Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-286/2023 04.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, iddiaçı Əliyev Səid Firidun oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin N9 aprel 2023-cü il tarixli, 2-N(N20)-444/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Əliyev Səid Firidun oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı veteran adının və vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əliyev Səid Firidun oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) N9 aprel 2023-cü il tarixli, 2- N(N20)-444/2023 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, N987-ci il tarixdən xx.xx.N989-cu il tarixədək SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmişdir. Ermənilərin hücumları zamanı xx.xx.N992-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri N saylı hərbi hissə komandirinin N saylı əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilmişdir. Xocavənd istiqamətində olan döyüşlərdə iştirak etmiş və N993-cü ilin avqust ayında mərmi partlaması nəticəsində ciddi yaralanmış və Təzəkənd Hospitalına aparılmışdır. Mərmi qəlpələri bədənindən çıxarılsa da kəllə-beyin travması və eşitmə qabiliyyətinin bərpa edilməsi üçün olunan müalicələr nəticə verməmiş və N993-cü ilin noyabrında ordu sıralarından təxris olunmuşdur. Rusiya Federasiyasında öz hesabına müalicə aldıqdan sonra Azərbaycan Respublikasına geri qayıtmış, veteran adını və vəsiqəsini almaq üçün aidiyyəti üzrə müraciət etsə də veteran adını və vəsiqəsini ala bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini , iddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlunun “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair iddia tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. Məhkəmənin iddia tələbindən kənara çıxmaqla maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Prosessual məsələlər İddiaçı Əliyev Səid Firidun oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beyləqan Rayon Qeydiyyat Şöbəsinin Beyləqan rayon Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə ünvanladığı xx.xx.20N9-cu il tarixli, N77 №-li məktubda Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA idarəsinin xx.xx.2004-cü il tarixli rəyinə əsasən Beyləqan rayonu, Tatalılar kəndində yaşayan Əliyev İxtiyar Firidun oğlunun adı “İxtiyar”-dan “Səid”-ə dəyişdirilməsi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın Əliyev Səid (İxtiyar) Firidun oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli, N/Ə-7634 nömrəli məktubunda Əliyev Səid (İxtiyar) Firidun oğluna “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyi qeyd olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Millin Arxiv İdarəsinin xx.xx.20N9-cu il tarixli, 9/2-4657 nömrəli arayışında iddiaçının xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmamış və bu səbəbdən də Əliyev Səid (İxtiyar) Firidun oğluna müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun sayılmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, N96 nömrəli qərarında Beyləqan RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli N7/2333 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş Əliyev Səid (İxtiyar) Firidun oğlunun döyüş zonasında hərbi xidmət keçərkən N993-cü ilin avqust ayında aldığı və xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Beyləqan rayonu, Təzəkənd Kənd Xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik-travma-diaqnoz: “Xroniki qastrit. Qapalı kəllə-beyin travması. Aşağı ətrafların çoxsaylı qəlpə yaraları” xx.xx.20N9-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “odlu silah mərmi partlamasından sonrakı başın ənsə nahiyəsinin sağ yarısında bir ədəd, sol qaşın yuxarı hissəsində bir ədəd köhnə çapıq toxumalar” (Vətəndaşın şikayət ərizəsi, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.20N9-cu il tarixli N69 nömrəli, xx.xx.202N-ci il tarixli N39 nömrəli aktı,keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” MN MHHK-nın xx.xx.2020-ci il tarixli, 65 nömrəli və xx.xx.202N-ci il tarixli, 3 nömrəli qərarların ləğv edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə N2). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 7N). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 6N.N). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (6N.2). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 6N.3). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 6N.4). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddələrinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.N); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). İşin faktiki hallarından görünür ki, iddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlu müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığından Əliyev Səid Firidun oğluna müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı, eləcə də məhkəmənin ünvanladığı sorğu məktublarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı Əliyev Səid Firidun oğlu barəsində cinayət işi və təqsirləndirici materialların olmasına dair məlumat aşkar edilməmişdir. Eləcə də, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 7 nömrəli əmrilə (əsas: §4, səh-37) sıravi Əliyev İxtiyar Firudin oğlu şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N3 noyabr N993-cü il tarixli, 283 nömrəli əmrində (əsas: §2, sıra-26, səh-2N, əmrdə atasının adı yazılmamışdır) Xocavənd rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırığını yerinə yetirmiş İxtiyar Əliyevin 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. Qeyd edilən məlumatlar iddiaçıya məxsus Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində saxlanılan şəxsi işdə də qeyd edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı təqdim edilən xx.xx.N993-cü il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışdanda görünür ki, iddiaçı Əliyev Səid Firidun oğlu xx.xx.N993-xx.xx.N993-cü il tarixlərdə stasionar müalicə almış, sağ və sol ayaqlarından çoxlu qəlpə yaraları aldığı müəyyən edilmişdir ki, bu çıxarış əsasında xx.xx.20N9-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi keçirilmiş və keçirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah mərmi partlamasından sonrakı sağ budun yuxarı, orta və aşağı N/3-nin arxa səthində ümumilikdə üç ədəd, sağ baldırın orta N/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Beyləqan rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli, 22 nömrəli göndərişi, xx.xx.20N9-cu il tarixli, 607 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.20N9cu il tarixli N67 nömrəli aktı, keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin N9 aprel 2023-cü il tarixli, 2-N(N20)-444/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-286/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-286/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver