Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-284/2024 17.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı «müavinətin hesablanıb birdəfəyə ödənilməsi və hazırki vaxtdan müəssisənin özəlləşdirilməsi başa çatanadək aylıq müavinətlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə qəbul edilmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1(086)-1894/2017 nömrəli qərarının icra vəziyyəti barədə» İddiaçı övladı X5 ərizəsi üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(120)- 1894/2017 saylı qərardadından ərizəçi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1(086)1894/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı və X7 01 yanvar 2009-cu ildən hazırki vaxta kimi ödənilməyən müavinətlərin birdəfəyə ödənilməsi və hazırki vaxtdan müəssisənin özəlləşdirilməsi başa çatanadək aylıqmüavinətlərin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə göndərilmişdir. İddiaçı övladı X10 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1(086)-1894/2017 nömrəli qərarı anası İddiaçı aid hissədə icra edilməmişdir. Buna görə də həmin qərarın məcburi icrasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1(086)-1894/2017 nömrəli qərarının anası İddiaçı aid hissədə icra edilməsi barədə məcburi icra hərəkətlərinin aparılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-1894/2017 saylı qərarı (Şahəli Musayev) ilə ərizə təmin edilməmişdir. Həmin qərardan ərizəçi apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-125/2023 saylı qərarının ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, anası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı “müavinətin hesablanıb birdəfəyə ödənilməsi və hazırkı vaxtdan müəssisənin özəlləşdirilməsi başa çatanadək aylıq müavinətlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim İxtiyar Abuşovun sədrliyi ilə işə baxılmış və məhkəmənin 06 iyun 2017-ci il tarixli, 2- 1(086)-1894/2017 saylı Qərarı ilə iddia təmin edilmiş, İddiaçı və X7 01 yanvar 2009-cu ildən hazırkı vaxtadək ödənilməyən müavinətlərin birdəfəyə ödənilməsi və hazırki vaxtdan müəssisənin özəlləşdirilməsi başa çatanadək aylıq müavinətlərin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər Şöbəsinə həvalə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)384/2017 saylı 14 oktyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2-1(102)-292/2018 saylı qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 2-1(106)384/2017 saylı 04 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1 (086)-1894/2017 saylı qərarından göründüyü kimi həmin Qərarla 14 noyabr 1994-cü ildə bədbəxt hadisə nəticəsində həlak olmuş X12 ailə üzvlərindən iki nəfərinə yəni 1-ci qrup əlil kimi X7 (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1-ci maddəsinə əsasən) və 1-ci qrup əlil övladına baxan ana kimi İddiaçı (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.3-cü maddəsinə əsasən) ayrı-ayrılıqda müavinət təyin edilmişdir. Belə ki, qeyd edilən Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1-ci maddəsinə əsasən ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs kimi, X15, 1-ci qrup əlil, 29 dekabr 1969-cu il təvəllüdlü X7 müavinət təyin edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, saylı qərarı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin hal-hazıra kimi Şirvan İnzibati-İqtisadi Məhkəməsində 06 iyun 2017-ci il tarixli, 2-1(086)-1894/2017 saylı Qərarı yalnız X7 aid hissədə icra edilmişdir. Bədbəxt hadisə nəticəsində həlak olmuş X12 arvadı İddiaçı aid hissədə (X12 başqasının qulluğuna möhtac olan, 1-ci qrup əlil, 29 dekabr 1969-cu il təvəllüdlü X7 qulluq edən ana kimi) isə Şirvan İnzibati-İqtisadi Məhkəməsində 06 iyun il tarixli, 2-1(086)-1894/2017 saylı Qərarı icra edilməmiş və bu hissədə bizə heç bir məbləğ ödənilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1 (086)- 1894/2017 saylı qərarının İddiaçı aid hissədə icra edilməsi barədə icra hərəkətlərinin aparılması barədə göstəriş verilməsi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etmişəm. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə mübahisə ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, “Özəlləşdirilən və ıəyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin artırılması və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi qaydalarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 25 yanvar 2016-cı ildən həlak olmuş işçinin ailə üzvlərinə ödənilməli olan 70 manat, 77 manata çatdırılmış, cavabdeh tərəfindən iddiaçılara xx.xx.2009-xx.xx.2016-cı illər üzrə 70 manat ailə üzvlərinin nisbətinə bölünməklə 35 manat; xx.xx.2016-xx.xx.2018-ci illər hər ay üzrə 77 manat ailə üzvlərinin nisbətinə bölünməklə 38.5 manat ödəniş aparılmışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-1894/2017 saylı qərarının ləğv edilərək ərizənin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-1894/2017 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizəçinin tələbi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1(086)-1894/2017 nömrəli qərarının anası İddiaçı aid hissədə icra edilməsi barədə məcburi icra hərəkətlərinin aparılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin artırılması və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 25 yanvar 2016-cı ildən həlak olmuş işçinin ailə üzvlərinə ödənilməli olan 70 manat, 77 manata çatdırılıb və cavabdeh tərəfindən iddiaçılara xx.xx.2009-xx.xx.2016-cı illər hər ay üzrə 70 manat ailə üzvlərinin nisbətinə bölünməklə 35 manat; xx.xx.2016-xx.xx.2018-ci illər hər ay üzrə 77 manat ailə üzvlərinin nisbətinə bölünməklə 38.5 manat ödəniş aparılmışdır. Ona görə də, İddiaçı prosessual hüquqi varisi X5 ərizəsinin təmin olunması qanunaziddir və yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın, o cümlədən ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Bu baxımdan hazırkı iddia tələbi üzrə ilkin olaraq ərizəçinin subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin faktiki hallarına görə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1(086)1894/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı və X7 01 yanvar 2009-cu ildən hazırki vaxta kimi ödənilməyən müavinətlərin birdəfəyə ödənilməsi və hazırki vaxtdan müəssisənin özəlləşdirilməsi başa çatanadək aylıq müavinətlərin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-1894/2017 nömrəli qərarının icrası ilə əlaqədar İddiaçı və X7 xx.xx.2009-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək 70 manat (hər birinə 35 manat), xx.xx.2016-cı il tarixindən 77 manat (hər birinə 38,50 manat) məbləğində həlak olmuş işçinin ailə üzü kimi sosial müavinət təyin olunmuşdur. İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək olan ötən dövr üzrə ödənilməmiş müavinət 3947,50 manat (xx.xx.2009-xx.xx.2016-cı illər hər ay üzrə 35 manat; xx.xx.2016xx.xx.2018-ci illər hər ay üzrə 38.5 manat) xx.xx.2018-ci il tarixində birdəfəlik ödənilmişdir. İddiaçı vəfatı ilə əlaqədar X7 xx.xx.2021-ci il tarixindən müavinət tam məbləğdə ödənilir. Sözügedən müavinətin məbləği xx.xx.2022-ci il tarixindən 300 manat, xx.xx.2023-cü il tarixindən 345 manat müəyyən edilmişdir. Hazırda ödənişi davam etdirilir. Yəni, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1(086)-1894/2017 nömrəli qərarı cavabdeh tərəfindən icra olunmuşdur. İddiaçı övladı X10 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1(086)- 1894/2017 nömrəli qərarının anası İddiaçı aid hissədə icra edilmədiyini bildirərək qərarın məcburi icrasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi X6 İddiaçı prosessual hüquqi varisi kimi tanımış və onun ərizəsinə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın (ərizənin) mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Bu baxımdan məhkəmə kollegiyası hazırki iş üzrə ərizəçinin subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığını aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə kollegiyası ilk öncə X5 İddiaçı hüquq varisinin olması ilə əlaqədar onu qeyd edir ki, iş materiallarında vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud deyildir və bu məsələ məhkəmə araşdırması predmeti olmamışdır. Şirvan Apellyasiya məhkəməsi tərəfindən Notariat orqanına sorğu verilərək İddiaçı ölümü ilə əlaqədar X5 (hazırki iş üzrə ərizəçinin) vərəsəlik hüququ haqqında şəhadətnamə alması barədə məlumatın verilməsi xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı ölümü ilə əlaqədar vərəsəlik işi açılmamışdır (Şirvan şəhər 1 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli 881 nömrəli məktubu). Halbuki qanunvericiliyə əsasən hüquq varisliyi, məhz sözügedən sənədlə təsdiq edilməlidir. Bundan başqa işin müəyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş və öldüyü vaxta kimi məhkəmə qərarı ilə təyin edilən müavinəti almış və həmin müavinətin həcmi ilə razılaşaraq, mübahisələndirməmişdir. Yəni, İddiaçı ən azından hazırki məzmunda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sağlığında tələb etmədiyi və yaxud razılaşaraq mübahisələndirmədiyi vəsaiti vəfatından sonra onun adından başqa şəxsin, o cümlədən hazırki ərizəçinin mübahisələndirilməsi yol verilməzdir. Eyni zamanda qeyd edilməlidir ki, hazırki tələb ümumiyyətlə prosessual hüquqi varisliyə yol verilən tələb deyildir. Belə ki, icra sənədinin verilməsinə əsas olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2-1(086)1894/2017 nömrəli qərarının nəticə hissəsindən görünür ki, həmin müavinətin konkret şəxslərə yəni, İddiaçı və oğlu X7 ödənilməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, 29 dekabr 1969-cu il təvəllüdlü Əlizamin Şəmiyevə müavinət ona görə təyin edilmişdir ki, o, 1-ci qrup əlillik dərəcəsi təyin edildiyi vaxt 17 yaşı olduğundan, əmək qabiliyyəti olmadığından və atası İbiş Şəmiyevin himayəsində olduğundan, onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1-ci maddəsində göstərildiyi kimi ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs kimi qeyd olunan müavinəti almaq hüququ vardır. Digər iddiaçı yəni, Mələknisə Şəmiyevanın müavinəti almaq hüququ ona görə yaranmışdır ki, o, istehsalat qəzası zamanı həlak olmuş İbiş Şəmiyevin başqasının qulluğuna möhtac olan, 1-ci qrup əlil övladı Əlizamin Şəmiyevə qulluq edən ana olmuşdur. Yəni, sözügedən qərarın əsaslandırıcı hissəsindən müəyyən edilir ki, İddiaçı sağlığında istehsalat qəzası zamanı həlak olmuş İbiş Şəmiyevin başqasının qulluğuna möhtac olan, 1-ci qrup əlil övladı Əlizamin Şəmiyevə qulluq edən ana olduğu üçün ona müavinət təyin edilmişdir. Göründüyü kimi İddiaçı müavinət Mülki Məcəllənin 1121.1.3-cü maddəsinin tələbinə uyğun 1-ci qrup əlil övladı X7 qulluq etdiyi üçün təyin edilmişdir. Yəni, həmin müavinət məhz həlak olmuş ailə başçısının övladına qulluq etdiyinə görə İddiaçı sağlığında ona ödənilməsi nəzərdə tutulan vəsaitidir. Yuxarıda qeyd edildiyi kimi həmin müavinət sağlığında İddiaçı ödənilmiş və onun tərəfindən həmin məbləğin həcmi mübahisələndirilməmişdir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı vəfatı ilə əlaqədar X7 xx.xx.2021-ci il tarixindən müavinət tam məbləğdə ödənilir. Bu baxımdan özünü iddiaçının hüquq varisi kimi təqdim edən şəxsin - X5 ümumiyyətlə hazırkı mübahisə (tələb) üzrə subyektiv hüququ mövcud deyildir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən məktub formasında ərizəçiyə hüquq yardım göstərilərək subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların məhkəməyə təqdim olunması təklif olunmuş və bununla bağlı müddət təyin edilmişdir. Lakin ərizəçi tərəfindən təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi), hüquqi yardım məktubuna münasibət bildirilməmiş və həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin hazırki tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsi ərizəçi X1 hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığına qiymət vermədən ərizəyə mahiyyəti üzrə baxmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən (qərardadın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və ərizə mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(120)-1894/2017 saylı qərardadı ləğv edilsin. Ərizə mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. X20 Samir H
Məhkəmə qərarları › İş №2-1(106)-284/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-284/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver