Filialına (SPMK-13 Trest APSMS idarəsinə) usta vəzifəsinə qəbul olunmuşdur. l0.11.2001ci ildə iş həcmi olmadığından işdən azad olunmuşdur. xx.xx.2001-ci ildə 11 nömrəli tikinti materialları istehsalat kombinatına işə qəbulolunmuşdur. Sonradan tikinti ustası vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisarı ilə əlaqədar olaraq işdən azad olunmuşdur. İxtisarla əlaqədar olaraq işdən azad olunduğundan Məşğulluq Mərkəzində işsiz kimi rəsmiqeydə alınaraq işsizlik müavinəti ilə təmin olunmuşdur. xx.xx.2007-ci ildə “Sosial İnşaat Şirkətində” sahə rəisi vəzifəsinə qəbul olunmuş və xx.xx.2007-ci ildə öz razılığı ilə işdən azad olunmuşdur. xx.xx.2007-ci ildə "xxxx" MMC-yə işə qəbul olunmuş və işlədiyi idarə tərəfindən 2 il müddətində onun hesabına Məcburi dövlət sığortası ödənilmişdir. 2013-cü ildə "xxxx" MMC-nə işə qəbul olunmuş və həmin idarədən də onunadına məcburi icbari dövlət sığortası ödənilmişdir. xx.xx.2019-cu ildə "xxxx" QSC-də Cəmiyyətin tikinti departamentinə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2020-ci ildə yenidən öz təşəbbüsü ilə işdən azad olunmuşdur. xx.xx.2021-ci ildə yenidən həmin cəmiyyətə işə qəbul olunmuşdur. Hazırda da həmin cəmiyyətdə işləyir. Onun 1987-ciildən 2001-ci ilə kimi işlədiyi illər güzəştli şərtlər hesab olunmaqla pensiyaya buraxılmağından ötəri əsas hesab olunmalıdır. Eləcə də 1981-ci ildən 1987-ci ilə kimi “Bakıtunel tikinti” idarəsində işlədiyi illər də güzəştli şərtlərlə pensiyaya buraxılmağı üçün əsas hesab olunur. O, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin Arxiv arayışını almış və həmin arayışda da birbaşa göstərilmişdir ki, həmin idarədə işlədiyi illər “Güzəştli şərtlərə görə əmək pensiyası vermək hüquqü verən istehsalat sahəsi” hesab olunur. Bu məqsədlə də o, xüsusi şərtlərlə pensiyaya buraxılmağında köməkliyin göstərilməsindən ötəri aidiyyəti üzrə DOST Mərkəzinə müraciət etmiş və onlar onun sənədlərini DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişlər. DSMF-nun XŞTÜMF-nın 24 dekabr 2021-ci il tarixdə ona verdiyi cavabda qeyd etmişdilər ki, guya onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yoxdur. Lakin o, onların cavablarını ədalətsiz hesab edir və bilir ki, onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncıiş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafıq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını lıəmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitah əmək pensiyasınm minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqmda” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 4-cü şərtə əməl edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafıq olaraq fərdi hesabın sıgorta hissəsində qeydə alınan və fərdi hesabın yığımhissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlətsosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafıq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Həmin Qanunun 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafıq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilir. Bu Qanunun 9- cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi miiddəti aylarının sayı giizəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsiilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibotdə 34000,00 manat hesablanmışdır. İddiaçınm isə cəmi pensiya kapitalı 11069,09 manat təşkil edir. İddiaçımn fərdi hesabımn sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasımn minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-282/2023 nömrəli qərarı ilə (hakim Fehruz Abbasov) iddia qismən təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-288/2023 nömrəli qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, inzibati işin hazırki mərhələsində cavabdeh orqan tərəfindən İddiaçı ümumi sosial sığorta stajı və güzəştli iş stajının olub-olmaması mübahisələndirilir. Belə ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı cavabdeh orqana təqdim etdiyi 20 iyul 1981 -ci il tarixdə açılmış əmək kitabçasının 6-7-ci səhifələrində onun xx.xx.1987- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ATSC-nin Salyan İxtisasquraşdırma filialında (13 saylı XİMK-da) işlədiyi qeyd olunmuşdur. İddiaçının həmin dövrdə ümumi is stajının, o cümlədən güzəştli is stajının, əmək haqlarının və xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib- ödənilməməsinin dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixində sorğu göndərilmişdir. Həmin sorğu əsasında ona dair məlumatların verində yoxlanılması həyata keçirilmiş və xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib olunmuşdur. Akta əsasən, İddiaçı dair "xxxx" ATSC-in Salyan İxtisasquraşdırma filialının xx.xx.2021-ci il tarixli 05 nömrəli arayışının adıçəkilən şəxsin əmək kitabçasına əsasən yazılıb verildiyi, eləcə də həmin müəssisənin əməkhaqqı cədvəllərinin, əmr kitablarının saxlanc veri məlum olmadığı və Salyan Arxiv idarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Buna görə də, yuxarıda qeyd olunan dövr üzrə adıçəkilən şəxsin ümumi və güzəştli is stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi is stajı 25 ildən az (10 il 28 gün (xx.xx.1978xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, 11.08.81-30.04.87-ci il, xx.xx.2004-xx.xx.2006cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın 4.1 -ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı həmin maddəsinin 20-ci bəndinə görə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin (forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş) arayışına əsasən müəyyən edilir. Müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləsdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil işçinin gördüyü isin siyahılara uyğunluqunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri giymətləndirici istehsalat-texnoloii məlumatları, eyniləşdirmə ücün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, is verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda gevd olunan islərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi is verindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq isə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmada iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Cavabdeh apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-282/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, Apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-282/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-282/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, iş materiallarında olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyaya əsasən: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahısı (əlavəsi): 10100000 İ. Dağ-mədən işləri bölməsinin Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması hissəsinin - 1010100a kodu (a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısı (əlavəsi): 22900000 bölməsinin XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri hissəsinin 2290000b (b rəhbərlər və mütəxəssislər) bəndinin 2290000b—23419 kodu (yeni tikinti və quraşdırma işlərinin ustaları) və 2290000b—24441 kodu (iş icraçıları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”: Dağ-mədən işləri bölməsi: 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması maddəsi a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”:
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi: b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar iş icraçıları
1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: 3.1-ci bəndinə müvafiq olaraq sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 3.1.2-ci bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur.
Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta (haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-282/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə İddiaçı «57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İş materiallarına əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 26 il 4 ay 16gün ümumi sığorta stajı və 20 il 2 ay 11 günü güzəştli iş stajı xx.xx.2006-cı il tarixə kimi toplanmış və57 yaşı xx.xx.2016cı il tarixdə tamam olmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşagörə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) əsasən onun 57 yaşı tamam olmalı və xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən o, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il6 ayı güzəştli iş stajı olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsassənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddələrinə istinad edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd edilən hüquq normalarına görə xx.xx.1959-cu il təvəllüdlü İddiaçı tələbinə uyğun yəni, 57 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixinədək 25 il ümumi iş stajı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısı üzrə 12 il 06 ay güzəştli iş stajı olmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 125/13 nömrəli Arxiv Arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı aşağıda qeyd olunan illərdə “BEMZ”də işləmişdir: 1) xx.xx.1976-cı il - sex 5 (mexaniki yığma) – tornaçı şagirdi (Əmr 1018, xx.xx.1976-cı il); 2) xx.xx.1976-cı il - sex 5 (mexaniki yığma) – tornaçı-2-ci dərəcə (Prot 56, xx.xx.1976-cı il); xx.xx.1977-ci il –sex 3 (bərkidici elementlər) –tornaçı 2-ci dərəcə (Əmr xx.xx.1977-ci il); xx.xx.1977-ci il – üzürsüz səbəbdən işə gəlmədiyinə görə işdən azad olunub (Əmr 554, xx.xx.1977-ci il). 1) xx.xx.1980-ci ildə BEMZ baş zavod kimi “Azərelektromaş” İstehsalat Birliyinin tərkibinə daxil edilib. Əmr № 423, xx.xx.1980-ci il SSRİ Elektrotexnika Sənayesi Nazirliyi. 2) xx.xx.1988-ci il SSRİ ETSN-nin xx.xx.1988-ci il tarixli, 604 saylı əmrinə əsasən “Azərelektromaş” İB “Azərelektromaş” X7 çevrilib. xx.xx.2001-ci ilAzərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının ÖzəlləşdirilməsiDepartamenti direktorunun xx.xx.2001-ci il tarixli, 06 saylı Sərancamına əsasən Azərelektromaş” EİB-nin baş zavodu olan “Bakı Elektrik Maşınqayırma Zavodu” "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçının bu müəssisədə iş stajı 10 ay 15 gün təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 123/02 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1976-cı ildən (Əmr 1018, xx.xx.1976-cı il) xx.xx.1977ci ilədək (Əmr 554, xx.xx.1977-ci il) Bakı Elektrik Maşınqayırma zavodunda (BEMZ) indiki "xxxx" ASC-də tornaçı vəzifəsində işləmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.1978-ci il tarixli, НЗ- ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 19 noyabr 1978-ci il tarixdən 03 dekabr 1980-ci il tarixədək 2 il 14 gün keçmiş Sovet ordusundaxidmət keçmişdir. İş materiallarında olan 20 iyul 1981-ci il tarixdə İddiaçı adına tərtib və notarial qaydada təsdiq olunmuş ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixli, 13-k nömrəli əmrə əsasən xx.xx.1981-ci il tarixdən Salyan X11 zavodunda havalandırma sistemləri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixli, 43 nömrəli əmrə əsasən ona çilingər vəzifəsi üzrə 4-cü dərəcə verilmiş, xx.xx.1981-ci il tarixli,57-k saylı əmrə əsasən xx.xx.1981-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş və həmin müəssisədə 5 ay iş stajı toplamış, xx.xx.1981-ci il tarixli, 210/лс nömrəli əmrə əsasən xx.xx.1981-ci il tarixdən Bakı Tunel Tikinti TQİ-3-ə yeraltı əmək şəraitində 2-ci dərəcəli nasos maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 57/ш saylı əmrə əsasən xx.xx.1981-ci il tarixdən həmin vəzifə üzrə ona 3-cü dərəcə müəyyən edilmiş, xx.xx.1982-ci il tarixli 34/ш saylı əmrlə xx.xx.1982-ci il tarixdən yeraltı əmək şəraitində 4-cü dərəcəli erektor maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixli, 19/ш saylı əmrə əsasən xx.xx.1983-cü il tarixdən yeraltı əmək şəraitində 5-ci dərəcəli şit maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixli, 81/лс nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 5 il 8 ay 20 gün iş stajı toplamış, xx.xx.1987-ci il tarixli, 59 nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdən "xxxx" ATSC-nin Salyan “İxtisasquraşdırma” filialının 13 saylı X2 dəstədə usta vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixli, 54 nömrəli əmrə əsasən xx.xx.1990-cı il tarixdən ştat cədvəli üzrə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixli, 08 saylı əmrə əsasən iş həcmi olmadığı üçün həmin tarixdən işdən azad olunmuşvə bu müddət ərzində 14 il 5 ay 21 gün iş stajı toplamış, xx.xx.2001-ci il tarixli, 21 nömrəli əmrə əsasən xx.xx.2001-ci il tarixdən 11 nömrəli Tikinti Materialları və X3 tikinti ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.2003-cü il tarixli, 28 saylı əmrə əsasən ştat ixtisarı ilə əlaqədar həmin tarixdən işdən azad olunmuş və bu müddət ərzində 1 il 10 ay 6 gün iş stajı toplamış, Salyan rayon Məşğulluq Mərkəzinin xx.xx.2004-cü il tarixli, 4 nömrəli və xx.xx.2004-cü il tarixli, 1s nömrəli, həmçinin xx.xx.2005-ci il tarixli 6s və xx.xx.2005-ci il tarixli əmrlərinə əsasən hər dəfə 6 ay olmaqla 1 il işsizlik müavinəti ilə təmin olunmuşdur. xx.xx.2007-ci il tarixli, 20 ş/h saylı əmrləxx.xx.2007-ci il tarixdən "xxxx" MMC-də sahə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli, 64 ş/h saylı əmrlə həmin tarixdən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmin cəmiyyətdə 4 ay 17 gün iş stajıtoplamış, xx.xx.2019-cu il tarixli əmrlə "xxxx" QSC-nin Tikinti Departamentində iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli 75 nömrəli əmrlə öz təşəbbüsü ilə işdən azad olunmuş, departamentdə iş stajı 1 il 3 ay 19 gün təşkil etmişdir. xx.xx.2021-ci il tarixli əmrlə yenidən "xxxx" QSC-nin Tikinti Departamentində iş icraçısı vəzifəsinəqəbul edilmiş və hal-hazırda həmin müəssisədə işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2021-ci il tarixli, 681 saylı Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası X9 filialında mühafizə olunan Salyan rayon 13 №-li X2 Dəstənin arxiv sənədlərində, o cümlədən 1987-1989-cu illərə aid əmək haqqı cədvəlində İddiaçı “1987-ci ilin may-dekabr, 1988-ci ilin yanvardekabr, 1989-cu ilin fevral-mart, may- dekabr ayları” üzrə icra etdiyi işin müqabilində əmək haqqı almışdır. İş materiallarında olan “Salyan Aqrar-Tikinti” filialının xx.xx.2021-ci il tarixli, 05 nömrəli Arayışından görünür ki, xx.xx.1959-cu ildə anadan olmuş İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən (Əmr № 59/2) Salyan “İxtisaslaşdırılmış” filialına (SPMK-13, Trest APSMS - №1) tikinti ustası qəbul edilmiş, xx.xx.1990-cı il tarixdən (Əmr № 54) həmin idarədə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdən (Əmr № 08) iş həcmi olmadığı üçün işdən azad edilmişdir. İşlədiyi peşə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının 35-ci (ümumi peşələr) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Qeyd: Salyan “İxtisaslaşdırılmış” filialı "xxxx" ASC-nin səhmdarlarının 15 may 2002-ci il tarixli ümumi yığıncağının qərarına əsasən ləğv edilərək Salyan “Aqrartikinti” filialı adlandırılmışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, A/327 nömrəli Arxiv Arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixindən “Bakıtuneltikinti” İdarəsinin 3 №-li Tikinti-Quraşdırma İdarəsinə İİ dərəcə ilə nasos maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə qəbul edilmişdir (Əmr № 210/лс, xx.xx.1981- ci il); xx.xx.1981-ci il tarixindən İİ dərəcə verilmişdir (Əmr № 57/лс, xx.xx.1981-ci il); xx.xx.1982-ci il tarixindən İV dərəcə ilə erektor maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmişdir (Əmr № 34/лс, xx.xx.1982-ci il); xx.xx.1983-cü il tarixindən V dərəcə ilə şit maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmişdir (Əmr № 19/лс, xx.xx.1983-cü il); xx.xx.1987-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir (Əmr № 81/лс, xx.xx.1987-ci il). İddiaçı yeraltı şəraitində əmək stajı 05 il 08 ay 20 gün təşkil edir və onun yeraltı şəraitində çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1-ci Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması hissəsinin 1.1.1-ci Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər maddəsinin a) yeraltı işlərdə tam iş günündə məşğulolan bütün fəhlələr bəndinə aiddir. “Bakıtuneltikinti” İdarəsinin xx.xx.1992-ci il tarixli, 01 saylı əmrinə əsasən 3 №-li Tunel- Quraşdırma İdarəsinin adı dəyişdirilib 1 №-li Tunel-Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 851 saylı, xx.xx.1998-ci il tarixli Sərancamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti” SC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı Sərancamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 19 may 2022-ci il tarixli A/159 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı əmək haqqı cədvəllərinə əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi müddət ərzində 1981-ci ilin avqust ayından 1987-ci ilin aprel ayı da daxil olmaqla davamlı olaraq icra etdiyi işin müqabilində əmək haqqı almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 05 oktyabr 2023-cü il tarixli 33 nömrəli aktından görünür ki, Salyan rayon 03 saylı ixtisasquraşdırma filialının 1993-2001-ci illərə aid şəxsi heyət üzrə əmr kitabları və əmək haqqı sənədlərinə əsasən İddiaçı “1995-ci ilin dekabr-1996-cı ilin fevral, 1996-ci ilin aprel-1998-ci ilin iyul, 1998-ci ilin sentyabr və 1998-ci ilin dekabr ayları” üzrə icra etdiyi işin müqabilində əmək haqqı aldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 12 sentyabr 2023-cü il tarixli, 3-48 DA/9F-2-484/2023 nömrəli arxiv çıxarışından görünür ki, Salyan 3 saylı “ixtisasquraşdırma” filialının şəxsi heyət üzrə işləri 13 aprel 2023-cü il tarixdə X8 İş Qaydalarına əsasən sənədlərin mühafizəsi üçün təhvil-qəbul AKT-la verilmişdir. Şəxsi heyət üzrə əmrlər 15 oktyabr 1993-cü ildən 10 noyabr 2001-ci ilə kimi əmək haqqı üzrə dekabr 1995-ci ildən 2001-ci ilə kimi təhvil verilib. Lakin, 1999-2001-ci illərə aid əmək haqqı cədvəlləri tam təhvil verilməyib. 1999-2001-ci illərə aid əmək haqqı cədvəllərində İddiaçı adı aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 05 oktyabr 2023-cü il tarixli 33 nömrəli aktından görünür ki, İddiaçı çalışdığı vəzifələrdə 1994-cü il tarixdən 2001-ci il tarixədək məzuniyyət ödənişləri verilmiş, həmçinin mükafat və yardım formasında pul ödənişləri edilmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə iddiaçının Salyan rayon 13 №-li X2 Dəstəsində işlədiyi xx.xx.1987-xx.xx.2001-ci il tarixlər üzrə əmr kitabları və əmək haqqı cədvəllərinin olmadığı dövrləri mübahisələndirmiş, əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi və harada saxlanması barədə məlumat olmadığından həmin illərdə iddiaçının işləyib-işləməməsi ilə bağlı faktın yoxlanmasının mümkün olmadığını bildirmiş və əmək haqqı cədvəllərinin aşkar olunmadığı dövrləri sığorta stajı kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1987-xx.xx.2001-ci il dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2021-ci il tarixli, 681 saylı Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası X9 filialında mühafizə olunan Salyan rayon 13 №-li X2 Dəstənin arxiv sənədlərində, o cümlədən 1987-1989-cu illərə aid əmək haqqı cədvəlində İddiaçı “1987-ci ilin may-dekabr, 1988-ci ilin yanvardekabr, 1989-cu ilin fevral-mart, may- dekabr ayları” üzrə icra etdiyi işin müqabilində əmək haqqı aldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 05 oktyabr 2023-cü il tarixli 33 nömrəli aktından görünür ki, Salyan rayon 03 saylı ixtisasquraşdırma filialının 1993-2001-ci illərə aid şəxsi heyət üzrə əmr kitabları və əmək haqqı sənədlərinə əsasən İddiaçı “1995-ci ilin dekabr-1996-cı ilin fevral, 1996-ci ilin aprel-1998-ci ilin iyul, 1998-ci ilin sentyabr və 1998-ci ilin dekabr ayları” üzrə icra etdiyi işin müqabilində əmək haqqı aldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 05 oktyabr 2023-cü il tarixli 33 nömrəli aktından görünür ki, İddiaçı çalışdığı vəzifələrdə 1994-cü il tarixdən 2001ci il tarixədək məzuniyyət ödənişləri verilmiş, həmçinin mükafat və yardım formasında pul ödənişləri edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsaslanaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası X9 filialında mühafizə olunan Salyan rayon 13 №-li X2 Dəstənin arxiv sənədlərində, o cümlədən 1987-1989-cu illərə aid əmək haqqı cədvəlində İddiaçı “1987-ci ilin may-dekabr, 1988-ci ilin yanvardekabr, 1989-cu ilin fevral-mart, may-dekabr ayları” üzrə, həmçinin Salyan rayon 03 saylı ixtisasquraşdırma filialının 1993-2001-ci illərə aid şəxsi heyət üzrə əmr kitabları və əmək haqqı sənədlərinə əsasən və “1995-ci ilin dekabr-1996-cı ilin fevral, 1996-ci ilin aprel- 1998-ci ilin iyul, 1998-ci ilin sentyabr və 1998-ci ilin dekabr ayları” üzrə icra etdiyi işin müqabilində əmək haqqı aldığı müəyyən edilmişdir. Bununla yanaşı İddiaçı çalışdığı vəzifələrdə 1994-cü il tarixdən 2001-ci il tarixədək məzuniyyət ödənişləri verilmiş, həmçinin mükafat və yardım formasında pul ödənişləri edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası X9 filialında aşkar edilmiş və cavabdeh orqan tərəfindən qarşılıqlı yoxlama keçirilməklə düzgünlüyü müəyyən edilmiş Salyan rayon 13 №-li X2 Dəstəsinə məxsus əmək haqqı cədvəllərindən iddiaçının 1987-ci ilin may ayı üçün adına əmək haqqı hesablanması və əmrlər kitabına əsasən xx.xx.2001ci il tarixli 01 nömrəli əmrlə iddiaçıya 11 ayı əmək haqqının 50 faizi həcmində ödənişin verilməsi barədə məlumatların mövcudluğu onu təsdiq edir ki, həqiqətən də iddiaçı Salyan rayon 13 №-li X2 Dəstəsinə xx.xx.1987-ci il tarixindən işə daxil olmuş və həmin ildən ona əmək haqqı hesablanaraq ödənilmiş və o, həmin müəssisədə 2001-ci ilə kimi işləmiş və həmin tarixdən işdən azad olmuşdur. Yəni, 1987-ci illərə aid əmrlər kitabı və 1999-2001-ci illərə aid əmək haqqı cədvəlləri aşkar edilməsə də, iddiaçının ona məxsus əmək kitabçasında olan qeydlərə uyğun yəni, xx.xx.1987-ci il tarixindən işə daxil olması və xx.xx.2001-ci il tarixindən işdən azad olması tam sübuta yetirirlir. Başqa sözlə, xx.xx.1987-xx.xx.2001-ci il dövrlər ilə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi olan əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi və harada saxlanması barədə məlumat olmadığı ilə bağlı olduğundan və yuxarıda qeyd edilən sənədlərdə iddiaçının mübahisələndirilən dövrlərdə əmək haqqı aldığı müəyyən edilmiş, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən iddiaçının işlədiyi dövrdə həmin müəssisənin qeydiyyatının olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və əmək haqqı alması müəyyən edilmişdir. Başqa sözlə iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu, fəaliyyətinin olması və əmək haqqı alması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş və əmək haqqı almışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixinə kimi işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən, lakin əmək haqqı cədvəllərinin və əmrlər kitabının aşkar edilmədiyi həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə kollegiyası iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixinə kimi işlədiyi lakin, əmək haqqı cədvəllərinin və əmrlər kitabının tapılmadığı dövrləri sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Bundan başqa apellyasiya şikayətindən və apellyasiya şikayətinə əlavədən görünür ki, cavabdeh inzibati orqan, iddiaçının işlədiyi xx.xx.1987-xx.xx.2001-ci il dövrlərinin hamısını deyil, yalnız əmr kitabları və əmək haqqı cədvəllərinin olmadığı dövrləri mübahisələndirmişdir. Yəni, cavabdeh əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi və harada saxlanması barədə məlumat olmadığını və bu səbəbdən, həmin illərdə iddiaçının işləyib-işləməməsi ilə bağlı faktın yoxlanmasının mümkün olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 12 sentyabr 2023-cü il tarixli, 3-48 DA/9F-2-484/2023 nömrəli arxiv çıxarışından görünür ki, Salyan 3 saylı “ixtisasquraşdırma” filialının şəxsi heyət üzrə işləri 13 aprel 2023-cü il tarixdə X8 İş Qaydalarına əsasən sənədlərin mühafizəsi üçün təhvil-qəbul AKT-la verilmişdir. Şəxsi heyət üzrə əmrlər 15 oktyabr 1993-cü ildən 10 noyabr 2001-ci ilə kimi, əmək haqqı üzrə dekabr 1995-ci ildən 2001-ci ilə kimi təhvil verilib. Lakin, 1999-2001-ci illərə aid əmək haqqı cədvəlləri tam təhvil verilməyib. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X4 əməkdaşlarının və X9 Filialınin əməkdaşlarının birgə iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Salyan rayon 13 nömrəli X1 dəstənin 1989-cu ilin yanvan və aprel aylarına aid əmək haqqı cədvəlləri və 1987-1989-cu illərə aid şəxsi heyət üzrə əmr kitabları Arxivə təhvil verilmədiyindən və harada saxlanması haqqında məlumatın olmadığından həmin illərdə vətəndaşın adına hər hansı faktın yoxlanması mümkün olmamışdır. 1989-xx.xx.1993-cü il tarixə kimi idarənin əmr kitabları və 1989-cu ildən 1995-ci ilə kimi əmək haqqı sənədləri Arxivə təhvil verilmədiyindən və harada saxlanması haqqında məlumatın olmadığından həmin illərdə vətəndaşın adına hər hansı faktın yoxlanması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 13 oktyabr 2023-cü il tarixli, 561/2023 nömrəli arxiv çıxarışından görünür ki, Salyan 3 saylı “İxtisasquraşdırma” filialının Şəxsi heyət üzrə əmrlər 15 oktyabr 1993-cü ildən 10 noyabr 2001-ci ilə kimi, əmək haqqı üzrə 1995-ci ilin dekabrından 2001-ci ilə kimi təhvil verilib. Lakin, 1999-2001-ci illərə aid əmək haqqı cədvəlləri tam təhvil verilməyib. Salyan 3 saylı “İxtisasquraşdırma” filialının işləri filiala tam verilmədiyindən İddiaçı işə daxil olma və işdən azad olmasını təsdiq etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixinə kimi Salyan rayon 13 №-li X2 Dəstədə işlədiyini və həmin dövrlərdə əmək əmək haqqı aldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam və ya qismən təhvil verilməməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa cavabdeh inzibati orqanın 14 dekabr 2023-cü il tarixli 3-17-/2- 293209/2023 saylı apellyasiya şikayətinə əlavəsindən görünür ki, İddiaçı yalnız xx.xx.1987-xx.xx.1989-cu və xx.xx.1989-xx.xx.1989-cu il dövrləri güzəştli iş stajı kimi qəbul edilmiş, digər dövrləri isə yəni, xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinə kimi “Bakıtuneltikinti” İdarəsinin 3 №-li Tikinti-Quraşdırma İdarəsində ("xxxx" QSC-də) 2-ci, 4-cü və 5-ci dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) nasos maşinisti (erektor maşinisti) vəzifəsində işlədiyi dövrləri və xx.xx.1989-cu il tarixindən xx.xx.2001-ci il tarixinə kimi Salyan rayon 13 №-li X2 Dəstədə iş icraçısı (usta) vəzifəsində işlədiyi dövrləri güzəştli iş stajl kimi qəbul edilməmiş və edilməməsinin səbəbini nə rəsmi qaydada nədəki məhkəmə iclasında izahatında şifahi qaydada bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, cavabdehin qəbul etmədiyi həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Belə ki, İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinə kimi “Bakıtuneltikinti” İdarəsinin 3 №-li Tikinti-Quraşdırma İdarəsində (yeraltı əmək şəraiti üzrə) işlədiyi 2-ci, 4-cü və 5-ci dərəcə ilə nasos maşinisti (erektor maşinisti) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahısında (əlavəsində) 10100000 İ. Dağ-mədən işləri bölməsinin Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması hissəsinin - 1010100a koduna ((a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr) uyğundur. Həmin peşə həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Dağ-mədən işləri bölməsinin 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması maddəsinin a) yarımbəndinə - yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr hissəinə aiddir. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixinə kimi Salyan rayon 13 №-li X2 Dəstədə işlədiyi usta və iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının (əlavəsinin) 22900000 bölməsinin XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri hissəsinin 2290000b (b rəhbərlər və mütəxəssislər) bəndinin 2290000b—23419 kodu (yeni tikinti və quraşdırma işlərinin ustaları) və 2290000b—24441 koduna (iş icraçıları) daxildir.Həmin peşə həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin b) mütəxəssislər bəndinə (tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları) daxildir. Eləcə də işdə olan “Salyan Aqrar-Tikinti” filialının xx.xx.2021-ci il tarixli, 05 nömrəli Arayışından görünür ki, xx.xx.1959-cu ildə anadan olmuş İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən (Əmr № 59/2) Salyan “İxtisaslaşdırılmış” filialına (SPMK-13, Trest APSMS- №1) tikinti ustası qəbul edilmiş, xx.xx.1990-cı il tarixdən (Əmr № 54) həmin idarədə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdən (Əmr№ 08) iş həcmi olmadığı üçün işdən azad edilmişdir. İşlədiyi peşə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Qeyd: Salyan “İxtisaslaşdırılmış” filialı "xxxx" ASC-nin səhmdarlarının 15 may 2002ci il tarixli ümumi yığıncağının qərarına əsasən ləğv edilərək Salyan “Aqrartikinti” filialına bilrləşdirilmişdir (bax iş vərəqi 57). Həmçinin, işdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 19 may 2022-ci il tarixli A/159 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı əmək haqqı cədvəllərinə əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi müddət ərzində 1981-ci ilin avqust ayından 1987-ci ilin aprel ayı da daxil olmaqla davamlı olaraq icra etdiyi işin müqabilində əmək haqqı almışdır. Bundan başqa cavabdeh inzibati orqanın “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubuna və iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazına əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsinin digər səbəbi kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olmuş, “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) əsasən onun 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə güzəştli pensiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb oluna bilməz. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün belə şərt nəzərdə tutmurdu. Odur ki, iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə güzəştli şərtlərlə pensiya hüququnun yaranmadığı barədə cavabdehin imtinası əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarını işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti ödəmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə 26 il 4 ay 16 gün ümumi iş stajı toplanmış və bu müddətin 20 il 2 ay 11günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən iş stajıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 24 dekabr 2021-ci il tarixli, **********0 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin noyabr ayının 17-də müraciət etmişdir. Birinci instanisya məhkəməsi İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni, 22 mart 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin hüququnun yarandığı tarixdən deyil, cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (17 noyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 17 noyabr 2018-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət SosialMüdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq keçmiş müddət üçün alınmamışəmək pensiyasının məbləğinin hüququnun yarandığı tarixdən deyil, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi qənaətinə gəlmişdir. Birinci instanisya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8oktyabr tarixli Qərardadında və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ilə eynilik təşkil edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-282/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.