Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-280/2022 21.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1724/2022 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli, 01021 nömrəli müvafiq dağ-mədən ayırma aktının ləğvi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 X3 xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1724/2022 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və inzibati işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müvafiq hüquqi yardım göstərilmədən iddia mümkün sayılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin imzalanması ilə bağlı yardım etmə vəzifəsini yerinə yetirməmiş, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilən iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilən etibarnaməni qəbul etməmişdir. Prosessual məsələlər İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya və iddiaçının səlahiyyətli nümayəndəsi kimi ona hüquqi yardım məktubu göndərilməmişdir. İddiaçıya yalnız sərəncam və sərəncamın əlavə olunduğu məktub göndərilmişdir. O, iş üzrə məhkəmə iclasında iştirak etsə də, birinci instansiya məhkəməsi tərəfindən ona hüquqi yardım göstərilməmişdir. O, iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilən etibarnaməni elektron qaydada birinci instansiya məhkəməsinə göndərmiş, həmçinin iş üzrə məhkəmə iclasında iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilən etibarnaməni təqdim etsə də, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və inzibati işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 X3 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 X3 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşdən görünür ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı hazırkı iddia ərizəsi İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunan etibarnamədən aydın olur ki, İddiaçı MMC Nümayəndə müəyyən səlahiyyətlər vermişdir. Bununla belə, həmin etibarnamənin bağlandığı tarix və qeydiyyat nömrəsi göstərilməmişdir. Belə olan halda, qanunvericiliyin tələbinə görə bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsiz olduğundan Nümayəndə İddiaçı MMC-nin adından cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı iddia ərizəsini imzalamaqla hazırkı iddianı qaldıra bilməz. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 01-05-E-01 nömrəli etibarnamədən aydın olur ki, İddiaçı MMC Nümayəndə müəyyən səlahiyyətlər vermişdir. Bununla belə, həmin etibarnamədə də iddia ərizəsinin imzalanması səlahiyyətinin ona verilməsi xüsusi göstərilməlidiyindən, ərizədə göstərilənlər İddiaçı MMC-nin iradə ifadəsi kimi qəbul oluna bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsini imzalamış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçını məhkəmədə təmsil etmək, iddia ərizəsini imzalamaq səlahiyyətinə malik deyildir. Bu hal isə iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinə əlavə edilmiş etibarnamədə tarix və qeydiyyat nömrəsinin, məhkəmə iclasında təqdim edilmiş etibarnamədə isə iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməsinin göstərilməməsi səbəblərindən Nümayəndə iddiaçını məhkəmədə təmsil etmək, iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmamasını əsas gətirərək iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya tam dolğun və aydın hüquqi yardım göstərmədən iddianı mümkün saymamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubunda iddia ərizəsinin imzalanmadığını qeyd edərək iddiaçıya imzalanmış iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi isə iddiaçıya da, nümayəndə kimi ona da hüquqi yardım məktubunun göndərilmədiyini, iddiaçıya yalnız sərəncam və sərəncamın əlavə olunduğu məktubun göndərildiyini bildirir. xx.xx.2022-ci il tarixə iş üzrə təyin edilmiş məhkəmə iclasını tərəflər gəlmədiyindən xx.xx.2022-ci il tarixə təxirə salan birinci intansiya məhkəməsi tərəflərə bu barədə məhkəmə bildirişi göndərsə də, iddiaçıya hüquqi yardım məktubu göndərməmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirak etmiş və iş materiallarına da iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməsi ayrıca göstərilməyən xx.xx.2022-ci il tarixli, 01-05-E-01 nömrəli etibarnamənin təsdiq edilmiş surəti əlavə edilmişdir. İddiaçının nümayəndəsi isə iş üzrə məhkəmə iclasında iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilən etibarnaməni təqdim etdiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmədiyini qeyd edir. İş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə iclası protokolundan isə iddiaçının nümayəndəsinə müvafiq hüquqi yardımın göstərildiyi müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyə əsasən iddia tələbi ilə bağlı məhkəmənin proses iştirakçılarına göstərməyə borclu olduğu hüquqi yardım tam dolğun və aydın olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)- 1724/2022 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1724/2022 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-280/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-280/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver