Məhkəmə qərarları › İş №2-1(106)-280/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-280/2023

26.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-280/2023 26.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X2 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 aprel N23-cü il tarixli, 2-1(1N)-1477/N23 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulmasını” xahiş edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmrin dəyişdirilərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1997-ci ildə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində əsgər kimi xidmətə başlamış və xx.xx.1999-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. N01-ci ildə Sərhəd Qoşunlarının gizir kursunu bitirdikdən sonra N saylı hərbi hissənin 16-cı sərhəd zastavasının təminat qrupu komandiri vəzifəsində xidmət etmişdir. 15 və 19-cu sərhəd zastavalarında xidmət etdikdən sonra 4-cü sərhəd komendaturasında rabitə qovşağının rəisi vəzifəsində xidmət edərkən hərbi hissə komandirinin əmri ilə N saylı hərbi hissənin tibb məntəqəsində təminat qrupunun rəisi vəzifəsində xidmətini davam etdirmişdir. X6 4-cü sərhəd komendantlığının rabitə qovşağının rəisi vəzifəsində xidmətdə olarkən ‘‘Hərbi vəzifə və Hərbi Xidmət haqqında” AR Qanununun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrdən ehtiyyata buraxılması barədə 02 fevral N21-ci il tarixdə yuxarı komandanlığa raportla müraciət etdi. Raportu 19 avqust N21-ci il tarixdə 2219 nömrə ilə qeydiyyata alınmışdır. Həmin raport əsasında hərbi hissə komandiri Zəfər Bayramov tərəfindən 01 noyabr N21-ci il tarixdə 40 nömrəli göndəriş əsasında Silahlı Qüvvələrdən ehtiyata buraxılmaq istədiyi üçün Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildi. Həmin Komissiyanın 24 noyabr N21 -ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin“ 72 “ç” və 12”c” bəndlərininİİİ qrafasına əsasən: Hərbi xidmətə yararlıdır. Xüsusi təyinatlı hissələr, dəniz piyadası, hava- desant, desant-hücum hərbi hissələrində, suüstü gəmilərdə, tankların, özügedən artilleriya qurğularının, tank və dartıcılar üzərində qurulmuş müşahidə maşınlarının sürücüləri və ekipaj üzvləri vəzifələrində, PDM-lərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri və ekipaj üzvləri vəzifələrində hərbi xidmətə yararsızdır. Diaqnoz: Sidik daşı xəstəliyi. Sol böyrək daşı (5,3mm). Düyünlü eutireoid ur. Arterial hipertenziya.Qastroduodent.. Qara ciyərin piy distrodiyası. Beləliklə, 24 il 1 ay təqvim günü qüsursuz xidmət etmişdir. Güzəştli şərtlərlə xidmət müddəti 34 il təşkil edir. Bu müddət ərzində qüsursuz xidmətləri nəzərə almaqla: N04-cü ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının 10 illiyi yubley medalı ilə: N05-ci ildə Azərbaycan Respublikasının SərhədQoşunlarının 90 illiyi yubley medalı ilə: N07-ci ildə Azərbaycan Respublikasının Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcə medalı ilə; Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 il qüsursuz xidmətə görə 3-cü dərəcə medalı ilə; N12-ci ildə Sərhəd Qoşunlarının 95 illiyi yubley medalı ilə; N13-cü ildə Sərhəd Mühafizəsinin 95 illiyi yubley medalı ilə; N13-cü ildə Silahlı Qüvvələrdə 15 il qüsursuz xidmətə görə 2-ci dərəcə medalı ilə: N19-cu ildə Sərhəd Mühafizəsinin 100 illiyi medalı ilə; N19-cu ildə Qusursuz xidmətlərəgörə 1-ci dərəcə medalı ilə ilə, o cümlədən xidmət etdiyim müddətdə hərbi hissə komendatlığı. hərbi hissənin komandanlığı və DSX rəhbərliyi tərəfindən müxtəlif təltiflərlə təltiflənmişdir. 2-ci Qarabağ Müharibəsi vaxtı azad edilmiş ərazilərdə yeni yaradılan sərhəd zastavalarının xidmət ərazisində xidmətin təşkil edilməsində, həmçinin Harop sisteminin mühafizəsinin təşkil edilməsində iştirak etmişdir. O, hər hansı bir zabit rütbəsində yox, çavuş hərbi rütbəsində xidmət etmişdir və hərbi həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu halda, əsassız olaraq həmin Qanunun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə sözügedən əmr verilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Çünki, hərbi qulluqçu kimi xidmətə uyğunsuzluğa səbəb ola biləcək heç bir hərbi Nizamnamə və ya Əsasnamə tələblərinin pozulmasına yol verməmişdir, xidmətə uyğunsuzluğa gətirib çıxaran heç bir hərəkəti və ya hərəkətsizliyi olmamış, xidmətimdə hər hansı bir intizam xətasına yol verməmişdir, əksinə qüsursuz xidmətlərinə görə yuxarıda qeyd edilmiş təltiflərlə təltif olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 12 aprel N23-cü il tarixli, 2-1(1N)-1477/N23 saylı qərardadı ilə (hakim Amilya Hüseynova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 12 aprel N23-cü il tarixli, 2-1(1N)-1477/N23 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün iş materiallarının Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, xx.xx.1997-ci ildə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində əsgər kimi xidmətə başlamış və xx.xx.1999-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. N01- ci ildə Sərhəd Qoşunlarının gizir kursunu bitirdikdən sonra N saylı hərbi hissənin 16-cı zastavasının təminat qrupu komandiri vəzifəsində xidmət etmişdir. 15 və 19-cu sərhəd zastavalarında xidmət etdikdən sonra 4-cü sərhəd komendaturasında rabitə qovşağının rəisi vəzifəsində xidmət edərkən hərbi hissə komandirinin əmri ilə N saylı hərbi hissənin tibb məntəqəsində təminat qrupunun rəisi vəzifəsində xidmətini davam etdirmişdir. X6 4-cü sərhəd komendatlığının rabitə qovşağının rəisi vəzifəsində xidmətdə olarkən “Hərbi vəzifə və Hərbi Xidmət haqqında" AR Qanununun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən Silahlı qüvvələrdən ehtiyyata buraxılmağısı barədə 02 fevral N21-ci il tarixdə yuxarı komandanlığa raportla müraciət etmişdir. Raport 19 avqust N21-ci il tarixdə 2219 nömrə ilə qeydiyyata alınmışdır. Həmin raport əsasında hərbi hissə komandiri Zəfər Bayramov tərəfindən 01 noyabr N21-ci il tarixdə 40 nömrəli göndəriş əsasında Silahlı Qüvvələrdən ehtiyata buraxılmaq istədiyi üçün Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Həmin Komissiyanın 24 noyabr N21-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli, 59 nömrəli qərarı təsdiq edilmiş "Xəstəliklər cədvəlinin" 72 "ç" və 12"c” bəndlərinin İİİ qrafasına əsasən: Hərbi xidmətə yararlıdır. Xüsusi təyinatlı hissələr, dəniz piyadası, hava-desant, desant-hücum hərbi hissələr idə, suüstü gəmilərdə, tankların, özügedən artilleriya qurğularının, tank və dartıeılar adə qurulmuş müşahidə maşınlarının sürücüləri və ekipaj üzvləri vəzifələrində. PDM- zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri və ekipaj üzvləri vəzifələrində hərbi xidmətə yararsızdır. Diaqnoz: Sidik daşı xəstəliyi. Sol böyrək daşı (5.3mm). Düyünlü eutireoidur. Arterial hipertenziya. Qastroduodent. Qara ciyərin piy distrodiyası. Beləliklə, 24 il 1 ay təqvim günü qüsursuz xidmət etmişdir. Güzəştli şərtlərlə xidmət müddəti 34 il təşkil edir. Öz arzusu ilə hərbi xidmətdən azad edilməsi üçün DSX-yə müraciət etmişdir. DSX tərəfindən tələbimin təmin olunmaması barədə ərizəyə cavabı 26 oktyabr N22-ci il tarixdə alaraq. Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsini göndərmək üçün 22 noyabr N22-ci il tarixdə poçta təqdim etmişdir. Qanunun tələbi baxımından 30 günlük müddətin bitməsinə 4 gün qalmış iddia ərizəsini və ona əlavə edilmiş sənədləri poçta təqdim etmişdir. Lakin məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, guya iddia müddətinin axımı xx.xx.N22-ci il tarixdən, yəni Azərbaycan Redspublikası Səfərbərlik və Hərbi Xidmətə Qağrış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata alındığım vaxtdan hesab edilir. Lakin buna görə də məhkəmə baxışı zamanı tərəfindən müddətin bərpa edilməsinə dair ərizə verilmişdir. Məhkəmə həmin ərizəni təmin etməmişdir. Hüquqlarının pozulmasına səbəb olmuş qərar qəbul etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusuyla DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu halda, əsassız olaraq həmin Qanunun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılmışdır. Baxmayaraq ki, hərbi həkim komissiyasının yuxarıda göstərilmiş rəyinə əsasən hərbi xidmətə yararlı sayılsa da, əsassız olaraq hərbi xidmətə yararsız hesab edilməklə xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Halbuki, həmin Qanunun 41.0.6-cı maddəsində göstərilmişdir ki, xidməti uyğunsuzluğa (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan və sağlamlıq vəziyyətinə görə dinc dövrdə və ya müharibə dövründə hərbi xidmətə məhdud yararlı olan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. O, hər hansı bir zabit rütbəsində yox, çavuş hərbi rütbəsində xidmət etmiş və hərbi həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Qeyd edilmiş Qanunun 41.0.6-cı maddəsinin müddəaları yalnız zabitlərə aiddir. O, zabit rütbəsində yox, çavuş hərbi rütbəsində xidmət etmişdir. Bununla yanaşı, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusuyla DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu halda, əsassız olaraq həmin Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmr verilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Çünki, hərbi qulluqçu kimi xidmətə uyğunsuzluğa səbəb ola biləcək heç bir hərbi Nizamnamə və ya Əsasnamə tələblərinin pozulmasına yol verməmiş, xidmətə uyğunsuzluğa gətirib çıxaran heç bir hərəkəti və ya hərəkətsizliyi olmamış, xidmətində hər hansı bir intizam xətasına yol verməmiş, əksinə qüsursuz xidmətlərinə görə iddia ərizəsində göstərdiyi dövlət təltiflərli ilə təltif olunmuşdur. Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 40.3cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında'' Əsasnamədə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci bəndləri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə bu buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. O, 07 fevral N21-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar komandanlığa raportla müraciət etmiş, raportu 19 avqust N21 -ci il tarixdə DSX-də 2219 nömrə ilə qeydə alınmışdır. Qanunun 41.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq öz arzusuyla hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu halda, cavabdeh təşkilat tərəfindən qanunun tələbinə əməl edilməyərək, hərbi xidmətə yararsızlığa görə ehtiyata buraxılmışdır. Qəbul edilmiş həmin inzibati akt onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Lakin qərar qəbul edən məhkəmə işin bu hallarını nəzərə almadan guya məhkəməyə müraciət etmək üçün prosessual müddətin ötürülməsini əsas tutaraq iddianı mümkün etməmişdir. Əgər həqiqətən məhkəməyə müraciət etmək üçün prosessual müddəti ötürmüşdürsə, qanunun tələbinə əsasən ötürülmüş prosessual müddət iddiaçının ərizəsi əsasında bərpa edilir. Bu baxımdan müddətin bərpası ilə əlaqədar verdiyi ərizə əsassız olaraq məhkəmə tərəfindən təmin edilməmiş və nəticə etibarı ilə hüquqları təkrar olaraq məhkəmə tərəfindən pozulmuşdur. O, DSX tərəfindən göndərilmiş məktubu 26 oktyabr N22-ci il tarixdə almışdır. İddia ərizəsini isə 22 noyabr N22-ci il tarixdə poçta təqdim etmişdir. İddia ərizəsinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin bitməsinə 4 gün qalmış iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə poçta təqdim etmişdir. Lakin qərar qəbul edən məhkəmə bunu nəzərə almamışdır. Nəticə etibarı ilə qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanların nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 12 aprel N23-cü il tarixli, 2-1(1N)-1477/N23 saylı qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün iş materiallarının Şirvan İnzibati Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-280/N23 saylı, 13 iyun N23-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 12 aprel N23-cü il tarixli, 2-1(1N)-1477/N23 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası məhkəmə baxışı iclasının iddiaçının iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N15-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul N15-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ N- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmrin dəyişdirilərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Sərhəd Qoşunları Komandanının xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmrinin surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş çavuş İddiaçı 4-cü sərhəd komendantlığı mühafizə və təminat taqımının rabitə qrupunun komandiri-rabitə qovşağının rəisi vəzifəsindən azad olunmaqla Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.N19-cu iltarixli bağışlama ləğv edilmişdir. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan iddiaçıya məxsus AO seriyalı, * * * * * * * saylı hərbi biletin surətinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və iddiaçının xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata alındığı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh N saylı Hərbi Hissə tərəfindən verilmiş 27 saylı, xx.xx.N21-ci il tarixli baş çavuş İddiaçı dinlənilmə protokoluna əsasən, hərbiqulluqçuya yaraşmayan kobud intizam pozuntusuna yol verdiyi üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. Dinləmənin nəticəsi iddiaçıya elan olunmuşdur, iddiaçı dinləmənin mətni ilə razı olmuş və heç bir irad və təklifi olmamışdır. xx.xx.N21-ci il tarixdə Dinlənilmə Komissiyası iclasının yekun rəyi ilə razı olması barədə İddiaçı tərəfindən imza edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Sərhəd Qoşunları N02 nömrəli Hərbi Hissə Komandirinin 31 yanvar, №026 əmrinin çıxarışından görünür ki, baş çavuş İddiaçı N22-ci ilin hesabına 87 (səksən yeddi) gün məzuniyyətə buraxılmaqla xx.xx.N22-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılsın və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə göndərilsin. Baş çavuş İddiaçı N22-ci ilin hesabına növbəti məzuniyyətindən N3 (üç) gün istifadə edib, N22-ci ildə nəzərdə tutulmuş məzuniyyət müavinəti və maddi yardım almışdır. xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək birdəfəlik pul mükafatı amağa layiq deyildir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, işdə iştirak edən şəxsin verdiyi izahatdan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh Sərhəd Qoşunları Komandanının xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmri əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş çavuş İddiaçı 4-cü sərhəd komendantlığı mühafizə və təminat taqımının rabitə qrupunun komandiri-rabitə qovşağının rəisi vəzifəsindən azad olunmaqla Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.N19-cu iltarixli bağışlama ləğv edilmişdir. Həmçinin İddiaçı məxsus AO seriyalı, * * * * * * * saylı hərbi biletində iddiaçının Azərbaycan Respublikası Cavabdeh Sərhəd Qoşunları Komandanının xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi uçota götürülməsi barədə qeydlər aparıldığı müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən və cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçı xidmətdən xaric olduqdan sonra xidmət yerinə getməmiş və işləmədiyi dövrlər üçün əmək haqqı almamışdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni, Azərbaycan Respublikası Cavabdeh Sərhəd Qoşunları Komandanının xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmrindən, əmrin ona elan olunduğu N22-ci ilin yanvar ayından, ən geci isə xx.xx.N22-ci il tarixdən (SHÇDX-nin Biləsuvar rayon şöbəsində hərbi uçota götürüldüyü vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrdən məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.N22-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikası Cavabdeh Sərhəd Qoşunları Komandanının xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmrindən məlumatlı olduğu vaxtdan 1 (bir) ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq ehtiyata buraxılması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu vaxtdan 1 (bir) ilə yaxın müddət keçdikdən sonra cavabdeh inzibati orqana qarşı hazırki iddianı qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması hallarını bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.N23-cü il tarixli müddətin bərpası barədə ərizəsindən görünür ki, iddiaçı prosessual müddəti onun təqsiri olmadan buraxılması hallarını əsaslandıra bilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul N15-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ N-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.N14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.N15-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul N09cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 aprel N23-cü il tarixli, 2-1(1N)-1477/N23 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar