Məhkəmə qərarları › İş №2-1(106)-28/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-28/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-28/2025 18.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-625/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin səyyar vergi yoxlaması tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli aktın ləğv edilməsi, e-qaimə ilə hədiyyə formasında təqdim edilən hesablanmış və maya dəyərindən aşağı satılmış mallara görə hesablanmış 38365,70 manat X14, 42628,56 manat gəlir vergisi və həmin məbləğlərin cəmi üzrə hesablanmış 40497,13 manat məbləğində maliyyı sanksiyası olmaqla, ümumilikdə 121491,39 manat məbləğində borcun ümumi dövriyyə üzrə hesablanmış vergi borcundan çıxarılmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən yeni akt qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 16 iyun 2022-ci il tarixli, **********158982 saylı qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2-1(120)-625/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və iddia “vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 saylı qərarın ləğv edilməsi” kimi göstərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, Beyləqan rayonu, K-2 kollektoru boyunda Əlinəzərli kəndinə gedən yol istiqamətində Beyləqan- Yuxarı Qarabağ kanalı şosse yolundakı ünvanda yerləşən anbarlardan Ərzaq və Qida məhsullarının topdansatışı ilə məşğul olmaqdadır. xx.xx.2021-ci il tarixli, **********146580 saylı qərar əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 savlı Ərazi Vergi İdarəsinin səyyar vergi yoxlaması başlamışdır. Yoxlanılan dövr (xx.xx.2018-xx.xx.2021) üçün xx.xx.2022-ci il tarixində **********6146603 nömrəli Akt tərtib edilərək iddiaçının ünvanına göndərilmişdir. O, hesablanan gəlir vergisi, X14nin və azaldılmış dövriyyəyə əsasən hesablanan maliyyə sanksiyasının əsasının olmadığı qənaətinə gəldiyindən aktı qəbul etməyərək imtina etmiş, bank hesablarının üzərinə sərəncam qoyulmasına yönəlmiş hərəkətlərin edilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsinə və üçüncü şəxslərə qadağan edilməsinə dair Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Müraciətinin nəticəsi olaraq həmin akt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsi tərəfındən ləğv edilmiş, səyyar vergi yoxlaması tərəfındən yenidən 21 aprel 2022-ci il tarixdə **********146603 nömrəli akt və xx.xx.2022-ci il tarixli, **********656000 nömrəli sənəd əsasında **********158982 nömrəli qərar tərtib edilərək ona göndərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsi tərəfındən tərtib olunmuş aprel 2022-ci il tarixli,**********146603 nömrəli akt qanunsuz və əsassızdır. Belə ki, hesablanan gəlir vergisinin, X14nin və azaldılmış dövriyyəyə əsasən hesablanan maliyyə sanksiyasının olmadığı qənaətindədir. Bu səbəbdən onun tərəfindən aktı qəbul etməkdən imtina olunmuşdur. Yuxarıda göstərilənləri aydınlaşdırmaq məqsədilə hesablamaların düzğün formasını məhkəməyə təqdim etmək istəyirlər. Belə ki, 21 aprel 2022-ci il tarixdə **********146603 nömrəli akta əsasən 2019-cu il üzrə müəyyən olunmuş 10873703,61 manat dövriyyə üzrə 18% dərəcə ilə hesablamış ƏDV məbləği 1957266,65 manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, aktdan da göründüyü kimi eqaimə ilə hədiyyə formasmda təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyə 73549,43 manat, maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi ilə 105000,20 manat məbləğində (səhifə № 8) olduğu müəyyən olunaraq qeyd edilmişdir. 2020-ci il üzrə isə ƏDV-yə cəlb olunan dövriyyə 9764642,45 manat müəyyən olunmaqla 18 % dərəcə ilə hesablanmış ƏDV məbləği 1757635,64 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan aktdan da göründüyü kimi, maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat məbləğində müəyyən edilmişdir (səhifə № 9). Hesab edirlər ki, 2019-cu ilə 2020-ci illər üzrə hesablanmış 38365,70 manat məbləğində ƏDV vergisi qanunsuz və əsassız olmaqla artıq hesablanmışdır. 73549,43+105000,20+34593,20=213142,83;213142.83*18%=38365,70. Belə ki, malların yararlılıq müddətinin bitməsinə az qalması malın dəyərinin bazar qiymətinə düşməsinə səbəb olduğundan, həmin malların hədiyyə formasında təqdim edilməsi və maya dəyəri ilə satışa cəlb edilməsi zərurəti yaranmışdır. Belə olan halda tərəfindən 18% ƏDV ödənilməklə alınan malın bazar dəyərindən aşağı qiymətə satılması hətta tərəfindən artıq ödəmələrin yaranmasına gətirib çıxarmışdır. Bu səbəbdən 213142,83 manat məbləğ ümumi dövriyyədən çıxarılmaqla vergiyə cəlb olunmadan azad edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəllənin 14.6.1 -ci maddəsinin tələbləri, o cümlədən müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafıq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə verginin heşablanması bazar qiyməti əsasında həyata keçirilə bilər. Sözügedən akt əsasında ƏDV ilə yanaşı yuxarıda qeyd olunan 2019cu və 2020-ci illər üzrə hədiyyə formasında və dəyərindən aşağı qiymətə satılan malların dəyəri üzrə (213142,83 manat) 20% məbləğində gəlir vergisi tətbiq olunmuşdur. 213142,83 x 20% = 42628,56. Lakin yuxarıda da qeyd olunmuş əsaslar üzrə həmin mallardan heç bir gəlir əldə edilmiş olmadığından gəlir vergisinin tətbiq olunması əsassızdır. Yuxarıda qeyd olunan ƏDV və gəlir vergiləri ilə yanaşı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1 -ci maddəsi əsasında 80994,26 manat məbləğinin (38365,70+42628,56) 50%-i miqdarında olmaqla 40497,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin Məcəllənin 58.1 -ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1 -1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bildirmək istəyir ki, hesabatları hər ay vaxtı- vaxtında və bütün zəruri məbləğlər tam şəkildə əks etdirilməklə təqdim edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsi tərəfindən həmin sanksiyanın tətbiq olunması hüquqaziddir. Belə ki, qeyd olunan məbləğlər nə azaldılmamış, nə də təqdim edilməkdən yayındırılmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmış ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146580 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə etməklə İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə VM-nin 38.3.5-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama İddiaçı səlahiyyətli nümayəndəsi X6 iştirakı ilə keçirilmişdir. Yoxlamanın nəticəsi 25 aprel 2022-ci il tarixli **********146603 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə vergi ödəyicisinə 101209,03 manat məbləğdə əlavə vergiləri hesablanmış və vergi qanunvericiliyinin pozulmasına görə 53173,41 manat məbləğdə maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama zamanı vergilərin azaldılması aşağıdakı kimi müəyyən edilmişdir. X14 üzrə Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim olunmuş aylıq X14 bəyannamələrində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 10759884,15 manat məbləğində ƏDV-yə cəlb olunan əməliyyatların aparıldığı və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə tətbiq olunmaqla 1936779,15 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlər üzrə əvəzləşdirilən ƏDV məbləğinin 1853864,78 manat olduğu nəzərə alınmaqla büdcəyə ödəniləsi əDv məbləği 82914,37 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2020-ci ilin yanvar-dekabr ayları üzrə təqdim olunmuş aylıq X14 bəyannamələrində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 9555727,57 manat məbləğində (103369,19 manat dəyərində qaytarılmış mallara görə ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması nəzərə alınmaqla) ƏDV-yə cəlb olunan və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi tətbiq olunmaqla 1720030,96 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 1769778,43 manat olduğu nəzərə alınmaqla büdcədən istəniləsi ƏDV məbləği 49747,47 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2021-ci ilin yanvar-fevral ayları üzrə təqdim olunmuş aylıq X14 bəyannamələrində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 1270725,66 manat məbləğində (17030,40 manat dəyərində qaytarılmış mallara görə ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması nəzərə alınmaqla) ƏDV-yə cəlb olunan Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi tətbiq olunmaqla 228730,62 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 237253,25 manat olduğu nəzərə alınmaqla büdcədən istəniləsi ƏDV məbləği 8522,63 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Malların geri qaytatılması barədə” aktları ilə geri qaytarılmış 2019-cu il üzrə 81793,98 manat məbləğində malın dəyəri ƏDV bəyannamələrində dəqiqləşdirilmiş dövriyyənin azaldılması göstərilmədiyi və alınmış malın ƏDV məbləği əvəzləşdirildiyi üçün yoxlama ilə vergi tutulan dövrüyyə kimi qəbul edildi, gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Qanunvericiliyə əsasən xx.xx.2020-ci il tarixdən "Malların geri qaytarılması barədə” elektron qaimələr mövcuddur. Həmin tarixdən malların geri qaytarılması elektron qaimələr tətbiq edilməklə həyata keçirilməlidir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 16 sayda elektron qaimə tətbiq edilməklə (ƏDV-siz) 17474,73 manat dəyərində, 2021-ci ilin yanvar-fevral ayları üzrə 46 sayda elektron qaimə tətbiq edilməklə (ƏDV-siz) 4115,63 manat dəyərində, cəmi (ƏDVsiz) 21590,36 manat dəyərində mallar geri qaytarılmış, geri qaytarılmış malın 20106,19 manat dəyərində alış dəyərinə görə əvəzləşdirilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi ləğv edildiyi üçün 21590,36 manat dəyərində geri qaytarma məbləği yoxlama ilə satış kimi nəzərə alınmadı. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə mövcud olan "Malların geri qaytarılması barədə” elektron qaimələr tətbiq edilmədən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Malların geri qaytatılması barədə” Aktlardan istifadə etməklə (ƏDV-siz) 103369,31 manat məbləğində mallar geri qaytarılmış, geri qaytarma aktları ilə geri qaytarılmış 2020-ci il üzrə 103369,31 manat məbləğində malın dəyəri ƏDV bəyannamələrində dəqiqləşdirilmiş dövriyyənin azaldılması göstərildiyi və alınmış malın ƏDV məbləği əvəzləşdirildiyi üçün əvəzləşdirilmiş məbləğin geri qaytarılması üçün yoxlama ilə vergi tutulan dövriyyə kimi qəbul edildi, gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə ləğv edilmiş, lakin qarşı tərəf imzalamadığı üçün təqdim edilmiş elektron qaimə kimi görünən (yoxlama dövründə qarşı tərəflər elektron imza ilə təsdiq etdiyi 58800,0 manat dəyərində qaimələr ləğv edilmişdir) satılmış malların 67169,85 manat dəyəri yoxlama zamanı ƏDV tutulan dövriyyədən və gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Yoxlama ilə 2019-cu il üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan dövriyyə 10873703,61 manat (o cümlədən: e-qaimə ilə təqdim edilmiş malın xx.xx.2020-ci il tarixə 64657,65 manat debitor borc məbləği nəzərə alınmaqla vergi tutulan dövriyyə 10695153,98 manat, e-qaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyəsi 73549,43 manat və maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi 105000,20 manat) 18% dərəcə ilə hesablanmış ƏDV məbləği 1957266,65 manat, əvəzləşdirməyə əsas verən sənədlər üzrə əvəzləşdirilən ƏDV məbləği 1852636,89 manat və büdcəyə ödəniləsi ƏDV məbləği 104629,76 manat müəyyən edildi. Yoxlama ilə 2019-cu il üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən aylar üzrə 22743,23 manat azaldılması, 1027,83 manat artıq hesablanması, cəmi (22743,23 - 1027,83) 21715,54 manat azaldılması aşkar edildi. Verginin azaldılmasına səbəb vergi tutulan dövriyyənin 113819,46 manat azaldılması və alınmış mallar üzrə əsas dəyər ödənilmədən artıq əvəzləşdirilmiş 1227,89 manat ƏDV məbləğinin yoxlama ilə azaldılması olmuşdur. Yoxlama ilə 2020-ci il üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan dövriyyə 9764642,45 manat (o cümlədən: e-qaimə ilə təqdim edilmiş malın xx.xx.2020 tarixə 64657,65 manat debitor borc məbləği, e-qaimə ilə təqdim edilmiş malların dəyəri 10318220,63 manat, e-qaimə ilə geri qaytarılmış malların dəyəri 17474,73 manat, ləğv edilmiş e-qaimələr 67169,85 manat, maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat, xx.xx.2021 -ci il tarixə debitor borc məbləği 568386,66 manat, e-qaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyəsi 202,21 manat, (64657,65+10318220,63- 17474.7367169,85+34593,20-568386.66+202.21)) 18% dərəcə ilə hesablanmış ƏDV məbləği 1757635,64 manat, əvəzləşdirməyə əsas verən sənədlər üzrə əvəzləşdirilən ƏDV məbləği 1770887,94 manat və büdcədən ödənilməli ƏDV məbləği 13252,30 manat müəyyən edildi. Yoxlama ilə 2020-ci il üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən aylar üzrə 37813,88 manat azaldılması, 1318,72 manat artıq hesablanması, cəmi (37813,88-1318,72) 36495,16 manat azaldılması aşkar edildi. Verginin azaldılmasına səbəb vergi tutulan dövriyyənin 208914,88 manat azaldılması və alınmış mallar üzrə az əvəzləşdirilmiş 1109,51 manat ƏDV məbləğinin yoxlama ilə əvəzləşdirilməsi olmuşdur. Yoxlama ilə 2021 -ci ilin yanvar-fevral aylarında malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan dövriyyə 1307191,16 manat (o cümlədən: e-qaimə ilə təqdim edilmiş malın xx.xx.2021 -ci il tarixə 568386,66 manat debitor borc məbləği, e-qaimə ilə təqdim edilmiş malların dəyəri 1696774,54 manat, e-qaimə ilə geri qaytarılmış malların dəyəri 24221,82 manat, xx.xx.2021-ci il tarixə debitor borc məbləği bəyannaməsində ümumi gəlirin 96683,11 manat az, ümumi xərclərin 96401,25 manat artıq göstərilməsi səbəbindən yaranmışdır. Fərdi sahibkar tərəfindən 2020-ci il üzrə təqdim olunmuş illik gəlir vergisi bəyannaməsində ümumi gəlir 10227483,43 manat, ümumi xərclər 9907558,71 manat (o cümlədən; işçilərə hesablanmış əmək haqqı xərci 100889,28 manat, sosial sığorta haqqı 21491,49 manat, malların dəyəri 9568322,89 manat, icarə haqqı 46800,00 manat, yanacaq xərci 36756,40 manat, rabitə xidməti 96,61 bank xidmət haqqı 4913,41 manat, reklam xərcləri 61441,25 manat, borca görə ödənilmiş bank krediti faizi 36878,28 manat, əsas vəsaitlərə hesablanmış amortizasiya xərci 25244,19 manat, nəqliyyat xərci 1525,44 manat, sığorta haqqı 1058,47 manat, digər xərclər 2141,00 manat), vergiyə cəlb olunan mənfəət 319924,72 manat və vergi məbləği 63984,94 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə mövcud olan "Malların geri qaytarılması barədə” elektron qaimələr tətbiq edilmədən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Malların geri qaytatılması barədə” aktlardan istifadə etməklə (ƏDV-siz) 103369,31 manat məbləğində mallar geri qaytarılmış, geri qaytarma aktları ilə geri qaytarılmış 2020-ci il üzrə 103369,31 manat məbləğində malın dəyəri ƏDV bəyannamələrində dəqiqləşdirilmiş dövriyyənin azaldılması göstərildiyi və alınmış malın ƏDV məbləği əvəzləşdirildiyi üçün əvəzləşdirilmiş məbləğin geri qaytarılması üçün yoxlama ilə vergi tutulan dövriyyə kimi qəbul edildi, gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə ləğv edilmiş, lakin qarşı tərəf imzalamadığı üçün təqdim edilmiş elektron qaimə kimi görünən (yoxlama dövründə qarşı tərəflər elektron imza ilə təsdiq etdiyi 58800,0 manat dəyərində qaimələr ləğv edilmişdir) satılmış malların 67169,85 manat dəyəri yoxlama zamanı ƏDV tutulan dövriyyədən və gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Yoxlama ilə 2020-ci il üzrə ümumi gəlir 10165000,00 manat, ümumi xərclər 9585970.0 manat (o cümlədən: işçilərə hesablanmış əmək haqqı xərci 100889,28 manat, sosial sığorta haqqı 21491,49 manat, malların dəyəri 9522210,00 manat, icarə haqqı 46800.0 manat, yanacaq xərci 36756,40 manat, rabitə xidməti 96,61 manat, bank xidmət haqqı 4913,41 manat, reklam xərcləri 61441,25 manat, borca görə ödənilmiş bank krediti faizi 40680,00 manat, əsas vəsaitlərə hesablanmış amortizasiya xərci 25244,19 manat, nəqliyyat xərci 1525,44 manat, sığorta haqqı 1058,47 manat, digər xərclər 2863,47 manat), vergiyə cəlb olunan mənfəət 309030,00 manat və vergi məbləği 61806,00 manat müəyyən edildi. Yoxlama zamanı 2020-ci il üzrə gəlir vergisinin 2178,94 manat məbləğdə artıq hesablanması aşkar edildi. Bu da vergi ödəyicisi tərəfindən bu dövr üzrə təqdim olunmuş gəlir vergisi bəyannaməsində ümumi gəlirin 62483,43 manat artıq, ümumi xərclərin 51588,71 manat artıq göstərilməsi səbəbindən yaranmışdır. Ümumilikdə yoxlama nəticəsində vergi ödəyicisinə 36437,94 manat gəlir vergisi hesablandı. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2019-cu il ərzində e-qaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyə ilə 73549,43 manat, maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi ilə 105000,20 manat, 2020-ci il üzrə maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat, cəmi 2019-2020-ci illər üzrə 213142,83 manat məbləğə hesablanmış 38365,70 manat ƏDV və 42628,56 manat gəlir vergisi əsassız olaraq artıq hesablanmışdır. Bununla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Göründüyü kimi, Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə hədiyyə formasında təqdim edilən və maya dəyərindən aşağı satılmış mallara görə X14 və gəlir vergisinin hesablanması vergi qanunvericiliyinin tələbindən irəli gəlir. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi, və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirdikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməsi olan verginin məbləğini vergi orqanının eldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prossesual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 -cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 16 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-625/2023 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin "Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarı qismən, yəni X14 üzrə 3.606,52 manat və bu məbləğə tətbiq edilmiş 1803,26 manat maliyyə sanksiyası, gəlir vergisi üzrə 4.007,28 manat və bu məbləğə tətbiq edilmiş 2.003,64 manat maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia tələbi qalan hissədə rədd edilmiş və Ekspertiza tədqiqatının dəyəri olan 145,0 (bir yüz qırx beş) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, 2019-cu il ərzində e-qaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyə ilə 73549,43 manat, maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi ilə 105000,20 manat, 2020-ci il üzrə maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat, cəmi 2019-2020-ci illər üzrə 213142,83 manat məbləğə hesablanmış 38365,70 manat ƏDV və 42628,56 manat gəlir vergisi əsassız olaraq artıq hesablanmışdır. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri- kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbini əsassız olaraq qismən təmin etmiş, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” qərarı qismən, yəni X14 üzrə 3.606,52 manat və bu məbləğə tətbiq edilmiş 1803,26 manat maliyyə sanksiyası, gəlir vergisi üzrə 4.007,28 manat və bu məbləğə tətbiq edilmiş 2.003,64 manat maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Məhkəmə araşdırılması zamanı məhkəmənin qərarına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023- cü il tarixli 9/2901 nömrəli rəyi alınmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən qeyd olunan ekspert rəyinə əsaslanmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasını həyata keçirən ekspert rəyində göstərilmişdir ki, 25 aprel 2022-ci il tarixli SVY Aktında vergi ödəyicisinə 2019-cu ilin fevral mart ayları üzrə ƏDV hesablanmışdır ki, həmin ƏDV Vergi Məcəlləsinin (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) 36.3 və 85.4-cü maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, SVY son üç ildən çox olmayan fəaliyyəti əhatə etməli olduğu halda yoxlama ilə 25 aprel 2022-ci il tarixinə (yoxlama aktının tərtib olunma tarixinə) 2019-cu ilin fevral-mart ayları üzrə ƏDV hesablanmışdır. Bununla bağlı bildiririk ki, ekspert vergi məcəlləsinin tələblərini əsassız olaraq səhv təfsir etmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. İddiaçı səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixli **********146580 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə təyin edilmiş, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq yoxlama dövrü 2018-ci ilin noyabrından 2021-ci ilin fevral ayı daxil olan müddəti əhatə etmişdir. Göründüyü kimi, ekspert 2019-cu ilin fevral mart ayları üzrə ƏDV hesablanmasının Vergi Məcəlləsinin (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) 36.3 və 85.4-cü maddələrinin tələblərinə uyğun olmadığı, 3 illik dövrün 25 aprel 2022-ci il tarixli SVY Aktının tərtib olunma tarixinə əsasən müəyyənləşdirərkən yanlışlığa yol vermişdir. Belə ki, 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən (xx.xx.2021-ci il) əvvəlki 3 illik dövrü əhatə edir. Bundan başqa ekspert rəyində qeyd edir ki, İş materiallarında eyni nömrəli eyni dövrü əhatə edən lakin ayrı-ayrı tarixli SVY Aktları (25 aprel 2022-ci il tarixli, **********146603 nömrəli və 21 aprel 2022-ci il tarixli **********146603 nömrəli) mövcuddur ki, belə qayda Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Vergi məcəlləsinin 39.5-ci maddəsinə əasən Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi məcəlləsinin 39.6-cı maddəsinə əasən Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinin tələblərinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarır. Vergi Məcəlləsinin 49.1-2-ci maddəsinə əsasən Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. İddiaçı səyyar vergi yoxlaması ilkin olaraq xx.xx.2022-ci il tarixli **********146603 saylı "Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktına baxılmasının nəticəsi olaraq Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********155215 saylı "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarılmışdır. Çıxarılmış qərar xx.xx.2022-ci il tarixli **********548400 nömrəli məktubla fiziki şəxsin elektron qutusuna poçtla göndərilmişdir. Qərar əsasında vergi ödəyicisində təqdim edilmiş sənədlərə görə əlavə vergi yoxlaması tədbirləri keçirilmiş və xx.xx.2022-ci il tarixli **********146603 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş və xx.xx.2022-ci il tarixli **********158982 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi, ekspert eyni nömrəli eyni dövrü əhatə edən lakin ayrı-ayrı tarixli SVY Aktlarının mövcudluğunun Vergi Məcəlləsinin tələblərinə zidd olduğunu bildirərkən əsassız olmuşdur. Həmçinin ekspert rəyində qeyd edir ki, ekspertiza tədqiqatına xx.xx.2023-cü il tarixdə üç qutu ilkin mühasibatlıq sənədləri təqdim olunmuş, bu sənədlər əsasında SVY Aktından fərqli məbləğlərin hesablanmalı olması müəyyən edilmişdir. Bununla bağlı olaraq bildiririk ki, məhkəmə-mühasibatlıq ekspertizasını həyata keçirən ekspert vergi ödəyicisi tərəfindən sonradan məhkəməyə təqdim edilmiş müəyyən sənədləri özünəməxsus qaydada təhlil edərək həmin sənədlərin Vergi Məcəlləsinin tələblərinə uyğun tərtib olunmuş uçot sənədləri kimi təsdiq olunması barədə rəy bildirmişdir, lakin ekspertiza tədqiqatının predmeti olmuş sənədlərin nədən ibarət olması, sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməməsi, bu sənədlərdə göstərilən məbləğin nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasını və qanunauyğunluğunu sistemli şəkildə göstərmək əvəzinə mühasibatlıq sahəsində xüsusi biliyi olan ekspert ümumiləşdirilmiş şəkildə mülahizələr bildirməklə kifayətlənmiş, aparılmış hesablamanın əsaslandırılmış formada araşdırılması verilməmişdir. Həmçinin bildiririk ki, məhkəmə iclası zamanı ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərə baxış keçirildi və bu sənədlərin "malların qaytarılması aktları”, "qaimələr”, "ƏDV sub-uçot hesabından çıxarışlar”, "əmək haqqı cədvəlləri”, "bəyannamələr” olduğu müəyyən edildi. Bildiririk ki, yuxarıda qeyd olunan bütün sənədlər səyyar vergi yoxlaması zamanı tadqiq olunmuş onlardan "malların qaytarılması aktları” vergi qanunvericiliyinin tələblərinə cavab vermədiyindən nəzərə alınmamış sənədlərdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1 -ci maddəsinə əsasən malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim (tərtib) etməlidir. Vergi Məcəlləsinin 71-1.5.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların qaytarılması barədə elektron qaimə-faktura verilir. Malların qaytarılması vergi qanunvericiliyinin tələblərinə əsasən elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olduğu halda əsassız olaraq "malların qaytarılması aktları” ilə rəsmiləşdirilməyə cəhd edilmiş bu da ekspert tərəfindən əsassız olaraq nəzərə alınmışdır. Göründüyü kimi, ekspert rəyi tam və dolğun olmammış, lakin, Məhkəmə tərəfindən göstərilən faktlar nəzərə alınmamış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən Səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş qərar əsasında hesablanmış borca görə başlanmış cinayət işi üzrə X6 Azərbaycan Respublikası CM-nin 213.1 -ci maddəsi ilə ittiham olunmasına dair cinayət işi Beyləqan rayon Məhkəməsinin icraatındadır (iş nömrə 1(020)-50/2023). Həmin cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin "Ekspertiza təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən Məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli, 9/9179 nömrəli ekspert rəyi alınmışdır ki, həmin ekspert rəyi ilə iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən Səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş qərar əsasında hesablanmış borc öz təsdiqini tapmışdır. Qeyd olunan ekspert rəyi birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Beləliklə göründüyü kimi, iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən Səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş qərar əsasında hesablanmış borca görə iki ayrı-ayrı bir-biri ilə ziddiyət təşkil edən eyni Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən ekspert rəyləri mövcuddur. Bununla əlaqədar olaraq, 28 iyul 2023-cü il tarixli 9/2901 nömrəli ekspert rəyi tam və dolğun qaydada olmadığı, ekspert tərəfindən sübutlara kifayət qədər düzgün hüquqi qiymət verilmədiyindən sübut kimi nəzərə alnmamalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9179 nömrəli ekspert rəyi ilə ziddiyyət təşkil etdiyi üçün təkrar ekspertizanın keçirilməsi üçün birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edilmiş, lakin, birinci instansiya məhkəməsi 8 saylı Ərazi Vergilər İdarəsinin vəsatətini təmin etməmişdir. Səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş qərar əsasında hesablanmış borca görə iki ayrı-ayrı bir-biri ilə ziddiyət təşkil edən eyni Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən ekspert rəyləri mövcud olmasına baxmayaraq Məhkəmə bu hala heç bir münasibət bildirməmiş, 8 saylı Ərazi Vergilər İdarəsinin təkrar məhkəmə mühasibatlıq ekspertizanın keçirilməsi barədə vəsatətini təmin etməmiş, prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarını pozmuşdur. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən faktlar və sübutları nəzərə alınmamış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. İşdə birbiri ilə ziddiyət təşkil edən, eyni Ekspertiza Mərkəzi tərəfindən verilən ekspert rəyləri mövcud olmasına məhkəmə heç bir münasibət bildirməmişdir. Qeyd olunanların nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 noyabr.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. ... Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. ... Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. ... “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: ... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. ... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin:

1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu;

2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

4. media subyektinin adı, məlumatın yayılma tarixi;

5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link);

6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri. ...

«İnzibati icraat haqqında» Qanununun 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddian təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Vergi Məcəlləsinə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmış və mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 saylı qərarı əlverişsiz inzibati akt olmaqla qismən qanunazidd sayılmalıdır. Həmçinin, məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt (xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərar) iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki, Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Hazırki işin hallarından görünür ki, iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş və bu barədə xx.xx.2021-ci il tarixli, **********146580 saylı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, itabiznİ̇İ“ icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (rəlsxəş) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (rəlsxəş) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (nirəlsxəş) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir aqşab) sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar itabiznİ̇İ“ icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3- cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İİ̇nzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə itabiznİ̇İ“ icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, inzibati hüquqa əsasən inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan məhkəmə kollegiyası ilk öncə cavabdehin qəbul etdiyi inzibati aktın formal-hüquqi baxımdan qanuniliyini müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işin mübahisələndirlməyən hallarına görə cavabdeh 8 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aparılmış səyyar vergi yoxlaması ərzində dəfələrlə yoxlama müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qəbul edilmişdir. Eyni zamanda səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli səyyar vergi yoxlaması aktdan görünür ki, “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155215 saylı qərar qəbul edilmişdir. Lakin, iş materialında olan olan xx.xx.2022-ci il tarixli, KY211577377 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, 8 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı barəsində səyyar vergi yoxlamasının aparılması xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş və yalnız xx.xx.2021-ci ilə kimi səyyar vergi yoxlaması müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qeydiyyatdan keçmidir . Başqa sözlə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2022-ci il tarixli, KY211577377 nömrəli Çıxarışa əsasən xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə kimi aparılmış səyyar vergi yoxlaması ərzində dəfələrlə yoxlama müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qəbul edilsə də və həmin qərarlar qeydiyyatdan keçsə də, xx.xx.2021-ci ildən sonra yoxlama müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qəbul edilməmiş və həmin qərarlar o cümlədən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********155215 saylı qərar qeydiyyatdan keçməmişdir. İşin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə vergi ödəyicisi olan İddiaçı barəsində xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi (akt tərtib olunduğu vaxta kimi) yoxlama müddətinin uzadılması və aparılması ilə bağlı qərarlar qəbul olunub-olunmaması, əgər olunubsa həmin qərarın əslini və ya təsdiq olunmuş surətini, eyni zamanda xx.xx.2021-ci ildən sonra səyyar vergi yoxlamasının aparılması və yoxlama müddətinin uzadılması ilə bağlı qərarların AR Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilib-edilməməsi barədə məlumatı və həmin məlumatları özündə əks etdirən sənədlərin əslini və ya təsdiq olunmuş surətini qısa müddət ərzində Şirvan Apellyasiya Məhkəməsinə təqdim etməyinizi xahiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən məhkəmənin tələb etdiyi həmin sənədlər və məluamtlar təqdim olumamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər. Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığına baxmayaraq həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4, 3.4.16, 3.4.18, 3.4.19-cu bəndlərinə əsasən, reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri. Göründüyü kimi, vergi yoxlamalarının müddətinin dayandırılması, artırılması (uzadılması), yoxlamanın nəticəsi və aşkarlanmış qanun pozuntusunun məzmunu barədə məlumatlar da Reyestrə daxil edilməsi tələb olunan məlumatlar sırasındadır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5-ci bəndində deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, yoxlamanın reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi (akt tərtib olunduğu vaxta kimi) yoxlama müddətinin uzadılması və aparılması ilə barədə qərar qəbul olunmadığından və həmin qərarlar, o cümlədən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155215 saylı qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun reyestrdə qeydə alınmadığından onun tərəfindən aparılmış səyyar vergi yoxlaması iddiaçıya münasibətdə hüquqi nəticə yaratmır. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci bəndində qeyd edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunun məzmunundan aydın olur ki, yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə, yəni inventarizasiya da bu cür tədbirlərə şamil edilir. İş materialları ilə müəyyən edilir ki, vergi yoxlaması zamanı inventarizasiya keçirilmiş (işin 1-ci cildinin 130-cu səhifəsi), lakin işin 1-ci cildinin 128-129-cu səhifəsində olan xx.xx.2022-ci il tarixli, KY211577377 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, həmin inventarizasiya reyestrdə qeydiyyatdan keçməmişdir. Bu arada nəzərə alınmalıdır ki, keçirilmiş inventarizasiyanın nəticələri iddiaçı barəsində “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 saylı qərarının qəbul edilməsinə əsas verən sübutlardan biri kimi çıxış edir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yazılmışdır ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2). Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”sinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur (1.5). Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, yoxlama zamanı Vergi Məcəlləsinin 38.2, 38.7 və 39-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 38.2 və 38.7-ci maddələri vergi orqanına səyyar vergi yoxlamasının müddətinin artırılması və dayandırılması ilə bağlı hüquqi imkan tanıyır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə (yoxlamanın keçirildiyi vaxt qüvvədə olan redaksiyasına) görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və yalnız müstəsna hallarda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsində isə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın dayandırılmasının mümkün olduğu hallar təsbit edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, qanunvericilik tərəfindən yoxlamanın dayandırılması imkanlarının nəzərdə tutulması yoxlama zamanı tam və hərtərəfli araşdırmanın, başqa sözlə, yoxlama ilə bağlı inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinin təmin edilməsi məqsədlərinə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan, o cümlədən, inzibati orqanlar tərəfindən əsassız olaraq uzun müddət davam edən yoxlamalarla vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə maneçilik törədilməsinin, eləcə də sahibkarlıq fəaliyyəti üzərində nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normaları ilə vergi ödəyiciləri barəsində aparılan yoxlamaların müddətini dəqiq müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, yalnız müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsində qanunverici yalnız “müstəsna hallarda” ifadəsindən istifadə etməklə, vergi orqanının istədiyi sıradan bütün hallarda deyil, yalnız bunun həqiqətən zəruri olduğu, həm də iş üzrə obyektiv düzgün qərarın qəbulu baxımından zəruri olduğu hallarda yoxlamanın müddətinin uzadılmalı olduğunu nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “müstəsna hallarda” ifadəsi qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Belə anlayışlar tam aydın olmayan, qeyri-dəqiq və qeyrimüəyyən məzmuna malikdirlər. Bununla belə, qanunun tətbiqi zamanı inzibati orqanlar təcrübədə həmin anlayışlara əməl etməyə və onların müəyyən təfsiri və ya interpretasiyası əsasında qərar qəbul etməyə məhkumdurlar. Bu kateqoriyadan olan anlayışlar qiymətləndirmə tələb edir və qiymətləndirilmə zamanı inzibati orqanlar (o cümlədən cavabdeh) müəyyən hədlərdə qiymətləndirmə azadlığına malikdirlər. Buna rəğmən, işin faktiki hallarına münasibətdə qeyri-müəyyən (hazırkı mübahisədə “müstəsna hallarda”) anlayışlardan istifadə olunduğu hallarda, məhkəmə qiymətləndirmə azadlığından istifadə zamanı inzibati orqanın hansı obyektiv meyarlara əsaslandığını, həmin meyarların yolverilənliyini və yararlığını, inzibati orqanın inzibati praktikasına uyğunluğunu yoxlamağa və bunun üzərindən qiymətləndirmənin düzgünlüyünü müəyyən etməyə haqlıdır. Məhkəmə həmçinin hansı halların müstəsna hal kimi qiymətləndirilməsi əsaslarını və kriteriyalarını da yoxlamağa haqlıdır. Belə ki, vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur. Qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsi isə yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Həmin əsaslardan biri də səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsidir ki (əmək qabiliyyəti bərpa olunanadək), hazırkı iş üzrə cavabdeh bu hala istinadən (vergi ödəyicisinin ərizəsi əsasında) yoxlamanı dəfələrlə dayandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici dayandırmanın konkret əsaslarını göstərməklə inzibati icraatın aparılma müddətlərinə əsassız müdaxiləni məhdudaşdırmış və inzibati icraatın ağlabatan müddətdə yekunlaşmasına maneçilik tərədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir (əksinə, həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui-istifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir. Lakin hazırkı iş üzrə vergi orqanı iddiaçının ərizəsi əsasında yoxlamanı dəfələrlə dayandırsa da (VM-nin 38.7.2-ci maddəsi), həmin şəxsin həqiqətən əmək qabiliyyətini itirməsini təsdiq edən sənədləri tələb etməmiş və bu halın mövcudluğunu araşdırmamış, uzun müddət əmək qabiliyyətinin itirilməsi nəticəsində fərdi sahibkarın səlahiyyətlərinin başqa şəxs tərəfindən icra edilə bilməsi imkanını müzakirə etməmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsində “vergi ödəyicisinin rəhbərinin və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi” halının dayandırmaya əsas kimi göstərilməsində qanunvericinin niyyəti yuxarıda qeyd edildiyi kimi, inzibati icraatın çərçivəsində obyektiv araşdırma və inzibati icraatda maraqlı şəxslərin iştirakının təmin edilməsi kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.2-ci maddəyə istinadən yoxlamanı dayandırdıqda, həmin ərizənin nəzərə alınmamasının obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Bununla yanaşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması məhz əmək qabiliyyətinin itirilməsi halı mövcud olduqda mümkündür. Ona görə də, cavabdeh inzibati orqan yoxlamanı dayandırmaq üçün yalnız bu barədə ərizəni yetərli saya bilməz, o həm də ərizəyə əmək qabiliyyətinin itirildiyini təsdiq edən sübutların əlavə olunmasını da yoxlamalıdır. Hazırkı işdə isə icraatı aparan inzibati orqan bu qaydada davranmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icraat materiallarından müəyyən olunur ki, iddiaçı yoxlamanın dayandırılmasına dair ərizə verərkən yalnız müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyini bildirmiş, bu halı təsdiq edən sənədi təqdim etməmişdir. Cavabdeh də həmin sənədi tələb etməmişdir. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın dəfələrlə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. Hazırkı mübahisəyə münasibətdə vergi yoxlamasının keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın dayandırılması üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, həmin inzibati akt formalhüquqi baxımdan qanunsuz olmuş və onun ləğv edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1(102)-1741/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1090/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-2120/2024 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bundan başqa, məhkəmə kollegiyası hazırda mübahisələndirilən inzibati akt maddihüquqi baxımdan qanuniliyinə qiymət verilməsindən ötrü aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli “Səyyar vergi yoxlaması” Aktına əsasən vergi yoxlaması nəticəsində İddiaçı tərəfindən gəlir vergisinin 38616,88 manat azaldılması (o cümlədən 2019-cu il üzrə 38616,88 manat), X14nin 67729,91 manat azaldılması (o cümlədən 2019-cu il üzrə 22743,23 manat, 2020-ci il üzrə 37813,88 manat və 2021-ci il üzrə 7172,80 manat), habelə X14nin 2955,73 manat, o cümlədən 2019-cu il üzrə 1027,83 manat, 2020-ci il üzrə 1318,72 manat, 2021-ci il üzrə 609,18 manat artıq hesablanması, gəlir vergisinin 2020-ci ildə 2178,94 manat artıq hesablanması, muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının 3,07 manat artıq hesablanması müəyyən olunmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən gəlir vergisinin 38616,88 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 19308,44 manat məbləğində, X14nin 56685,71 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 28342,86 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Həmin akta əsasən hazırda mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərar qəbul edilmiş və həmin qərarla vergi ödəyicisinə (iddiaçıya) ümumilikdə 106346,8 manat azaldılmış vergilərin hesablanmış və 53173,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilməlidir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İİ̇PM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İİ̇PM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Müvafiq yoxlama dövrünə uyğun “vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə İddiaçı ödəməli olduğu ƏDV və gəlir vergisini məbləğləri ayrı-ayrılıqda nə qədərdir? Həmin dövriyyə üzrə İddiaçı vergi borcu nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 25 aprel 2022-ci il tarixli, **********146603 nömrəli səyyar vergi yoxlaması aktında və həmin akt əsasında qəbul edilmiş “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyun 2022-ci il tarixli, **********158982 nömrəli qərarda öz əksini tapmış vergi (ƏDV və mənfəət) məbləğlərinin və vergiyə cəlb olunan dövriyyələrin düzgün olmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarına və hesablamaların aparılmasına dair qanunvericiliyin (Vergi Məcəlləsi və s.) tələblərinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin 3.606,52 manat məbləğində, gəlir vergisinin 4.007,28 (2019-cu il üzrə 3.774,82 manat, 2020-ci il üzrə 232,46 manat) manat məbləğində az hesablanması müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, İddiaçı səyyar vergi yoxlaması ilkin olaraq xx.xx.2022-ci il tarixli **********146603 saylı “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktına baxılmasının nəticəsi olaraq Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********155215 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarılmışdır. Qərar əsasında vergi ödəyicisində təqdim edilmiş sənədlərə görə əlavə vergi yoxlaması tədbirləri keçirilmiş və xx.xx.2022-ci il tarixli **********146603 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş və xx.xx.2022-ci il tarixli **********158982 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi, ekspert eyni nömrəli eyni dövrü əhatə edən lakin ayrı-ayrı tarixli SVY Aktlarının mövcudluğunun Vergi Məcəlləsinin tələblərinə zidd olduğunu bildirərkən əsassız olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edir ki, yuxarıda aparılan hüquqi dəyərləndirməyə əsasən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155215 saylı qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun reyestrdə qeydə alınmadığından həmin qərar əsasında aparılmış səyyar vergi yoxlaması iddiaçıya münasibətdə hüquqi nəticə yaratmır. Bu baxımdan apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, ekspertiza tədqiqatına xx.xx.2023-cü il tarixdə üç qutu ilkin mühasibatlıq sənədləri təqdim olunmuş, bu sənədlər əsasında SVY Aktından fərqli məbləğlərin hesablanmalı olması müəyyən edilmişdir. Lakin ekspertiza tədqiqatının predmeti olmuş sənədlərin nədən ibarət olması, sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməməsi, bu sənədlərdə göstərilən məbləğin nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasını və 8 qanunauyğunluğunu sistemli şəkildə göstərmək əvəzinə mühasibatlıq sahəsində xüsusi biliyi olan ekspert ümumiləşdirilmiş şəkildə mülahizələr bildirməklə kifayətlənmiş, aparılmış hesablamanın əsaslandırılmış formada araşdırılması verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı onu qeyd edir ki, işin müəyyən edilmiş hallarına və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizənin məzmununa əsasən həmin 3 (üç) qutu sənədlər ilkn olaraq səyyar vergi yoxlaması zamanı cavabdehə təqdim edilən sənədlərdən ibarətdir. Həmin sənədlərinin vergi qanunvericiliyinin tələblərinə zidd olmasına dair cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar da təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən Səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş qərar əsasında hesablanmış borca görə başlanmış cinayət işi üzrə X6 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Ekspertiza təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən Məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası 10 Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9179 nömrəli ekspert rəyi alınmışdır ki, həmin ekspert rəyi ilə iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən Səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş qərar əsasında hesablanmış borc öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən Səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş qərar əsasında hesablanmış borca görə iki ayrı-ayrı bir-biri ilə ziddiyət təşkil edən eyni Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən ekspert rəyləri mövcud olmasına baxmayaraq məhkəmə cavabdehin təkrar məhkəmə mühasibatlıq ekspertizanın keçirilməsi barədə vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı ilk öncə onu qeyd edir ki, cavabdeh vergi orqanının istinad etdiyi həmin xx.xx.2023-cü il tarixli 9/9179 nömrəli ekspert rəyi işdə maraqlı olan tərəfin yəni, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin təşəbbüsü ilə və təqdim etdiyi materiallar əsasında keçirilmişdir. Lakin, məhkəmənin istinad etdiyi 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyi məhkəmənin təşəbbüsü ilə və iş materiallarında olan, o cümlədən səyyar vergi yoxlaması zamanı məhz cavabdehə təqdim edilən sənədlər əsasında keçirilmişdir. Həmçinin və ən əsası cavabdeh vergi orqanının istinad etdiyi xx.xx.2023-cü il tarixli 9/9179 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ekspertiza tətqiqatı “növbədənkənar səyyar vergi yoxamasının nəticələrinə dair” xx.xx.2022-ci il tarixli **********146603 nömrəli aktda göstərilən məlumatlara əsasən aparılmışdır. Lakin, məhkəmənin istinad etdiyi 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyi mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarın qəbul edilməsinə əsas olan 25 aprel 2022-ci il tarixli, **********146603 nömrəli səyyar vergi yoxlaması aktında əks oluna məlumatlar əsasında aparılmışdır (bax 1-ci cild vərəq 230). Eyni zamanda nəzərə alınmalıdır ki, ziddiyyət təşkil edən ekspertiza rəyləri bir orqan (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi) tərəfindən verilsə də, həmin rəylər eyni iş üzrə deyil, biri X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqanın təşəbbüsü ilə, digəri isə hazırki iddiaçının iddiasına dair inzibati mübahisə üzrə məhkəmənin təşəbbüsü ilə əldə edilmişdir. Bütün yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, təkrar mühasibatlıq ekspertizanın keçirilməsi ilə bağlı cavabdehin vəsatətinin təmin edilməsindən imtinaya dair və 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarı qismən (X14 üzrə 3.606,52 manat və bu məbləğə tətbiq edilmiş 1803,26 manat maliyyə sanksiyası, gəlir vergisi üzrə 4.007,28 manat və bu məbləğə tətbiq edilmiş 2.003,64 manat maliyyə sanksiyası” hissəsi istisna olmaqla) qanunvericliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilən zamanı cavabdeh inzibati orqan tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 15.1.3-cü maddəsində vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7-ci maddəsində vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqları kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 64-cü maddəsində göstərilir ki, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-625/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar